Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix08.04.2018
ölçüsü0,79 Mb.
#36757
1   2   3   4   5   6   7   8   9   ...   27

 

 

16 



 

-statistik  müşahidələrin  planlaşdırılması  və  aparılması  üçün  informasiya 

fondundan istifadə etmək; 

 

-  statistik  vahidləri  tam  və  dolğun  əhatə  edən  demoqrafik  xarakteristikaları 



formalaşdırmaq. 

 

Ölkədə statistika xidmətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi 



bütün  sivil  ölkələrdə  olduğu  kimi  Azərbaycanda  da  seçmə  müşahidəsinin  həyata 

keçirilməsinin  əsası  kimi  çıxış  edən  statistik  registrin  formalaşdırılması  və  onun 

statistik vahidlərin Dövlət registri ilə əlaqə sisteminin yaradılması prosesi gedir. Bu 

prosesin  gedişatını  başa  düşmək  üçün  qeyd  edilən  sistemlərdə  istifadə  edilən  bəzi 

anlayışların izahının verilməsi zəruridir. 

 

Statistik  vahidlərin  Dövlət  registri  -  Azərbaycan  Respublikasının  ərazisində 



dövlət  qeydiyyatından  keçmiş  təsərrüfat  subyektlərinin  identifikasiyasını 

(eyniləşdirilməsini)  və  uçotunu  təmin  edən,  sənədlərin  sıralanmış  məcmusundan  və 

məlumatlar texnologiyasından ibarət olan dövlət məlumat sistemidir. 

 

 Statistik reyestr - statistik məqsədlər, yəni başda - başa və birdəfəlik müşa-



hidələrin,  seçmə  müşahidələrin,  konyuktur  sorğuların,  siyahıyaalmaların  təşkili  və 

həyata  keçirilməsi  üçün  istifadə  edilən  iqtisadi  fəal  statistik    vahidlərin  baş  məc-

musudur. 

 

Statistik  reyestrin  aktuallaşdırılması-reyestrin  subyektləri  haqqında  məlu-



matların  dəqiq  (aktual)  vəziyyətdə  saxlanması  məqsədi  ilə  dəyişikliklərin  reyestrə 

daxil edilməsi. 

 

Demoqrafik  və  qeyri-demoqrafik  dəyişikliklər  bazası-uçot  vahidlərinin 



Dövlət  reyestri  əsasında  yaradılmış  və  təsərrüfat  subyektlərində  sonradan  statistik 

reyestrə  daxil  edilməsi  üçün  baş  verən  bütün  dəyişikliklərin  uçotunu  təmin  edən 

məlumat sistemidir. 

 

Statistik  vahidlər-  statistik  uçota  və  müşahidəyə  cəlb  olunmalı  vahidlərdir 



(təsərrüfat subyektləridir). Statistik vahidlərinin Dövlət registrinin tərkibində statistik 

vahidlərə 

Azərbaycan 

Respublikasının 

ə

razisində 



yerləşən 

və 


mövcud 

qanunvericiliyə  uyğun  olaraq  dövlət  qeydiyyatından  keçmiş,  təsərrüfat  fəaliyyəti 

həyata keçirən subyektlər aid edilir. 



 

 

17 



 

Təsərrüfat  subyektləri-  hüquqi  şəxs  statusuna  malik  olan,  yaxud  öz 

fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən (fiziki şəxslər) subyektlərdir. 

 

Statistik vahidlərin inzibati və təsnifat göstəricilərinin aktuallaşdırılması sta-



tistik  registrin  Statistik  vahidlərinin  Dövlət  registri  ilə  qarşılıqlı  əlaqəsi  əsasında 

həyata keçirilir. 

 

Statistik  registrin  inzibati  və  təsnifat  göstəriciləri  rəsmi  mənbələrin 



məlumatları əsasında aşağıdakı qaydada aktuallaşdırılır: 

 

-inzibati göstəricilərin aktuallaşdırılması təsərrüfat subyektlərinin qeydiyyatı, 



təkrar qeydiyyatı və fəaliyyətlərinin dayandırılması haqqında qeydiyyat məlumatları 

ə

sasında,  nazirlik  və  idarələrarası  məlumat  mübadiləsinin  müəyyən  edilmiş 



qaydalarına  və  Azərbaycan  Respublikasının  qanunvericilik  və  normativ-hüquqi 

aktlarına uyğun olaraq, 

 

-təsnifat  göstəricilərinin  aktuallaşdırılması  normativ-sorğu  sənədlərinə 



ə

sasən. 


 

Təsərrüfat subyektinin fəallıq vəziyyəti onun statistik vahid kimi qeydiyyata 

alındığı  zaman  doldurulan  və  ildə  bir  dəfə  statistik  müşahidələr  və  digər  inzibati 

registrlərin  məlumatlarında  əmələ  gələn  fərqlər  əsasında  aktuallaşdırılan  fəallıq 

göstəricisi ilə xarakterizə edilir. 

 

Cari  dəyişikliklər  Statistik  vahidlərinin  dövlət  registrinə,  demoqrafik  və 



qeyri-demoqrafik dəyişikliklər bazasına aşağıdakı kimi daxil edilir: 

 

-  hər  gün  -  yeni  yaradılmış  təsərrüfat  subyektlərinin  qeydiyyatı,  təkrar 



qeydiyyatı və ləğvlərinin qeydiyyatı haqqında məlumatlar əsasında, 

 

- rübdə bir dəfə - cari statistik hesabatlar əsasında, 



 

- ildə bir dəfə -illik hesabatların yekunları əsasında, 

 

-  bir  dəfə  -təsərrüfat  subyektlərinin  siyahıyaalınması  əsasında  (əgər  həyata 



keçirilərsə). 

 

Təsərrüfat  subyektlərinin  iqtisadi  fəallıq  vəziyyəti  illik  və  cari  statistik 



hesabatlar  əsasında  və  həmçinin  digər  inzibati  registrlərdən  rübdə  bir  dəfə  alınan 

məlumatlar əsasında müəyyənləşdirilir [10, 11]. 




 

 

18 



 

Mövsümü müəssisələrin, idarə və təşkilatların  fəallıq vəziyyəti illik statistik 

məlumatlar əsasında müəyyən edilir. 

 

Statistik vahidlər üçün aşağıdakı fəallıq vəziyyətləri müəyyənləşdirilmişdir: 



 

- vahid haqqında heç bir məlumat yoxdur, 

 

- vahid fəaldır, 



 

- vahid fəal deyil (“yatmış” vahid), 

 

- vahid ləğv olunma ərəfəsindədir, 



 

- yeni yaranmış vahid. 

 

Öz  nizamnaməsinə  (əsasnaməsinə)  uyğun  olaraq  fəaliyyət  göstərən  və 



statistik  hesabatlar  təqdim  edən  müəssisə,  təşkilat  və  idarələr  “hesabat  təqdim  edən 

vahid” kimi qeyd edilir. 

 

Vahid haqqında heç bir məlumat yoxdur- haqqında 3 ildən çox müddətdə heç 



bir  məlumat  olmayan  və  statistik  vahidlərin  dövlət  registrində  göstərilən  ünvanda 

tapılmayan statistik vahidlər üçün şamil edilir. 

 

Vahid  fəaldır-statistik  müşahidələr  və  inzibati  registrlərin  məlumatları 



ə

sasında fəaliyyət göstərən və ya bir aydan az müddətdə işləməyən statistik vahidlərə 

ş

amil edilir. 



 

Vahid fəal deyil (“yatmış” vahid) - statistik hesabatlar və inzibati registrlərin 

məlumatları  əsasında  bir  aydan  çox,  lakin  üç  ildən  az  müddətdə  işləməyən  statistik 

vahidlərə şamil edilir. 

 

Ə

gər  statistik  vahid  cari  ildə  öz  maliyyə,  istehsal  və  ya  digər  fəaliyyəti 



haqqında hesabat  təqdim  etmirsə  (işləyənlərin  sayı  haqqında  məlumatdan  başqa) və 

ya  “0”  göstərici  ilə  təqdim  edirsə,  “yatmış”  hesab  edilir  və  statistik  registrin 

tərkibində cari ilin sonunadək müşahidə edilir. 

 

Vahid  ləğv  olunma  ərəfəsindədir-ləğv  olunma  prosedurası  başlanılan,  lakin 



ləğv  qeydiyyatı  aparılmamış  statistik  vahidlərə,  onların  ləğvini  qeydiyyata  alan 

orqanların məlumatları əsasında şamil edilir. 

 

Ə

gər hüquqi şəxsin ləğv olunma prosedurası cari il ərzində başlanıbsa, onda 



bu  statistik  vahid  il  qurtaranadək  statistik  registrdə  müşahidə  edilir.  Belə  vahidlər 

sonrakı ilin statistik registrinə daxil edilmir. Lakin əgər ləğv olunacaq statistik vahid 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə