Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix08.04.2018
ölçüsü0,79 Mb.
#36757
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

 

 

22 



 

Statistik  registrin  istifadəçilərinə  statistik  registrin  bazasına  yalnız  baxış, 

konkret  statistik  və  məlumat  sorğu  məsələlərinin  həlli  üçün  müxtəlif  siyahıların 

formalaşdırılması  rejimlərində  girişə  icazə  verilməli  və  müvafiq  giriş  kodları 

qoyulmalıdır.  Reqlamentləşdirilmiş  və  reqlamentləşdirilməyən  sorğular  əsasında 

məlumatın  alınması  və  məlumat  fondlarına  tam  həcmdə  daxil  olma  məsələlərinin 

həlli  üçün  istifadəçi  statistik  registrin  məlumat  bazasının  saxlayıcısı  ilə  qarşılıqlı 

ə

laqədə yaratmalıdır. 



 

Statistik  registr  statistik  müşahidələrin  həyata  keçirilməsi  üçün  əsas  baza 

hesab  edilir  və  buna  görə  də  statistik  registrə  daxil  edilmiş  təsərrüfat  subyektləri 

haqqında  məlumatların  kənar  hüquqi  və  fiziki  şəxslərə  verilməsi  yalnız  müvafiq 

qanunvericilik əsasında həyata keçirilə bilər. 

 

§1.3.



 

Əhalinin həyat səviyyəsinin  statistik göstəriciləri və 



onların təhlilinin əsas istiqamətləri 

 

  Həyat  səviyyəsi  əhalinin  maddi,  mənəvi  və  sosial  tələbatlarının  təmin 

edilməsini xarakterizə edən iqtisadi kateqoriya və sosial standartdır. Həyat səviyyəsi 

standartının  əsas  komponentləri  sağlamlıq,  qida,  əhalinin  gəlirləri  və  xərcləri, 

yaşayışı,  ev  əmlakı,  pullu  xidmətləri,  əhalinin  mədəni  səviyyəsi,  əmək  şəraiti  və 

istirahəti,  sosial  təminatıdır  və  s.  Başqa  sözlə  desək,  əhalinin  həyat  səviyyəsi  ilk 

növbədə  əhalinin  zəruri  maddi  nemət  və  xidmətlərlə  təmin  edilməsi,  onların 

istehlakının  lazımi  səviyyəsi  və  təlabatlarının  səmərəli  ödənilməsi  dərəcəsi  kimi 

müəyyən edilir. 

Müəyyən müddət ərzində ev təsərrüfatının faktiki istehlak etdiyi maddi nemət və 

xidmətlərin pulla qiymətləndirilməsi “həyatın dəyəri” kimi çıxış edir. O, əsas istehlak 

malları  və  xidmətlərin  pərakəndə  qiymətlərinin  dəyişməsi  ilə  bağlı  bazar  dəyərinin 

dəyişməsini  əks  etdirir.  Həyatın  dəyəri  indeksi  qiymətlərin  dəyişməsi  şəraitində 

ə

halinin  gəlirlərinin  təkrar  bölgüsü  məqsədilə  tətbiq  edilir.  Geniş  mənada  “əhalinin 



həyat  səviyyəsi”  bunlarla  yanaşı,  əmək,  məşğulluq,  məişət,  istirahət,  iş  şəraiti, 

sağlamlığı, təhsili və s. də özündə birləşdirir. 




 

 

23 



BMT-nin  konsepsiyasına  uyğun  olaraq  həyat  səviyyəsi  insanın  sağlamlığını, 

qida məhsullarının istehlakını, təhsili, məşğulluğu və əmək şəraitini, mənzil şəraitini, 

sosial  təminatın  səviyyəsini,  geyimlə  təminatlılığını,  istirahət  və  hüquqa  riayəti 

xarakterizə edən göstəricilərlə müəyyən olunur.  

Həyat  səviyyəsi  çoxsaylı  amillər  qrupundan  -  iqtisadi,  sosial,  elmi-texniki, 

ekoloji  asılıdır.  Bu  amillərin  hər  birinin  dəyişməsi  əhalinin  həyat  səviyyəsinə  təsir 

göstərir  və  onların  idarə  olunması  milli  problemlərə  aid  edilir.  Ona  görə  ki,  onlar 

ə

halinin həyat səviyyəsini şərtləndirən milli prioritetlərdir. 



Göründüyü  kimi  həyat  səviyyəsi  kifayət  qədər  mürəkkəb  və  çoxcəhətli 

anlayışdır.  Bununla  əlaqədar  olaraq  yaşayış  səviyyəsinin  çox  ünsürləri  əhəmiyyətli 

cəhətlərə  və  xüsusiyyətlərə  malikdir  və  onların  kompleks  səciyyəsi  üçün  statistik 

göstəricilər sistemindən istifadə edilməsi zəruridir [3, 5]. 

Təcrübədə  əhalinin  həyat  səviyyəsinin  əsas  sosial-iqtisadi  göstəricilərinə  aşağı-

dakılar aid edilir: 

-pul gəlirləri (əhalinin hər nəfərinə orta aylıq gəlir), 

-sərəncamda qalan real pul gəlirləri, 

-iqtisadiyyatda məşğul olanlara hesablanmış orta aylıq əmək haqqı, 

-təyin olunmuş aylıq pensiyaların həcmi, 

-yaşayış minimunun həcmi (əhalinin hər nəfərinə orta aylıq məbləğ), 

-pul gəlirləri yaşayış minimunun kəmiyyətindən aşağı olan əhalinin sayı, 

-əhalinin  müvafiq  sosial  qrupları  üzrə  yaşayış  minimunun  kəmiyyəti  ilə  digər 

göstəricilərin müqayisəsi. 

Deməli,  həyat  səviyyəsinin  kompleks  öyrənilməsi  yalnız  statistik  göstəricilər 

sistemi  vasitəsilə  mümkündür.  Qeyd  edək  ki,  sosial  münasibətlər  dəyişdikcə 

göstəricilər  sistemi  də  ona  uyğun  olaraq  dəyişir.  Həyat  səviyyəsinin  statistik 



 

 

24 



xarakteristikasını  adekvat  əks  etdirməyə  imkan  verən  göstəricilər  sisteminin 

formalaşdırılması  iqtisadi  ədəbiyyatda  əhalinin  həyat  səviyyəsi  anlayışına  dair 

birmənalı fikrin formalaşmamasına gətirib çıxaran  əsas səbəblərdən biri olmuşdur.  

Həyat  səviyyəsi  əsasən  əhalinin  gəlirləri  ilə  müəyyən  edilir.  Belə  ki,  əhalinin 

maddi nemət və xidmətlərlə təmin olunması dərəcəsi onun həcmindən asılıdır.  

Ölkə  əhalisinin  gəlirləri  haqqındakı  məlumatlar  iqtisadiyyatın  inkişafını,  onun 

səmərəli  fəaliyyətini  xarakterizə  edən  əsas  göstəricilərə  aid  edilir.  Müasir  dövrdə 

gəlirlər  statistikasının  əsas  vəzifəsi  əhalinin  gəlirlərinin  ümumi  həcminin 

formalaşmasını,  onun  quruluşu  və  dinamikasını,  ona  təsir  edən  amilləri,  əhalinin 

müxtəlif qrupları arasında bölgüsünü və istifadəsini, əsas istiqamətlərini kəmiyyətcə 

səciyyələndirməkdir.  

Ə

halinin  gəlirlərinin  səviyyə  və  dinamikasını  xarakterizə  edən  göstəricilərin 



xüsusiyyətlərindən  biri  ondan  ibarətdir  ki,  onlar  iqtisadi,  sosial  hadisə  və  prosesləri 

eyni  zamanda  əks  etdirir.  Gəlirlər  statistikasının  çoxsaylı  vəzifələrinə  uyğun  olaraq 

statistika  təcrübəsində  hesablama  üsuluna  görə  bir-birindən  fərqlənən  müxtəlif 

göstəricilərdən istifadə edilir.  

Makrosəviyyədə  gəlirlərin  həcmini  qiymətləndirmək  üçün  ənənəvi  statistikada 

ə

halinin pul gəlirləri və xərcləri balansının məlumatlarına əsasən əhalinin pul gəlirləri 



göstəricisi hesablanırdı. Bu göstəricinin bazasında nominal pul gəlirləri, sərəncamda 

qalan pul gəlirləri, real pul gəlirləri və s. müəyyən edilirdi. 

Bazar iqtisadiyyatı şəraitində əhalinin gəlirlərinin səviyyəsini və quruluşunu qiy-

mətləndirmək üçün onun müxtəlif tərəflərini səciyyələndirən bir sıra göstəricilərdən 

istifadə edilir. Gəlir göstəricilərindən biri əhalinin şəxsi gəlirinin həcmidir. Bu, pul və 

natura  formasında əhalinin əldə etdiyi bütün növ gəlirləridir. Şəxsi gəlirlərlə sosial 

fondlar  hesabına  əhaliyə  göstərilən  pulsuz  və  güzəştli  xidmətlərin  dəyərini 

cəmləməklə əhalinin məcmu (ümumi) gəliri hesablanır. Qeyd edək ki, bu göstəricilər 

cari dövrün qiymətlərində hesablandığından nominal göstəricilər hesab edilir. Onlar 

gəlirlərin real məzmununu müəyyən etmir.  




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə