Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix08.04.2018
ölçüsü0,79 Mb.
#36757
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

 

 

31 



MHS-nin  metodologiyasına  uyğun  olaraq  sərəncamda  qalan  gəlirlərə  həm  pul, 

həm də natural gəlirlər, məsələn şəxsi yardımçı təsərrüfatdan daxil olmalar aid edilir. 

Bu qeyd  edilən  sosial  transfertləri də  (məsələn, büdcə təşkilatları tərəfindən  əhaliyə 

göstərilən pulsuz təhsil, tibbi  və digər xidmətlərin dəyəri)  əlavə  etməklə MHS-də  

digər  bir  göstərici    də  hesablanır.  Bu  cür  düzəliş  edilməklə  hesablanan  göstərici  

ə

halinin həyat səviyyəsini daha tam xarakterizə etməyə imkan verir. 



Ev  təsərrüfatlarının  sərəncamında  qalan  ümumi  gəlirdən  istifadəni 

səciyyələndirmək  üçün  MHS-də  ev  təsərrüfatının  son  istehlak  xərcləri  və  ümumi 

yığımı  (əmanəti)  göstəriciləri  hesablanır.  Sonuncu,  sərəncamda  qalan  gəlirlə  son 

istehlak xərcləri arasındakı fərq kimi çıxış edir. 

Beynəlxalq  statistika  təcrübəsində  makroiqtisadi  göstərici  kimi  ev  təsərrüfatı 

sektorunun  yığım  norması  göstəricisindən  geniş  istifadə  edilir.  Bu,  əmanətin 

(yığımın)  məbləğinin  sərəncamda    qalan  ümumi  gəlirə  nisbəti  kimi  hesablanır. 

Ə

halinin yığıma meyllilik göstəricisinə təsir edən amillərin öyrənilməsi statistikanın 



mühüm vəzifələrindən biridir ki, bunun da investisiya, gəlirlərin təkrar bölgüsü və s. 

məqsədilə  əhalinin  sərbəst  vəsaitlərinin  cəlb  edilməsi  ilə  məşğul  olan  dövlət 

idarəetmə orqanları üçün böyük praktiki əhəmiyyəti vardır. 

MHS-də  muzdlu  işçilərin  əmək  haqqı  əhalinin  əsas  gəlirlərindən  biridir  və  iş  -

verənlərin  muzdlu  işçilərə  pul  və  natural  formada  ödədiyi  haqdan  və  sosial  sığorta 

fondlarından ayırmalardan ibarətdir. 

Ümumiyyətlə,  MHS-nin  yeni  versiyasında  gəlirlərin  göstəricilər  sistemi  bölgü 

prosesinin  müxtəlif  qarşılıqlı  əlaqədə  olan  mərhələlərini  və  tərəflərini  xarakterizə 

edir. Bu sistem aşağıdakı göstəriciləri əhatə edir: 

- ilkin gəlirlər; 

- pul formasında cari transfertlər; 

- sərəncamda qalan gəlirlər; 

- natural formada cari sosial transfertlər; 



 

 

32 



- milli gəlir; 

- sərəncamda qalan milli gəlir. 

lkin  gəlirlər  əlavə  dəyərin  ilkin  bölgüsü  qaydasında  təsərrüfat  subyektlərinə 

daxil  olan  gəlirlərdir:  əmək  haqqı,  mənfəət,  qarışıq  gəlir,  mülkiyyətdən  gəlirlər; 

istehsala  və  idxala  vergilər.  Sonuncu,  ilkin  bölgü  qaydasında  dövlət  idarəetmə 

orqanlarına  daxil  olanları  xaratkerizə  edir.  Ölkənin  təsərrüfat  subyektlərinə 

(rezidentlərinə)  ilkin  gəlirlər  həm  ölkədə,  həm  də  başqa  ölkədə  yaradılan  əlavə 

dəyərdən  daxil  olur.  Ölkədə  yaradılan  əlavə    dəyərin  bir  hissəsi  qeyri-rezidentlərə 

onların  ölkənin  ÜDM-nin  istehsalında  iştirakına  görə  (ilk  növbədə  əmək  haqqı  və 

mülkiyyətdən gəlirlər formasında) ödənilir. 

Pul  formasında  cari  transfertlər  sosial  ehtiyaclara,  sığorta  pulu  və  ödəmələrinə 

dövlət  büdcəsindən  ödəmələr,  gəlirlər  və  mülkiyyətə  cari  vergilər  şəklində  həyata 

keçirilən  cari  xarakterli  təkrar  bölüşdürücü  ödəmələr  və  daxilolmalardır.  lkin 

gəlirlərin  və  cari  transfertlərin  məbləği  iqtisadiyyatın  hər  bir  sektoru    üçün  son 

nəticədə  istehlak  və  yığım  xərclərinə  yönəldilən  sərəncamda  qalan  gəlirləri 

formalaşdırır [26, 34]. 

Bölgü  prosesi  yalnız  pul  formasında  deyil,  həm  də  pulsuz  sosial-mədəni  xid-

mətlərin  (səhiyyə,  təhsil,  mədəniyyət  və  s.  sahəsində  qeyri-bazar  xidmətləri) 

göstərilməsinin  köməyi  ilə  də  həyata  keçirilir.  MHS-də  bu  axınların  səciyyəsi  üçün 

natural  formada  sosial  transfertlər  göstəricisindən  istifadə  edilir.  Onlar  ev 

təsərrüfatlarına  dövlət  idarəetmə  orqanlarından  və  ev  təsərrüfatlarında  xidmət  edən 

qeyri-kommersiya təşkilatlarından daxil olur. 

MHS-də son istehlakın iki konsepsiyasını bir-birindən fərqləndirirlər. Bunlardan 

bir  son  istehlak  xərcləri,  digəri  isə  faktiki  son  istehlak  xərcləridir.  Bu  qruplaşdırma 

son  istehlak  xərclərini  maliyyələşdirən  və  bu  xərclərdən  fayda  əldə  edən  iqtisadi 

vahidləri  fərqləndirmək  üçün  mühümdür.  Məsələn,  sosial-mədəni  xarakterli  pulsuz 

xidmət  xərclərini  dövlət  idarəetmə  orqanları  həyata  keçirir.  Lakin  bu  xərclərdən 

faydanı  ev  təsərrüfatı  əldə  edir.  Ev  təsərrüfatının  faktiki  son  istehlakı  onların  son 




 

 

33 



istehlak xərclərindən natural formada sosial transfertlərin, yəni dövlət idarələrinin və 

qeyri-kommersiya təşkilatlarının göstərdiyi pulsuz sosial xidmətlərin kəmiyyəti qədər 

çoxdur. 

MHS-nin  mühüm  göstəricilərindən  biri  Milli  Gəlirdir.  O,  həm  ümumi,  həm  də 

təmiz  əsasda,  yəni  əsas  kapitalın  istehlakını  çıxmamış  və  çıxandan  sonra  hesablana 

bilər.  Milli  Gəlir  bu  və  ya  digər  dövr  ərzində  bazar  qiymətlərində  ölkənin 

rezidentlərinin  əldə  etdiyi  ilkin  gəlirlərin  cəmidir.  Onu  da  qeyd  etmək  lazımdır  ki, 

bəzən  bir  sıra  xüsusi  ədəbiyyatlarda  Ümumi  Daxili  Məhsulla  Milli  Gəlir  anlayışını 

bir-biri ilə səhvən qarışıq salırlar. Lakin MHS-nin bu iki mühüm göstəricisinin həm 

kəmiyyətcə, həm də keyfiyyətdə fərqi vardır. Keyfiyyət baxımından prinsip etibarilə 

fərq ondan ibarətdir ki, Ümumi Daxili Məhsul ölkə rezidentlərinin istehsal etdiyi mal 

və xidmətlər axınını, Milli Gəlir isə ölkənin rezidentlərinin əldə etdiyi ilkin gəlirlərin 

axınını  ölçür.  Kəmiyyət  baxımından  Milli  Gəlir  (ümumi  yaxud  xalis)  daxili 

məhsuldan  xaricidən  əldə  edilmiş  ilkin  gəlirlə  fərqlənir.  Bir  qayda  olaraq  iqtisadi 

cəhətdən  inkişaf  etməkdə  olan  ölkələrdə  ümumi  milli  gəlir  onların  ümumi  daxili 

məhsulundan  çox,  inkişaf  etmiş  ölkələrdə  isə  əksinə  ümumi  daxili  məhsul  onların 

ümumi milli gəlirindən çoxdur. 

Ə

gər milli gəlirə xaricdən əldə edilmiş cari transfertlərin saldosunu əlavə etsək 



MHS-də  gəlirlərin  mühüm  göstəricisini  -  sərəncamda  qalan  milli  gəliri  alarıq.  O, 

ümumi  və  xalis  şəkildə  hesablana  bilər.  Sərəncamda  qalan  ümumi  gəlir  Son  Milli 

stehlaka və Milli Yığıma yönəldilir. 

Gəlirlər  iqtisadi  dövriyyədə  çevik  hərəkət  edir.  Vəsaitlər  daim  tədavüldə  olur, 

onlarla  hansısa  mal  -material  qiymətlilər  əldə  edilir,  onlar  ödəmələrdə  iştirak  edir, 

aktivlərə  çevrilir.  Gəlirlər  fəaliyyət  silsiləsini  əlaqələndirən  mühüm  vasitədir, 

məqsəddir və ona görə də onları çox vaxt obrazlı şəkildə desək iqtisadiyyatın «oksi-

geni» adlandırırlar. Hər bir iqtisadi vahidin istehsal prosesində yaratdığı ümumi əlavə 

dəyərdən  formalaşan  gəlirlər    istehsal  prosesində  hər  bir  iştirakçının    fəaliyyətinə 

iqtisadi məqsədəuyğunluq verir. 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə