Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix08.04.2018
ölçüsü0,79 Mb.
#36757
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

 

 

28 



b) Əmək şəraiti ilə əlaqədar göstəricilər: fəhlə və qulluqçuların nominal və real 

ə

mək haqqı, iş günü və iş həftəsinin müddəti və onların işə götürülməsi üçün mini-



mum yaş həddi. Yuxarıda verilən sxem əhalinin həyat səviyyəsindən daha çox onun 

həyat tərzini əks etdirirdi [5, 35]. 

Ə

halinin  həyat  səviyyəsinin  göstəriciləri  sistemində  əhali  tərəfindən  maddi 



nemət və xidmətlərin istehlakı göstəriciləri mərkəzi yerlərdən  birini tutur. Əhalinin 

istehlak fondunun kəmiyyət və strukturunun dəyişməsi ölkənin iqtisadi inkişafındakı 

təmayülü  əyani  şəkildə  əks  etdirir.  Maddi  nemət  və  xidmətlərin  əhali  tərəfindən 

istehlakının ümumi fondu aşağıdakıların cəmlənməsi yolu ilə hesablanır.   

1) əhali tərəfindən maddi nemətlərin şəxsi istehlakı; 

 

 



 

 

2) əhali tərəfindən pullu xidmətlərin istehlakı; 



 

 

 



 

 

3) əhali tərəfindən pulsuz xidmətlərin istehlakı.   



 

 

 



 

Ə

hali  tərəfindən  istehlak  olunan  maddi  nemətlər  öz  tərkibinə  görə  ərzaq 



məhsullarından  (qida  məsulları,  içkilər),  qeyri-  ərzaq  məhsullarından  (geyim, 

ayaqqabı, mebel, mədəni mallar), eləcə də yanacaq, elektrik enerjisi, su və qaza olan 

məişət  ehtiyaclarına  çəkilən  xərclərdən  ibarətdir.  Maddi  nemətlərin  istehlakı 

göstəriciləri  dəyər  və  natural  ifadələrlə  təyin  oluna  bilər.  Belə  ki,  ümumi 

göstəricilərdən  biri  olan  maddi  nemət  və  xidmətlərin  əhali  tərəfindən  istehlakın 

ümumi  həcm  göstəricisi  həm  bütövlükdə  əhali  üzrə,  həm  də  adambaşına  dəyərlə 

ifadəsində hesablanır. Qida məhsullarının istehlakı şəxsi istehlakın ümumi həcminin 

yarıya qədərini təşkil edir. Ailə büdcəsində qida məhsullarına çəkilən xərcin faizində 

azalma  təmayülü  hiss  olunsa  da,  yuxarı  səviyyədə  qalmaqda  davam  edir.  Qida 

məhsullarının  istehlakı  göstəriciləri  əhali  üzrə  adambaşına  hesablanır  (bir  qayda 

olaraq, illik). Burada natural ölçü vahidləri istifadə olunur.  

Qida məhsulları 10 əsas qrupa ayrılır ki, bunların da istehlakı il ərzində əhali 

üzrə  adambaşına  hesablanır:  ət  və  ət  məhsulları;  süd  və  süd  məhsulları;  yumurta; 

balıq  və  balıq  məhsulları;  şəkər  və  bitki  yağı;  kartof;  tərəvəz  və  bostan  məhsulları; 

meyvələr və giləmeyvələr (şərab emalını çıxmaqla); çörək və çörək məhsulları  Qida 

məhsullarının orta adambaşına istehlakı göstəricisinin xüsusiyyəti ondan ibarətdir ki, 




 

 

29 



ayrı-ayrı  ərazi  vahidləri  üzrə  bu  məhsulların  müqayisə  olunması  zamanı 

istehlakçıların  cins-yaş  tərkibini,  eləcə  də  onların  fəaliyyət  növünü  nəzərə  almaq 

lazımdır.  Buna  görə  də  həmin  xüsusiyyətləri  nəzərə  almaq  üçün  statistika,  istehlak 

ə

msallarından  istifadə  etməklə,  mexanikləşdirilmiş  işlə  məşğul  olan  yuxarı  yaş 



həddində  kişi  cinsindən  olan  şəxsin  istehlakını  əsas  götürməklə,  istehlak 

göstəricilərini  şərti  istehlak  vahidinə  çevirir.  Mövcud  istehlak  əmsalları  şkalası 

uşaqların istehlakı üzrə 6 əmsalı (1 yaşa qədər - 0.5; 1-dən 3 yaşadək - 0.5; 5-dən 7 

yaşadək - 0.6; 7- dən 11 yaşadək - 0.8; 11-dən 14 yaşadək - 0.95; 14-dən 18 yaşadək 

–  0.98  istehlak  vahidləri),  eləcə  də  böyüklər  üçün  cins,  yaş  və  fəaliyyət  növündən 

asılı olaraq dörd əmsalı (I qrup – 0.9; II qrup - 1.0; III qrup - 1.1; IV qrup 1.2 şərti 

istehlak vahidinə nəzərən) özündə birləşdirir. Belə ki, dörd nəfərdən ibarət ailə (ata, 

ana,  6  və  13  yaşadək  iki  uşaq)  3.2  istehlak  vahidi  təşkil  edir.  Oksford  şkalası  üzrə 

belə ailə 2.7 istehlak vahidi ilə qiymətləndirilir (ailənin birinci üzvü 1 qəbul olunur, 

ikinci və sonra gələn yuxarı yaş həddində olanlar 0.7 vahidi ilə qiymətləndirilir, hər 

uşaq isə 0.5 istehlak vahidinə bərabər götürülür).   

Tələbin  ödənilməsi  əmsalı  istehlakın  faktiki  səviyyəsinin  (

.

fakt

P

)  elmi 


ə

saslandırılmış  normaya,  yəni  istehlakın  rasional  normasına  (

.

ras

P

)  nisbəti  ilə 

hesablanır: 

.

.



.

ras

fakt

ö

t

P

P

K

=

 



Qida məhsullarına əhalinin tələbatının ödənilməsi təkcə istehlak olunmuş ayrı-

ayrı  məhsulların kəmiyyəti ilə deyil, həmçinin qidanın sutkalıq rasionunun kalorilik  

və  qidalılıq  göstəriciləri  ilə  xarakterizə  oluna  bilər.  Maddi  nemətlərin  istehlakı 

səviyyəsinə faktorların təsir dərəcəsini müəyyən etmək üçün reqressiya-korrelyasiya 

təhlili,  müxtəlif  faktorlardan  asılı  olaraq  istehlakın  empirik    və  nəzəri  elastiklik 

ə

msalları  tətbiq  olunur.  Faktiki  məlumatlar  üzrə  maddi  nemətlərin  istehlakının 



empirik elastiklik əmsalının hesablanması aşağıdakı kimidir:   

y

y

x

x

x

y

y

x

K

e



=



=

:



 


 

 

30 



Burada, 

e

K

 - empirik elastiklik əmsalını; 

 

 

 



x – hər nəfərə düşən istehlakı;   

 

 



 

 

 



 

 

y – hər nəfərə düşən gəliri; 



 

 

 



 

 

 



 

 

x

 və 


y

 - bu göstəricilərin uyğun artımını göstərir.   



 

 

 



Elastiklik  əmsallarının  alınan  qiymətləri  gəlirin  1%  artımı  zamanı  maddi 

nemətin göstərilən növünün istehlakının neçə faiz artdığını göstərir.   

 

 

Bütövlükdə  əhali  üzrə  qeyri-ərzaq  məhsullarının  istehlak  elastikliyi  qida 



məhsullarının  istehlak  elastikliyini  əhəmiyyətli  dərəcədə  üstələyir.  Öz  növbəsində 

qida  məhsulları  içərisində  çörək,  kartof  istehlakının  elastikliyi  daha  az,  pendir,  ət, 

meyvə, heyvan yağının istehlakı elastikliyi isə daha çoxdur. Zəruri ərzaq məhsulları 

istehlakının  faktiki  orta  adambaşına  səviyyəsinin  normativlərlə  müqayisəsi  əhalinin 

tələbatının ödənilməsi dərəcəsini müəyyən etməyə imkan verir. Bu göstəricilər faktiki 

səviyyəsinin  orta  adambaşına  normativlərə  bölünməsi  ilə  hesablanır,  faizlə  yaxud 

nisbi kəmiyyətlərlə ifadə olunur.  

 

 



qtisadiyyatın  bazar  münasibətlərinə  transformasiyası  statistika  təcrübəsində 

Milli  Hesablar  Sisteminin  (MHS)  tətbiqini  zəruri  etmişdir  ki,  bu  da  əhalinin 

gəlirlərini  xarakterizə  edən  göstəricilərin  mahiyyətinin  və  onların  hesablanması 

metodikasının əhəmiyyətli şəkildə dəyişməsinə gətirib çıxarmışdır.  

Ə

halinin  həyat  səviyyəsini  təhlil  etmək  üçün  Milli  Hesablar  Sistemində  ev 



təsərrüfatlarının  sərəncamında  qalan  ümumi  gəlir  göstəricisi  hesablanır.  O,  ilkin 

bölgü  (əmək  haqqı,  qarışıq  gəlirlər,  mülkiyyətdən  gəlirlər),  habelə  pul    formasında 

gəlirlərin (cari transfertlər) təkrar  bölgüsü nəticəsində əldə olunan gəlirlərin cəmidir. 

kinciyə  pensiya,  təqaüd,  yardım  və  s.  kimi  təkrar  bölüşdürücü  ödəmələr  aid  edilir. 

Bu  zaman  ev  təsərrüfatlarının  ödədiyi  transfertlər  (vergilər,  cərimələr,  peniyalar, 

sosial sığortaya ayırmalar və s.) çıxılır. Deməli, sərəncamda qalan gəlirlərə maliyyə 

vasitələri  ilə  (kredit,  səhmlərin  satışı  və  s.)  və  əmlakla  bağlı  əməliyyatlardan 

(mənzillərin,  torpaq  sahələrinin  və  s.  satışından  daxil  olmalar)  daxil  olmalar  aid 

edilmir. 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə