Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix08.04.2018
ölçüsü0,79 Mb.
#36757
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

 

 

34 



Dövriyyə prosesində gəlirlər formalaşma, bölgü, təkrar bölgü, istifadə və yığım 

kimi  ardıcıl  mərhələlərdən  keçir.  Bu  mərhələlərə  uyğun  olaraq  təkrar  istehsal  tsik-

lində  gəlirlərin  hərəkəti  bu  proseslərin  və  onların  nəticələrinin  səciyyəsi    üçün  gə-

lirlərin yaranması, gəlirlərin ilkin bölgüsü, təkrar bölgüsü və son istifadəsinin ümumi 

hesabları  işlənib  hazırlanır.  Onlarda  yuxarıda  qeyd  edilən  gəlir  göstəricilərinin 

formalaşmasının bütün prosesləri əks olunur . 

Gəlirlər hesabı MHS-nin mühüm hesabıdır. Məhz onlar gəlirlərin formalaşması 

ilə  məhsul  və  xidmətlər  istehsalının    nəticələrini,  maliyyə  aktiv  və  passivlərinin 

dəyişməsini, milli sərvətin yığımını əlaqələndirir. 

Baş  verən  real  proseslərə  və  onların  hərəkətinə  uyğun  olaraq,  hesabların  üç 

qrupa bölünməsi (gəlirlərin ilkin bölgüsü,  təkrar bölgüsü və istifadəsi) bu proseslərin 

həm institusional  sektorlar, həm də bütövlükdə iqtisadiyyat üzrə təhlilini təmin edir 

və hər bir sektorda gəlirlərin formalaşması  və hərəkəti xüsusiyyətlərini aşkar etməyə 

imkan verir. 

Gəlirlərin  birinci  qrup  hesablarının  vəzifəsi  istehsalla  bağlı  bütün  gəlirləri 

müəyyənləşdirməkdir. Gəlirlərin formalaşması hesabında əmək gəlirlərinin quruluşu, 

vergi yükü və faktor gəlirləri (mənfəət və qarışıq gəlirlər) əks olunur. 

lkin gəlirlərin bölgüsü hesabı (ikinci qrup hesablar) yerdə qalan faktor gəlirlərin 

formalaşmasını  əks  etdirir:  mülkiyyətdən  gəlirlər  (faizlər,  dividendlər,  renta, 

bölüşdürülməyən mənfəət). Gəlirlərin ilkin bölgüsü hesabının balanslaşdırıcı maddəsi 

ilkin  gəlirlərin  saldosudur.  Bu  institusional  sektorlar  üzrə    istehsal  faktorlarına 

müvafiq olaraq əlavə dəyərin bölgüsünü xarakterizə edir.  lkin gəlirlər öz saldosunu 

«Yerdə  qalan dünya» sektorundan formalaşdırır. 

Gəlirlərin  təkrar  bölgüsü  hesabı  müxtəlif  transfertlərin  təsiri  altında  ilkin  gə-

lirlərin  saldosunun    necə  dəyişdiyini,  dövlətin  cari  sosial-iqtisadi  siyasətinə  uyğun 

olaraq  gəlirlərin  təkrar  bölgüsünün  necə  baş  verdiyini  göstərir.  Hesabın  sonunda 

istehlak  və  yığım  məqsədləri  üçün  istifadə  edilən  sərəncamda  qalan  gəlirlər  əks 

olunur. 



 

 

35 



Natural  formada  sosial  transfertlərin  təkrar  bölgüsünə  düzəlişlər  üçün  fərdi  ev 

təsərrüfatının  xeyrinə  dövlət  idarəetmə  orqanlarının  və  qeyri-kommersiya  təşki-

latlarının həyata keçirdiyi xərcləri aşkar etməyə imkan verən subhesablar təşkil edilir. 

Sərəncamda  qalan  gəlirlərə  bu  düzəlişlər  natural  formada  gəlirlərin  təkrar  bölgüsü 

hesabında əks etdirilir. 

Gəlirlərin istifadəsi hesabında ev təsərrüfatlarının, ümumi dövlət idarələrinin və 

ev təsərrüfatlarına xidmət edən qeyri - kommersiya təşkilatlarının tələbatlarının təmin 

edilməsinə, habelə onların yığımına gəlirlərin son istehlakı əks etdirilir. 

Deməli,  «ev təsərrüfatı»,  «ümumi  dövlət idarələri» və  «ev təsərrüfatına  xidmət 

edən  qeyri-kommersiya  təşkilatları»  sektorunda  sərəncamda  qalan  gəlirlər    son 

istehlaka  və  yığıma  istifadə  olunur.  Qalan  sektorlarda  sərəncamda  qalan  gəlir 

ə

manətə (yığıma) bərabərdir. 



Gəlirlərdən  istifadə  hesabının  göstəricilərinin  iqtisadiyyatın  inkişafının  təhli-

lində,  ictimai  istehsalın  səmərəliliyinin,  istehlakla  yığım  arasındakı  nisbətin 

qiymətləndirilməsində  böyük  əhəmiyyəti  vardır  və  ümumiyyətlə  o,  iqtisadiyyatın 

fəaliyyət nəticələrinin əsas iqtisadi göstəricilərinə aid edilir [25, 26]. 

Ə

halinin  gəlirlərinin  həcmi  ölkə  vətəndaşlarının  həyatının  bütün  tərəflərini 



xarakterizə edir. Əhalinin varlılıq və kasıblıq səviyyəsindən əhalinin hər nəfərinə qida 

məhsullarının  real  istehlakından,  ticarətin  bütün  formaları  üzrə  satışın  həcmi,  pullu  

xidmətlərin  bütün  növünün  (məişət,  nəqliyyat,  mənzil-kommunal  və  s.)  həcmi, 

sənaye  və  kənd  təsərrüfatı  istehsalının  həcmi  asılıdır.  Nəhayət,  gəlirlərin 

səviyyəsindən  yaşayış  şəraiti  (ilk  növbədə  əhalinin  hər  nəfərinə  yaxud  bir  ailəyə 

düşən  yaşayış  sahəsi)    keyfiyyətli  və  səviyyəli  təhsil  və  mədəniyyət,  kitabxanaya, 

muzeyə, təşkil olunmuş istirahət və idman xidmətlərindən istifadəyə tələb kimi  sosial 

nemətlərlə əhalinin təmin edilməsi səviyyəsi asılıdır. 

 Məlumdur ki, bazar iqtisadiyyatı şəraitində sosial ədalətlilik anlayışı yoxdur. Bu 

da  onun  xarakterindən  irəli  gəlir.  Odur  ki,  gəlirlərin    və  əmək  haqqının  dövlət 

tərəfindən  tənzimlənməsi  yalnız  bazar  iqtisadiyyatının  çatışmazlığının  aradan 



 

 

36 



qaldırılmasına  istiqamətlənməlidir.  Deməli,  gəlirlər  ədalətli  bölünmür.  Cəmiyyətin 

sabitliyinin  əsası  olan  gəlirlərin  kəmiyyəti  ilə  gəlir  əldə  edənlərin  sayının  nisbəti 

qaydaları  fəaliyyət  göstərməlidir.  Çoxlu  sayda  insanların  aşağı  gəlirlərini  bölərkən 

gözlənilənməyən  sosial  dəyişikliklər  mümkündür.  Eyni  zamanda  az  saylı  insanların 

yüksək gəlirlərinin bölgüsü sabitliyin əsasıdır. Buradan, əldə edilən gəlirlərin həcmi 

və rifahın yüksək səviyyəsi ilə sosial sabitliyə nail olunur. Cəmiyyətin harmoniyasına 

nail  olmaq    üçün  varlılar  öz  gəlirlərinin  bir  hissəsinin  təkrar  bölgüsü  zəruriliyi  ilə 

barışmalıdır.  Bununla  yanaşı  yüksək  gəlir  əldə  etmək  üçün  yaxşı  imkanların 

yaradıldığı şərti də nəzərdə  qaçırılmamalıdır. 

Sosial  yönümlü  bazar  iqtisadiyyatı  əldə  etdiyi  gəlirlərin  səviyyəsinə  görə  «orta 

sinifə»  aid  edilən  və  cəmiyyətin  siyasi  sabitliyinin  təminatçısı,  sosial  dayağı  kimi 

çıxış  edən  geniş  təbəqələrin  formalaşması  üçün  əlverişli  şərait  yaradır.  Deməli, 

ə

halinin gəlirləri və əmlakı üzrə bir-birindən fərqlənməsi bazar iqtisadiyyatının sosial 



hadisələrindən  biridir.  Belə  şəraitdə  statistikanın  qarşısında  duran  əsas  vəzifələrdən 

biri  pul  gəlirləri  üzrə  əhalinin  sosial-iqtisadi  diferensiasiyasını  öyrənməkdir.  Belə 

təhlilin mühüm vasitələrindən biri əhalinin ayrı-ayrı qruplarının rifahının müqayisəli 

qiymətləndirilməsini həyata keçirməyə imkan verən hər nəfərə düşən pul gəlirlərinin 

səviyyəsinə  görə  statistik  bölgü  sırasını  qurmaqdır.  Əhalinin  gəlirlərinin 

diferensiasiyasını  səciyyələndirmək  üçün  statistika  təcrübəsində  bir  sıra  analitik-

statistik göstəricilər (modal gəlir, mediana və orta gəlir) hesablanır və təhlil edilir. 

qtisadi inkişaf səviyyəsindən və siyasi quruluşun formasından asılı olmayaraq 

kasıblıq bütün cəmiyyətlərə xas olan hadisədir. Müasir dövrdə statistikanın qarşısında 

duran  əsas  vəzifələrdən  biri  əhalinin  yoxsulluğunun  səviyyə  və  dinamikasını,  onun 

miqyasını dərin və hərtərəfli statistik öyrənməkdir. 

qtisadiyyat  və  statistika  ədəbiyyatlarında  kasıblığı  qiymətləndirmək  üçün 

müxtəlif yanaşmalardan istifadə edilir. Bir çox tədqiqatçılar hesab edirlər ki, gəlirləri 

yoxsulluq  həddindən  aşağı  olanlar  kasıblara  aid  edilir.  Bu  zaman  kasıblığın  həddi 

maddi  nemət  və  xidmətlərin  istehlakının  minimal  norması  əsasında  hesablanmış 

gəlirlərin müəyyən obyektiv kəmiyyətidir. Deməli, kasıblığın səviyyəsini və həddini 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə