Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix08.04.2018
ölçüsü0,79 Mb.
#36757
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

 

 

25 



Ə

halinin şəxsi nominal gəlirlərindən ictimai təşkilatlara üzvlük haqqını, məcburi 

ödəmələri və vergiləri çıxdıqda əhalinin sərəncamında qalan şəxsi gəlirləri tapılır. Bu, 

şə

xsi gəlirin istehlaka və əmanətə yönəldilən hissəsini xarakterizə edir. Makroiqtisadi 



statistika  təcrübəsində  bu  üç  göstərici  əsasında  istehlaka  və  yığıma  meylilik, 

həmçinin yığım norması kimi məsələlər qiymətləndirilir. 

Ə

halinin  hər  nəfərinə  (hər  ev  təsərrüfatına)  düşən  pul  gəlirləri  göstəricisini 



hesablamaq  üçün  pul  gəlirlərinin  ümumi  həcmi  əhalinin  orta  illik  sayına  (ev 

təsərrüfatlarının sayına) bölünür.  

Məlumdur ki, iqtisadiyyatda inflyasiya olan halda pul gəlirlərinin hər cür artımı 

ə

halinin həyat səviyyəsinin yaxşılaşması haqqında fikir irəli sürməyə imkan vermir. 



Odur  ki,  pulun  alıcılıq  qabiliyyətinin  dəyişməsinə  gətirib  çıxaran  qiymət  amilinin 

təsirinə  düzəlişlər  edilməklə  əhalinin  nominal  və  sərəncamda  qalan  real  gəlirlərinin 

hesablanması zərurəti yaranır.  

 

Real ifadədə göstəricilər cari dövrün müvafiq göstəricilərini istehlak qiymətləri 



indeksinə bölməklə, yaxud pulun  alıcılıq qabiliyyəti  indeksinə  vurmaqla  hesablanır. 

Pulun  alıcılıq  qabiliyyəti  indeksi  qiymət  indeksinin  tərsidir.  Sərəncamda  qalan  real 

gəlirlərin dəyişməsi üç amildən - nominal gəlirlərin, vergi ödəmələrinin dərəcəsinin 

və  pulun  alıcılıq  qabiliyyətinin  dəyişməsindən  asılıdır.  Statistik  təhlil  prosesində  bu 

amillərin  hər  birinin  təsirini  qiymətləndirmək  məqsədilə  indekslər  sistemi  qurulur 

[33].  


Ə

halinin  həyat  səviyyəsi  insanların  maddi  nemətlər,  məişət  və  mədəni 

xidmətlərə tələbatlarının öyrənilməsinin səviyyəsini və dərəcəsini əks etdirən sosial-

iqtisadi  kateqoriyadır.  Maddi  nemətlər  dedikdə  ərzaq  məhsulları,  geyim,  ayaqqabı, 

mənzil, mədəni və məişət əşyaları başa düşülür. Əhaliyə kommunal, nəqliyyat, rabitə, 

mədəni,  tibbi,  məişət  və  s.  xidmətlər  ümumi  adla-məişət  xidmətləri  qrupunda 

birləşdirilir. 

Həyat səviyyəsi statistikasının əsas vəzifələri aşağıdakılardır: 

1. Əhalinin sosial-iqtisadi rifahını əks etdirmək; 



 

 

26 



2. Cəmiyyətin sosial-iqtisadi diferensiasiyası dərəcəsini, əhalinin müxtəlif təbə-

qələri və demoqrafik qruplarının həyat səviyyəsinin müxtəlifliyini qiymətləndirmək; 

3.  Əhalinin  həyat  səviyyəsi,  onun  tərkibi  və  dinamikasına  müxtəlif  sosial-

iqtisadi amillərin təsirini öyrənmək;   

 

4. Sosial-iqtisadi müdafiəyə ehtiyacı olan az təminatlı əhali qruplarını ayırmaq 



və səciyyələndirmək və.s. 

Həyat  səviyyəsi,  onun  dinamikası  və  diferensiasiyası  konkret  ölkədə  və  ya 

ə

razidə  məhsuldar  qüvvələrin  inkişaf  səviyyəsi,  milli  sərvətin  həcmi  və  quruluşu, 



ümumi  daxili  məhsulun  və  milli  gəlirin  istehsalı  və  bölüşdürülməsi  ilə  bilavasitə 

ə

laqədardır.  Bu sistemə  daxil olan göstəricilərin bir göstərici  halında birləşdirilməsi 



beynəlxalq  miqyasda  qeyri-mümkün  olduğu  üçün  həyat  səviyyəsini  hərtərəfli 

xarakterizə  edən  vahid  göstərici  hesablamaq  da  mümkün  deyildir.  BMT-nin 

təlimatına  görə,  onun  əsas  vəzifələrindən  biri  əhalinin  həyat  səviyyəsinin 

yüksəldilməsinə köməklik etməkdir.  

 BMT ekspertləri komitəsi həyat səviyyəsinin göstəriciləri sistemini aşağıdakı 

ünsürləri nəzərə almaqla hazırlamağı təklif etdilər: 

 

 

1. Sanitar gigiyenik şəraiti; 



 

 

 



 

 

 



 

 

2. Ərzaq məhsullarının istehlakı; 



 

 

 



 

 

 



 

3. Təhsil (o cümlədən savadlılıq və texniki peşə);   

 

 

 



 

4. Əmək şəraiti;   

 

 

 



 

 

 



 

 

 



5. Məşğuliyyət; 

 

 



 

 

 



 

 

 



 

 

6. Cəmi istehlak və yığım; 



 

 

 



 

 

 



 

 

7. Nəqliyyat vasitələri;   



 

 

 



 

 

 



 

 

8. Mənzil şəraiti (o cümlədən mənzilin abadlığı);   



 

 

 



 

9. Geyim;   

 

 

 



 

 

 



 

 

 



 

10.  stirahətin təşkili; 

 

 

 



 

 

 



 

 

 



11. Sosial təminat;  

 

 



 

 

 



 

 

 



 

12.  nsan azadlığı.  

 

 

 



 


 

 

27 



Sosial  statistika  üzrə  işçi  qrup  yuxarıdakı  sxemdəki  4-cü  və  5-ci  mövqeləri 

birləşdirdi.  6-cı  və  7-ci  mövqeləri  isə  ixtisar  etdi.  Beləliklə,  həyat  səviyyəsini 

səciyyələndirmək  üçün  sanitar  şəraiti,  ərzaq  məhsullarının  istehlakını,  təhsili, 

məşğulluğu  və  insan  azadlığını  əsas  şərt  kimi  götürülməsini  tövsiyə  etdi.  Bundan 

başqa,  yuxarıdakı  siyahıya  “əsas  informasiya”  bölgüsünü  əlavə  etdilər.  Bu  bölməyə 

ə

hali  və  işçi  qüvvəsi,  gəlirlər  və  xərclər,  nəqliyyat  və  informasiya  mövqeləri  daxil 



edildi. Bu  şərtlərin  hər  biri  həyat  səviyyəsi  ilə  əlaqədar  olsa  da,  ona  təsir  dərəcələri 

eyni  deyildir.  Mənzil  şəraiti,  istehlak  və  s.  həyat  səviyyəsini  bilavasitə  ifadə  edən, 

bütövlükdə  cəmiyyətin  üzvlərinin  və  ya  onun  ayrı-ayrı  sektorlarının  gəlirləri  və 

məsrəfləri  isə  bütün  əhaliyə  aid  olduğu  üçün  həyat  səviyyəsini  dolayı  əks  etdirən 

şə

rtlərdir.  BMT  ekspertləri  həyat  səviyyəsini  əks  etdirən  geniş  göstəricilər  sistemi 



müəyyənləşdirsə də, beynəlxalq miqyasda həyat səviyyəsinin bütün tərəflərini özündə 

birləşdirən ümumiləşdirici göstəricinin hələlik olmamasını etiraf etdilər. Ekspertlərin 

fikrincə,  belə  vahid  ümumiləşdirici  göstəricinin  olmaması  beynəlxalq  müqayisə 

baxımından  da  arzu  edilməzdir.  BMT-nin  statistika  komissiyası  da  təqribən  eyni 

nəticəyə gəldi. Komissiyanın fikrincə, həyat səviyyəsinə dair BMT çərçivəsində hər il 

məruzə hazırlamaq mümkün deyildir. Ekspertlər  Komitəsi  həyat  səviyyəsini  əks 

etdirən sintetik göstərici kimi,  milli gəlir (xüsusilə əhalinin hər nəfərinə düşən milli 

gəlir)  və  qarşıdakı  ömrün  orta    müddəti  göstəricisindən  istifadə  etməyi  təklif  etdi. 

Lakin  sonradan  sosial  statistika  qrupu  keçmiş  SSR -dən  olan  ekspertlərin  etirazına 

baxmayaraq,  milli  gəliri  əsas  göstəricilər  sırasından  çıxardı  və  onun  yerinə  bir  sıra 

xüsusi  göstəricilər  əlavə  etdi.  Sosial  statistika  öz  qərarlarını  dünyanın  müxtəlif 

ölkələrində milli gəlirin hesablanması metodu, onun tərkibində və bölüşdürülməsində 

müxtəlifliyin  olması  ilə  əlaqələndirdi.  BMT  ekspertləri  həyat  səviyyəsini  öyrənmək 

üçün aşağıdakı göstəricilər kompleksindən istifadə etməyi tövsiyə etdilər: 

a)  Demoqrafik  şərait  və  əhalinin  həyat  səviyyəsi  göstəriciləri:  ömrün  orta 

müddəti,  uşaq  ölümü,  əhalinin  xəstəxana  çarpayıları  ilə  təmin  olunması,  tibbi 

yardımın səviyyəsi (hər min nəfərə düşən həkimlərin sayı); 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə