Azərbaycan Respublikası Dövlət Neft Fondu İLLİk hesabat 2016 MÜNDƏRİcat


Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti



Yüklə 371,13 Kb.
səhifə3/4
tarix04.02.2018
ölçüsü371,13 Kb.
#23645
1   2   3   4

*Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti
Akrhesabı ödənişlər ilə bağlı daxilolmalar. 2016-cı ildə Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında SOCAR ilə BP Eksploreyşn (Azərbaycan) Limited və SOCAR-ın ortaq neft şirkəti arasındakı sazişə uyğun olaraq 2,1 milyon ABŞ dolları və ya 3,3 milyon manat məbləğində akrhesabı ödənişlər köçürülmüşdür. Şirkətlər üzrə akrhesabı ödənişlər Cədvəl 4.2.3.-də göstərilmişdir.
Cədvəl 4.2.3. 2016-cı ildə ARDNF-nin akrhesabı ödənişlər ilə bağlı daxilolmaları


Vəsaiti köçürən qurumun adı

Yatağın adı

Tarix

Məbləğ

milyon ABŞ dolları

milyon AZN

BP Eksploreyşn (Azərbaycan)

Şəfəq-Asiman

01.07.2016

2,1

3,3

Cəmi




2,1

3,3


4.3. ARDNF-NİN XƏRCLƏRİ
2016-cı ildə ARDNF-nin büdcə xərcləri 9 022,1 milyon manat (5 442,1 milyon ABŞ dolları) təşkil etmişdir. Bu xərclərin 84,4%-i və ya 7 615,0 milyon manatını dövlət büdcəsinə transfert ödənişləri təşkil etmiş, 15,4%-i və ya 1 387,0 milyon manatı ARDNF-nin büdcəsi çərçivəsində maliyyələşdirilən layihə və dövlət proqramları, 0,2%-i və ya 20,1 milyon manatı isə ARDNF-nin idarə edilməsi ilə bağlı xərclər təşkil etmişdir. ARDNF-nin xərclərinin xərc maddələri üzrə strukturu Qrafik 4.3.1.-də verilmişdir.



Dövlət büdcəsinə transfert. 2015-ci ildə olduğu kimi 2016-cı ildə də dövlət büdcəsinə transfertin həcminin azaldılması siyasəti davam etdirilmişdir.
Belə ki, hesabat ilində dövlət büdcəsinə transfertin həcmi 7 615,0 milyon manat təşkil etmişdir ki, bu da 2015-ci ilin eyni göstəricisi ilə müqayisədə 6,3% və ya 515 milyon manat aşağıdır. Dövlət büdcəsinə transfertin illər üzrə bölgüsü, həmçinin 2001-2016-cı illərdə transfertin dövlət büdcə gəlir və xərclərində payı müvafiq olaraq Qrafik 4.3.3., 4.3.4. və 4.3.5.-də göstərilmişdir.




2003-2016-cı illərdə ARDNF tərəfindən dövlət büdcəsinə transfertin cəmi həcmi 71,5 milyard manat və ya ARDNF-nin bugünə qədər olan cəmi büdcə xərclərinin 89,9%-ni təşkil etmişdir (Qrafik 4.3.2). 2016-cı ildə ARDNF-dən dövlət büdcəsinə transfert dövlət büdcəsinin gəlirlərinin 43,5%-ni, dövlət büdcə xərclərinin isə 42,9%-ni təşkil etmişdir.

Sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsi

ARDNF ölkə əhəmiyyətli sosial və infrastruktur yönümlü, eləcə də strateji önəmi olan layihələrin maliyyələşdirilməsində xüsusi rol oynayır.



Qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin maliyyələşdirilməsi. 2016-cı ildə də “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” layihəsinin ARDNF tərəfindən maliyyələşdirilməsi davam etdirilmişdir. 2001-2016-cı illər ərzində bu tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə ARDNF-nin büdcəsindən ümumilikdə 1 997,8 milyon manat vəsait xərclənmişdir (Qrafik 4.3.6). Bununla yanaşı, hesabat ilində ARDNF tərəfindən qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 90 milyon manat vəsait ayrılmışdır.

ARDNF tərəfindən ayrılmış vəsait hesabına indiyədək 31 304 ailə üçün fərdi evlərdən ibarət 71 qəsəbə, 168 bina, 15 məhəllə və bir çox sosial-infrastruktur obyektləri tikilmişdir. Yeni yaşayış məntəqələrində 75 məktəb, 6 musiqi məktəbi, 54 icma mərkəzi, 62 inzibati bina, 59 uşaq bağçası, 16 tibb məntəqəsi, 5 xəstəxana, 1 olimpiya idman kompleksi, 48 rabitə qovşağı tikilmiş, 764 kilometr yol, 860 kilometr su, 1592 kilometr elektrik, 423 kilometr qaz, 76 kilometr kanalizasiya xətti çəkilmiş, 734 ədəd yüksək gərginlikli iri və kiçik transformatorlar, 29 elektrik yarımstansiyaları quraşdırılmış, 235 artezian quyusu, 205 su anbarı və 82 nasos stansiyası istifadəyə verilmiş, 11 300 ha sahəni əhatə edən irriqasiya sistemi qurulmuşdur.




CƏDVƏL 4.3.1. 2001-2016-cı illər ərzində ARDNF-nin vəsaiti hesabına qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər üzrə nəticələrin ölkə miqyasında xüsusi çəkiləri (MKSİF-nin təqdim etdiyi rüblük məlumatlara əsasən)üzrə x

Görülmüş işlər

Həcmi

Xüsusi çəki

Layihə üzrə ayrılmış vəsaitdən ödənilmiş ƏDV*

360,0 mln. AZN

2 %

Mənzil fonduna təhvil verilmiş mənzillərin ümumi sahəsi**

2,9 mln. m2

5 %

Ümumtəhsil məktəbləri

75 ədəd

5 %

Elektrik xəttləri

1600 km

8 %

Elektrik yarımstansiyaları

29 ədəd

22 %

İri və kiçik ölçülü yüksək gərginlikli transformatorlar

734 ədəd

24 %

Su xəttləri

860 km

25 %

Kanalizasiya xəttləri

76 km

6 %

Yol örtüyü

764 km

5 %

İrriqasiya sistemi

11 300 ha

1 %



* ARDNF-nin hesablamaları

**Mənbə: Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi


Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi. Layihənin məqsədi Bakı və Sumqayıt şəhərlərinin su təchizatı sistemləri üçün sabit su sərfinə malik etibarlı su mənbəyi yaratmaq, suyun nəqlində mövcud enerji sərfini aradan qaldırmaq və bunun müqabilində 25 MVT gücündə enerji istehsal etmək, habelə ölkənin irriqasiya və meliorasiya potensialının artırılmasıdır. Bu layihənin maliyyələşdirilməsi 2006-cı ildən başlayaraq ARDNF tərəfindən həyata keçirilməkdədir. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” Dövlət Proqramının həyata keçirilməsi üzrə “Tədbirlər Planı”na Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan Taxtakörpü su anbarının, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının tikintisinin davam etdirilməsi daxil edilmişdir.

Layihə iki mərhələdə həyata keçirilir. Birinci mərhələ üzrə işlər yekunlaşmışdır. Belə ki, layihə çərçivəsində Tахtаkörpü su аnbаrı, Vəlvələçаy-Tахtаkörpü və Tахtаkörpü-Cеyrаnbаtаn kаnаllаrının tikintisi bаşа çаtdırılmış və AR Prеzidеntinin  iştirаkı ilə  28 sеntyаbr 2013-cü il tаriхində bu obyektlərin açılışı olmuşdur. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC–nin 08 may 2014-cü il tarixli 019Ü nömrəli əmri ilə yaradılmış Dövlət qəbul komissiyasının 12 noyabr 2014-cü tarixli aktı ilə Taxtakörpü su anbarı ilə su elektrik stansiyası, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanalları istismara qəbul edilmişdir.

İkinci mərhələdə Taxtakörpü su anbarının və Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan su kanallarının fəaliyyətə başlaması nəticəsində 150 min hektar torpaq sahəsində suvarmanın yaxşılaşdırılması, 30 min hektar torpaq sahəsinin isə yenidən əkin üçün cəlb olunması gözlənilir. Suvarılmış torpaq sahələri kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaradacaqdır.

İkinci mərhələdə “Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi” (I növbə üzrə Qusarçay, Qudyalçay və Caqacuq çayları), “Şabran, Siyəzən və Xızı rayonlarının ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” obyektlərinin tikintisi, həmçinin, qeyd edilən obyektlərin tikintisinə məsləhətçi xidmətlərinin yerinə yetirilməsi daxildir.

Hesabat ilində ARDNF-dən bu layihənin maliyyələşdirilməsinə 70 milyon manat (43,4 milyon ABŞ dolları), ümumilikdə 2006-2016-cı illər ərzində isə 1 309,6 milyon manat (1 570,7 milyon ABŞ dolları) vəsait ayrılmışdır.

İnsan kapitalının inkişaf etdirilməsi

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi. “Qara qızılın insan kapitalına” çevrilməsi ideyasının reallaşdırılmasına yönəldilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi ARDNF tərəfindən həyata keçirilir. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişlərinə əsasən ARDNF-dən Dövlət proqramının maliyyələşdirilməsi məqsədi ilə ayrılmış 31,6 milyon manat vəsaitin 15,5 milyon manatı yaşayış, 13,9 milyon manatı təhsil, təqribən 0,9 milyon manatı yol, 0,5 milyon manatı tibbi sığorta, 0,8 milyon manatı viza və qeydiyyat və digər xərclərin ödənilməsinə yönəldilmişdir.

31 dekabr 2016-cı il tarixinə ARDNF-nin vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin ümumi sayı 3 302 nəfər təşkil edir, onlardan 1 404 nəfər artıq məzun olmuşdur. Proqram çərçivəsində oxuyanların 79%-i bakalavr və ya magistr dərəcələri üzrə təhsil almışdır (daha dəqiqliklə, bakalavr tələbələrinin sayı 1 180, magistrlər isə 1 430 olmuşdur). Bundan əlavə, 692 tələbənin doktorantura və ya ali tibb dərəcələri üzrə təhsili maliyyələşdirilmişdir. Bakalavrların əksəriyyəti iqtisadiyyat və idarəetmə (320 nəfər), tibb (238), sənaye (191) və informasiya və kommunikasiya texnologiyaları (174) üzrə ixtisaslaşmışdır. Magistr tələbələrinə gəldikdə, iqtisadiyyat və idarəetmə ixtisaslarında oxuyanlar üstünlük təşkil edir (722 nəfər), növbəti yerlərdə isə sənaye (138 nəfər) və hüquq (120 nəfər) qərarlaşıb. Bu tələbələrdən 128 nəfəri Dövlət proqramı çərçivəsində 2-ci dəfə, 6 nəfəri isə 3-cü dəfə təhsil almışdır. Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (29,1%), Türkiyə (22,1%), Almaniya (12,4%), Kanada (7,2%), Niderland (5,2%) və Rusiya (3,8%) universitetlərində təhsil alırlar. 2008-2016-cı illər ərzində ARDNF tərəfindən bu proqramın maliyyələşdirilməsinə ümumilikdə 188,4 milyon manat məbləğində vəsait ayrılmışdır.

Proqram iştirakçılarının 95%-i aldıqları ixtisas üzrə çalışırlar, bu da ixtisasların düzgün seçimi və bölüşdürməsini təsdiq edir.



Proqram iştirakçılarının təhsil sahəsində gördüyü iş biliklərini yaymağa və Proqramın təsirini daha davamlı və uzunmüddətli edərək çoxaltmağa zəmin yaradır. Bir sıra tələbələr ölkənin aparıcı universitetlərində dərs deyir və ya öz biliklərini müxtəlif onlayn tədris platformaları vasitəsi ilə paylaşır və beləliklə onları Azərbaycanla yanaşı qlobal auditoriyaya da çatdırırlar. Proqram hələ də tamamlanmayıb: 1 898 tələbə təhsil almaqdadır, ən son məzunların isə 2021-ci ildə universitetləri bitirmələri gözlənilir. Bu isə deməkdir ki, proqramın bütün müsbət nəticələri bir neçə il sonra hiss olunacaqdır. İştirakçılar Azərbaycanın sosial və iqtisadi inkişafına davamlı təsir göstərəcəklər.
Cənub Qaz Dəhlizi” qapalı səhmdar cəmiyyətinin nizamnamə kapitalında Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2014-cü il tarixli Sərəncamı ilə “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsini təmin etmək məqsədilə SOCAR tərəfindən nizamnamə kapitalı 100 milyon ABŞ dolları məbləğində olan və səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49 %-i SOCAR-a məxsus olan “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (CQD QSC) təsis edilmişdir. Sərəncamın 2.1.-ci bəndi ilə Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi ARDNF-ə, dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. 2016-cı ildə Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan hissəsinin maliyyələşdirilməsini təmin etmək məqsədilə ARDNF tərəfindən 797,4 milyon manat və yaxud 495,2 milyon ABŞ dolları məbləğində vəsait İqtisadiyyat Nazirliyinin hesabına köçürülmüşdür. 2014-2016-cı illər ərzində Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə ARDNF-dən ümumilikdə 1 232,1 milyon ABŞ dolları və yaxud 1 530,3 milyon manat vəsait yönəldilmişdir.
2014-cü il ərzində Cəmiyyətin Müşahidə Şurasının 28 aprel, 15 iyul, 10 sentyabr və 21 noyabr tarixli qərarlarına əsasən Layihələrin icrasının maliyyələşdirilməsinin təminatı məqsədilə Cəmiyyət tərəfindən 2 516 995 800 ABŞ dolları həcmində korporativ istiqrazlar aşağıdakı xüsusiyyətlərdə emissiya edilmişdir:


  • Bitmə tarixi 10 il müəyyən edilmişdir;

  • İllik faiz dərəcəsi: 6 aylıq LİBOR + 1%;

  • 7 il ərzində yığılan faizlərin sonradan ödənilməsi nəzərdə tutulmuşdur (7 il möhlət müddəti).


Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi. Əsas məqsədi Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirmək, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək Avropa və Asiyaya çıxarılmasını təmin etmək olan layihə çərçivəsində Türkiyənin ərazisində 76 km və Gürcüstanın ərazisində 26 km uzunluğunda olan Qars-Axalkalaki dəmir yolu xəttinin tikintisi və Gürcüstan ərazisində 160 km uzunluğunda Axalkalaki-Marabda yolunun reabilitasiya-rekonstruksiyası işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsi üçün ARDNF-nin 2016-cı il büdcəsindən 41,9 milyon ABŞ dolları və ya 66,2 milyon manat vəsait yönəldilmişdir. Ümumilikdə 2007-2016-cı illərdə bu layihənin maliyyələşdirilməsinə ARDNF tərəfindən 630,0 milyon ABŞ dolları (551,9 milyon manat) həcmində vəsait ayrılmışdır.

STAR layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi. Layihənin ARDNF tərəfindən maliyyələşdirilməsi Azərbaycan Respublikası Prezidentinin “SOCAR Türkiyə Ege” Neft Emalı Zavodu (STAR) layihəsində Azərbaycan tərəfinin iştirakının dəstəklənməsi məqsədilə əlavə tədbirlər haqqında 4 fevral 2013-cü il tarixli 2698 nömrəli Sərəncamına əsasən həyata keçirilir. Sərəncama əsasən nizamnamə kapitalı 1 900 milyon ABŞ dolları təşkil edən səhmdar cəmiyyət yaradılmış və 40 faizi dövlət mülkiyyətində olan Cəmiyyətin səhmlərinin maliyyələşdirilməsi ARDNF-yə tapşırılmışdır. Cəmiyyətin dövlət mülkiyyətində olan səhmlərinin sahibliyi və idarə edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir və həmin səhmlər üzrə dividendlər ARDNF-yə köçürülür.
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2016-cı il tarixli 1804 nömrəli Sərəncamı ilə “STAR layihəsində Azərbaycan tərəfinin iştirakının dəstəklənməsi məqsədilə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 fevral 2013-cü il tarixli 2698 nömrəli Sərəncamında edilmiş dəyişikliklərə əsasən, Cəmiyyətin nizamnamə kapitalının həcmi 1 900 milyon ABŞ dollarından 2 412,0 milyon ABŞ dollarına qədər, Cəmiyyətin dövlət mülkiyyətində olan 40%-lik səhm payının dəyəri 964,8 milyon ABŞ dollarına qədər artırılmışdır.
Layihənin maliyyələşdirilməsinə başlayandan 2016-cı ilin sonuna qədər ARDNF tərəfindən xəzinədarlıq vasitəsilə STAR layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinə ümumilikdə 960,2 milyon ABŞ dolları və ya 927,9 milyon manat, o cümlədən hesabat ili ərzində 200,2 milyon ABŞ dolları və ya 331,8 milyon manat məbləğində vəsait ayrılmışdır.


  1. İNVESTİSİYALAR


5.1. İnvestisiya Strategiyası
ARDNF-nin investisiya strategiyasının əsasını irihəcmli itkilərin minimuma endirilməsi şərti ilə münasib gəlirliliyin əldə edilməsi təşkil edir. Portfelin maliyyə alətləri və ölkələr üzrə geniş diversifikasiyasının təmin edilməsi, eləcə də makroiqtisadi mühitin daimi təhlili bu məqsədə nail olmağa xidmət edən amillərdəndir.
ARDNF-nin investisiya fəaliyyətinin hüquqi bazasını təyin etmək və yüksək şəffaflığın təmin edilməsi məqsədilə dövlət tərəfindən ARDNF-nin vəsaitlərinin idarə edilməsinin əsas prinsip və istiqamətləri müəyyənləşdirilmişdir. ARDNF-nin vəsaitləri Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a (İnvestisiya Qaydaları) və Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə illik əsasda təsdiq olunan “Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya siyasəti”nə əsasən idarə olunur.
İnvestisiya Qaydaları ARDNF-nin vəsaitlərinin idarə edilməsinin ümumi prinsiplərini müəyyən edir. Belə ki, qeyd olunan İnvestisiya Qaydaları vəsaitlərin maliyyə alətlərinə və valyutalara görə bölgüsünü, investisiya alətləri üzrə məhdudiyyətləri, xarici menecerlərə qarşı olan tələbləri, eləcə də ARDNF-nin tərəf müqabilləri (kastodial banklar, müxbir banklar və s.) ola biləcək qurumların minimal kredit reytinq dərəcələrini müəyyənləşdirir.
İnvestisiya siyasəti ARDNF-nin investisiya portfelinin hədəflərini, proqnozlaşdırılan həcmini, valyuta tərkibini, vəsaitlərin strateji bölgüsünü, hədəf gəlirliliyi (bençmark) və bir sıra risk hədlərini müəyyən edir.
ARDNF-nin uzunmüddətli hədəflərinə uyğun olaraq, portfelin investisiya alətlərinə görə bölgüsü illik əsasda nəzərdən keçirilir və təsdiqlənir. 2016-cı il İnvestisiya siyasətinə əsasən investisiya portfeli aşağıdakı alt portfellərə bölünmüşdür:

  • 70% - borc öhdəlikləri və pul bazarları alətləri;

  • 15% - səhm;

  • 10% - daşınmaz əmlak;

  • 5% - qızıl.

2016-cı ilin dekabr ayına olan vəsaitlərin strateji bölgüsünə əsasən ARDNF-nin investisiya portfelinin 80,0%-i sabit gəlirli qiymətli kağızlar və pul bazarı alətlərindən, 12,2%, 3,4%, 4,4%-i isə müvafiq olaraq səhmlər, qızıl və daşınmaz əmlak investisiyalarından ibarət olmuşdur.


Cədvəl 5.1.1. Vəsaitlərin hədəf bölgüsü



Portfel 31.12.2015




Portfel 31.12.2016




Hədəf Portfeli 31.12.2016

Sabit gəlirli qiymətli kağızlar 82,1%

right arrow 7


Sabit gəlirli qiymətli kağızlar 80,0%

right arrow 18


Sabit gəlirli qiymətli kağızlar ≥ 70%

Səhmlər 10,2%




Səhmlər 12,2%




Səhmlər ≤ 15%

Daşınmaz əmlak 4,6%




Daşınmaz əmlak 4,4%




Daşınmaz əmlak ≤ 10%

Qızıl 3,1%




Qızıl 3,4%




Qızıl ≤ 5%















Sabit gəlirli qiymətli kağızlar və pul bazarları alətləri üçün seçilmiş hədəf gəlirliliyi 3 aylıq LİBOR faiz dərəcəsi (Avroda ifadə olunan aktivlər üçün 3 aylıq EURİBOR faiz dərəcəsi), cari səhm portfelinin hədəf gəlirliliyi isə “MSCI World” indeksi olaraq müəyyən edilmişdir.


Cədvəl 5.1.2. ARDNF-nin investisiya fəaliyyətinin cari istiqamətlərini cəmləşdirir.

Cədvəl 5.1.2. İnvestisiya forması


Qlobal aktiv növləri

Portfelə daxil olan aktiv növləri

Həyata keçirilən strategiya

Həyata keçirilmə metodları

Ənənəvi

Səhmlər

Qlobal səhm bazarlarına investisiya

“MSCI World”, “MSCI Europe ex UK”, “S&P 100” indeksləri, VTB Bankda strateji səhm payı

Sabit gəlirli qiymətli kağızlar

İstiqrazlara və pul bazarları alətlərinə investisiya

Dövlət, beynəlxalq təşkilatlar, agentlik və korporativ investisiya dərəcəli sabit gəlirli qiymətli kağızların və pul bazarları alətlərinin alınması

Alternativ

Özəl səhmlər

Özəl səhm fondlarına investisiya

Beynəlxalq Maliyyə Korporasiyası Aktivlərin İdarə edilməsi Şirkəti tərəfindən idarə olunan fondlara, “Neuberger Berman” şirkəti ilə birgə qurulmuş Ayrıca İdarə Olunan Özəl Səhm Mandatı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən idarə olunan “EPF” fonduna investisiya




Daşınmaz əmlak

Kommersiya təyinatlı daşınmaz əmlakın alınması və daşınmaz əmlak fondlarına investisiya

Moskva, London, Paris, Seul, Tokio və Milan şəhərlərində yerləşən ofis binalarına investisiya;
PGİM şirkəti tərəfindən idarə olunan EVP fondu ilə birlikdə Frankfurt şəhərində yerləşən “Junghof Plaza” daşınmaz əmlakına birgə investisiya;

Asiya və Sakit Okean hövzəsi, Avropa və ABŞ-da kommersiya, həmçinin, Yaponiyada logistika təyinatlı daşınmaz əmlaka yatırım edən fondlara investisiyalar



Qızıl

Fiziki qızıla investisiya

Qızıl külçələrinə investisiya



Daxili idarəetmədə olan vəsaitlər
ARDNF-nin qarşısında duran prioritet məsələlərdən biri məhz ölkədə vəsaitlərin idarə edilməsi sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqi və təşviqinin həyata keçirilməsidir. ARDNF üçün bu istiqamətdə lazımi bilik və təcrübənin əldə olunması ilə tədricən bütün vəsaitlərin daxildən idarəetməyə keçirilməsinin təşkili xüsusi əhəmiyyətə malikdir. İnvestisiya portfelinin 91,5%-i daxildən idarə olunur.
Xarici menecerlər tərəfindən idarə olunan vəsaitlər
2016-cı ilin dekabr ayının nəticələrinə əsasən investisiya portfelinin 8,5%-i xarici menecerlər tərəfindən idarə edilir. ARDNF-nin vəsaitlərin idarə olunmasında xarici menecerlərin xidmətlərindən istifadə edilməsi onların müvafiq sahələrdəki bilik və bacarıqlarından faydalanmaq, eləcə də qabaqcıl dünya təcrübəsinin daxili idarəetmədə olan portfelə tətbiqi nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb edir.
ARDNF-nin vəsaitlərinin bir hissəsi aşağıda qeyd edilən xarici menecerlər tərəfindən idarə olunur:

Sabit gəlirli qiymətli kağızlar üzrə:



  • Dünya Bankı – ARDNF-nin aktivlərinin 226 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,7%-i) idarə edir.

  • Deutsche Bank Advisors” – ARDNF-nin aktivlərinin 102 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,3%-i) idarə edir.

Səhmlər üzrə:

  • UBS Asset Management” – ARDNF-nin aktivlərinin 1 274 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 3,9%-i) idarə edir.

  • State Street Global Advisors” (SSgA) – ARDNF-nin aktivlərinin 1 215 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 3,7%-i) idarə edir.




    1. ARDNF-nin investisiya portfeli

DÜNYADA MAKROİQTİSADİ VƏZİYYƏT

Qlobal iqtisadi artımda fərqlilik davam edir

İlin əvvəli daha aşağı iqtisadi artım templəri ilə başlamışdır. İl ərzində inkişaf etmiş və etməkdə olan ölkələrin iqtisadi artım templəri tarazlaşmışdır. 2016-cı ildə ABŞ Federal Rezervi (FED) faiz dərəcələrini bir dəfə qaldırmaqla monetar siyasətini tədricən normallaşdırmışdır. Avropa Mərkəzi Bankı (AMB) növbəti ildə yumşaq pul siyasətinin tempini aşağı salacağını elan etmişdir. Böyük Britaniyanın Avropa Birliyini (AB) tərk etməsi lehinə səs verməsi və Donald Trampın ABŞ prezidenti seçilməsi kimi böyük əhəmiyyətli siyasi hadisələr ilin bazar sentimentini formalaşdırmışdır. Neftin qiyməti uzun müddət aşağı səviyyədə qaldıqdan və ilin əvvəlində 12-illik minimum həddə çatdıqdan sonra 2017-ci ilin yanvarından qüvvəyə minməsi nəzərdə tutulan istehsalın məhdudlaşdırılmasının qərara alınması nəticəsində bərpa olunmuşdur.

Qlobal artım tempinin gözləntilərdən aşağı olduğu 2015-ci ildən fərqli olaraq, 2016-cı ildə bu göstərici 3,1% (BVF, Dünya Bankı) səviyyəsində qeydə alınmış və proqnozlara uyğun olmuşdur. İnkişaf etmiş ölkələr arasında ABŞ-da iqtisadi fəaliyyət ilin birinci yarısındakı zəif nəticəyə baxmayaraq, ilin yekununa doğru möhkəmlənmişdir (1,6%). Avrozonada istehsalın həcmi potensial səviyyədən aşağı (1,8%) olsa da, Yaponiyada iqtisadi artım (1,0%) gözləntilərdən daha yuxarı nəticə göstərmişdir. İnkişaf etməkdə olan ölkə iqtisadiyyatlarında daha fərqli vəziyyət müşahidə olunmuşdur. Stimullaşdırma siyasətinin dəstəyi nəticəsində Çin gözləndiyindən (6,7%) daha yüksək artım nümayiş etdirsə də, iqtisadi yavaşlama ilə əlaqədar qeyri-müəyyənliklər davam etmişdir. Digər tərəfdən, Rusiyada daha əvvəl proqnozlaşdırılan ciddi iqtisadi geriləmədən fərqli olaraq iqtisadi artım -0,2% səviyyəsində olmuşdur.

Əmtəə qiymətlərinin artımı nəticəsində inkişaf etmiş ölkələrdə son aylar ərzində inflyasiya dərəcələri bərpa olunmuş, lakin enerji və ərzaq məhsullarını nəzərə almadan inflyasiya dərəcəsi ümumi olaraq hədəfdən aşağı səviyyələrdə dəyişməz qalmışdır. AMB-nin tətbiq etdiyi mənfi faiz dərəcələri və digər qeyri-ənənəvi siyasət tədbirləri Avrozonada iqtisadi fəaliyyəti stimullaşdırmağa və inflyasiyanı bərpa etməyə kömək olsa da (inflyasiya 0,2%), inflyasiya dərəcəsi hədəf səviyyəsindən aşağıda qeydə alınmışdır. ABŞ-da FED-in dünya bazarlarında baş verən hadisələrə qarşı cavab olaraq gözlənildiyindən daha yumşaq siyasət yürütməsinə baxmayaraq, inflyasiya dərəcəsinin 2,0%-lik hədəfə yaxınlaşması faiz dərəcələrinin artımı siyasətinin daha ehtiyatla həyata keçirilməsinə səbəb olmuşdur.







Monetar siyasət tədbirləri – mərkəzi banklar

İstiqrazlarda aşağı faiz dərəcələrinin təsiri getdikcə artmış və bu bütün investorlara təsir etmişdir. AMB tərəfindən atılan cavab addımları, həmçinin borc bazarlarındakı problemləri nəzərə alaraq Yaponiya Mərkəzi Bankının faiz dərəcələrini mənfi səviyyə qədər endirməsi dövlət istiqrazları üçün qənaətbəxş olmayan bir il olduğunu nümayiş etdirdi. Belə ki, bir sıra ölkələrdə faiz dərəcələri mövcud bazar şərtləri altında kifayət qədər aşağı səviyyələrdə qaldı. İnkişaf etmiş ölkələrdə də öz növbəsində müvafiq gəlirlilik əyriləri mənfi zonada qalmağa davam etdi, İsveçrənin gəlirlilik əyrisi tam olaraq sıfırdan aşağı səviyyələrdə qərarlaşdı. Qeyd olunanlar investorların gəlirlilik əyrisi üzrə daha uzunmüddətli sərmayələrə yönəlməsinə və faiz dərəcəəri üzrə risklərin artmasına səbəb olmuşdur. Bundan əlavə, dünya bazarları “Brexit” qərarının sarsıntısı ilə üz-üzə gəldi və Böyük Britaniya Mərkəzi Bankı bu mühitə uyğunlaşmaq üçün faiz dərəcəsini gözlənilmədən aşağı salmaq məcburiyyətində qaldı. Atlantik okeanının digər tərəfində isə FED faiz dərəcələrini artırdı. Beləliklə, ABŞ və Avropanın monetar siyasətləri bir-birindən daha da uzaqlaşmış və bu da özünü daha çox qısamüddətli faiz dərəcələrində büruzə vermişdir.



Əvvəlki tədbirlərin davamı olaraq, AMB martın 16-da uçot faiz dərəcəsini endirərək, marjinal faiz dərəcəsini 0,25%-ə salmış, repo dərəcəsini 0%-də saxlamış və depozit dərəcəsini -0,4% səviyyəsinə salmışdır. Bundan əlavə, aylıq istiqraz atkivlərinin alınması proqramı 33% artırılaraq 80 milyard avroya çatdırılmış və bu, gəlirlilik dərəcələrinin bir qədər də mənfi tərəfə irəliləməsinə gətirib çıxarmışdır. Həmçinin korporativ istiqrazların alınmasının da proqrama daxil edilməsi bu tip qiymətli kağızların gəlirliliyinin aşağı düşməsinə səbəb olmuşdur. 2016-cı ilin dekabr ayında AMB güclü iqtisadi göstəricilərin və müəyyən hədəflərə nail olunmasının nəticəsi olaraq, həmçinin bazarlarda qeyri-müəyyənliklərin qarşısını almaq məqsədilə gələn ilin martından etibarən istiqraz aktivlərinin alınması proqramının azaldılacağını elan etdi.

“Brexit” sarsıntısı Böyük Britaniya Mərkəzi Bankını referendumun mənfi təsirlərinin qarşısını almaq məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirməsinə vadar etmişdir. Mərkəzi Bank dərhal 60 milyard ingilis funt sterlinqi dəyərində suveren və 10 milyard funt sterlinq dəyərində korporativ istiqrazların alınması proqramını tətbiq etdi və ardınca faiz dərəcəsini endirərək 0,25% səviyyəsində təsdiqlədi. “Brexit”in özü ilə gətirdiyi qeyri-müəyyənliklər fonunda görülən tədbirlər ingilis funtunun son onilliklər boyu müşahidə olunmuş ən aşağı səviyyəyə enməsinə səbəb oldu. Funtun kəskin enməsinə baxmayaraq, bu ehtiyat tədbirləri ümumi iqtisadiyyata mənfi təsirləri azaltmış və bunun nəticəsində Böyük Britaniya 2016-cı ili iqtisadi fəaliyyətin yalnız cüzi zəifləməsilə yekunlaşdırmışdır. Lakin Böyük Britaniyanın Avropanın ümumi bazarından çıxması və Maddə 50-nin şərtləri ilə bağlı qeyri-müəyyənliklər risklərin artmasına səbəb olmuşdur ki, bu da gələcəkdə potensial olaraq əhəmiyyətli mənfi təsirlərlə nəticələnə bilər.

2016-cı ildə ABŞ-da tamamilə fərqli vəziyyət müşahidə olunmuşdur. İl boyu bazarlarda mövcud olan iqtisadi sarsıntılara baxmayaraq, FED ilin sonunda faiz dərəcəsini artırmağı qərara almış və uçot dərəcəsini 0,5%-0,75% səviyyəsində təsdiqləmişdir. Bundan əlavə ABŞ prezident seçkiləri nəticəsində ABŞ-ın suveren istiqrazlarının investorlar tərəfindən daha intensiv satışı müşahidə olunmuş və dekabrın ortalarında 10 illik ABŞ suveren istiqrazının gəlirliliyi noyabrdakı 1,85% səviyyəsindən 75 bazis dərəcəsi artmışdır. Donald Trampın vergilərin azaldılması və infrastruktur xərclərinin artırılması ilə bağlı vədlərini nəzərə alaraq, daha yumşaq fiskal siyasətin tətbiq olunması gözlənilirdi.   Beləliklə, Trampın islahatları ilə bağlı səhm bazarlarında olan optimizmlə FED-in gözləntilərinin üst-üstə düşməməsinə baxmayaraq, FED  tərəfindən daha sərt monetar siyasət həyata keçirilmişdir.

İqtisadi artımdakı azalmanın qarşısını almaq məqsədi ilə ilin əvvəlində Çin Mərkəzi Bankı yuanın sürətləndirilmiş dəyərdən salınması tədbirlərini həyata keçirdi. Lakin bu tədbirlər Çinin iqtisadi zəifləməsinin kəskin olması ilə bağlı narahatlıqları bir qədər də artırdı. Elan edilmiş siyasəti dəstəkləmək məqsədilə Çin Mərkəzi Bankı məcburi ehtiyat normasını 50 bazis dərəcəsi azaldaraq 17%-ə endirdi, lakin əmanət və uçot faiz dərəcələrini 1,50% və 4,35% səviyyəsində dəyişməz saxladı. Yüksək artım tempini davam etdirmək və iqtisadi fəaliyyəti möhkəmləndirmək üçün Çinin artan borclanmaya arxalanması əsas təlaş mənbəyi olaraq qalmaqda idi.

SABİT GƏLİRLİ QİYMƏTLİ KAĞIZLAR BAZARI
“Brexit”in nəticəsi investorları daha az riskli alətlərə investisiya etməyə yönəltdi və bunun nəticəsi olaraq 2016-cı ilin ortalarında 10 illik Almaniya suveren istiqrazlarının gəlirliliyi tarix boyu ən aşağı səviyyəyə -0,2%-ə enmişdir. Böyük Britaniyanın Avropa İttifaqı ilə iqtisadi əlaqələrindəki qeyri-müəyyənliyin iqtisadi artımda, xüsusilə də yeni biznes investisiyalarının səviyyəsində öz əksini tapacağı gözlənilirdi. Bazar iştirakçıları gözlənilən kimi reaksiya verərək neqativ zonada alınıb-satılan AVRO Suveren borc öhdəliklərinin payını rekord həddə çatdırdılar (Üçüncü rübdə borc öhdəliklərinin neqativ gəlirlilik zonasında olan hissəsi bütün AVRO borc öhdəliklərinin 56%-nə çatmışdır). Neqativ gəlirliliklə alınıb-satılan AVRO suveren borcların ümumi miqdarı 3-cü rübdə 3,3 trilyon avro olmaqla, qlobal bazardakı ümumi miqdarı 12 trilyon dollar olan, neqativ gəlirlilikli borcların dörddə birindən çoxuna çatmışdır. Əlavə olaraq, Avropa Suveren borc kağızlarının spredlərində əhəmiyyətli dərəcədə azalma müşahidə olunmuş, bununla da Fransa və İspaniya spredləri Almaniya suveren kağızları qarşısında öz tarixi səviyyələrinə geri dönmüşdürlər. Halbuki, 4-cü rübdəki ABŞ prezident seçkiləri və İtaliya referendumu gələcək gözləntiləri dəyişdirdi, nəticədə suveren gəlirlilik əyriləri qalxmışdır.



Eyni vaxtda, il sonuna ABŞ-ın 10-illik suveren borc öhdəliklərindəki artım Avropadakı faizləri də qaldırdı. Buna xüsusilə bazar gözləntilərinə rəğmən İtaliyada referendumun nəticəsindən sonra bu ölkənin suveren istiqrazlarının dəyərinin düşməməsi təsir etmişdir. Bundan əlavə, 2016-cı il İtaliyanın bank sektorunun problemli kreditlərin ağırlığı altında əziyyət çəkməsi ilə yadda qaldı və bu hökuməti lazımi tədbirlər görməyə məcbur etdi. Buna baxmayaraq, ölkənin bank sektorunun səhmləri il boyu təzyiq altında qalmaqda davam etmişdir. Bütün bu gərginliklərin nəticəsi olaraq 10-illik İtaliya suveren istiqrazları son rüb ərzində 60 bazis dərəcəsindən çox, Almaniya və Fransa suveren kağızları isə öz növbəsində 33 bazis dərəcəsi və 50 bazis dərəcəsi qalxmışdır.





Valyuta məzənnələri və neft qiymətləri

2016-cı il qlobal miqyasda artan qeyri-müəyyənliklərlə yadda qalmışdır. İqtisadi dəyişkənliyin əsas mənbələri siyasi hadisələr və daha da güclənən populizm olmuşdur. Proqnozlaşdırıldığının əksinə olaraq FED tərəfindən faiz dərəcələrinin artırılmaması və iqtisadi artım indikatorlarının gözləntilərdən daha aşağı səviyyədə olması nəticəsində ilin ilk yarısında ABŞ dolları məzənnəsinin digər valyutalara qarşı geriləməsinə baxmayaraq, daha sonra, xüsusilə də ABŞ-dakı prezident seçkilərinin nəticələrindən sonra, adıçəkilən valyutanın məzənnəsi digər əsas valyutalara qarşı yenidən möhkəmlənməyə başlamışdır.

İl ərzində dollara qarşı öz mövqeyini ən çox itirən valyuta ingilis funtu oldu, hansı ki “Brexit” qərarından sonra funt sterlinqin əhəmiyyətli dərəcədə düşməsi heç də təəccüb doğurmadı. 2016-cı ildə dollara qarşı öz mövqeyini ən çox itirən digər valyutalar arasında çox yumşaq pul siyasəti nəticəsində zəifləyən İsveç kronu və avro olmuşdur. Kanada dolları və Yapon yeni isə Böyük onluq ölkələrinin valyutalarını geridə qoyaraq ili major notlarda tamamlamağa nail olmuşdur.

OPEC-in istehsal həcmini azaltmamağa qərar verməsi və bunun nəticəsində neft qiymətlərinin kəskin düşməsi bu qrupun dayanıqlılığı haqqında narahatlığa səbəb olmuşdur. 2016-cı ilin noyabr ayının 30-u OPEC istehsalı günlük 1,2 milyon barel azaltmaq qərarı ilə bazardakı mühüm yerini bərpa etdi. İstehsalın məhdudlaşdırılması haqqında ilkin mərhələdə qərar qəbul etmədə uğursuzluğa baxmayaraq, OPEC nəhayət ki, istehsalın məhdudlaşdırılması qərarına gələ bildi. Bu bazar gözləntilərinə əhəmiyyətli təsir göstərdi və ilin sonuna neftin qiymətini qaldırdı. Aydındır ki, cari bazar şəraitində OPEC neft bazarına əvvəllər olduğu kimi nəzarət etmək imkanlarına malik deyil, amma buna baxmayaraq bu qurumun fəaliyyətinin sona çatması haqqında bazardakı düşüncələr olduqca şişirdilmişdir.

2016-cı il neftin qiymətlərində əhəmiyyətli dərəcədə artım ilə yadda qalmışdır. Brent nefti ili 50% ətrafında, Texas WTI nefti isə 40%-ə yaxın mənfəətlə başa vurmuşdur. Neft qiymətləri ilin sonuna OPEC-in gözləntilərinə uyğun olaraq hər barel üçün 50 ABŞ dolları üzərində qərarlaşmışdır.



ARDNF-nin sabit gəlirli qiymətli kağızlara investisiyaları

2016-cı ildə ARDNF-nin dövlət agentlikləri və beynəlxalq təşkilatlara olan investisiyalarının həcmi ötən ilə nisbətən 3,3% artmışdır. Bundan başqa, əlavə gəlir əldə etmək məqsədi ilə maliyyə istiqrazlarına, əsasən avroda buraxılan istiqrazlara olan investisiyaların həcmini artırmışdır. Qısamüddətli kommersiya kağızlarına investisiyalar pul bazarında olan aşağı gəlirlilik və avroda olan investisiya imkanlarının məhdudluğu səbəbindən daha da azaldılmışdır. Suveren dövlət istiqrazlarına gəldikdə bu istiqrazlara olan investisiyaların əsaslı olaraq sabit qaldığını müşahidə etmək olar.



Hesabat ilində ARDNF sabit gəlirli qiymətli kağızlar portfelinin regionlar üzrə maksimal diversifikasiyasına nail olmağa çalışmışdır. Fond Avropaya investisiyalarının həcmini bir qədər azaltmış (44,4%), eyni zamanda, Şimali Amerikaya investisiyalarının həcmini 2015-ci ildəki 23,2%-dən 2016-cı ildə 24,4%-ə qədər cüzi artımla sabit saxlamışdır. Digər regionlardakı investisiyalar demək olar ki, stabil qalmışdır.




ARDNF-nin 2016-cı ildə sabit kuponlu istiqrazların portfeldəki payı 2015-ci ilə nisbətən 48,71%-dən 41,40%-dək azalmışdır. Dəyişkən kuponlu istiqrazların və pul bazarları alətlərinin ümumi payı isə ötən ilə nisbətən artmışdır. Bu strategiyanın başlıca məqsədi yaxın gələcəkdə mümkün olan uçot dərəcəsinin və yaxud gəlirliliyin artımlarından, həmçinin spredlərin genişlənməsindən faydalanmaq olmuşdur. Ümumilikdə, sabit gəlirli qiymətli kağızlar portfelinin dürasiyası faiz dərəcələrindəki dəyişikliklər zamanı yarana biləcək mənfi təsirlərdən qorunmaq məqsədilə aşağı saxlanılmışdır. Əlavə olaraq, sabit gəlirli qiymətli kağızlar portfelinin sənaye və sektorlar üzrə diversifikasiyası əvvəlki maksimallığını qorumuşdur.



Səhm investisiyaları

Səhm bazarlarının icmalı

2016-cı il səhmlər üçün uğurlu il olaraq yadda qalmışdır. Dünyanın inkişaf etmiş ölkələrinin səhm bazarlarının aparıcı indeksi hesab olunan “MSCI World” indeksi il ərzində 7,51% məcmu gəlirlilik nümayiş etdirmişdir. Qeyd olunan yüksək gəlirliliyin əsas mənbəyi ABŞ olmuşdur, belə ki ölkənin səhm bazarlarının qabaqcıl indeksi olan “S&P 500” ili 9,54% gəlirliliklə başa vurmuşdur. Nəticədə “S&P 500” indeksi son beş ildən dördünü müsbət gəlirliliklə bitirmişdir. ABŞ iqtisadiyyatında sektorlar arasında enerji (23,65%), maliyyə (20,14%) və telekommunikasiya (17,81%) ən yüksək nəticə göstərənlər olduğu halda, səhiyyə sektoru ili zərərlə (-4,36%) başa vuran yeganə sektor olmuşdur.

Böyük Britaniyanın əsas səhm indeksi olan “FTSE 100” il ərzində tarixi boyu ən yüksək gəlirlilik (+14,43%) dərəcəsini əldə etmişdir. Qeyd etmək lazımdır ki, “Brexit” funt sterlinqin ABŞ dolları qarşısında dəyər itirməsinə səbəb olmuşdur ki, bu da öz növbəsində Britaniyanın səhm bazarlarını və ixrac həcmini stimullaşdıran amillərdən olmuşdur.

2016-cı il ərzində Avropa səhm bazarlarının əsas göstəricisi olan “Euro STOXX 600” ili 1,20% zərərlə başa vurmuşdur. Ortaölçülü şirkətlərin səhmlərinin gəlirliliyi (3,53%), iri ölçülü (0,58%) və kiçik ölçülü şirkətlərin səhmlərinin gəlirliliyini (-0,79%) əhəmiyyətli dərəcədə üstələmişdir. Avropa Mərkəzi Bankının həyata keçirdiyi mənfi faiz dərəcəsi siyasəti ilə əlaqədar olaraq 2016-cı il xüsusilə bank sektoru üçün çətin il olmuşdur.

Yaponiya səhm bazarının aparıcı indeksi olan “Nikkei 225” il ərzində 0,42% gəlirlilik dərəcəsi göstərmişdir.

İl ərzində bir çox səhm bazarlarının müsbət nəticə göstərməsi ilə yanaşı, bir sıra ölkələr ili zərərlə başa vurmuşdur. Bunlar arasında İtaliyanı (İtaliya bazarlarının aparıcı indeksi “FTSE MİB” 2016-cı il ərzində 10,20% itirmişdir) qeyd etmək olar, belə ki ölkənin bank sektoru 2016-cı ildə ciddi problemlərlə üzləşmişdir. İli zərərlə başa vurmuş digər ölkə Çin olmuşdur. Ölkənin qabaqcıl səhm indeksi olan “Shanghai Composite” il ərzində 12,31% itkiyə məruz qalmışdır.





Səhm portfeli

2016-cı ilin sonuna səhmlərin ümumi portfeldə həcmi əvvəlki il ilə müqayisədə 7,70%-dən 9,20%-ə qalxmışdır. İl ərzində ARDNF-nin ümumi səhm portfelinin müvafiq (lokal) valyutada gəlirliliyi 4,96% (ABŞ dollarında 5,63%) təşkil etmişdir. ARDNF səhm portfelinin qiymət dəyişkənliyinin azaldılması məqsədi ilə portfelin böyük hissəsini “MSCI World” indeksinə investisiya etmişdir və bu indeksi replikasiya edən səhm portfeli il ərzində müvafiq (lokal) valyutada 9,54% (ABŞ dollarında 7,72%) gəlirlilik göstərmişdir. Daxili idarəetmədə olan və “S&P 100” indeksini replikasiya edən portfel il ərzində 11,32% müvafiq (lokal) gəlirlilik əldə etmişdir. ARDNF Rusiyanın dövlət tərəfindən idarə olunan və aparıcı banklarından biri olan VTB Bankda səhm payına sahibdir. İlin sonuna VTB Bankın səhmlərindən olan gəlirlilik rublda -6,60%, ABŞ dollarında isə 11,57% təşkil etmişdir. “MSCI Europe ex-UK” portfelinin gəlirliliyi isə müvafiq (lokal) valyutada 2,75%, avroda isə 2,76% təşkil etmişdir. 2015-ci ilin səhm portfelinin gəlirlilik göstəriciləri ilə müqayisə olunarsa, ötən ilin nəticələri baza valyutada nəzərə alınmalıdır.



ÖZƏL SƏHM

2016-CI İL ÜZRƏ ÖZƏL SƏHM BAZARLARINA ÜMUMİ BAXIŞ

2016-cı il özəl səhmlər sahəsində qənaətbəxş il olmuş və 830 özəl səhm fondu tərəfindən cəlb olunmuş 347 milyard ABŞ dolları ekvivalentində kapital həcmi ilə səciyyələnmişdir. Hazırda bu sahədə yatırım edilmiş aktivlərin ümumi bazar dəyəri 2,49 trilyon ABŞ dollarına bərabərdir. Ötən il eyni zamanda əsasən uzun müddətdən bəri fəaliyyətdə olan şirkətlərin səhm nəzarət paketinin alınması üzrə ixtisaslaşan özəl səhm fondlarının (“buyout funds”) portfelinə daxil olan 984 investisiyanın reallaşdırılması nəticəsində daxilolmaların məcmu həcminin 328 milyard ABŞ dollarına bərabər olması ilə müşayiət olunmuşdur ki, bu da 2015-ci illə müqayisədə azalma göstəricisidir. Vençur kapital fondları ümumilikdə 134 milyard ABŞ dolları dəyərində 9 719 maliyyələşmə əməliyyatı həyata keçirmişlər. 2016-cı ilin sonunda yatırılmamış kapitalın miqdarı 8,6% artaraq ümumilikdə 820 milyard ABŞ dollarından yuxarı həddə çatmışdır. Sözügedən yatırılmamış kapital problemi özəl səhm fondları arasında investisiya layihələrinin əldə olunması sahəsindəki rəqabəti artırmışdır.



ÖZƏL SƏHMLƏR PORTFELİ

Hal-hazırda ARDNF-nin özəl səhm portfeli Beynəlxalq Maliyyə Korporasiyası Aktivlərin İdarə edilməsi Şirkəti (BMK AİŞ) tərəfindən təşkil olunan üç fond (ALAK, Katalizator və QİF), “Neuberger Berman” şirkəti ilə birgə qurulmuş Ayrıca İdarə Olunan Özəl Səhm Mandatı və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən idarə olunan “EPF” fondundan (“Equity Participation Fund”) ibarətdir. Sözügedən fondlar haqqında məlumat aşağıda verilmişdir:

• BMK Afrika, Latın Amerikası və Karib hövzəsi Fondu (ALAK Fondu) 2010-cu ildə təsis olunmuşdur və ümumi həcmi 1 milyard ABŞ dolları təşkil edir. Fond Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələrində müxtəlif sənaye sahələrinə səhm investisiyaları formasında yatırımlar həyata keçirir. İnvestisiya həyata keçirilən əsas ölkələr Argentina, Braziliya, Çili, Kolumbiya, Kot d`İvuar, Dominikan Respublikası, Keniya, Meksika, Trinidad və Tobaqo, Nigeriya və Uqandadır. ARDNF-nin ALAK Fondunda iştirak payı 100 milyon ABŞ dolları olmaqla 10% təşkil edir.

• BMK Katalizator Fondu 2012-ci ildə fondlar fondu şəklində təşkil olunmuş və inkişaf etməkdə olan ölkələrin bazarlarında təbii resurslardan səmərəli istifadə yönümündə ixtisaslaşmış özəl səhm fondlarına kapital yatırımları həyata keçirir. Hal-hazırda Fondun ümumi həcmi 418 milyon ABŞ dolları təşkil edir. ARDNF-nin BMK Katalizator Fondundakı iştirak payı 50 milyon ABŞ dolları olmaqla 12% həcmində müəyyən olunmuşdur.

• BMK Qlobal İnfrastruktur Fondu (QİF) 2013-cü ildə yaradılmışdır. Fond inkişaf etməkdə olan ölkələrdə infrastruktur layihələri sahəsində səhm investisiyaları üzrə ixtisaslaşmışdır. Cari dövrə qədər QİF 1,2 milyard ABŞ dolları həcmində kapital cəlb etmişdir. ARDNF-nin QİF-də iştirak payı 16,67% olmaqla 200 milyon ABŞ dollarına bərabərdir.

• 2015-ci ildən etibarən ARDNF “Neuberger Berman” adlı başlıca özəl səhm şirkətlərindən biri ilə 200 milyon ABŞ dolları həcmində iştirak payı ilə Ayrıca İdarə olunan İnvestisiya Mandatına başlamışdır. ARDNF sözügedən mandat vasitəsilə inkişaf etmiş ölkələrdə - əsasən Şimali Amerika və Qərbi Avropa ölkələrində - “Buyout”, “Mezzanine” və inkişaf fondlarına investisiyalar həyata keçirməyi və birgə investisiyalara qoşulmağı planlaşdırır.

• ARDNF 2016-cı ildə AYİB tərəfindən idarə olunan “Equity Participation Fondu” (EPF) fonduna 100 milyon avro həcmində kapital qoyuluşu etmişdir. “EPF” öz investorlarına AYİB-in fəaliyyət göstərdiyi regionda etdiyi birbaşa səhm investisiyalarına qoşulma fürsəti verir. AYİB-in əsas fəaliyyət regionları Mərkəzi və Şərqi Avropa, Aralıq Dənizi hövzəsi, Mərkəzi Asiya və s. kimi regionlardır. ARDNF-nin “EPF” fondundakı payı 28,57% təşkil edir.




XƏZƏR DƏNİZİNDƏ YENİ, MÜASİR, ÜZƏN QAZMA QURĞUSUNA İNVESTİSİYA

2016-cı ildə ARDNF tərəfindən 97,7 milyon ABŞ dolları və yaxud 153 milyon manat vəsait Fondun bu layihədə iştirak payının (nizamnamə kapitalının) maliyyələşdirilməsinə yönəldilmişdir. Layihə büdcəsinin maksimum həddi 1 116,7 milyon ABŞ dolları təşkil edir. Layihə büdcəsinin vəsaitinin mənbəyi layihə üzrə sifarişçi funksiyasını həyata keçirmək məqsədilə yaradılmış Azerbaijan Rigs MMC-nin 10%-i SOCAR-ın və 90%-i ARDNF-nin vəsaiti hesabına formalaşan nizamnamə kapitalıdır. Nizamnamə kapitalı layihə üzrə bağlanmış podrat və subpodrat müqavilələrinə əsasən vaxtı çatan ödənişlərin edilməsi üçün lazım olan məbləğdə artırılmaqla mərhələli şəkildə formalaşdırılır. Layihə üzrə podratçı funksiyalarının yerinə yetirilməsi layihənin sifarişçisi ilə 24 iyun 2013-cü il tarixində bağlanmış Baş Podrat müqaviləsinə əsasən Azərbaycan Respublikasının hüquqi şəxsi olan, Dövlət Neft Şirkətinin təsisçiliyi ilə yaradılan və Xəzər dənizində mövcud üzən qazma qurğularına sahiblik edən Kaspian Drillinq Kompani Limited MMC-yə (“KDK” MMC) həvalə edilmişdir. Layihənin 7 aya başa çatdırılması nəzərdə tutulur.



Qlobal daşınmaz əmlak bazarları

İl ərzində qlobal daşınmaz əmlak bazarlarında müxtəlif tendensiyalar müşahidə olunmuşdur. İlin əvvəlində maliyyə bazarlarındakı qeyri-sabitlik və Çin Xalq Republikasında iqtisadi artımın yavaşlaması, Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzrə referendum və ilin sonunda ABŞ prezident seçkilərinin nəticəsi investorların investisiya maraqlarına təsir etmişdir. Kommersiya tipli daşınmaz əmlak sektoruna investisiya həcmi 2015-ci illə müqayisədə 6% aşağı olmasına baxmayaraq ilkin proqnozlardan yuxarı olmaqla 2016-cı ildə 661 milyard ABŞ dolları təşkil etmişdir. Daşınmaz əmlak bazarında icarə həcmində cüzi azalma (3%) müşahidə olunmasına baxmayaraq 2016-cı ildə bazardakı icarə tempi qənaətbəxş hesab edilir.

İlin sonunda qlobal ofis tipli daşınmaz əmlak üzrə icarəyə verilməmiş sahə həcmi 11,9% olmaqla 2008-ci ildən sonra ən aşağı səviyyəyə enmişdir. Amerika və həmçinin Avropa, Asiya və Sakit Okean hövzəsi regionundan icarəyə verilməmiş sahə həcminin azalması tendensiyası davam etməkdədir.
Ümumilikdə 2010-cu ildən qlobal daşınmaz əmlak bazarı ilə müqayisədə (3%) ən böyük səkkiz daşınmaz əmlak bazarında1 icarə haqqlarının artımı 4,6% olmuşdur.

2017-ci ildə kommersiya tipli daşınmaz əmlak üzrə tikinti həcminin artması nəticəsində icarəyə verilməmiş sahə həcminin nisbətən yuxarı olması və icarə həcminin 2016-cı il səviyyəsində olması proqnozlaşdırılır. İcarə haqqı artımının 2% ətrafında olması gözlənilir.





Daşınmaz əmlak portfeli

Yüklə 371,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə