Azərbaycan Respublikası Dövlət Neft Fondu İLLİk hesabat 2016 MÜNDƏRİcat



Yüklə 371,13 Kb.
səhifə2/4
tarix04.02.2018
ölçüsü371,13 Kb.
#23645
1   2   3   4

4. ÖLKƏ İQTİSADİYYATI VƏ ARDNF
4.1. Makroiqtisadi inkişaf
Dünya iqtisadiyyatı. 2016-cı il dünyada xam neftin qiymətlərində nisbi sabitliyin müşahidə edildiyi il kimi yadda qaldı. Belə ki, 2016-cı ilin yanvar ayında xam neftin qiymətinin 30 dollardan aşağı düşməsinə baxmayaraq, növbəti aylarda qiymətlər artmağa başlamış və ilin sonuna qədər Brent markalı neftin 1 barelinin qiyməti 55 ABŞ dolları ətrafında qərarlaşmışdır. İl üzrə Brent neftinin ortaçəkili spot qiyməti 43,55 ABŞ dolları təşkil etmişdir. Qlobal iqtisadi artım ilə bağlı göstəricilər əvvəlki ildə olduğu kimi gözlənilən səviyyədən daha aşağı olmuşdur (Dünya Bankı tərəfindən bu rəqəm proqnozlaşdırılan 2,9%-ə qarşı 2,3%, Beynəlxalq Valyuta Fondu tərəfindən isə 3,2%-ə qarşı 3,1% olduğu hesablanmışdır). Bu göstəricilər 2008-2009-cu illər qlobal böhranından sonrakı dövrün ən aşağı səviyyəsi ilə xarakterizə edilir. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə artım müvafiq olaraq 1,6% və 3,4% (BVF-yə əsasən 4,1%) təşkil etmişdir. Aparıcı ölkələrin iqtisadi siyasət hədəflərindəki qeyri-müəyyənliklər, investisiyaların və məhsuldarlığın zəif artımı və aşağı inflyasiya fonunda iqtisadi artım templərində ləngimə müşahidə edilmişdir. Möhkəmlənən dollar və ABŞ-da uçot dərəcəsinin yüksəlməsi səbəbindən inkişaf etməkdə olan ölkələrin borclanma imkanlarının məhdudlaşması ləngimənin əsas səbəbi kimi qiymətləndirilir.
2017-ci ildə dünya miqyasında keçən il ilə müqayisədə daha güclü iqtisadi artım proqnozlaşdırılır. Əmtəə qiymətlərinin sabit qalxması son iki ildə kəskin makroiqtisadi çətinliklərlə üzləşmiş təbii resursların ixracından asılı olan ölkələrdə artıma təkan verə bilər. Dünyanın iki ən böyük iqtisadiyyatına malik ABŞ və Çində gözlənilən fiskal stimullar və dövlətin sistemli dəstəyi bu ölkələrdə iqtisadi artımla bağlı proqnozlarda müsbət meyllərin üstünlük təşkil etdiyini göstərir. Buna baxmayaraq, bəzi risklər qalmaqdadır: bəzi Qərb ölkələrində güclənən proteksionist meyllər qlobal ticarətə mənfi təsir göstərə bilər. Eyni zamanda maliyyə bazarlarının daralması bəzi həssas inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın ləngiməsi riskini artırır. Dünya Bankı qlobal iqtisadi artımın 2,7% olacağını (aparıcı iqtisadiyyatlarda 1,8%, inkişaf etməkdə olan ölkələr qrupunda 4,2%) proqnozlaşdırır. BVF isə daha optimist yanaşaraq qlobal artımın 3,4% səviyyəsində (aparıcı iqtisadiyyatlarda 1,9%, inkişaf etməkdə olan ölkələr qrupunda 4,5%) olacağını güman edir. Hər iki təşkilat tərəfindən 2017-ci ildə Azərbaycan iqtisadiyyatının iqtisadi artım templərində bərpa proseslərinin başlanacağı proqnozlaşdırılır (Dünya Bankı- 1,2%, BVF- 1,4%).

Ölkə iqtisadiyyatı. Azərbaycan Respublikası Mərkəzi Bankı (ARMB) tərəfindən elan edilmiş “tənzimlənən üzən məzənnə rejimi”, xam neftin qiymətləri və ölkənin tədiyyə balansının göstəriciləri 2016-cı ildə manatın məzənnəsinə təsir edən əsas amillər sırasında olmuşdur. ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi ilin əvvəlində 1,58 manat səviyyəsindən ilin ortalarına kimi 1,50 manata kimi ucuzlaşmış, ilin sonunda bahalaşaraq 1,77 manat təşkil etmişdir. Orta illik inflyasiya göstəricisi 12,4% təşkil etmiş, ümumi daxili məhsulun (ÜDM) həcmi 2016-cı ildə nominal rəqəmlərdə 60,39 milyard manata qədər artmış, real ifadədə 3,1%-ə qədər azalmışdır (müqayisə üçün, 2015-ci ildə ÜDM 1,1%, 2014-cü ildə isə 2,8% artmışdır).
2016-cı ildə adambaşına düşən ÜDM-in dəyəri 6 266,3 manat olmuşdur. Eyni zamanda alıcılıq qabiliyyəti nəzərə alınarkən hesablanan ÜDM-in adambaşına düşən payında 1,9% azalma baş vermiş, bu göstərici 17 688 ABŞ dolları təşkil etmişdir.

Əhalinin pul gəlirləri əvvəlki il ilə müqayisədə nominal ifadədə 8,7% artaraq, 45 395,1 milyon manata qədər yüksəlmişdir. Adambaşına düşən gəlirin məbləği 7,5% artaraq 4 709,8 manata, orta aylıq nominal əmək haqqı isə 6,9% artaraq 498,6 manata çatmışdır. Həmin gəlirlərin xərc strukturuna gəldikdə isə onların 76,3%-i son istehlaka, 8,4%-i vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 12,4%-i əmanətlərin və kapitalın artırılmasına, 2,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə yönəldilmişdir.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında əvvəlki ilin müvafiq məbləğindən nominal ifadədə 8,8% çox və ya 41,56 milyard manat səviyyəsində vəsait qalmışdır. Ölkədə istehsal edilən ÜDM-in 65,9%-lik payı (2015-ci ilə nisbətən bir qədər az) qeyri-neft sektorunun payına düşmüşdür.




Ümumi həcmi 60 393,6 milyon manat təşkil edən ÜDM-in 53,3%-i malların istehsalı, 39,1%-i xidmətlər, 7,6%-i isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Əvvəlki il ilə müqayisədə qeyri-neft sektorunda əlavə dəyər istehsalı real hesabla 4,5% azalmış, neft sektorunda isə bu göstərici üzrə dəyişiklik olmamışdır. ÜDM-in aşağı düşməsinə əsas səbəb tikinti sektorunda müşahidə olunan azalma (22,9%) olmuşdur. Eyni zamanda, xidmətlər sektorunda nisbi sabitlik hökm sürmüşdür. Ötən ildə sənaye sektorunun Azərbaycan iqtisadiyyatının strukturunda aparıcı rolu 2015-ci ildəki 32,9% ilə müqayisədə möhkəmlənmiş, onun ÜDM-də payı 37,2%-ə qədər artmışdır.


Hesabat ilində Azərbaycanda əsas kapitala yönəldilmiş vəsait 2015-ci il ilə müqayisədə real ifadədə 22,2% azalaraq 15 526,6 milyon manat təşkil etmişdir. Həmin məbləğdən 42,8%-i daxili, 57,2%-i isə xarici investisiyaların payına düşmüşdür. Vəsaitin 73,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 


STRATEJİ VALYUTA EHTİYATLARI
2014-cü ildən etibarən enerji bazarındakı volatillik, xüsusilə neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ARDNF-nin gəlirlərinin əhəmiyyətli səviyyədə azalmasına səbəb olmuşdur. Belə ki, 2014-cü il ilə müqayisədə 2016-cı ildə mənfəət nefti və qazın satışından daxilolmalar təxminən 3 dəfəyə qədər azalmışdır. Bununla yanaşı, neftin qiymətlərində volatillik fonunda ölkədə makroiqtisadi və fiskal sabitliyin qorunması ilə bağlı ARDNF-nin funksiyalarının əhəmiyyəti daha qabarıq şəkildə özünü göstərmişdir. İcmal və dövlət büdcəsi qarşısında manat ilə ifadə edilən öhdəliklərinin vaxtında icrasını təmin etmək məqsədilə ötən il ərzində ARDNF Mərkəzi Bank tərəfindən təşkil olunan hərraclarda keçirilən valyuta satışında mütəmadi iştirak etmiş və bu hərraclar vasitəsilə ölkənin əsas xarici valyuta təminatçısı kimi çıxış etmişdir. Hərraclar zamanı il ərzində ARDNF tərəfindən ümumilikdə 4,88 milyard ABŞ dolları həcmində valyuta satılmışdır.

2016-cı ilin sonuna ARDNF-nin aktivləri 33 147,0 milyon ABŞ dolları təşkil etmişdir. 2016-cı ilin sonuna ARMB-nin rəsmi valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə təxminən 1 milyard manat (20,8%) azalaraq 3 974,4 milyon ABŞ dolları təşkil etmişdir. Beləliklə, ölkənin strateji valyuta ehtiyatlarının (ARDNF və ARMB) həcmi 37 121,4 milyon ABŞ dolları təşkil etmişdir. Ümumilikdə, ölkənin strateji valyuta ehtiyatlarının 89,3%-i ARDNF-nin aktivlərinin payına düşmüşdür.






Rusiya, Qazaxıstan və Azərbaycanda məzənnə və strateji ehtiyatların dəyişmə dinamikası

2014-cü ildən etibarən neft qiymətlərinin kəskin enməsi neft və qazın ixracından asılı olan Rusiya, Qazaxıstan və Azərbaycan kimi ölkələrdə milli valyutalarının məzənnəsinin sabit saxlanması məqsədi ilə valyuta ehtiyatlarının xərclənməsinə təkan vermiş, buna baxmayaraq bu ölkələrdə devalvasiyalar qaçılmaz olmuşdur. Məsələn, Qazaxıstanın cəmi valyuta ehtiyatları (Mərkəzi Bank və Sərvət Fondunun ehtiyatları ümumilikdə) 2014-cü ilin dekabr ayından 2015-ci ilin oktyabr ayına qədər 12% (105,37 milyard ABŞ dollarından 92,35 milyard ABŞ dollarınadək) azalmışdır.

2015-сi ilin iyulunda Qazaxıstan təngəsi kəskin devalvasiya dövrünə qədəm qoymuşdur: bir neçə ay ərzində onun ABŞ dollarına qarşı məzənnəsi 187-dən 358-dək (93%) qalxmışdır.



R
Mənbə: Bloomberg


usiyada üzən məzənnə rejiminə daha tez keçildiyinə hər iki proses təxminən eyni zamanda baş vermişdir: valyuta ehtiyatları 20%, rublun ABŞ dollarındakı dəyəri 68% enmişdir. Sözügedən proseslər Azərbaycanda 2 mərhələdə keçmişdir: manatın ilk devalvasiyası ilə bitən oktyabr 2014-fevral 2015 dövrü və ehtiyatların 44,2 milyard ABŞ dollarından 38,6 milyard ABŞ dollarına qədər, manat məzənnəsinin isə 1,05-dən 1,56-dək endiyi 2015-ci ilin ikinci yarısı. Bu dövrdən sonra ehtiyatlar səviyyəsi hər üç ölkədə, valyuta məzənnəsi isə Rusiya və Qazaxıstanda sabitləşmişdir.

Qrafik 1-dən göründüyü kimi 2015-ci ilin sonunda turbulentlik dövrünü yaşamış Rusiya rublu nəticədə neftin qiymətindən asılılığını geridə qoymuşdur: 2016-cı ildə o, hətta dünyanın üç ən bahalaşan valyutalarından biri olmuşdur. 2016-cı ildə rublun dəyəri 22%, təngənin dəyəri isə 15% artmışdır. Blumberqə istinadən, təngənin sürətli bahalaşmasının iqtisadi canlanma prosesinə zərər verməməsi məqsədi ilə Qazaxıstanın Mərkəzi Bankı tərəfindən yenidən ABŞ dolları alınmağa başlanmışdır. Valyuta məzənnəsini illər ərzində stabil saxlamaq üçün Qazaxıstanın kifayət qədər valyuta ehtiyatlarına malik olması barədə 2015-ci ildə verilmiş bəyanatlara baxmayaraq, sürətli devalvasiya bir qədər şok effektini yaratsa da, orta müddətdə ölkə iqtisadiyyatına müsbət təsirini göstərmişdir.







2016-cı ildə də əvvəlki illərdə olduğu kimi ARDNF-nin vəsaitinin ÜDM-də payında artım müşahidə edilmişdir. 2016-cı ildə dollar ifadəsində ARDNF-nin vəsaitinin ÜDM-ə nisbəti 87,6%-ə çatmışdır.



FİSKAL DAYANIQLIĞIN TƏMİN EDİLMƏSİ
2016-cı ildə dövlət büdcəsinin gəlirləri 17 499,1 milyon manat, xərcləri isə 17 743,6 milyon manat həcmində icra olunmuş və dövlət büdcəsinin gəlirlərinin 7 615,0 milyon manatını (43,5%) ARDNF-nin transfertləri təşkil etmişdir. 2016-cı ildə büdcə kəsiri ÜDM-in (60 393,6 milyon manat) 0,4%-ni təşkil etmişdir.


2003-2016-cı illərdə ARDNF tərəfindən dövlət büdcəsinə ümumilikdə 71,5 milyard manat vəsait transfert edilmişdir.


Ötən il ərzində xam neftin qiymətlərinin aşağı olması fonunda ARDNF-nin gəlirləri azalmış, buna baxmayaraq, ilin sonuna ARDNF-nin büdcəsi profisit ilə yekunlaşmışdır. Eyni zamanda, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına Fondun aktivləri ötən ilin sonu ilə müqayisədə 1,27%-ə qədər azalmışdır. 2001-2016-cı illər ərzində ARDNF-nin daxilolmaları 130,8 milyard ABŞ dolları səviyyəsində olmuş, bu vəsaitin təxminən 33,15 milyard ABŞ dolları (25,3%) yığıma yönəldilmişdir.
XARİCİ TİCARƏT
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına əsasən, hesabat ilində xarici ticarət əməliyyatlarının həcmi 17,67 milyard ABŞ dollarından bir qədər çox olmuş və bunun 9,14 milyard ABŞ dolları ixracın, 8,53 milyard ABŞ dolları isə idxalın payına düşmüşdür. Hesabat ilində xarici ticarət əməliyyatlarının həcmində 2015-ci il ilə müqayisədə 19,5% azalma müşahidə edilmişdir, ixrac əməliyyatlarının həcmi 28,2%, idxal əməliyyatlarının həcmi isə 7,4% azalmışdır, o cümlədən bitki və heyvan yağlarının ixracının dəyəri 88,8%, şəkərin ixracı isə 70,7% azalmışdır.



Qeyri-neft sektorunda istehsal. 2016-cı ildə qeyri-neft məhsullarının ixracında əsas yeri meyvə-tərəvəz, plastmas, alüminium, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları təşkil etmişdir. Qrafik 4.1.12.-dən göründüyü kimi, əsas ixrac məhsullarından bir çoxunda ciddi azalma müşahidə edilir.


4.2. ARDNF-NİN GƏLİRLƏRİ
2015-ci ildə olduğu kimi 2016-cı ildə də dünya bazarında xam neftin qiymətinin aşağı olması fonunda ARDNF-nin karbohidrogenlərin satışından əldə edilmiş gəlirlərində azalma müşahidə edilmiş, vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlərdə isə ötən il ilə müqayisədə əhəmiyyətli artım baş vermişdir. Hesabat ilində ARDNF-nin büdcə gəlirlərinin formalaşma mənbələrini Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilmiş gəlirlər, bonus ödənişləri, akrhesabı ödənişlər, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) və ARDNF-nin vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər təşkil etmişdir. 2016-cı ilin sonuna sözügedən gəlir maddələri üzrə ARDNF-nin ümumi daxilolmaları 9 410,2 milyon manat (5 891,1 milyon ABŞ dolları) təşkil etmişdir. ARDNF-nin gəlirlərində 2015-ci il ilə müqayisədə dollar ifadəsində 23,2% azalma baş vermişdir.



Mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər. 2016-cı ildə mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər maddəsi üzrə ARDNF-nin büdcəsinə 8 320,0 milyon manat və ya 5 189,1 milyon ABŞ dolları məbləğində vəsait daxil olmuşdur. Azərbaycan Respublikasında dənizdə və quruda yerləşən yataqların işlənməsi üzrə bağlanmış Hasilatın Pay Bölgüsü haqqında Sazişlərə (HPBS) uyğun olaraq 2016-cı ildə mənfəət neftinin və qazın satışı üzrə daxilolmaların 98,3%-i Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarından hasil edilmiş mənfəət neftinin və qazın satışından daxil olmuşdur. Belə ki, AÇG yatağı üzrə hesabat ili ərzində 5 100,23 milyon ABŞ dolları, Şahdəniz yatağından hasil edilmiş mənfəət qazının satışından təqribən 63,98 milyon ABŞ dolları (bu məbləğə SOCAR tərəfindən “Şahdəniz” Faza 1 layihəsi çərçivəsində SOCAR (Azərbaycan dövləti) və alıcılar arasında qazın alqı-satqısı üzrə bağlanmış sazişlər üzrə müvafiq illik qaz həcmlərindən artıq olan hissəsinə görə ödənilən vəsait (135 milyon ABŞ dolları) daxil edilməyib) və digər yataqlar üzrə isə 24,9 milyon ABŞ dolları həcmində vəsait daxil olmuşdur (Qrafik 4.2.3).



Neftin qiymətlərinin dinamikası

2014-cü ilin ortalarından başlanmış və 2015-ci il ərzində davam etmiş uzunmüddətli ucuzlaşma dövründən sonra, 2016-cı ildə neftin dünya bazarlarında qiymətlərində tədricən bahalaşma müşahidə olunmuşdur. Bir neçə fasilə baş verdiyinə və orta illik qiymətin (43,55 ABŞ dolları) 2015-ci ilin göstəricisindən xeyli aşağı olmasına baxmayaraq, ümumi tendensiya neft qiymətlərində artımın olduğunu göstərir. 2016-cı il ərzində xam neft qiymətlərinin dinamikası aşağıdakı mürəkkəb amillərlə izah oluna bilər.

Bir tərəfdən, ləngiyən qlobal iqtisadi artım neftə olan tələbatın proqnozlaşdırılandan daha aşağı olmasına səbəb olmuşdur. Xam neft hasilatı daha çox iki ölkə - İraq və İranda artmışdır. Belə ki, nisbi siyasi stabillik fonunda İraqda yatırılmış investisiyalar tədricən öz bəhrəsini verməyə başlamış, eyni zamanda 2015-ci ilin sonunda İrana qarşı sanksiyaların ləğv olunması səbəbindən bu ölkədə xam neftin hasilatında artım müşahidə edilmişdir. Bu iki ölkə hal-hazırda 2013-cü ilin əvvəli ilə müqayisədə ümumilikdə gündə 2,2 milyon barel daha çox neft istehsal edir.

Digər tərəfdən, aşağı qiymətlər hasilata yatırılan investisiyaların həcmini əhəmiyyətli dərəcədə azaltmış (istehsalı gündə 0,5 milyon barelə artıra biləcək layihələr dayandırılıb), eləcə də neftin qiymətlərinin 40 ABŞ dolları səviyyəsində qaldığı halda ABŞ şist neft istehsalı əlverişsiz olduğu üçün ona da mənfi təsirini göstərmişdir.

2016-cı ilin ortalarında ABŞ-da neft istehsalı 2015-ci ilin əvvəlindəki səviyyədən gündə 700 min barel az olmuşdur. Nigeriya və Venesueladakı ictimai-siyasi qeyri-sabitlik sözügedən ölkələrdə istehsalın həcmini azaldaraq neft təklifinin artımını daha da ləngitmişdir. Ən əsası, noyabr ayında OPEC kartelinin qəbul etdiyi və bir sıra qeyri-üzv ölkələrin, o cümlədən Azərbaycan və Rusiyanın qoşulduğu qərar gündəlik hasilatı 1,2 milyon barel azaltmağı hədəf tutaraq neftin qiymətinin dekabr ayında 9 dollar bahalaşmasına gətirib çıxarmışdır.

Təhlilçilərin böyük əksəriyyəti neftin qiymətinin 2017-ci ildə sabitləşəcəyini proqnozlaşdırır. İlin birinci yarısında mövcud anbar ehtiyatlarının gündə 0,4 milyon barel artacağı gözlənilsə də, onların sonradan azalmağa başlayacağı ehtimal olunur. OPEC-in qərarı artıq qiymətlərə təsir etmiş və bundan sonra istehsalda əhəmiyyətli azalmalar gözlənilmir. Amerika şist neft yataqlarının güclü potensiala malik olması onu deməyə əsas verir ki, qiymətlər artdığı təqdirdə müvafiq istehsal artımı yenidən təklif artıqlığını yaradıb qiymətlərin aşağı enməsinə təkan verəcəkdir.



“Goldman Sachs” Brent markalı neftin qiymətinin OPEC razılaşmasının yerinə yetiriləcəyi halda 59 ABŞ dollarına çatacağını proqnozlaşdırır. Beynəlxalq Enerji Agentliyi bu rəqəmin 55-61 ABŞ dolları arasında dəyişəcəyini güman edir. DB və BVF isə neftin qiymətinin müvafiq olaraq, 55 və 52 ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırırlar. Eyni zamanda, neftin ucuzlaşması ilə nəticələnə bilən risklər də kifayət qədər əhəmiyyətlidir. OPEC-in qərarı icra olunmazsa, bazarlar buna kəskin neqativ reaksiya verə bilər. Çində iqtisadi artımın azalması səbəbindən tələbatın gözlənilən səviyyəyə çatmayacağı təhlükəsi mövcuddur. Digər potensial risklər güclənən ABŞ dolları və OPEC üzv ölkələri arasında yarana biləcək yeni siyasi ziddiyyətlərlə bağlıdır.

ARDNF-nin vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər. 2016-cı ildə ARDNF-nin vəsaitləri borc öhdəlikləri və pul bazarları alətləri, səhm, daşınmaz əmlak və qızıl portfellərində yerləşdirilmişdir. ARDNF-nin vəsaitlərinin idarə edilməsindən 2016-cı ildə 688,5 milyon ABŞ dolları və yaxud 1 068,8 milyon manat məbləğində gəlir əldə edilmişdir. ARDNF-nin vəsaitlərinin idarə edilməsi ilə bağlı orta illik gəlirlilik göstəricisi 2%, investisiya portfelinin orta illik gəlirlilik göstəricisi isə 1,92% təşkil etmişdir.

Bonus ödənişləri ilə bağlı daxilolmalar. Hesabat ilində neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı ARDNF-yə daxil olan bonus ödənişlərinin məbləği 82,1 min manat və ya 51,3 min ABŞ dolları təşkil etmişdir. Cədvəl 4.2.1.-də şirkətlər üzrə bonus ödənişləri verilmişdir.



Tranzit haqları ilə bağlı daxilolmalar. 2016-cı ildə ARDNF-nin digər daxilolma mənbəyini karbohidrogenlərin Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən 11,3 milyon ABŞ dolları və yaxud 18,0 milyon manat məbləğində gəlirlər (tranzit haqqı) təşkil etmişdir. Sözügedən gəlir maddəsi üzrə daxilolmalar barədə ətraflı məlumat Cədvəl 4.2.2.-də verilmişdir.
Cədvəl 4.2.2. 2016-cı ildə ARDNF-nin tranzit haqları ilə bağlı daxilolmaları

Vəsaiti köçürən qurumun adı

Tarix

Məbləğ

milyon ABŞ dolları

milyon AZN

ABƏŞ*

13.01.2016

0,8

1,3

ABƏŞ

08.02.2016

1,0

1,6

ABƏŞ

14.03.2016

0,9

1,5

ABƏŞ

15.04.2016

1,0

1,5

ABƏŞ

17.05.2016

0,9

1,4

ABƏŞ

16.06.2016

1,0

1,5

ABƏŞ

13.07.2016

1,0

1,6

ABƏŞ

12.08.2016

1,0

1,6

ABƏŞ

15.09.2016

0,9

1,5

ABƏŞ

12.10.2016

1,0

1,6

ABƏŞ

14.11.2016

1,0

1,7

ABƏŞ

15.12.2016

0,8

1,2

Cəmi




11,3

18,0

Yüklə 371,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə