Azərbaycan Respublikası Dövlət Neft Fondu İLLİk hesabat 2016 MÜNDƏRİcat



Yüklə 371,13 Kb.
səhifə4/4
tarix04.02.2018
ölçüsü371,13 Kb.
#23645
1   2   3   4

2016-cı ilin investisiyaları



Birbaşa investisiyalar
Palazzo Turati

ARDNF 2016-cı ilin may ayında İtaliyanın Milan şəhərində yerləşən və dəyəri 97 milyon avro təşkil edən Palazzo Turati ofis binasının satın alınmasına dair razılıq əldə edib. Palazzo Turati Milanın tarixi mərkəzində Piazza Korduzionun tam yaxınlığında və Duomo kilsəsindən 500 m məsafədə Via Meravigli 7 ünvanında yerləşir. Binanın yerüstü 6 mərtəbəsində ofislər və yeraltı mərtəbəsində  sərgi salonu yerləşir. Ümumi sahəsi 10 360 kvadrat metr təşkil edir. 1880-ci ildə tikilmiş və Milan tarixi irsinin bir parçası sayılan bina yenicə əsaslı təmir olunmuşdur. Bina Milan Ticarət Palatası tərəfindən icarəyə götürülmüşdür. Bu ARDNF-nin İtaliyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır.  



Daşınmaz əmlak fondlarına investisiyalar

ARDNF daşınmaz əmlaka hazırkı investisiya çərçivəsində adıçəkilən portfelin coğrafi mövqe, aktivlərin növü və risklilik dərəcəsi üzrə diversifikasiyasının təmin olunması məqsədi ilə aşağıdakı daşınmaz əmlak fondlarına investisiya yatırmışdır:



  • AXA şirkəti tərəfindən idarə olunan “Pan European Value Added Venture Fund” (PEVAV) fondu. Fond 2014-cü ildə təsis olunmuşdur və ümumi həcmi 445 milyon avro təşkil edir. İnvestisiya həyata keçirilən əsas ölkələr Böyük Britaniya, Almaniya, Fransa və İtaliyadır. ARDNF-nin PEVAV fondunda iştirak payı 100 milyon avrodur;




  • PGIM şirkəti tərəfindən idarə olunan “European Value Partners fund” (EVP) fondu. Fond 2015-ci ildə təsis olunmuşdur və ümumi həcmi 457 milyon avro təşkil edir. İnvestisiya həyata keçirilən əsas ölkələr Almaniya və Fransadır. ARDNF-nin EVP fondunda iştirak payı 100 milyon avrodur;



  • Blackstone şirkəti tərəfindən idarə olunan “Black Stone Real Estate Partners Europe V” (“BREP EUROPE V”) fondu. Fond 2016-cı ildə təsis olunmuşdur və planlaşdırılmış ümumi həcmi 7,5 milyard avro təşkil edir. Fond 2016-cı ildən başlayaraq Avropa ölkələrində müxtəlif kommersiya təyinatlı daşınmaz əmlak tiplərinə investisiya yatırımları həyata keçirir. İnvestisiya həyata keçirilən əsas ölkələr Böyük Britaniya, Almaniya, İspaniya və İtaliyadır. ARDNF-nin “BREP EUROPE V” fondunda iştirak payı 100 milyon avrodur;




  • PAG şirkəti tərəfindən idarə olunan “PAG Real Estate Partners” (PREP) fondu. Fond 2014-cü ildə təsis olunmuşdur və ümumi həcmi 1,3 milyard ABŞ dolları təşkil edir. Fond Asiya və Sakit Okean hövzəsi ölkələrində müxtəlif kommersiya təyinatlı daşınmaz əmlak tiplərinə investisiya yatırımları həyata keçirir. İnvestisiya həyata keçirilən əsas ölkələr Avstraliya, Çin Xalq Respublikası, Honq-Konq və Yaponiyadır. ARDNF-nin PREP fondunda iştirak payı 100 milyon ABŞ dollarıdır;




  • PGIM şirkəti tərəfindən idarə olunan “Asia Property Fund III” (ASPF III) fondu. Fond 2015-ci ildə təsis olunmuşdur və ümumi həcmi 580 milyon avro təşkil edir. Fond Asiya və Sakit Okean hövzəsi ölkələrində müxtəlif kommersiya təyinatlı daşınmaz əmlak tiplərinə investisiya yatırımları həyata keçirir. İnvestisiya həyata keçirilən əsas ölkələr Avstraliya, Çin Xalq Respublikası, Yaponiya, Cənubi Koreya, Sinqapur və Malayziyadır. ARDNF-nin ASPF III fondunda iştirak payı 100 milyon avrodur;




  • E-Shang Redwood şirkəti tərəfindən idarə olunan “Redwood Japan Logistics Fund II” (RJLF II) fondu. Fond 2016-cı ildə təsis olunmuşdur və planlaşdırılmış ümumi həcmi 1 milyard ABŞ dolları təşkil edir. Fondun investisiya strategiyasının əsasını Yaponiyanın müxtəlif şəhərlərində logistika tipli daşınmaz əmlaka investisiyalar təşkil edir. ARDNF-nin RJLF II fondunda iştirak payı 100 milyon ABŞ dollarıdır;



  • Starwood şirkəti tərəfindən idarə olunan “Starwood Global Opportunity Fund XI (SOF XI) fondu. Fond 2016-cı ildə təsis olunmuşdur və planlaşdırılmış ümumi həcmi 5-6 milyard ABŞ dolları təşkil edir. Fond 2017-ci ildən başlayaraq Amerika Birləşmiş Ştatları və Qərbi Avropa ölkələrində müxtəlif kommersiya təyinatlı daşınmaz əmlak tiplərinə investisiya yatırımları həyata keçirəcəkdir. İnvestisiya həyata keçirilən əsas ölkə Amerika Birləşmiş Ştatlarıdır. ARDNF-nin SOF XI Fondunda iştirak payı 200 milyon ABŞ dollarıdır.



Müştərək investisiyalar

ARDNF 2016-cı ildə PGIM şirkəti tərəfindən idarə olunan “European Value Partners” (EVP) fondu ilə birlikdə Almaniyanın Frankfurt şəhərinin mərkəzi-biznes ərazisində Junghof Strasse 14/16 ünvanında yerləşən daşınmaz əmlaka birgə investisiya qoyuluşunun həyata keçirilməsinə dair razılıq əldə etmişdir. Birgə investisiyada ARDNF-nin payına düşən kapital qoyuluşu 41 milyon avro təşkil edir.


İllik mənfəət

2016-cı ilin sonuna ARDNF-nin daşınmaz əmlak portfeli London, Paris, Moskva, Seul, Tokio və Milan şəhərlərində yerləşən 6 aktivdən ibarət olmuşdur.


2016-cı il üzrə qeyd olunan aktivlər üzrə illik toplam icarə gəlirləri aşağıdakı kimidir:



  • London 78 Seynt Ceyms küçəsi – 9 650 084 ingilis funt sterlinqi;

  • Paris Vendom Meydanı 8 - 5 860 555 avro;

  • Moskva Tverskaya 16 (Qalereya Aktyor binası) – 250 606 000 Rubl;

  • Seul, Payn Avenyu Tauer A – 30 992 844 997 Koreya vonu;

  • Tokio, Kirarito Ginza – 1 977 659 392 Yapon yeni;

  • Milan, Palazzo Turati – 3 072 527 avro.

2016-cı ildə Qalereya Aktyor binasının ticarət mərkəzi hissəsinin yenidən qurulması prosesi davam etmişdir. Yenidənqurma işləri nəticəsində icarə gəlirlərində azalmaları və kapital xərclərində artımı nəzərə alaraq, 2016-cı ildə xalis gəlirlilik 2015-ci ilə nisbətən aşağı olmuşdur.
2016-cı ilin sonunda portfeldə yer alan aktivlər müstəqil qiymətləndirmə şirkətləri tərəfindən qiymətləndirilmişdir.
Qiymətləndirmənin nəticələri və qiymətləndirici şirkətlər aşağıdakı kimidir:

  • London 78 Seynt Ceyms küçəsi. “Knight Frank LLP” - 190 315 000 ingilis funt sterlinqi dəyərində qiymətləndirilmişdir.

  • Paris Vendom Meydanı 8. “BNP Paribas Real Estate” - 175 000 000 avro dəyərində qiymətləndirilmişdir.

  • Moskva Tverskaya 16 (Qalereya Aktyor binası). “Cushman & Wakefield” - 4 973 000 000 rubl dəyərində qiymətləndirilmişdir.

  • Seul, Payn Avenyu Tauer A. “Kyungil Appraisal” - 496 350 000 000 Koreya vonu dəyərində qiymətləndirilmişdir.

  • Tokio, Kirarito Ginza. “Daiwa Real Estate Appraisal” – 54 100 000 000 Yapon yeni dəyərində qiymətləndirilmişdir.

  • Milan, Palazzo Turati. “CBRE.” - 99 000 000 avro dəyərində qiymətləndirilmişdir.

Qızıla investisiya
İnvestisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər.
2016-cı ilin sonuna ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil etmişdir. 11 yanvar 2013-cü il tarixindən etibarən alınmış qızıl Azərbaycana gətirilməyə başlanılmışdır və 2016-cı ilin sonuna ölkəyə gətirilmiş qızılın miqdarı 30 169 kq təşkil etmişdir.


    1. ARDNF-NİN İNVESTİSİYA PORTFELİNİN GƏLİRLİLİYİ


Gəlirliliyin hesablanması metodologiyası. ARDNF-nin investisiya portfeli üzrə gəlirliliyinin hesablanması 2009-cu il tarixli 5 nömrəli daxili sərəncam ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin və investisiya portfelinin tərkib hissələri olan sub-portfellərin gəlirliliyinin hesablanması Metodologiyası”na uyğun müvafiq qaydada həyata keçirilir. Sözügedən metodologiyada qeyd edildiyi kimi, ümumi investisiya portfeli üzrə gəlirliliyin hesablanması baza valyutası Azərbaycan manatı, ABŞ dolları və ya avro seçilməklə, eyni zamanda baza valyutasının məzənnə təsiri nəzərə alınmadan aparılır. Sub-portfellər üzrə gəlirliliyin hesablanması bu portfellər üzrə müvafiq valyutada (lokal valyuta) və ABŞ dolları baza valyutası seçilməklə (valyuta məzənnə təsiri nəzərə alınmaqla) həyata keçirilir.
Aşağıda qeyd olunan nəticələr investisiya portfelinin müvafiq (lokal) valyutalarda hesablanmış gəlirliliyinə əsaslanır.
ARDNF-nin 2016-cı il üzrə gəlirliliyi. ARDNF-nin ümumi investisiya portfelinin gəlirliliyi 1,92% təşkil etmişdir. 2007-ci ildən başlayan 10 illik dövr ərzində illər üzrə hesablanmış gəlirlilik, həmçinin 2016-cı il ərzində aylar üzrə hesablanmış kumulyativ gəlirlilik göstəriciləri müvafiq olaraq Qrafik 5.3.1.və 5.3.2-də əks olunmuşdur.

2016-cı ildə sabit gəlirli qiymətli kağızlar portfeli üzrə illik gəlirlilik 1,58%, səhm portfeli (özəl səhmlər daxil olmaqla) üzrə 3,65%, daşınmaz əmlak portfeli üzrə isə 2,75% təşkil etmişdir.



İnvestisiya portfelinin toplam gəlirliliyinə (1,92%) sabit gəlirli qiymətli kağızlar portfelinin töhfəsi 1,27%, səhm (özəl səhmlər daxil olmaqla) və daşınmaz əmlak portfellərinin töhfəsi isə müvafiq olaraq 0,51% və 0,14% təşkil etmişdir.
Qrafik 5.3.3. Maliyyə alətləri üzrə illik gəlirlilik və onların toplam gəlirlilikdə (1,92%) payları*


*Qızıl portfelinin gəlirliliyi valyutaların məzənnə fərqindən yaranan gəlirliliyə daxil edilir.





*Qızıl portfelinin gəlirliliyi valyutaların məzənnə fərqindən yaranan gəlirliliyə daxil edilir.






    1. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ

ARDNF-də risklərin idarə edilməsi və monitorinqi prosedurları özündə risk növləri üzrə təhlilləri ehtiva edir. Bazar riski və kredit riski indikatorları, eləcə də digər müvafiq risk göstəriciləri daxili və xarici hesabatlılıqda öz əksini tapır. ARDNF-nin bazar riski mühitinin qiymətləndirilməsi üçün riskə məruz dəyər (RMD), izləmə xətası, stress test, ssenarilər üzrə təhlil kimi metodlardan istifadə olunur.


ARDNF-nin investisiya portfelinin gəlirlilik və risk parametrlərinin müvafiq bençmark göstəricilərindən yayınmasının monitorinqi istiqamətində izləmə xətası göstəricisi davamlı əsasda nəzarət altında saxlanılır. Xarici menecer qismində fəaliyyət göstərən “UBS Global Asset Management” və “State Street Global Advisors” (SSgA) tərəfindən idarə olunan səhm sub-portfelləri üçün izləmə xətası həddi illik olaraq 30 baza dərəcəsi həcmində öncədən müəyyən olunmuşdur. Hesabat ilinin son gününə olan izləmə xətası SSgA portfeli (“MSCI World index” mandatı) üzrə 6 baza dərəcəsi; UBS portfelinin “MSCI World ” və “MSCI Europe ex UK” indeksi mandatları üzrə isə müvafiq olaraq 7 və 22 baza dərəcələri təşkil etmişdir.
Risklərin idarə edilməsi prosesində ümumi riskin göstəricisi kimi RMD geniş tətbiq edilir. İnvestisiya portfelinin RMD-sini hesablamaq üçün Monte Karlo və tarixi göstəricilərə əsaslanan simulyasiya metodlarından istifadə edilir.
ARDNF-nin 31 dekabr 2016-cı il tarixinə hesablanmış 20 günlük, 95% etibarlılıq intervalında RMD-si 342 milyon ABŞ dolları təşkil etmişdir ki, bu rəqəm ötən ilin müvafiq göstəricisi ilə müqayisədə cüzi olaraq artmışdır (2015-ci il üzrə 329 milyon ABŞ dolları hesablanmışdır).
Səhm portfeli istisna olmaqla, digər portfellər və subportfellər üzrə RMD-nin və RMD-də pay bölgüsünün hesablanması zamanı məzənnə dəyişkənliyinin təsiri nəzərə alınmayıb. Bu da məzənnə dəyişkənliyinin təsirinin səhm portfelinin risk bölgüsündə əhəmiyyətli dərəcədə rol oynamamasından irəli gəlir.



Kredit risklərinin idarə edilməsi ARDNF-nin əməliyyatlarının mühüm tərkib elementidir. ARDNF-nin investisiya etdiyi qiymətli kağızların, eləcə də qiymətli kağız emitentlərinin kredit reytinqləri ARDNF-nin investisiya siyasəti vasitəsilə ilə tənzimlənir. İl ərzində kredit reytinqi göstəricilərinə görə investisiya portfelinin tərkibinin dinamikası Qrafik 5.4.4.-də əks olunmuşdur.



6. ARDNF-NİN 2016-CI İL BÜDCƏSİNİN İCRASI
ARDNF-nin 2016-cı il üçün büdcəsi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 dekabr tarixli 719 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Fərmana əsasən, ARDNF-nin 2016-cı il üçün büdcə gəlirləri 6 711 564,1 min manat, xərcləri 8 181 399,7 min manat səviyyəsində təsdiq edilmişdir. “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 23 fevral tarixli Qanununu nəzərə alaraq ARDNF-nin 2016-cı il üçün büdcəsinin gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli 852 nömrəli Fərmanı ilə ARDNF-nin 2016-cı il büdcəsində dəyişikliklər edilmişdir. Dəyişikliklərə əsasən, ARDNF-nin büdcə gəlirləri 6 711 564,1 min manatdan 4 578 474,6 min manata qədər azaldılmış, xərcləri 8 181 399,7 min manatdan 10 668 933,7 min manata qədər artırılmışdır.

2016-cı il ərzində manat ifadəsi ilə ARDNF-nin gəlirlərinin ümumi həcmi 9 410,2 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (4 578,5 milyon manat) 105,5% artıq yerinə yetirilmişdir. ARDNF-nin 2016-cı ildə büdcə xərcləri 9 022,1 milyon manat təşkil etməklə büdcədə nəzərdə tutulan ilə (10 668,9 milyon manat) müqayisədə 84,6% səviyyəsində icra olunmuş, 2015-ci il (9 187,8 milyon manat) ilə müqayisədə ARDNF-nin büdcə xərclərində 1,8% azalma qeydə alınmış, ARDNF-nin 2016-cı il büdcəsində 388,1 milyon manat məbləğində profisit yaranmışdır.


2016-cı il ərzində ARDNF-nin investisiya portfelinə daxil olan valyutaların manata qarşı dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar gəlirləri 5 356,1 milyon manat, qızıl üzrə büdcədənkənar gəliri 349,6 milyon manat olmaqla ARDNF-nin ümumi büdcədənkənar gəlirləri 5 705,7 milyon manat təşkil etmişdir. Fondun investisiya portfelinə daxil olan valyuta məzənnələrinin ABŞ dollarına qarşı dəyişməsi ilə əlaqədar ARDNF-nin büdcədənkənar xərci 876,1 milyon ABŞ dolları təşkil etmişdir.
Gəlirlər. 2016-cı ildə ARDNF-nin gəlirlərinin formalaşma mənbələrini Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilmiş gəlirlər, akrhesabı ödənişlər, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı), bonus ödənişləri və Fondun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər təşkil etmişdir.
2016-cı ildə mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər maddəsi üzrə ARDNF-nin büdcəsinə 8 320,0 milyon manat və ya 5 189,1 milyon ABŞ dolları məbləğində vəsait daxil olmuşdur. Hesabat ilində neftin qiymətinin proqnoza nisbətən yuxarı olması səbəbindən bu gəlir maddəsi büdcədə nəzərdə tutulana (3 875,7 milyon manat) nəzərən daha çox 114,7% səviyyəsində icra olunmuşdur. Belə ki, ARDNF-nin 2016-cı il büdcəsində xam neftin ixrac qiyməti dövlət büdcəsində olduğu kimi - 25 ABŞ dolları proqnozlaşdırıldığı halda il ərzində bir barelin ortaçəkili satış qiyməti 41,9 ABŞ dolları (2015-ci ilin müvafiq dövründə - 54,31 ABŞ dolları) təşkil etmişdir.
2016-cı ildə karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən köçürülən akrhesabı ödənişlər ARDNF-nin büdcəsinin digər gəlir maddəsini təşkil etmişdir. Hesabat ilində Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn Limited (Azərbaycan) və SOCAR-ın ortaq neft şirkəti arasındakı sazişə uyğun olaraq 2,1 milyon ABŞ dolları və ya 3,3 milyon manat məbləğində akrhesabı ödənişlər köçürülmüşdür. Bu gəlir maddəsi 97,1% səviyyəsində icra olunmuşdur. 2016-cı ildə dollarda daxil olan akrhesabı ödənişin köçürmə gününə olan məzənnəsinin büdcədə nəzərdə tutulana (1 ABŞ dolları 1,62 manat nəzərdə tutulmuşdur) nisbətən aşağı olması manat ifadəsində bu gəlir maddəsinin nəzərdə tutulandan 2,9% az icra olunmasına səbəb olmuşdur.
Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv sahəsinin pay bölgüsü haqqında sazişin (HPB) beşinci əlavəsi çərçivəsində ödənilən əlavə bonuslar 0,05 milyon ABŞ dolları və yaxud 0,08 milyon manat məbləğində olmuş və bu da büdcədə nəzərdə tutulana (0,16 milyon manat) nisbətən 50% səviyyəsində icra edilmişdir. Bonus ödənişlərinin nəzərdə tutulana nisbətən az icra olunmasının səbəbi il ərzində qaz həcmlərinin proqnozlaşdırılandan az alınması, habelə Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin nəqletmə qabiliyyətinin aşağı düşməsi olmuşdur. 

11,3 milyon ABŞ dolları və yaxud 18,0 milyon manat məbləğində vəsait neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) hesabına daxil olmuşdur. Qeyd edilən gəlir maddəsi üzrə büdcədə 19,3 milyon manat vəsaitin daxil olması nəzərdə tutulmuş, ancaq bu gəlir maddəsi 93,3% icra edilmişdir.


2016-cı ildə ARDNF-nin vəsaitlərinin idarə edilməsindən 688,5 milyon ABŞ dolları və yaxud 1 068,8 milyon manat məbləğində gəlir əldə edilmişdir. Bu gəlir maddəsi büdcədə nəzərdə tutulana (680,0 milyon manat) nəzərən 157,2% səviyyəsində icra edilmişdir.
2016-cı ildə digər gəlirlər maddəsi üzrə ARDNF-yə hər hansı ödəniş daxil olmamışdır.

Cədvəl 6.1. ARDNF-nin 2016-cı il üzrə gəlirləri




Gəlir mənbələri

Gəlirlərin məbləği (milyon manat)

İcra faizi

təsdiq olunmuş

faktiki

1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə SOCAR-ın sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)










3 875,7













8 320,0

214,7

2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

3,4



3,3

97,1

3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

19,3

18,0

93,3

4.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar)

0,16

0,1

50,0

5.

ARDNF-nin vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər

680,0



1 068,8

157,2




Cəmi gəlirlər

4 578,6

9 410,2

205,5




Büdcədənkənar gəlirlər




5 705,7





Büdcədənkənar gəlirlər. 2016-cı ildə ARDNF-nin investisiya portfelinə daxil olan valyuta və aktivlərin manat ifadəsi ilə dəyərinin artması səbəbindən ARDNF-nin ümumilikdə 5 705,7 milyon manat, o cümlədən ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutaların manata qarşı məzənnəsinin artması ilə əlaqədar 5 356,1 milyon manat, qızıl portfelinin qiymətinin artması ilə əlaqədar 349,6 milyon manat büdcədənkənar gəlirləri yaranmışdır.
Xərclər. 2016-cı ildə ARDNF-nin büdcə xərclərinin icra vəziyyəti 84,6% olmuşdur. Belə ki, 2016-cı ilin büdcəsi təsdiqlənərkən Fondun büdcə xərcləri 10 669,0 milyon manat nəzərdə tutulmuş, ancaq ARDNF-nin büdcəsində 9 022,1 milyon manat məbləğində xərc yaranmışdır. Hesabat ili ərzində ARDNF-nin xərclərinin strukturu aşağıdakı kimi olmuşdur:
Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə transfert. 2016-cı ildə ARDNF-nin dövlət büdcəsinə 7 615,0 milyon manat vəsait transfert edilmiş və bu xərc maddəsi büdcədə nəzərdə tutulana nisbətən (7 615,0 milyon manat) 100% səviyyəsində icra edilmişdir.
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin maliyyələşdirilməsi. 2016-cı ildə ARDNF-nin büdcəsinin icrası çərçivəsində bu tədbirlərin maliyyələşdirilməsinə ümumilikdə 90,0 milyon manat vəsait ayrılmış və bu xərc maddəsi büdcədə nəzərdə tutulana nisbətən (90,0 milyon manat) 100% səviyyəsində icra olunmuşdur.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi. 2016-cı ildə layihənin maliyyələşdirilməsinə ARDNF-nin büdcəsindən 70,0 milyon manat məbləğində vəsait ayrılmış, bu xərc maddəsi büdcədə nəzərdə tutulana nəzərən (70 milyon manat) 100% səviyyəsində icra olunmuşdur.
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi. 2016-cı ildə ARDNF tərəfindən yuxarıda qeyd edilən Dövlət Proqramının maliyyələşdirilməsinə 31,6 milyon manat vəsait ayrılmış və bu xərc maddəsi büdcədə nəzərdə tutulana nisbətən (36,6 milyon manat) 86,3% səviyyəsində icra olunmuşdur.
Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi. 2016-cı ildə Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan hissəsinin maliyyələşdirilməsini təmin etmək məqsədi ilə ARDNF tərəfindən 797,4 milyon manat və yaxud 495,2 milyon ABŞ dolları məbləğində vəsait İqtisadiyyat Nazirliyinin hesabına köçürülmüş və bu maddə üzrə icra büdcədə nəzərdə tutulana nisbətən (2 355,3 milyon manat) 33,9% təşkil etmişdir. Layihə üzrə ARDNF-nin büdcəsində nəzərdə tutulan vəsaitin tam icra olunmaması 2016-cı ilin mart ayında Cənub Qaz Dəhlizi QSC (CQD) tərəfindən beynəlxalq maliyyə bazarlarında dövlət zəmanəti əsasında xarici valyutada denominasiya edilən beynəlxalq istiqrazların (avrobondlar) yerləşdirilməsindən diskont dəyərdə 991,1 milyon ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsi və TANAP ilə TAP layihələri üzrə bəzi xərclərin növbəti illərə sürüşdürülməsi ilə izah olunur.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi. 2016-cı ildə ARDNF tərəfindən layihənin maliyyələşdirilməsinə 66,2 milyon manat və ya 41,9 milyon ABŞ dolları yönəldilmiş və bu maddə üzrə ARDNF-nin xərcləri Fondun büdcəsində nəzərdə tutulana nisbətən (137,6 milyon manat) manat ifadəsində 48,1% səviyyəsində icra olunmuşdur.
Star layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi. 2016-cı ildə layihənin maliyyələşdirilməsinə ARDNF tərəfindən 331,8 milyon manat vəsait ayrılmışdır. 2016-cı ildə bu xərc maddəsi üzrə ödənişlər 100% icra olunmuşdur.
ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri. ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri ARDNF-nin 2016-cı il üçün təsdiq edilmiş smeta xərcləri ilə (32,7 milyon manat) müqayisədə 20,1 milyon manat və ya 61,5% səviyyəsində icra olunmuşdur.


Cədvəl 6.2. ARDNF-nin 2016-cı il üzrə xərc istiqamətləri




Xərc istiqamətləri

Xərclərin məbləği

(milyon manat)

İcra faizi

təsdiq olunmuş

faktiki

1.

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

90,0

90,0

100,0

2.

Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə transfert

7 615,0

7 615,0

100,0

3.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

70,0

70,0

100,0

4.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

137,6

66,2

48,1

5.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi

36,6

31,6

86,3

6.

Cənubi Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

2 355,3

797,4

33,9

7.

Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

331,8

331,8

100,0

8.

ARDNF-nin idarə edilməsi ilə bağlı xərclər

32,7

20,1

61,5

9.

Cəmi xərclər

10 669,0

9 022,1

84,6



1 Nyu-York, London, Tokio, Los-Anceles, Paris, San-Fransisko, Vaşinqton və Honq Konq.


Yüklə 371,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə