Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Azərbaycan Turizm və Menecment Universiteti


Səyahətin seçiminə təsir göstərən amillər



Yüklə 71,21 Kb.
səhifə14/21
tarix31.12.2021
ölçüsü71,21 Kb.
#82322
1   ...   10   11   12   13   14   15   16   17   ...   21
Turizm bazarına təsir edən amillər

Səyahətin seçiminə təsir göstərən amillər

Turistlərin səyahət zamanı onlarda cəlbediciliyin yaranmasına səbəb olan amillər də mövcuddur və bunlar aşağıdakılardan ibarətdir:

1. Təbii amillər - məhsullarda cəlbediciliyi müəyyənləşdirən ən önəmli amil hesab edilir. Coğrafi vəziyyət, təbii gözəlliklər, təmiz hava, saf su qaynaqları, ekoloji baxımdan təmiz dəniz, yay mövsümündə günəş və qış mövsümündə qar, heyvan növləri, bitki örtüyü (flora), təbii bulaqlar və şəfalı sular əsas təbii amillərdən sayılır.

2. Sosial-mədəni amillər - səyahət ediləcək cəlbedici ərazilərin müəyyənləşdirilməsində təbii amillər qədər önəm daşıyır. Sosial-mədəni amilləri yaradan dəyərlər arasında adət və ənənələr (evlənmə, toy, doğum və s.), tarixi və mədəni yerlər (muzeylər, abidələr, ibadət yerləri, tarixi şəhərlər və s.). siyasi quruluş, təhsil durumu və urbanizasiyalaşma səviyyəsi malikdir.
Bu amillər təbii amilləri dəstəkləyən bir özəllik göstərməklə birlikdə, təkbaşına bir cəlbedicilik xüsusiyyəti də göstərə bilməkdədir. Turizmin ceşidləndirilməsi kontekstində yaradılan mədəni turizmi bu cəlbedicilik elementindən təşkil edilməkdədir.

3. iqtisadi amillər - Bir turist məhsulunun tələb edilməsində və satın alınmasında iqtisadi şərtlərin uyğunluğu da önəmli bir cəlbedicilik amili təşkil etməkdədir. Turist məhsulunun qiyməti, ümumi iqtisadi vəziyyət, maddi baza imkanları və turizm sənayesinin vəziyyəti iqtisadi amillərə aid edilə bilər.

4. Psixoloji amillər - turist məhsulunu cəlbedici edən psixoloji amillər sırasında ölkələr arasındakı tarixi, mədəni və dini əlaqələr, cəmiyyətlərin adət-ənənə və davranış qaydaları, idarəçilərin ənənə və davranışları, moda, vərdiş, heyranlıq-snobizm, simpatiya ya da antipatiya duyğusu gəlməkdədir.


Yüklə 71,21 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə