Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Azərbaycan Turizm və Menecment Universiteti


I FƏSİL: Turizmin dünya iqtisadiyyatında yeri



Yüklə 71,21 Kb.
səhifə4/21
tarix31.12.2021
ölçüsü71,21 Kb.
#82322
1   2   3   4   5   6   7   8   9   ...   21
Turizm bazarına təsir edən amillər

I FƏSİL: Turizmin dünya iqtisadiyyatında yeri

1.1. Turizmin tarixi inkişaf yolu.

1.2. Müasir dövrdə turizmin dünya bazarında yeri.

Turizmin tarixi inkişaf yolu.

İnsanlar həmişə səyahət ediblər. Öz qəbiləsinin yaşadığı məskənlərin ətrafından başlanan ibtidai səyahətlər daha sonralar uzaq səfərlər, dəniz və çaylarla edilən səyahətlərlə əvəz olunmuşdur.

Qədim səyyahlar Şimali Avropaya, sirli Britaniya adasma, Misirə yollar açırdılar. Bu səyahətlər haqqmda mif və əfsanələr yazılrrdı. İgidlik göstərmяk və bяxtlərini sынamaq üçün orta əsr cəngavərləri də səyahət edirdilər. Cəsarətli və məşhur səyyahlar – Xristafor Kolumb (1451-1506), Vasko da Qama (1469-1524), Fernan Magellan (1480-1524), Ceyms Kuk (1728-1779), Jan Fransua Laperuz (1741-1788) və bir çox başqaları böyük coğrafi kəşflər etmişdilər. Amma bu, müasir dünyagörüşü baxımынdan nя turizm, nə də səyahətlərin təşkili və turistlərə xidmət edən turizm sənayesi deyildi.

Hazrrda dünyanın əksər dövlətlərində müasir turizm hərəkatı XX əsrin fenomeni adlandırılır. Həqiqətən də belədir, bu gün şahidi olduğumuz turizm, texnikanın, insanlar arasındakı humanitar münasibətlərin, təhlükəsizlik prinsiplərinə riayət etməklə, dünyanын hər yerinə səyahət etmək imkamы yaranmasının nəticəsidir.

Kütləvi turizm və səyahət ənənələri hələ XVIII əsrdə yaranmağa başlanmışdır. Ayrı-ayrı adamların diqqətəlayiq yerləri seyr etməklə yanaşı, mineral sularla müaliceyə, dəniz sahillərinə, dünyanın məşhur paytaxt şəhərlərinə səyahətləri – müasir turizmin bünövrəsi hesab edilir. Amma o dövrdə insanlar müstəqil, hər hansı bir təşkilat və fırmaların köməyi olmadan səyahət edirdilər.

Müasir turizmin bünövrəsi və başlanğıcı barədə müxtəlif fikir və rəylər mövcuddur. Bir sıra müəlliflər (M.Nemolyayeva və L.Xodorkov) ingilis ədəbiyyatına isstinad edərək, turizmin əsasının 1841-ci ildə qoyulduğunu və ilk xarici səyahətin 1855-ci ildə Parisdə keçirilən Ümumdünya sərgisinə təşkil olunduğunu qeyd edirlər. Digər müəlliflər (R.Zaçinyayev və N.Falkoviç) xarici turistlərdən təşkil edilmiş ilk mütəşəkkil turist qrupunun 1863-cü ildə İsveçrəyə səyahət etdiyini, üçüncü qism (M.Birjakov və b.) isə İngiltərədən Fransaya ilk mütəşəkkil turların hələ 1815-ci ildə təşkil olunduğunu qeyd edirlər. Geniş kütlə üçün nəzərdə tutulan və Londondan Parisə təşkil olunan belə turların təşəbbüskarı, yazıçı və səyyah D.Qalinyani olmuşdur. Artıq 1829-cu ildə dünyada ilk dəfə olaraq K.Baydeker tərəfindən hazırlanmış və nəşr olunmuş «səyahətçilərin soraq kitabçası» işıq üzü görmüşdür.

Bütün bunlara baxmayaraq, səyahətlərin mütəşəkkil və kütləvi şəkildə yerdəyişməsinin səmяrəsini və mahiyyətini ilk olaraq anlayan ingilis keşişi Tomas Kuk müasir turizmin banisi hesab olunur. O, 1841-ci ildə Lankasterdən Dolnqboruq şəhərinə dəmir yolu vasitəsilə ilk kütləvi gəzinti təşkil etmişdir. Bu səyahətdə 600-ə yaxın adam iştirak etmişdir. Tomas Kuk «Midlend reyluey» şirkətinin sahibləri ilə ünsiyyət yaradaraq, şirkətdən yarı qiymətə (topdan satış kimi) 580 bilet almağa nail olmuş, sonra isə biletləri səyahət arzusunda olanlara satmışdrr. Bu, onun turizm fəaliyyətinin, həmçinin müasir turizmin, turizm sahəsinin başlanğıcı idi.

1847-ci ildən «Kuk» cəmiyyəti xarici səyahət və ekskursiyalara xüsusi biletlərin yayılması ilə məşğul olmağa başlamış, bilet satışını mənimsəməkdən sonra, Kuk kilsə işlərini atıb öz fərdi işini qurmuşdur.

1848-ci ildə Kukun agentliyi Britaniya dövlət şirkətinə çevrilmişdir.

1852-ci ildə T.Kuk Londonu daimi yaşayış yeri seçərək bu şəhərə köçmüş və burada tarixdə ilk dəfə turizm bürosu yaratmışdır. O bir neçə nəqliyyat şirkətləri ilə müqavilə bağlayıb, onlara komissiyon haqqı verməyə başlamışdır.

1863-cü ildə T.Kuk İsveçrəyə ilk turist qrupu göndərmişdir. Bununla da mütəşəkkil beynəlxalq turizmin təşkilinə başlandı.

1889-cu ildə Parisdə keçirilən birinci Ümumdünya sərgisinə Kukun şirkəti, bu günün dili ilə desək 400 min turist yollayışı (putyovkası) satmışdı. O zamanlar ən məşhur turist marşrutlarından biri İngiltərənin müstəmləkəsi olan Misir idi. Nil çayı ilə səyahət üçün T.Kuk 27 paraxod və 800 kiçik həcmli yelkənli gəmi əldə etmişdir.

XIX əsrin sonlarında Beynəlxalq Yataq Vaqonları Cəmiyyəti ilə birləşən T.Kukun fırması, dünyanın 53 ölkəsində 12 min əməkdaşın çalışdığı 324 fılialı olan konsernə çevrilmişdi.

Amerikalılar İngilislərdən heç də geri qalmaq istəmirdilər. T.Kukun beynəlxalq turizm ideyası əsasında «Amerikаn ekspress» («Amekso») şirkəti yaradıhr.

Birləşmiş ştatların dilicanlarla sərnişin daşıyan üç şirkətinin birləşməsindən yaranan «Amekso» öncə qarışıq agentlik kimi fəaliyyət göstərmiş, 1918-ci ildən isə bütün qitələrdə fılialları olan sırf turist şirkətinə çevrilmişdi.

1869-cu ildə Avropada yaradılan «Mehmanxana işçilərinin beynəlxalq assosiasiyası» ilk turizm təşkilatları birliyi idi. Bu assosiasiya, 1921-ci ildə təşkil olunmuş Beynəlxalq mehmanxanalar ittifaqı ilə birləşərək, 1946-cı ildə Beynəlxalq mehmanxanalar assosiasiyasına çevrildi.

O zamanlar, əsasən zəngin insanlara xidmət göstərən turizm yalınz nəqliyyat və yerləşmə xidmətləri təklif edirdi. Bu hələ müasir «XX əsrin fenomeni» olan qonaqpərvərlik sənayesi olmasa da tədricən inkişaf edirdi.

Turizmin beynəlxalq səviyyədə olması, yalnız ictimai münasibətlərin müəyyən inkişaf pilləsində, millətlər arasında yüksək inkişaf etmiş və davamlı iqtisadi, siyasi və mədəni əlaqələrin olması əsasında mümkün olmuşdur. Bu da beynəlxalq bazarın formalaşma dövri, beynəlxalq ticarətin artması və yeni nəqliyyat vasitəlrin meydana çıxması ilə üst-üstə düşür.

Bu gün də ən seçilən turizm regionu, beynəlxalq turizm əlaqələrinin əsas rayonu olan Avropa – turizmin beşiyi sayılır. Avropada turist mehmanxanalarının inşası, dəmir yol təşkilatlarının təşəbbüsü ilə həyata keçirilmişdir. Mehmanxanalırın tikilməsinin əsas səbəbi dəmir yolları ilə sərnişin axınının artması idi.

Hər bir turizm rayonu üçün, yəni müəyyən təbii şəraiti olan (əlverişli iqlimi, dəniz və günəş, isti və müalicəvi su mənbələri, cəzbedici mənzərə, memarlıq və mədəniyyət abidələri) ərazidə sərnişin – turistlərin qəbulu, yerləşməsi və qidalanmasının təmin edilməsi zəruri idi. Beləcə də turizm obyektlərinin tikilməsinə tələbat yaranırdı.

Dəmir yolları həmçinin beynəlxalq turizmin gələcək inkişafı ilə bağlı bütün tədbirlərin və reklamın müəyyənləşdirilməsini də öz üzərinə götürmüşdü.

Turizm böyük gəlir gətirdiyinə görə, bütün yerli təsərrüfat sahələri onun inkişafına maraq göstərməyə başladılar. Amma turist tələbatının mürəkkəbliyi və özünəməxsusluğu onların qarşısında yeni, daha mürəkkəb problemlər qoydu. Turist mövsümündə turizm rayonunun bütün təsərrüfat, kommunal – məişət xidmətlərin həcmi artan tələbatla uyğun olmurdu. Turistlərin istək və arzularını yerinə yetirmək üçün xidmət sahələrini genişləndirmək zərurəti ortaya çıxırdı. Bu da öz növbəsində reklam və informasiya xidmətlərinin, mədəni – əyləncə obyektlərinin inkişafına səbəb oldu.

Turizmin inkişafı ilə əlaqədar bu problemlər daha da artır, onların həlli isə çətinləşirdi. Belə çətinliklərlə üzləşən adi yerli təsərrüfat təşkilatları və yerli hakimiyyət orqanlan yeni funksiyaların öhtəsindən gələ bilmirdilər. Ona görə də müstəqil turizm sahəsində ixtisaslaşmış təşkilatların yaradılması məsələsi günün tələbi idi. Onların funksiyaları və fəaliyyəti müasir turist agentliklərinə və turoperatorlara uyğun idi.

İlk öncə bu təşkilatlar «abadlaşdırma cəmiyyəti», «xariciləri qəbul edən cəmiyyət» və s. adlanırdı. Onların təşkili XIX əsrin ortalarına təsadüf edirdi, amma XIX əsrin 70-ci illərində Almaniya, İsveçrədə, Avstriyada, Fransada və b. ölkələrdə daha geniş vüsət almışdı. Bu təşkilatlar kompleks turist xidmətinin formalaşması ilə məşğul olan müasir turoperatorların timsalı idi.

Analoji cəmiyyətlərin yaradılmasında yerli hakimiyyət orqanları da maraqlı idi və onlara hərtərəfli yardım edirdilər. Çünki bu cəmiyyətlər yerli hakimiyyət orqanlarının həll etməli olduqlaры məsələlərin icrasını (gələn turist axınının kordinasiyasını, onların yerləşmə, qidalanma, asudə vaxt və s. təşkili qayğısını) öz üzərinə götürdülər.

Turist firmalarının fəaliyyətinin ixtisaslaşma prosesi davam edirdi. Bir sıra firmalar öz qüvvələrini xidmətlər paketi istehsalında cəmləşdirir, yeni regionların mənimsənilməsi ilə məşğul olur, turizmin yeni növlərini işləyib hazırlayırdılar, digərləri isə daha çox xidmət məhsulunun satışma diqqət yetirir və turagentliklər kimi inkişaf edirdilər.

Uzun müddət turizmdə hər hansı bir təşkilatı forma (yəni dövlət, ictimai və s.) olmamışdır.

Turizm rayonlarında turizmin yaradılması və inkişafının ümumi prosesi gedirdi. Amma bu proses bütün ölkələr üçün xarakterik deyildi və hər regionda özünəməxsus inkişaf yolu keçirdi. Elə ona görə də hazırda, ölkələr və regionlardakı turzmin inkişafında, həmçinin turizm müəssisələrin təşkili formalarında və idarəetmə strukturlarında müxtəliflik müşahidə olunur. Turizmin daha sonrakı və mürəkkəb inkişaf səviyyəsində, müxtəlif turizm təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi zərurəti yaranır. Bu da öz növbəsində müxtəlif səviyyəli dövlət idarəetmə orqanlarının, həmçinin beynəlxalq cəmiyyətlər və ittifaqlarının yaradılmasının vacibliyini ön plana çəkirdi.

1931-ci ildə yaradılan və bu gün də fəaliyyət göstərən, Amerika turist agentliklər cəmiyyəti (ASTA), Amerikada turizm fealiyyətini dövlət səviyyəsinə qaldırmışdır.

XX əsrin birinci yaрısında milli və beynəlxalq turizm öz dairəsinə yeni ölkələr cəlb edərək, inkişafını yeni istiqamətlərdə davam etdirirdi. Amma hələ o vaxtlarda turizm və ekskursiyalar əsasən əhalinin imkanlı təbəqələri üçün əlçatan idi. Onlar əyləncə, istirahət və müalicə məqsədli bahalı səyahətlərdə tez-tez istirak edərdilər. Həmin dövrdə Fransa, İtaliya, Çexiya, Slovakiya və İsveçrənin dağlıq rayonlarında yerləşən, beynəlxalq kurortlar kimi milli turizm mərkəzləri formalaşır.

Birinci və ikinci dünya müharibələri arasındakı dövrdə ölkədaxili və xaricə turizm səyahətləri keyfiyyətcə yeni bir xarakter alır. Onlar nəinki əyləncə və sağlamлыq, həmçinin sırf dərketmə məqsədlərilə unudulmaz xatirə (yaddaş) yerlərinə baş çəkməyə və diqqətəlayiq tarixi-memarlıq abidələrini seyr etməyə can atırlar.

Beynəlxalq turizm hərəkatının əksər hissəsi Avropa ölkələrinin payına düşürdü. Səyahətlər əsasən Avropa və digər qitələrin əhalisi arasında olan qohumluq əlaqələri ilə stimullaşırdı. O zamanlar xarici turizm əsasən tək-tək fərdlərin səyahəti xarakteri daşıyırdı. Qrup şəklində gəzintilər, yürüşlər və səyahətlər tədricən milli turizm təcrübəsinə tətbiq olunur, turizm və ekskursiyaların inkişafı üçün maddi şəraitin yaradılması üçün iş aparılırdı. İkinci dünya müharibəsi zamanı beynəlxalq turizmin həcmi kəskin surətdə azalır. Müharibədən əvvəlki turizmin səviyyəsi XX əsrin 40-cı illərinin sonunda bərpa olunur. Bu dövr, Avropa ölkəлəri, ABŞ və Kanada arasındakı turizm səyahətlərinin və mübadilələrin canlanması ilə xarakterizə olunur. Əsasən ABŞ turistlərinin hesabına – Meksika, Panama və Kubada turizm müvəfəqiyyətlə inkişaf edir. Yaponiya və bir çox başqa ölkələr xarici turizm üçün öz sərhədlərini açır.

Bu dövrü – beynəlxalq turizmin kütləvi inkişaf tarixində dönüş dövrü adlandırmaq olar. 1958-ci ildə ilk transatlantik aviasərnişin reysi həyata keçirilmişdir. Bu mühüm hadisə ilə turizmin imkanları, ənənələr və səyahətlərin məsafələri anlayışlarında mühüm dönüş yarandı və uzaq məsafələrə olan səyahətlərə, qısa müddətli gəzintilərə və kruiz biznesinin inkişafına böyük təsir göstərdi. Bütün dünya praktiki olaraq hər bir turist üçün əlçatan oldu.

Hava nəqliyyatı insanlara daha tez zaman çərçivəsində uzaq məsafələrə səyahət etməyə imkan verir və turizmi beynəlmiləl, demokratik və kütləvi edirdi. Həmin dövrdə kruiz sənayesi (bu gün on millionlarla turisti cəlb edən) formalaşmağa başladı.

XX əsrin 50-ci illərinin əvvəllərindən başlayaraq turizm əlaqələri, səyahətlər və mübadilələr daha da möhkəmlənir və genişlənirdi. Qərbi Avropa ölkələri arasında bağlanmış xüsusi müqavilələr turizmin inkişafına yeni təkan vermişdi. Bu müqavilələr ölkələr arasında çoxsaylı turist qrupları mübadiləsini nəzərdə tuturdu.

Əsasən imkanlı, zəngin insanlara xidmət üzərində qurulan turizmini, əhalinin orta təbəqələrini (qulluqçular, tələbə gənclər, elmi-texniki sahələrin ziyalıları) daha çox əhatə edən turizm əvəz etməyə başladı.

Turizm biznesinin iri müəssisə sahibləri, daha çox gəlir götürmək məqsədilə, turizmin daha kütləvi formalarma üstünlük verirdilər. Nəqliyyatda, yerləşmə vasitələrində, qidalanmada və xidmətin başqa növlərində texniki tərəqqinin inkişafı buna imkan verirdi.

Beynəlxalq turizm əlaqələrində səyahətlərin və turist mübadiləsinin hüquqi bazasının formalaşmasının böyük əhəmiyyəti var idi. Ötən əsrin 50-ci illərində bu işə başlandı.

Hələ 1954-cü ildə «turist» anlayışı haqqında qaldırılmış məsələ 1963-cü ildə BMT-nin turizm və ekskursiyalar üzrə Roma konfransında müzakirəyə çıxarılaraq, qəbul edilmiş və təsdiq olunmuşdur. Buna qədər ayrı-ayrı ölkələrdə «turist» anlayışının müxtəlif formada izahı verilirdi.

Vahid «turist» anlayışı – beynəlxalq statistik uçotun aparılması, turistlər üçün gömrük qaydalarının, müxtəlif nəqliyyat güzəştlərinin (endirimlərin) tətbiq olunmasında əsas götürülür.

«Turist» anlayışı belə səslənir: Öz daimi yaşayış yerindən kənarda 24 saatdan az olmamaq şərtilə, hər hansı bir məqsədlə (getdiyi yerdə ödəniş mənbəyi olan məşğuliyyəti olmadan) səyahət edən şəxs.

Bu anlayışa əsasın, istirahət, məzuniyyət, müalicə, təhsil, din, idman, qohumlarla görüş, konqres və simpoziumda iştirak etmək, əyləncə məqsədləri ilə səyahət edənlər – «turist» adlanır.

Hazırda ən böyük nüfuza malik olan qeyri-hökumət təşkilatı – Rəsmi turizm təşkilatlarının beynəlxalq ittifaqı (IUOTO) əsasında 1975-ci ildə yaradılan Ümumdünya Turizm Təşkilatıdır (ÜTT). Bu təşkilat BMT-nin himayəsi altında fəaliyyət göstərir. Bu gün 141 ölkə (həmçinin Azərbaycan) və ərazi, öz milli turizm nazirlikləri, dövlət və şəxsi turizm strukturları ilə ÜTT-də təmsil olunur. ÜTT-nin ən mühüm tədbirləri – onun iki ildən bir keçirilən assambleyasıdır.

27 sentyabr 1975-ci ildə ÜTT-nin nizamnaməsi qəbul olunmuşdur. 1979-cu ildə İspaniyanın Torremolinos şəhərində keçirilən ÜTT-nin Baş assambleyasının III sessiyasında 27 sentyabrın Ümumdünya Turizm Günü kimi təntənəli surətdə qeyd olunması haqqında qərar qəbul olundu. İlk dəfə Ümumdünya turizm günü 1980-ci ildə qeyd olundu. 1980-ci ilin 10 oktyabr tarixində Filippinin paytaxtı Manila şəhərində keçirilən turizm üzrə Ümumdünya konfransında Manila deklarasiyası qəbul olundu. Bu deklarasiya, turizmin bir fəaliyyət növü kimi millətlərin həyatında mühüm rolu olan, sosial, mədəni, ümumtəhsil və iqtisadi sahələrə, dövlətlərarası münasibətlərə öz təsirini göstərən sahə olduğunu bəyan etdi.

ÜTT-nin 17-26 sentyabr 1985-ci il tarixində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Baş assambleyasının VI sessiyası beynəlxalq turizmin hüquqi bazasının təkmilləşmə məsələlərinə həsr olunmuşdur. Bu sessiyada qəbul olunmuş Turizm Xartiyası və Turistin Kodeksində beynəlxalq turizm prinsipləri təntənə ilə öz əksini tapdı. ÜTT-nin ekspertləri bu sənədləri hazırlayarkən, BMT-nin Nizamnaməsinə (mad. 3, § 1), 1948-ci ildə BMT-nin Baş assambleyasında qəbul olunmuş İnsan hüquqlarının Ümumdünya deklarasiyasına (mad. 24) və 1966-cı ildə BMT-nin Baş assambleyasında qəbul olunmuş İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq pakta əsaslanıblar.

Dünya turizminin inkişafında adı çəkilən bu iki sənədin mühüm rolu var. Sənədlər hümanitar və proqressiv xarakter daşımaqla yanaşı, eyni zamanda turizm hərəkatının bütün subyektlərinin turist mübadiləsi və səyahətlərinin təşkilində normal münasibətlərin yaranmasına imkan yaradır, həmçinin xalqlar arasında həmrəyliyi, bir-birinə hörmətlə yanaşmanı ön plana çəkir.

14 noyabr 1994-cü il tarixindя Yaponiyada keçirilən turizm nazirlərinin Ümumdünya konfransında turizm sahəsi üçün çox önəmli olan və müasir dövrdə dövlətlərarası münasibətlərin inkişafı üçün turizmin vacibliyini bəyan edən daha bir sənəd «Turizm deklarasiyası» qəbul olundu.

XX əsrin 70-ci illərində turizmin ən yüksək inkişafı Avropada (turizm xidmətlərinin ümumi həcminin – 72,6%) və Şimali Amerikada (18,3%) qeydə almmışdı. Dünyanın digər regionlarımn payına isə turizm xidmətlərinin 9,1%-i düşürdü.

Bu tendensiya 80-ci illərdə də saxlanılmışdır. 1985-ci ildə səyahət edən xarici turistlərin 70,3%-i Avropa ölkələrinin payına düşürdü. Onlara xidmətdən Avropa ölkələri 58,9 mlrd. ABŞ dollaр əldə etmişdilər.

90-cı illərdə Avropa turizminin inkişafı stabil qalmış, Asиya və Cənubi Amerika kontinentində, Avstraliya və Yaponiyada turizm fəal inkişaf etməyə başlamışdı.

90-cı illərdə gəlmə turizminin payı bu cür bölünürdü: Avropa – 58,7%, Amerika – 19,5%, qalan regionlar – 21,8% (o cümlədən Şərqi Asiya – Sakit Okean regionu – 15,2%, Afrika 3,3%, Yaxın Şərq – 2,5% və Cənubi Asiya – 0,8%).

1999-cu ildə dünya üzrə turizmdən əldə olunan gəlirlər 455,0 mlrd. ABŞ dolları təşkil etmişdir, o cümlədən: Avropa -231,2, Amerika – 125,3, Şərqi Asiya – Sakit Okean regionu -73,4, Afrika – 9,8, Yaxın Şərq – 10,4, Cənubi Asiya – 3,9 mlrd.ABŞ dolları.

Son statistik göstəricilər dünya turizm hərekatmm ardıcıl artımını göstərir. Xarici ölkələrdə səyahət edənlərin sayı 2001 -ci ildə 692,9 mln. nəfer, turizmdən əldə edilən gəlir 464 mlrd. ABŞ dolları təşkil etmişdir.


Yüklə 71,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə