Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Azərbaycan Turizm və Menecment Universiteti


Müasir dövrdə turizmin dünya bazarında yeri



Yüklə 71,21 Kb.
səhifə5/21
tarix31.12.2021
ölçüsü71,21 Kb.
#82322
1   2   3   4   5   6   7   8   9   ...   21
Turizm bazarına təsir edən amillər

Müasir dövrdə turizmin dünya bazarında yeri.

Turizmə bir sıra xarici amillər təsir etməklə yanaşı, turizm özü də inkişaf etdiyi ölkə və regionlarda iqtisadi, siyasi, ekoloji, sosial-mədəni şəraitə təsir etmək qabiliyyətinə malikdir. Həmçinin, bu təsirlərin müsbət və mənfi tərəfləri mövcuddur. Y.F.Volkov turizmin siyasi, tərbiyəvi, mədəni, ictimai, bioloji və iqtisadi əhəmiyyətini ayırmışdır (2003):



Turizmin siyasi əhəmiyyəti. Turizmin siyasi, xüsusilə beynəlxalq əhəmiyyəti dedikdə müxtəlif qitə və dövlətlərin sakinlərinin dünyagörüşü və fikirlərinin mübadiləsi, onların bir- birinə yaxınlaşması başa düşülür. Xalqlar arasında əlaqələrin yaranmasına şərait yaradan turizm, sülh əməkdaşlığının əsasım qoyaraq, sülhün möhkəmləndirilməsi yolları və vasitələrindən biri kimi çıxış edir. Hər hansı bir ölkə və onun vətəndaşları haqqında kitab, radio, kino, internet, televiziyadan alınan və bəzən doğru olmayan informasiyadan fərqli olaraq turizm, ölkə barəsində daha dolğun fikir bildirməyə imkan yaradır. Müvafiq olaraq ölkəyə səyahət zamanı yerli sakinlərlə turistlər arasında fikir mübadiləsi doğru olmayan informasiyanı dəyişə bilər.

Turizmin tərbiyəvi əhəmiyyəti. Turizmin tərbiyəvi əhəmiyyəti müxtəlif ölkələrin ərazisinə səyahət edərək, oradakı ictimai həyatı müşahidə edən, iqtisadiyyat və mədəniyyət sahəsində uğurlarla tanış olan səyahət iştirakçılarının dərketmə qabiliyyətlərinin artmasından ibarətdir.
Turizmin mədəni əhəmiyyəti. Turizmin mədəni əhəmiyyəti dedikdə yeni şəhərlər və onların əhalisi, tarixi, adət-ənənələri, incəsənəti, memarlığı, teatr, ədəbiyyat, kino, musiqi sahəsində uğurları ilə tanışlıqdan sonra turistin şəxsi mədəni səviyyəsinin yüksəlməsi, həmçinin xarici dillər üzrə biliklərin təkmilləşdirilməsi başa düşülür.

Turizmin ictimai əhəmiyyəti. Turizmin ictimai əhəmiyyəti dedikdə səyahət iştirakçılarının həmrəyliyi, yoldaşlıq və qarşılıqlı qonaqpərvərlik, özünü sərbəst aparmaq, məsuliyyətli, dəqiq olmaq,
istənilən vəziyyətdə özünüidarəetmə, təbiətə və yerli əhaliyə həssas və qayğı ilə münasibət başa düşülür.

Turizmin bioloji əhəmiyyəti Turizmin bioloji əhəmiyyəti əlverişli iqlim şəraitində fiziki gücün bərpasında özünü göstərir ki, bunun da nəticəsi olaraq sağlamlığın yaxşılaşması, əla əhval-ruhiyyə, əmək qabiliyyətinin yüksəlməsi və çalışmaq arzusu əmək məhsuldarlığının artımını şərtləndirir.

Turizmin iqtisadi əhəmiyyəti. Dövlət üçün turizmin iqtisadi əhəmiyyəti xüsusi önəm daşıyaraq, nəinki göstərilən xidmət rolunda, həmçinin xidmətin ayrı-ayrı elementlərinin tələbatçısı kimi çıxış edir. Turizm iqtisadi həyatın müxtəlif sahələrinə dolayı yolla təsir göstərir.

Q.A.Yakovlevə görə turizmin əsas təsir istiqaməti iqtisadiyyat olmaqla, turizm - ölkə və regionların iqtisadi inkişafında katalizator funksiyası daşıyır, daha perspektiv və güclü artım tempinə malik sahədir (2006).
Müəlliflərin əksəriyyəti turizmin 4 təsir sahəsini - iqtisadi, sosial, ekoloji və humanitar istiqamətləri ayırırlar.

Turizmin iqtisadi əhəmiyyəti turistin tələb və təklifi sahəsində özünü göstərir. Tələbat 3 qrupa bölünür: əsas, spesifik və əlavə. Əsas tələbata nəqliyyat vasitələri ilə hərəkət, yerləşmə və qida tələbatları aiddir. Spesifik tələbatda müalicə, zövq almaq, ünsiyyət, əyləncə və s. əsas götürülür. Əlavə tələbatlar xidmət və ticarət müəssisələri, mədəni və əyləncə qurumları tərəfindən təmin edilir.

Tələbat vasitəsilə turizm ölkə və ya regionun təsərrüfat fəaliyyətini stimullaşdırır. Belə ki, turizm sahəsindəki müəssisələrin gəlirləri artır, xidmət sferasının inkişafı stimullaşır, müəyyən bir regionun mal və xidmətlərinə təklif yüksəlir, nəqliyyatın yük dövriyyəsi çoxalır. Turizm yerli infrastrukturu inkişaf etdirərək, əlavə iş yerləri yaradır, ona xidmət edən sahələrə stimullaşdırıcı təsir göstərir.

Turizmin ölkə və ya regionun iqtisadiyyatına birbaşa və dolayı təsirləri də mövcuddur. Turizmin iqtisadiyyata birbaşa təsiri turistin mal və xidmətlərə sərf etdiyi məsrəflərin nəticəsi olaraq, ölkə və regionun gəlirlərini çoxaldır, vergi və turizm sənayesinin digər  müəssisələri hesabına dövlət büdcəsinin artımını təmin edir. Turizmdən gələn gəlirlər turistlərin sərf etdiyi məsrəflər nəticəsində yaranır ki, bunlara da istirahətdə xidmət paketi, yerləşmə, qida, nəqliyyat, rekreasiya, mədəni və idman növlü fəaliyyət, səhiyyə xidmətinə sərfiyyatlar aiddir. Gəldiyi ərazidə turistin xərclədiyi vəsait nəinki region, həmçinin ümumilikdə ölkə üçün böyük gəlir formalaşdırır.

Turizmin iqtisadiyyata dolayı təsiri müəyyən zaman və məkanda turistin mal və xidmətlərə sərf etdiyi məsrəfin təkrarlanması effektində özünü büruzə verir ki, bu da multiplikasiya effekti və ya multiplikator adlanır. Başqa sözlə, turistin xərclədiyi vəsait regionun iqtisadiyyatına xidmət edir, mal və xidmətlərdən alman gəlirlər hesabına işçilərin əmək haqqı ödənilir, digər ərazilərdə istehsal olunan məhsulların alınmasına sərf olunur.

Turizmin regional inkişafda əhəmiyyəti durmadan artır. Turizm müəssisələrinin müxtəlif regionlarda yaradılması iqtisadi inkişafın gücləndirilməsi və bərabərləşdirilməsinə şərait yaratmaqla, əlavə iş yerlərinin meydana gəlməsini, yerli təbii abidələr və mədəni- tarixi irs nümunələrinə diqqətin artırılmasını, onların mühafizəsini, yerli məhsul istehsalına tələbin yüksəlməsini şərtləndirir.
Ümumi iqtisadi amillər turizmə həm mənfi, həm də müsbət təsir göstərirlər. Müsbət təsir edən amillər nəticəsində turizm xidmətlərinin potensial tələbatçılarınm real gəlirləri artır, turizm təklifləri çoxalır, turist xidmətlərinin tələbatçıları arasında gəlirlər daha bərabər bölünür, valyutanın kursu stabil olur. Mənfi təsir edən amillər nəticəsində iqtisadi böhran müşahidə olunmaqla, işsizlərin sayı artır, məvaciblərin həcmi azalır, valyutanın kursunda qeyri- sabitlik hiss edilir.
Turizmin sosial əhəmiyyəti cəmiyyətin psixofızioloji ehtiyatlarının və insanların əmək qabiliyyətinin bərpasından (asudə vaxtın səmərəli istifadəsi, iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun artırılması, yerli əhalinin mədəni səviyyəsinə təsir edilməsi, müəssisələrdə çalışanlar və xüsusi mülkiyyətçilərin  gəlirlərinin təmin edilməsi, turizmin ekoloji təhlükəsizliyinə, ətraf mühitin mühafizəsinə nail olunması) ibarətdir.

İnkişaf edən turizm sənayesi əhalinin məşğulluğu problemini həll etmək imkanına malikdir. Belə ki, turizmin inkişafı işsizlik səviyyəsinin azalmasına şərait yaradır. Dünya təcrübəsi göstərir ki, turizm sənayesi digər regionlardan əlavə əmək ehtiyatlarını əraziyə cəlb edir, bu da əhalinin sayının artması ilə nəticələnir. Turizm sahəsində əmək ehtiyatları əsasən otel və restoran təsərrüfatında, nəqliyyat şirkətləri və turizm müəssisələrində (turoperator və turagentlik) cəmlənib. Turizmdə əmək fəaliyyəti və məşğulluq aydın hiss olunan xüsusiyyətlərə malikdir. Belə ki, turizmdə natamam məşğulluq, qeyri-normal iş günü, iş yerlərinin mövsümü xarakteri, istedadsız işçi qüvvəsinin xüsusi çəkisi mövcuddur. Turizm sferasında işləmək üçün yerli sakinlər, yeniyetmələr, tələbələr, evdar xanımlar cəlb olunurlar.

Əhalinin həyat səviyyəsinin yüksəlməsinə turizm birbaşa və dolayı yolla təsir edir. Birbaşa təsir nəticəsində turfirmalarm gəlirləri artır və onların işçilərinin yaşayış səviyyəsi yüksəlir. Dolayı təsir nəticəsində həm gələn turistlər, həm də yerli əhali üçün nəzərdə tutulan geniş xidmət şəbəkəsi formalaşır. Digər sahələrlə müqayisədə turizmdə iş yerlərində məvacib yüksəkdir ki, bu da tələb və təklifin çox olmasına gətirib çıxartmışdır. Qeyd edək ki, turizm əməktutumlu sahə kimi avtomatlaşdırma və mexanikləşdirmənin təsirinə məruz qalmır.

Turizmin ekoloji əhəmiyyəti dedikdə onun ekoloji şəraitə ikitərəfli təsiri başa düşülür. Turizm ətraf mühitə ziyan vuraraq, insan, eləcə də fauna və floranın təbii həyat şəraitini dəyişdirir. Turizmin ətraf mühitə mənfi təsirləri arasında nəqliyyat vasitələri ilə atmosfer havasının çirkləndirilməsi və torpaqların həddən artıq səviyyədə istifadəsi xüsusilə fərqlənir.

Turizmin ətraf mühitə müsbət təsiri kimi onun təbiətin mühafizəsində maraqlı olması çıxış edir. Təbii və mədəni-tarixi obyektlərin istismarı zamanı turizm onlara ziyan dəyməməsi üçün olduqca maraqlıdır. Qulluq olunan park və meydanlar, təbiət qoruqları yaxşı istirahətə xidmət edir və turizm müəssisələrinin reytinqinin yüksəlməsini şərtləndirir.

Turizm təbii tarazlığı əksər hallarda pozduğundan, təbii və tarixi-mədəni obyektlərin göstərişi onların saxlanılması və bərpasını tələb edir. Ona görə də yerli vergi formasında turfırmadan götürülən vəsaiti ümumilikdə səmərəli şəkildə istifadə etmək lazımdır. Belə ki, həmin vəsaitin regionun təbii obyektləri, tarixi abidələri, park və meydan komplekslərinin saxlanılması üçün istifadəsi daha məqsədəuyğundur.

Turizmin humanitar əhəmiyyəti dedikdə hərtərəfli inkişaf edən şəxsiyyətin formalaşması üçün turizmin imkanlarından istifadə başa düşülür. Turizm insanın əhatə dairəsini genişləndirir, onun intellektual səviyyəsini qaldırır, istirahəti ətraf dünyanı dərketmə, ölkə və regionun tarixini, mədəniyyətini, yerli adət-ənənələrini öyrənmək ilə birlikdə reallaşdırmağa imkan verir. Turizmin təsiri ilə cəmiyyətin humanitar inkişafının 4 istiqaməti mövcuddur: istirahətin dərketmə ilə birlikdə aparılması, sülhə nail olmaq, turizm və ekskursiyanın intellektual tərkibi, cavan nəslin tərbiyəsi.

Ölkə və regionun görməli yerlərinə baxış turistlər üçün böyük əhəmiyyət daşıyır. Belə ki, səyahətdə göstərilən obyekt və eşidilən informasiya turistin yaddaşında uzun müddət qalmaqla, müxtəlif ölkələrdə yaşayan xalqların mədəniyyəti və adət-ənənəsi ilə tanışlıq insanı mənəvi cəhətdən zənginləşdirir. Kiçik yaşdan başlayaraq uşaqlara mədəni-tarixi və adət-ənənələrə dair biliklərin verilməsi onların əhatə dairəsinin genişlənməsində, estetik zövqlərin formalaşmasında, cəmiyyət və ətraf mühitə həssas yanaşmada, yaradıcılıq qabiliyyətinin inkişafında böyük əhəmiyyət daşıyır.


Yüklə 71,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə