Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Azərbaycan Turizm və Menecment Universiteti


II FƏSİL : Turizmə təsir edən amillər



Yüklə 71,21 Kb.
səhifə6/21
tarix31.12.2021
ölçüsü71,21 Kb.
#82322
1   2   3   4   5   6   7   8   9   ...   21
Turizm bazarına təsir edən amillər

II FƏSİL : Turizmə təsir edən amillər.

2.1. İqtisadi və sosial amillərin turizmin inkişafına təsiri.

2.2. Səyahətin seçiminə təsir göstərən amillər

2.3. Turistlərdə cəlbediciliyi yaradan əsas amillər

2.4. Turizmdə sahibkarlıq fəaliyyətinə təsir göstərən amillər

İqtisadi və sosial amillərin turizmin inkişafına təsiri.

Dünya ölkələrində turistlər müxtəlif məqsədlərlə səyahətə çıxırlar və bu dövr dəyişdikcə, inkişaf əldə olunduqca tamamilə dəyişkənliyə məruz qalır. Xüsusən do qədim dövrlərlə müqayisə etsək insanların tələblərinin dəyişdiyini hiss edə bilərik. Bu da nəqliyyatın inkişafı ilə yanaşı insanların artıq daha qısa müddətə daha çox yer görməyi tələb etməsindən irəli gəlir. Müasir dövrün insanı xərclədiyi pulun müqabilində on yüksək səviyyədə təqdim olunan xidməti tələb edir. Hazırda turizmdə iştirak edən şəxsləri səyahətçilərdən fərqləndirən aşağıdakı səbəblər mövcuddur:

  1. Sağlamlığı bərpa etmək - Mənəvi və fiziki cəhətdən insanların özlərini yenidən bərpa etməsi hesab olunur. Bununla bağlı insanlar bir sıra ölkələrdə yerləşən sanatoriya və kurort müəssisələrinə üz tuturlar. İlkin dövrlərdə İngiltərə, Almaniya kimi ölkələrin aristokrat sakinləri bu turizm növündə iştirak edirdi. Hətta köhnə SSRİ dövründə bu məqsədlə səyahət edənlərin də sayı kifayət qədər çox idi

  2. Maariflənmək yaxud dərketmə - Maariflənmək əksər terminoloji izahatlarda dərketmə mənasını da ifadə edir. Yəni müxtəlif yerlərdə olaraq onların adət ənənəsini, tarixi inkişaf yolunu, müxtəlif abidələrini öyrənmək mühüm amil hesab olunur. Ölkələrin muzeylərini gəzərək istirahətlə deyil, yeni məlumatların əldə olunması ilə kifayətlənmək nəzərdə tutulur.

  3. Təhsil almaq - Müxtəlif şəxslər öz daimi yaşayış yerlərini digər ölkələrdə yeni bilgilər əldə etmək üçün tərk edirlər. Bununla əlaqədar olaraq bir sıra ölkələr arasında tələbə mübadilələri həyata keçirilir ki, bu da xüsusi rola malikdir. Dünyanın bir sıra Universitetləri bu gün tələbə mübadiləsinin həyata keçirilməsində maraqlıdır.

  4. İdman - bir sıra ölkələrdə təşkil olunan idman yarışlarının iştirakçıları öz daimi yaşayış yerlərini tərk edir. Lakin idman turizmi bununla kifayətlənmir. Çünki idmançılarla birlikdə öz ölkəsini tərk edərək bu yarışları izləmək istəyən kifayət qədər azarkeşlərin olması mümkündür. Jurnalistlər, müxtəlif iş sahibləri də bu kimi görüşlərin təşkil olunmasında maraqlıdır.


  5. İşgüzar - Müxtəlif ölkələrdə işgüzar məqsədlərlə təşkil olunmuş səfərlər nəzərdə tutulur. Bunlara fərqli konfranslarda iştirakla yanaşı müəyyən müqavilələrin bağlanılması da aid edilə bilər.


  6. Dini və s. - dünya ölkələrində müxtəlif dinə sitayiş edən xalqlar mövcuddur. Onlar özlərinə aid edilən dini bayramlarda yaxud adi günlərdə həmin mərkəzlərə getməyi üstün tutur və bu rituallara əhəmiyyət verirlər.

Turizmə təsir edən amillər xarici - ekzogen və daxili - endogen proses olmaq şərti ilə iki qrupa bölünürlər. Xarici amillərə aşağıdakılar aid edilir:
• Təbii-coğrafi
Mədəni - tarixi
• İqtisadi
• Sosial
Demoqrafik
• Siyasi
Texnoloji
• Ekoloji


Yüklə 71,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə