presented and discussed in this review. Soil structure exerts important influences on the edaphic
conditions and the environment. Aggregation results from the rearrangement, flocculation and
cementation of particles. It is mediated by soil organic matter, biota, ionic bridging and cla y
minerals. The soil organic matter originates from plants, microorganisms and soil fauna and their
exudates. Soil structure can be significantly modified through management practices and
environmental changes.
Key words: soil structure, soil aggregation, mechanisms of aggregation, soil organic matter,
binding agents,
clay minerals,
soil biota,
factors of aggregation,
pedotransfer function
UOT 631:631.8
ABŞERONUN BOZ-QONUR TORPAQLARINDA PAYIZLIQ BUĞDANIN AZOTU
MƏNİMSƏMƏSİNİN ÜZVİ VƏ MİNERAL GÜBRƏLƏRİN NORMA VƏ
NİSBƏTLƏRİNDƏN ASILILIĞI
İ.M. Hacıməmmədov
Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru
S.R. Vəliyeva
Dissertant
Elmi-Tədqiqat Əkinçilik İnstitutu, Pirşağı qəs., Sovxoz 2, Bakı, Azərbaycan
Tel. 551-61-30
Tədqiqat nəticələri göstərir ki, üzvi və mineral gübrələrin norma və nisbətlərindən asılı
olaraq payızlıq buğda kollanma mərhələsinin sonuna kimi ümumi yerüstü quru biokütlə ilə aparılan
azotun 35-53%-ni, kollanmadan boruya çıxmanın sonuna kimi 19-36%-ni, boruya çıxmadan mum
yetişməyə kimi isə cəmi 8-10%-ni mənimsəyir.
Üzvi və mineral gübrələrin norma və nisbətlərindən asılı olaraq hər hektardan 32,1-65,7
sentner dən məhsulu alınmışdır. Bu gübrəsiz variantdan 4,9-33,6 sen/ha və ya 15,4-104,7% çoxdur.
Gübrələrin norma və nisbətlərindən asılı olaraq hər hektardan 661-1450 manat xalis gəlir
alınmışdır.
Açar sözlər: torpaq, gübrə, bitki, məhsuldarlıq, azot, mənimsəmə əmsalı
Respublikada keçirilən torpaq islahatı nəticəsində 3198137 nəfərə 1309854 hektar torpaq
sahəsinin verilməsi 2000-ci ildə başa çatdı [1]. Beləliklə respublikada 807000 xırda fermer
təsərrüfatı yaradıldı. Hal-hazırda respublikada istehsal olunan kənd təsərrüfatı məhsullarının 95%-
dən çoxu fermer təsərrüfatlarının payına düşür. Özəl fermer təsərrüfatlarının yaranması torpağa
münasibətin yeniləşməsini zəruri etmişdir. Kiçik fermer təsərrüfatları respublikada onsuzda zəif
inkişaf etmiş növbəli əkinçiliyin daha da zəifləməsinə səbəb oldu. Torpaq münbitliyinin qorunub
saxlanmasında və yaxşılaşdırılmasında ən başlıca amillər ot tarlalı növbəli əkin, üzvi gübrələrin
tətbiqi və sideratlardan istifadə olunmasıdır.
Tədqiqat nəticələrinə görə respublikada əkin altında olan torpaqlarda ümumi humusun
miqdarı 1,5-3,5% civarındadır [2]. Respublikada qəbul olunmuş qradasiyaya görə əkin sahələrimiz
humusla çox az və az təmin olunub [6].
Torpağın su saxlaması kənd təsərrüfatı bitkilərinin qida maddələri ilə (makro və mikro
elementlərlə) təmin olunması torpaqda humusun faizlə miqdarından və ehtiyyatından çox asılıdır.
Digər tərəfdən dənli bitkilər 1ton məhsula 29-32 kq N, 10-11 kq P
2
O
5
və 28-30 kq K
2
O aparır. Orta
hesabla hər hektardan 2,5 ton dən məhsulu yığılır. Bu baxımdan hər hektardan cəmi 167-182 kq
azot, fosfor və kalium aparılır (təsiredici maddə). Respublikaya gətirilən mineral gübrələrin hamısı
taxıl sahələrinə verilsə belə onda 2009-cu ildə hər hektara fiziki çəkidə 62 kq, 2010-cu ildə isə 35
kq mineral gübrə düşür [2]. Gübrələrin illik normaları balans üsulu ilə hesablanıb verilməlidir ki,
torpaq münbitliyi və sabit məhsul alınması təmin olunsun.
Tədqiqatın məqsədi Azərbaycan ETƏİ-nun Abşeron YTT-nın boz-qonur torpaqlarında pH-ın,
karbonatlığın, ümumi humusun və əsas qida maddələrinin asan mənimsənilən formalarının
müəyyənləşdirilməsi olunmuşdur. Məqsədə nail olmaq üçün qarşıya aşağıdakı vəzifələr
qoyulmuşdur.
Üzvi və mineral gübrələrin norma və nisbətlərinin payızlıq buğda bitkisinin inkişaf fazasından
asılı olaraq torpaqda mütəhərrik fosforun, dəyişən kaliumun dinamikasına təsirinin
müəyyənləşdirilməsi, yerüstü biokütlə ilə azotun aparılmasını və mənimsənilmə əmsalının təyin
edilməsi, inkişaf fazasından asılı olaraq yerüstü quru biokütlənin və azotun variantlar arasında
paylanma nisbətinin hesablanması, məhsuldarlığın və iqtisadi səmərəliliyin qida rejimindən
asılılığının öyrənilməsi.
Azərbaycan ETƏİ-nun Abşeron YTT-ın suvarılan boz-qonur torpaqlarında üzvi və mineral
gübrələrin norma və nisbətlərinin “Qobustan” payızlıq yumşaq buğda bitkisinin yerüstü ümumi
biokütlə məhsulunun əmələ gəlməsinin, inkişaf fazasından asılı olaraq azotun mənimsənilməsinə,
məhsulun keyfiyyətinə, iqtisadi səmərəliliyə təsirini müəyyənləşdirmək üçün 8 variantda, 4 təkrarda
tarla təcrübələri qoyulmuşdur. Hər bölmənin sahəsi 60 m
2
olmuşdur.
Təcrübənin sxemi
1.
Nəzarət (gübrəsiz),
2.
N
90
,
3.
N
90
P
60
K
60
,
4.
ECO (biohumus) 1 t/ha,
5.
ECO 1 t/ha + N
45
,
6.
N
120
P
60
K
60
,
7.
ECO 1 t/ha + N
45
P
30
K
30
,
8.
N
150
P
60
K
60.
Ümumi yerüstü quru biokütlə məhsulunun miqdarını müəyyənləşdirmək üçün metodikaya
müvafiq olaraq [10] hər birinin sahəsi 0,2m
2
olmaqla yerüstü bitki nümunələri kök boğazından
biçilərək yaş və quru çəkiləri müəyyənləşdirilmişdir. Nümunələrdə azotun faizlə miqdarı Keldal
metodu ilə təyin olunmuşdur.
Təcrübə sahəsinin aqrokimyəvi göstəricilərini müəyyənləşdirmək üçün səpindən əvvəl, yəni
üzvi və mineral gübrələrin tətbiqindən əvvəl kəsişən dioqanal istiqamətində sahənin 5 yerindən
torpaq nümunələri götürülərək bəzi aqrokimyəvi göstəricilər müəyyənləşdirilmişdir. Torpaq
nümunələri şum qatından (0-25 sm) və genetik qatlar üzrə 25-41 sm və 41-65 sm dərinliyi əhatə
etmişdir.
Azərb. ETƏİ-nun Abşeron YTT-nın boz-qonur torpaqlarında təcrübə sahəsinin
aqrokimyəvi göstəriciləri
Cədvəl 1.
Dərinli
k
sm-lə
pH
CaCO
3
%-lə
Ümumi
humus
%-lə
Ümumi
N (azot)
%-lə
Mütəhərrik fosfor (P
2
O
5
)
1%-li (NH
4
)
2
CO
3
həll
olan Maçiqin metodu.
1 kq torpaqda mq-la
Dəyişən kalium
(K
2
O), alovlu
fotometrlə.
Maçiqin metodu.
1 kq torpaqda mq-la
0 – 26
8,8-
8,8
14,5-
14,6
1,355-
1,364
0,086-0,087
12,6 - 14,4
231 - 238
26 - 41
8,8-
8,9
15,0-
15,5
0,855-
0,867
0,066-0,067
6,7 - 7,8
162 - 167
41 - 65
9,0-
9,0
17,5-
19,5
0,544-
0,563
0,045-0,046
3,1 - 3,2
145 - 147