Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə154/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   150   151   152   153   154   155   156   157   ...   163

 
 
 
presented  and  discussed  in  this  review.  Soil  structure  exerts  important  influences  on  the  edaphic 
conditions  and  the  environment.    Aggregation  results  from  the  rearrangement,  flocculation  and 
cementation  of  particles.  It  is  mediated  by  soil  organic  matter,  biota,  ionic  bridging  and  cla y 
minerals.  The  soil  organic matter  originates  from  plants,  microorganisms  and  soil  fauna  and  their 
exudates.  Soil  structure  can  be  significantly  modified  through  management  practices  and 
environmental changes.  
      Key  words:  soil  structure,  soil  aggregation,  mechanisms  of  aggregation,  soil  organic  matter, 
binding agents, clay minerals, soil biota, factors of aggregation, pedotransfer function 
 
 
UOT 631:631.8 
 
ABŞERONUN BOZ-QONUR TORPAQLARINDA PAYIZLIQ BUĞDANIN AZOTU 
MƏNİMSƏMƏSİNİN ÜZVİ VƏ MİNERAL GÜBRƏLƏRİN NORMA VƏ 
NİSBƏTLƏRİNDƏN ASILILIĞI 
 
 
İ.M. Hacıməmmədov 
Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru 
S.R. Vəliyeva 
Dissertant 
Elmi-Tədqiqat Əkinçilik İnstitutu, Pirşağı qəs., Sovxoz 2, Bakı, Azərbaycan 
Tel. 551-61-30 
 
         
Tədqiqat  nəticələri  göstərir  ki,  üzvi  və  mineral  gübrələrin  norma  və  nisbətlərindən  asılı 
olaraq payızlıq buğda kollanma mərhələsinin sonuna kimi ümumi yerüstü quru biokütlə ilə aparılan 
azotun  35-53%-ni,  kollanmadan  boruya çıxmanın  sonuna kimi  19-36%-ni,  boruya  çıxmadan  mum 
yetişməyə kimi isə cəmi 8-10%-ni mənimsəyir. 
Üzvi  və  mineral  gübrələrin  norma  və  nisbətlərindən  asılı  olaraq  hər  hektardan  32,1-65,7 
sentner dən məhsulu alınmışdır. Bu gübrəsiz variantdan 4,9-33,6 sen/ha və ya 15,4-104,7% çoxdur. 
Gübrələrin  norma  və  nisbətlərindən  asılı  olaraq  hər  hektardan  661-1450  manat  xalis  gəlir 
alınmışdır.  
Açar sözlər: torpaq, gübrə, bitki, məhsuldarlıq, azot, mənimsəmə əmsalı 
 
Respublikada  keçirilən  torpaq  islahatı  nəticəsində  3198137  nəfərə  1309854  hektar  torpaq 
sahəsinin  verilməsi  2000-ci  ildə  başa  çatdı  [1].  Beləliklə  respublikada  807000  xırda  fermer 
təsərrüfatı yaradıldı. Hal-hazırda respublikada istehsal olunan kənd təsərrüfatı məhsullarının 95%-
dən  çoxu  fermer  təsərrüfatlarının  payına  düşür.  Özəl  fermer  təsərrüfatlarının  yaranması  torpağa 
münasibətin  yeniləşməsini  zəruri  etmişdir.  Kiçik  fermer  təsərrüfatları  respublikada  onsuzda  zəif 
inkişaf  etmiş  növbəli  əkinçiliyin  daha  da  zəifləməsinə  səbəb  oldu.  Torpaq  münbitliyinin  qorunub 
saxlanmasında  və  yaxşılaşdırılmasında  ən  başlıca  amillər  ot  tarlalı  növbəli  əkin,  üzvi  gübrələrin 
tətbiqi və sideratlardan istifadə olunmasıdır. 
Tədqiqat  nəticələrinə  görə  respublikada  əkin  altında  olan  torpaqlarda  ümumi  humusun 
miqdarı 1,5-3,5%  civarındadır [2]. Respublikada qəbul olunmuş qradasiyaya görə əkin sahələrimiz 
humusla çox az və az təmin olunub [6]. 
Torpağın  su  saxlaması  kənd  təsərrüfatı  bitkilərinin  qida  maddələri  ilə  (makro  və  mikro 
elementlərlə)  təmin  olunması torpaqda  humusun  faizlə  miqdarından  və  ehtiyyatından  çox  asılıdır. 
Digər tərəfdən dənli bitkilər 1ton məhsula 29-32 kq N, 10-11 kq P
2
O
5
 və 28-30 kq K
2
O aparır. Orta 
hesabla  hər  hektardan  2,5  ton  dən  məhsulu  yığılır.  Bu  baxımdan  hər  hektardan  cəmi  167-182  kq 
azot, fosfor və kalium aparılır (təsiredici maddə). Respublikaya gətirilən mineral gübrələrin hamısı 
taxıl sahələrinə verilsə belə onda 2009-cu ildə hər hektara fiziki çəkidə 62 kq, 2010-cu ildə isə 35 


 
 
 
kq mineral gübrə düşür [2].  Gübrələrin illik normaları balans üsulu ilə hesablanıb verilməlidir ki, 
torpaq münbitliyi və sabit məhsul alınması təmin olunsun. 
Tədqiqatın məqsədi Azərbaycan ETƏİ-nun Abşeron YTT-nın boz-qonur torpaqlarında  pH-ın, 
karbonatlığın,  ümumi  humusun  və  əsas  qida  maddələrinin  asan  mənimsənilən  formalarının 
müəyyənləşdirilməsi  olunmuşdur.  Məqsədə  nail  olmaq  üçün  qarşıya  aşağıdakı  vəzifələr 
qoyulmuşdur. 
Üzvi və mineral gübrələrin norma və nisbətlərinin payızlıq buğda bitkisinin inkişaf fazasından 
asılı  olaraq  torpaqda  mütəhərrik  fosforun,  dəyişən  kaliumun  dinamikasına  təsirinin 
müəyyənləşdirilməsi,  yerüstü  biokütlə  ilə  azotun  aparılmasını  və  mənimsənilmə  əmsalının  təyin 
edilməsi,  inkişaf  fazasından  asılı  olaraq  yerüstü  quru  biokütlənin  və  azotun  variantlar  arasında 
paylanma  nisbətinin  hesablanması,  məhsuldarlığın  və  iqtisadi  səmərəliliyin  qida  rejimindən 
asılılığının öyrənilməsi. 
Azərbaycan  ETƏİ-nun  Abşeron  YTT-ın  suvarılan  boz-qonur  torpaqlarında  üzvi  və  mineral 
gübrələrin  norma  və  nisbətlərinin  “Qobustan”  payızlıq  yumşaq  buğda  bitkisinin  yerüstü  ümumi 
biokütlə  məhsulunun  əmələ  gəlməsinin,  inkişaf  fazasından  asılı  olaraq  azotun  mənimsənilməsinə, 
məhsulun keyfiyyətinə, iqtisadi səmərəliliyə təsirini müəyyənləşdirmək üçün 8 variantda, 4 təkrarda 
tarla təcrübələri qoyulmuşdur. Hər bölmənin sahəsi 60 m
2
 olmuşdur. 
   
 
Təcrübənin sxemi 
1.
 
Nəzarət (gübrəsiz), 
2.
 
N
90

3.
 
N
90
P
60
K
60

4.
 
ECO (biohumus) 1 t/ha, 
5.
 
ECO 1 t/ha + N
45

6.
 
N
120
P
60
K
60

7.
 
ECO 1 t/ha + N
45
P
30
K
30

8.
 
N
150
P
60
K
60.
 
Ümumi  yerüstü  quru  biokütlə  məhsulunun  miqdarını  müəyyənləşdirmək  üçün  metodikaya 
müvafiq  olaraq  [10]  hər  birinin  sahəsi  0,2m
2
  olmaqla  yerüstü  bitki  nümunələri  kök  boğazından 
biçilərək  yaş  və  quru  çəkiləri  müəyyənləşdirilmişdir.  Nümunələrdə  azotun  faizlə  miqdarı  Keldal 
metodu ilə təyin olunmuşdur. 
Təcrübə  sahəsinin  aqrokimyəvi  göstəricilərini  müəyyənləşdirmək  üçün  səpindən əvvəl,  yəni 
üzvi  və  mineral  gübrələrin  tətbiqindən  əvvəl  kəsişən  dioqanal  istiqamətində  sahənin  5  yerindən 
torpaq  nümunələri  götürülərək  bəzi  aqrokimyəvi  göstəricilər  müəyyənləşdirilmişdir.  Torpaq 
nümunələri  şum  qatından  (0-25  sm)  və  genetik  qatlar  üzrə  25-41  sm  və  41-65  sm  dərinliyi  əhatə 
etmişdir. 
 
Azərb. ETƏİ-nun Abşeron YTT-nın boz-qonur torpaqlarında təcrübə sahəsinin 
aqrokimyəvi göstəriciləri 
Cədvəl 1. 
Dərinli

sm-lə 
pH 
CaCO
3
 
%-lə 
Ümumi 
 humus 
%-lə 
Ümumi 
N (azot) 
%-lə 
Mütəhərrik fosfor (P
2
O
5

1%-li (NH
4
)
2
CO
3
 həll 
olan Maçiqin metodu. 
1 kq torpaqda mq-la 
Dəyişən kalium 
(K
2
O), alovlu 
fotometrlə. 
Maçiqin metodu. 
1 kq torpaqda mq-la 
0 – 26 
8,8-
8,8 
14,5-
14,6 
1,355-
1,364 
0,086-0,087 
12,6 - 14,4 
231 - 238 
26 - 41 
8,8-
8,9 
15,0-
15,5 
0,855-
0,867 
0,066-0,067 
6,7 - 7,8 
162 - 167 
41 - 65 
9,0-
9,0 
17,5-
19,5 
0,544-
0,563 
0,045-0,046 
3,1 - 3,2 
145 - 147 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə