44
THE STUDU OF LENTIL GENEPOOL AND ACCESSIONS THEIR ASSESSMENT
FOR SECURITY IMPORTANCE
Genetik Resources Institute of ANAS
Detail study of potential opportunities of a accessions of lentil genepool makes possible their
use as donors in breeding.
Key words: quantity, quality, lentil, donor, morfology, ecology,
food security
UOT:633.1:631.55
QURAQLIĞIN TƏSİRİNDƏN YERLİ VƏ İNTRODUKSİYA OLUNMUŞ
BUĞDA GENOTIPLƏRİNİN MƏHSULDARLIQ GÖSTƏRİCİLƏRİNİN
DƏYİŞMƏSİ
T.H.TƏMRAZOV
b.ü.f.d, dosent
Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutu, Bakı ş.,Az1098
Pirşağı q., Sovxoz-2
Taxıl bitkisinin bioloji xüsusiyyətlərinin öyrənilməsi uzun bir tarixi yol keçsə də,
yeni elmi nailiyyətlərin əldə olunması ilə əlaqədar onun daha da dərinləşdirilib
bitkinin tam
bioloji xarakterinin açılmasını tələb edir.
Mürəkkəb torpaq-iqlim şəraitinə malik olan Azərbaycanın hər bir yerində buğda
bitkisi becərildiyindən müxtəlif bölgələrin xüsusiyyətlərinin nəzərə alınması vacib
məsələlərdən biridir [1;3;8]. Bu gün mövcud buğda sortlarından yüksək keyfiyyətli məhsul
alınması üçün bu bölgələrin ekoloji amilləri nəzərə alınmaqla becərilməlidir [3]. Son
illərdə respublikanın müxtəlif bölgələrində kəskin quraqlığın tez-tez baş verməsi, buğda
sortlarında xəstəliklərin geniş yayılması həm məhsul itkisinə, həm də onun keyfiyyətinin
pisləşməsinə güclü təsir etmişdir.
Buğda əsas ərzaq bitkisi olmaqla, qədim zamanlardan Azərbaycanın bütün
bölgələrində becərilir. Hazırda Azərbaycanın buğda əkin sahələrinin yarısı quraq dəmyə və
qismən nəmliklə təmin olunmuş dəmyə regionlarına təsadüf edir [1;3]. Quraqlıq ekstremal
faktor kimi buğda bitkisinin inkişaf dinamikasına təsir edən ən güclü mənfi amillərdir
[6;8]. Bu onunla əlaqədardır ki, əsas prioritet bitkilərdən olan buğda, xüsusən də payızlıq
buğda, uzun müddətli vegetasiya dövrünə malikdir və bu müddət də əsasən yaz-yay
quraqlığı dövrlərinə təsadüf edir [5]. Buna görə də tədqiqatçılar tərəfindən uzun müddət
quraqlıqla mübarizə üçün aqrotexniki tədbirlər işlənib hazırlanmış, davamlı buğda
sortlarının yaradılması üçün seleksiya işləri aparmışlar.
Quraqlığın kənd təsərrüfatı bitkilərinə təsirinin tarixən öyrənilməsi göstərmişdir ki,
keçən əsrdə təxminən hər on ildən bir kəskin atmosfer quraqlığı yaransa da, son illərdə bu
tendensiya qlobal iqlim dəyişkənlikləri ilə əlaqədar daha tez-tez təkrar olunur [1;2].
Tədqiqatın məqsədi tarla şəraitində becərilən Yerli və Beynəlxalq Seleksiya
Mərkəzlərindən introduksiya olunmuş bərk və yumşaq buğda genotiplərinin böyümə və
inkişafında fenoloji müşahidələrin aparılması, məhsuldarlıq elementlərinin öyrənilməsi
nəticəsində yüksək məhsuldar və ətraf mühit streslərinə davamlı genotiplərin
müəyyənləşdirilməsi olmuşdur.