41
Institute of Genetic Resources, ANAS
Variety samples of Chick pea collected from different regions of republic and introduced
from ICARDA have planted at Apsheron Experimental Base field and evaluated on
biomorphological, economic valuable features. More advanced forms of chick pea have selected
for use in breeding.
Key words: genofund,
chick pea,
selection, yield, variety, form,
diversity
UOT 635.658
MƏRCİMƏK GENOFONDU NÜMUNƏLƏRİNİN TƏDQİQİ VƏ ONLARIN ƏRZAQ
TƏHLÜKƏSİZLİYİ BAXIMINDAN QİYMƏTLƏNDİRİLMƏSİ
A.İ.ƏSƏDOVA b.ü.f.d., K.B.ŞIXƏLİYEVA b.ü.f.d., L.Ə.ƏMİROV k.t.ü.f.d.
AMEA Genetik Ehtiyatlar İnstitutu, Bakı, Azadlıq pr. 155. e-mail:
almas58@box.az
XX əsrdə kənd təsərrüfatı bitkilərinin becərilməsində mineral gübrələrin, heyvan
məhsulları tulantılarının, kimyəvi pereparatların və pestidlərin həddindən çox istifadəsi ətraf
mühitin çirklənməsinə səbəb oldu və 70-ci illərdən kənd təsərrüfatının ətraf mühiti
çirkləndirməsi dünyəvi hadisəyə çevrildi. BMT kənd təsərrüfatının atmosferi çirkləndirməsinin
qarşısını almaq məqsədi ilə konfrans və simpoziumlar keçirərək bu məsələni geniş müzakirə
obyektinə çevirdi. Bu səbəbdən də əhalinin ekoloji təmiz qida ilə təmin olunması 2001-ci ildə
qəbul olunmuş Ərzaq Təhlükəsizliyi proqramında irəli sürülmüş əsas müddəlardandır.
Məqalədə "ELMİN İNKİŞAF FONDU"nun elmin inkişafında alimlərin apardıqları elmi
tədqiqat işlərinə köməkliyindən, ərzaq proqramı və ərzaq təhlükəsizliyi baxımından əhalinin
ekoloji təmiz qida ilə təmin olunması üçün yerli məhsullara üstünlük verilməsindən, yerli və
introduksiya olunmuş mərcimək nümunələrindən yeni sort və formaların yaradılmasından bəhs
edilir.
Açar sözlər: mərcimək, ərzaq təhlükəsizliyi, ekologiya, morfologiya, kəmiyyət, kefiyyət,
donor
Son vaxtlar dövlətimizin digər sahələrə olduğu kimi elmə də qayğısı xeyli artmışdır. Bu
baxımdan 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında "ELMİN İNKİŞAF
FONDU" yaradılmışdır ki, bu fonddan da səmərəli, mühüm layihələrin həyata keçirilməsi üçün
müəyyən miqdarda qrantlar verilir. Belə layihələrdə müasir, beynəlxalq standartlara cavab
verəcək tədqiqatlar apararaq elmi inkişaf etdirməklə yanaşı ərzaq təhlükəsizliyi baxımından da
əhalinin ekoloji təmiz qida ilə təmin olunması nəzərdə tutulur. Hazırda geni dəyişdirilmiş
(GMO) meyvə və tərəvəzlərin ölkə bazarlarında geniş yayıldığı bir zamanda bu cür layihələrin
həyata keçirilməsi də çox vacibdir. Eyni zamanda da günün tələblərinə cavab verəcək sort və
formaların yaradılması çox mühümdür. Yaradılacaq bu sortlar həm keyfiyyətinə, həm də
görünüşünə görə xaricdən alınan məhsulları üstələyərsə istər-istəməz xarici məhsullar özlüyündə
sıxışdırılaraq bazardan çıxacaqdır.
Belə bir layihə AMEA Genetik Ehtiyatlar İnstitutunun "Dənli taxıl və paxlalı bitkilər"
laboratoriyasında həyata keçirilir. Bu qrantın əhəmiyyəti həm tədqiqat işlərinin aparılması, həm
də beynəlxalq standartlara cavab verən cihaz və avadanlıqların alınmasıdır. Bu laborator cihaz
və preparatların köməyi ilə mərciməyin biotexnologiyasında bir sıra prosseslərin, o cümlədən də
dənin üst qabığının təmizlənməsi kimi bir prosesin həyata keçirilməsinə nail olunacaqdır. Bu da
ərzaq təhlükəsizliyi və ərzaq proqramında nəzərdə tutulduğu kimi əhalinin ekoloji təmiz, yerli
42
qida ilə təmin olunmasına xidmət edəcək. Çünki hazırda bazarlarda satılan qabığı təmizlənmiş
qırmızı mərcilər xaricdən idxal edilən məhsullardır. Eyni zamanda bu həm də fermerlərin
diqqətini cəlb edərsə onları məhsulu xaricdən deyil ölkə daxilindən həm də yerli məhsulların
hesabına əldə edəcəklərinə görə onlar əlavə xərclərdən azad olarlar .
Eyni zamanda geni dəyişdirilmiş meyvə və tərəvəzlərin ölkəyə gətirilməsinin qarşısının
alınması ölkə prezidentinin də diqqətindədir. Bu səbəbdən də Azərbaycan Respublikası
Prezidenti 2015-çi ilə kimi ölkəyə bu cür məhsulları gətirənlərə qarşı xüsusi cəza tədbirlərinin
görülməsi barədə göstərişlər vermişdir.
Mərcimək qida məhsulları içərisində mühüm yerlərdən birini tutur. O Avropada, Şimalı
Afrika, Kanada, ABŞ, Avstraliya və Latın Amerikasında geniş becərilir. Mərciməyin dənində
23.8-32.0% zülal, 47.3-60.27% azotsuz ekstiraktiv maddələr və 0,63-2,1% piy yağları vardır.
Bişməsinə görə digər paxlalıları qabaqlayır. Həzmə mənfi təsir edən heç bir maddə (ingibitor,
oliqosaxaridlər və s.) yoxdur. Stres faktorlara davamlı radionuklidləri özündə toplamır. Qışa
davamlığı ilə seçilir.
Mərcimək cinsi 5 növü əhatə etsə də onlardan yalnəz bir növ becərilir.
Bütün növlər
birillikdir.
Ərzaq mərcisi-Lens culinaris Medik. 20-75 sm hündürlüyündə olan birillik bitkidir.
Yarpaqları 2-8 cüt oval yarpaqcıqdan ibarət olan mürəkkəb yarpaqdır. Yuxarı yarpağı
metamorfoza uğramış bığcıqdır. Çiçək saplağı 1-4 çiçəkli olmaqla bığıcıqla qurtarır. Çiçəkləri
müxtəlif rənglidir. Əyilmiş paxlaları 1-3 toxumludur. Toxumları linza və diskşəkilli olmaqla
müxtəlif sortlarda müxtəlif rəngdə olur. İlkin fazalarda yavaş böyüsə də sonradan əsas gövdə
sürətlə böyüyür, çiçəkləmədən sonra isə güclü şaxələnir. Bitki özünü tozlayandır. İnkişafının
birinci fazasında mezofit olsada sonrakı mərhələlərdə isə isti və quraqlığa davamlıdırlar.
Bitki uzun gün bitkisidir. Mərci iri və xırda toxumlu olmaqla iki yarım növə ayrılır. İri
toxumlular əsasən Orta Asiya və Avropanın, xırda toxumlular isə cənubi- qərbi və Ön Asiyanın
ekologiya və geocoğrafiyasına uyğun gəlir. Mərcimək növmüxtəlifliyinə görə çox rəngarəngdir.
Bu bitki hələ qədimdən becərilən bitkilərdəndir. Onun qədim Pəncab və Misirdə becərilməsi
məlumdur. Qədim xalqlardan olan ərəblər, udinlər mərcidən gündəlik qida tələbatını ödəyən
bitki kimi istifadə edirdilər. Qədim Yunan və Rumda belə bu bitkini yüksək qiymətləndirirdilər.
Rusiyada isə XIV əsirdən məlumdur.
Hazırda becərilən mərciməyin ana vətəni Ön Asiya regionu olmaqla, o, quraq bölgə
bitkisidir. Mərci yetişdiriləcək torpaq isti və havalana biləcək torpaq olmalıdır. Qida maddəsi ilə
zəngin, ağır torpaqlarda yaşıl kütlə çox olsa da dən məhsulu aşağı olur. Yazlıq və payızlıq
olmaqla müxtəlif vaxtlarda əkilir. Payızlıq noyabr, yazlıq isə fevral və mart aylarında əkilir.
Cərgə ilə əkildikdə hektara 6-9, səpmə üsulu ilə əkildikdə isə 9-15 kq toxum götürülür. Bitki
alaq otlarına həssas olduğu üçün sahə alaqlardan təmizlənməlidir.
Digər paxlalılar kimi mərcimək bitkisi də kökləri vastəsi ilə havanın sərbəst azotunu
mənimsəyərək torpağı azotla zənginləşdirir. Bu bitkilərdən sonra sahəyə əkiləcək başqa bitkilər
təbii azotla təmin olunmuş olur ki, bu da ekologiyanın çirkləndiyi bir vaxtda kimyəvi
gübrələrdən az istifadə olunmasına səbəb olmuş olur.
Tədqiqat materialı olaraq yerli və introduksiya (İСARDA) olunmuş 40
mərci nümunəsi
götürülmüşdür. Bu nümunələr AETB-da 30.11.11-ci ildə əkilmişlər.
Səpin metodikaya uyğun
olaraq 5x5m ləklərdə cərgəarası 30sm, bitkilər arası məsafə isə 5-7sm olmaqla aparılmışdır.
Çıxışdan sonra bitkilər üzərində biomorfoloji müşahidələr aparılmışdır.
İlk növbədə toxumların cücərmə faizi, şaxtalı qışdan sonra isə bitkilərin həyatiliyi
öyrınilmişdir. Bizim təcrübəmizdə toxumların cücərmə faizi 22-100%, bitkilərin həyatiliyi isə
şaxtaya davamlı kimi qiymətləndirilmişdir.
Mərcimək bitkisinin anatomiyasında mühüm olan pigmentasiyaya görə bitkilər
öyrənilərkən 19-da gövdə, 10-da həm yarpaq, həm də gövdə piqmentasiyalı, qalanlarının isə
piqmentasiyasız olduğu müəyyən edilmişdir.