37
Dünyada baş verən iqlim dəyişkənlikləri stres amillərin artmasına və bir çox qiymətli
bitki növlərinin məhvinə olmasına səbəb olmuşdur. Odur ki, biomüxtəlifliyin qorunması,
toplanması, bərpası, öyrənilməsi və yaranmış stres amillərə qarşı davamlı genotiplərin
aşkarlanması günün aktual, vacib məsələlərindəndir.
Respublikamızda paxlalı bitkilərin çoxlu növ və növmüxtəlifliklərinə rast gəlinir. Dənli-
paxlalı bitkilərin kolleksiyalarının artırılması məqsədi ilə ölkədaxili və beynəlxalq
ekspedisiyalarla bərabər, dünya genbankları ilə əməkdaşlıq gücləndirilir və qarşılıqlı toxum
mübadiləsi yolu ilə genofond zənginləşdirilir. Hal-hazırda AMEA Genetik Ehtiyatlar
İnistitutunda da bitki biomüxtəlifliyinin, o cümlədən, paxlalı bitkilərin toplanması, bərpası,
çoxaldılması, genetik fondun mühafizəsi istiqamətində böyük işlər görülür.
Müxtəlif kolleksiya nümunələri arasında ən perspektivli ərzaq bitkisi kimi noxudun
yüksək kəmiyyət və keyfiyyət göstəricilərinə malik, xəstəlik və zərərvericilərə qarşı davamlı,
intensiv tipli sortlarının yaradılması ərzaq təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir. Sortun
məhsuldarlığı onun irsi potensalı ilə məhsulun əmələ gəldiyi mühit arasında qarşılıqlı təsirin
nəticəsidir. Ona görə də seleksiya tədqiqatları yüksək potensiallı genotiplərin yaradılmasına,
bitkilərin becərilmə şəraiti isə həmin potensialın reallaşmasına yönəldilməlidir.
Taxıl bitkilərindən fərqli olaraq, paxlalı bitkilərdə zülalın miqdarı daha yüksəkdir.
Onların toxumlarında, yaşıl və quru kütləsində çoxlu miqdarda zülal mövcuddur. Bundan əlavə
atmosfer azotunu fiksə etdiklərinə görə onlar növbəli əkində sələf bitki kimi də istifadə edilirlər.
Noxud bitkisi ən çox Hindistan, İspaniya, Turkiyə, Mərakeş, İran, Çin, İraq, Fransa və
İtaliyada çox əkilir. Azərbaycanda isə noxud ən çox Cəlilabad, Masallı, Lənkəran, Bərdə,
Biləsuvar, Quba, Qusar,
Qobustan, Şamaxı, Qazax və Zəngilan rayonlarında əkilərək becərilir.
Tədqiqat materialı kimi yerli noxud sortformaları və həmçinin AzET Əkinçilik
institutundan alınmış İСARDA mənşəli kolleksiya nümunələrindən seçilmiş formalar
götürülmüşdür. Tədqiqat işi Abşeron təcrübə təsərrüfat sahəsində payız əkini altında
aparılmişdır.
Metodikaya uyğun olaraq toxumlar 5x5m ləklərdə cərgəarası 30 sm, bitkiarası 10 sm
olmaqla 5-7 sm dərinlikdə əkilmişlər. Əkin materialı olaraq yaxşı təmizlənmiş iri, tam həyatilik
qabiliyyətinə malik, cücərmə faizi 95%-dən aşağı olmamayan sağlam toxumlar seçilərək
götürülmüşdür.
Aparılan tədqiqatın məqsədi milli genofondun zənginləşdirməsi üçün yerli və
introduksiya olunmuş formaların toplanması, öyrənilməsi, seleksiya məqsədləri ilə yeni xətt və
formaların alınması üçün nümunələrin seçilərək artırılmasıdır. Beləliklə, nümunələrin
aqronomik-morfoioji xüsusiyyətləri öyrənilir, onlar biokimyəvi və texnoloji keyfiyyət
göstəricilərinə görə qiymətləndirilir, immunoloji davamlıqları, sitogenetik və fizioloji
göstəriciləri araşdırılaraq sənədləşdirilir, hər bir formanın pasportu tərtib olunaraq internet
şəbəkəsinə daxil edilir.
Respublikamızda ən geniş yayılan perspektiv ərzaq paxlalı bitki noxuddur. Noxud (Cicer
arietinum L.) birillik bitki olub, gövdəsi tünd yaşıl rəngdə dik şaxələnəndir. Yarpaqları 6-8 cüt
tək lələkvari bığcıqsız, kənarları dilimlidir. Paxlası sıx tükcüklü, yumurtaya və ya romba bənzər
şişkin qısa formalıdır. Çiçəklərinin rəngi ağ, çəhrayı və qırmızıdır. Meyvəsi paxlameyvə olub, 1-
2 nadir halda isə 3-4 toxumlu olur. Toxumlar üçkünc yumru və s. formada ucu iti dimdikvarıdir.
Sort və formalardan asılı olaraq rəngləri müxtəlif olur.
Götürülmüş nümunələr qəbul olunmuş deskriptorlara uyğun olaraq 25-30 əlamətə görə
qiymətləndirilmişlər. Tədqiqatın gedişində morfoloji müşahidələrə əsasən bitkinin
piqmentasiyası, tüklülüyü, gövdənin forması, yarpağın tipi, cavan yarpağın ölçüləri, çiçəyin
rəngi və sayı təyin edilmişdir.
Fenoloji müşahidələr nəticəsində çıxış günləri, sahədə toxumların cücərmə faizi,
çiçəkləmə və barvermə, yetişmə fazasına qədər olan günlər qeyd olunmuşdur. Nümunələrdə
çiçəkləmə fazası 11.05-21.05, paxla əmələgəlmə fazası 21.05-25.05 tarixinə təsadüf etmişdir.
Məhsul yığımından sonra hər nümunədən beş bitki götürülüb sturuktur analizi aparılaraq bitkinin
38
hündürlüyü, məhsuldar budaqların sayı, bir bitkidə olan paxlaların sayı, paxlanın ölçüləri, hər
paxlada toxumun sayı, 100 toxumun kütləsi, bir bitkinin məhsuldarlığı və bioloji məhsuldarlıq
təyin edilmişdir.
Əkin nümunələri standart Nərmin sortu ilə yanaşı əkilərək müqayisəli şəkildə öyrənilmiş
və nəticələr cədvəllər şəklində verilmişdir.
Yerli seçilmiş noxud (Cicer arietinum L.) bitki nümunələrinin əsas
təsərrüfat əhəmiyyətli göstəriciləri
Cədvəl 1.
Ə
ki
n N
-si
K
ol
le
ks
iya
N
-si
N
üm
unə
ni
n a
dı
M
ənş
əyi
Bi
tki
ni
n
hündürl
üyü, s
m
I və
II də
rə
cə
li
buda
ql
arı
n s
ay
ı,
ədə
d
1
pa
xl
anı
n
hündürl
üyü, s
m
1 bi
tki
də
p
axl
a
sa
yı
, ə
də
d
Pa
xl
anı
n öl
çül
ər
i,
eni
uz
unu, s
m
100 t
oxum
un
küt
lə
si
, qr.
Bi
r bi
tki
də
ki
m
əhs
ul
da
rl
ıq, qr.
Bi
ol
oj
i
m
əhs
ul
da
rl
ıq, qr.
St
57
Nərmi
n
Əkinçilik
İnstitutu
51
2-2
23
43
1.2-
2.5
40.2
19.8
425
7
6
9
CİAR Cəlilaba
d
48
3-1
22
60
1.2-
2.4
49.3
19.9
619
7
7
266
CİAR Masallı-
Biləsuva
r
53
2-2
24
43
1.4-
2.3
31.7
16.6
390
7
8
58
CİAR Biləsuva
r
55
2-2
23
90
1.3-
2.6
34.6
27.3
916
7
9
35
CİAR
Ağstafa
48
3-1
22
60
1.2-
2.4
35.9
19.9
619
8
0
39
CİAR Ordubad
48
2-1
19
79
1.3-
2.6
31.3
25.8
579
8
2
37
CİAR
Qusar
(Urva)
47
3-2
18
44
1.3-
2.4
33.5
14.1
361
8
3
44
CİAR
Qusar
53
1-1
21
64
1.4-
2.7
33.4
21.9
487
8
4
7-0,4
CİAR Əkinçilik
İnstitutu
54
2-1
27
55
1.3-
2.4
38.1
20.7
414
8
5
23-0,4 CİAR Əkinçilik
İnstitutu
55
2-2
25
78
1.3-
2.5
35.6
25.0
485
8
6
356
CİAR
Gəncə
48
2-2
21
27
1.3-
2.5
33.4
10.6
373
Min-max
47-
55
1-3
18-27
43-
90
1,0-
1,4
1,4-
2,7
31,3
-
49,3
10,6
-
27,3
361-
916
Cədvəl 1-dən göründüyü kimi yerli nümunələrdə bitkilərin hündürlüyü 47-55 sm arasında
olmuş, I-II dərəcəli məhsuldar budaqlar 1-3 ədəd təşkil etmişdir. Öyrənilən nümunələrdə bir
bitkidə olan paxlanın sayı 43-90 ədəd, 1-ci paxlanın yerləşmə hündürlüyü 18-27 sm, paxlanın eni
1,0-1,4 sm, uzunluğu 1,4-2,7 sm, 100 toxumun kütləsi 31,3-49,3 qr arasında dəyişmişdir. Bir
bitkinin məhsuldarlığı 10,6-27,3 qr, bioloji məhsuldarlıq isə 361-916 qr arasında dəyişmişdir.