47
2008, s.19
3.
Təmrazov T.H. Quraqlığa davamlılığın və məhsuldarlığa görə fərqlənən
xarakterik buğda genotiplərinin fotosintetik funksiyası və əlamətləri.
Biol.elm.nam. Diss-nın avtoreferatı. Bakı – 2004, s.23
4.
Доспехов В.А. «Методика полевого опыта» М., Агропромиздат., 1985,
351с.
5.
Куперман Ф.М. Физиология развития, роста и органогенеза пшеницы. В кн.:
Физиология с/х. растений, М., 1969, Т.И. ст. 7-203
6.
Кумаков В.А. Физиология яровой пшеницы М. Колос. 1980. с. 270
7.
Прескотт Дж.М. и др. Болезни и вредители пшеницы. Руководство для
полевого определения. Алматы, 2002.141стр.
8.
Marry J.G., Stark J.C., Brien K.O., Souza E. Relative sensitivity of spring
wheat, grain yield and quality parameters to moisture deficit//Grop Sci., 2001,
41, 327-335
T.Г.Tамразов
ИЗМЕНЕНИЕ ПОКАЗАТЕЛЕЙ ПРОДУКТИВНОСТИ МЕСТНЫХ И
ИНТРОДУЦИРОВАННЫХ ГЕНОТИПОВ ПШЕНИЦЫ ПОД
ВЛИЯНИЕМ ЗАСУХИ
Научно-Исследовательский Институт Земледелия
Под адаптацией организма понимают процесс приспособления его строения и
функций к условиям среды. Адаптация достигается с помощью различных
механизмов: генетических, биохимических, физиологических, морфо анатомических
и др. Знание физиологических основ устойчивости растений позволяет
разрабатывать как методы оценки по этому признаку, так и приемы, ее повышения.
Для мер борьбы с повреждениями растений также необходимо понимание
физиологических причин их возникновения. Под действием различных
неблагоприятных факторов в растениях, как правило, развивается особое состояние,
вызванное.
Ключевые слова: мягкая
пшеница, твердая пшеница, показатели
продуктивности, генoтип
T.H.Tamrazov
iMPACT OF THE DROUGHT TO THE PRODUCTIVITY INDICATORS
CHANGE OF LOCAL AND INTRODUCED WHEAT GENOTYPES
Research Institute of Crop Husbandry
As adaptation of an organism understand process of the adaptation of its structure and
functions to environment conditions. Adaptation is reached by means of various mechanisms:
genetic, biochemical, physiological, morpho anatomic, etc. The study of physiological bases of
stability of plants allows to develop both assessment and increase methods on this sign. All
methods of control require also understanding of the physiological reasons of their emergence.
Under the influence of various adverse factors in plants the special condition called by a stress,
develops.
48
Key words: bread wheat,
durum wheat, productivity parameters, genotip
UOT 633. 178:631.5:582:581.6+502.75 (479.24, 470.67)
SPELTA BUĞDALARIN (Triticum spelta L.) NÖVDAXİLİ POLİMORFİZMİ
X.N. RÜSTƏMOV
b.ü.f.d., dosent
AMEA Genetik Ehtiyatlar İnstitutu, Azərbaycan, Bakı, Azadlıq pr., 155
xanbala.rustamov@yahoo.com
Məqalə nadir, relikt, köynəkli buğda növü–spelta buğdaya həsr olunmuşdur.
Genofondun toplanılması, öyrənilməsi və pasportlaşdırılmasının çoxillik təcrübəsi
əsasında hazırlanmış VİR təyinedicisi (1979, 1980) əsasında dixatomik açar və
cədvəllərdən istifadə etməklə speltanın növaltı, növmüxtəlifliyi qrupları və
növmüxtəlifliklərinə bölünməsi göstərilmişdir. Ayrı-ayrı təsnifat vahidlərinin
polimorfizmi, morfobioloji xüsusiyyətləri - hündürlük, xəstəliklərə, yatmaya, abiotik
amillərə davamlılıq, həyat tərzi, məhsuldarlıq elementləri, yayılma arealları müqayisəli
analiz edilmişdir. Respublikamızın Tərtər və Qobustan bölgələrindən, müxtəlif sort və
növlərin qarışıq əkinlərindən, təcrübə sahələrindən toplanılmış speltiforme və speltanın
çox müxtəlif formaları kompleks morfobioloji xüsusiyyətlərinin öyrənilməsi üçün
Qobustan BTS-də səpilmişdir.
Açar sözlər: nadir, relikt, köynəkli spelta buğda, T.spelta L., subsp. spelta, subsp.
kuckuckianum, convar. kuckuckianum, convar. Tarakanovii
Müasir dövrdə fərz edilir ki, biotik və abiotik faktorlara davamlılığa, təsərrüfat qiymətli
əlamətlərə görə mədəni buğdaların, xüsusən də yumşaq buğdanın genetik potensialı tükənmişdir.
Elmi seleksiyasının müasir mərhələsində yaxın, qohum növ və cinslərdən, o cümlədən nadir
buğda növlərindən istifadə olunmasının aktuallığından geniş bəhs edilir. Uzaq və yaxın
keçmişdə
böyük areala malik olmuş, hazırda adalar şəklində, nəsli kəsilmək təhlükəsi altında olan, çox
müxtəlif morfobioloji və aqronomik əlamətlərə malik nadir buğda növləri bu istiqamətdə böyük
potensiala malikdir. Ona görə də tetra- və heksaploid nadir buğda növlərinin gen potensialının,
növdaxili polimorfizminin müxtəlif səviyyələrdə (molekulyar genetik-biogeosenoz)
öyrənilməsinin əsasında ilkin seleksiya materialının, genetik mənbə və donorların yaradılması
aktual və perspektivdir.
Keçmişdə Avroasiyada böyük areallara malik olmuş, hazırda isə demək olar ki, təmiz mədəni
əkinləri olmayan, qədim, növlərdən biri də speltadır (
T. spelta L.). O, yumşaq buğdaya genetik
yaxın qohum, A
u
BD genomlu heksaploid buğdalardandır.
Speltanın sünbülləri kobud, qaba, az və ya çox uzun, seyrəkdir, sünbül oxunun hər 10 sm-də
(D) 14-22 sünbülcük yerləşir. Dəni orta irilikdə, şüşəvaridir. Həyat tərzi payızlıq və yazlıqdır.
Spelta bir sıra müsbət əlamətlərə malikdir: torpaq-iqlim şəraitinə tələbkar deyil, qışa-, həddən
artıq rütubətliliyə davamlıdır, dəndə zülalın miqdarı yüksəkdir (bəzi nümunələrdə 24,8 %),
çörəyi uzun müddət boyatlaşmır, qənnadı məmulatların hazırlanması üçün yararlıdır. Mənfi
əlamətlərindən sünbül oxunun sınmasını, dənin çətin döyülməsini, məhsuldarlığın aşağı
olmasını, vegetasiyasının uzun olmasını, quraqlığa davamlılığının aşağı olmasını və göbələk
xəstəliklərinə həssaslığını göstərmək olar. Spelta A
u
B genomlu tetraploid və A
u
BD genomlu
heksaploid buğdalarla genetik yaxındır. A
b
G genomlu tetraploid buğdalarla genetik uyğunluğu
yoxdur [5, s.55-56].