127
Bir sünbüldə olan dənlərin kütləsinə görə 3-hibrid standart Aran sortundan 0,01-0,31 q. az,
qalan bütün hibridlər isə ondan 0,06-1,38 q. üstün göstəriciyə malik olmuşlar. Bir sünbüldə olan
dənlərin kütləsi tədqiq olunan nümunələrdə 1,47-3,16 q. intervalında dəyişmişdir. Ən yüksək
nəticəni GONDVANA/DEMIR (3,16 q.) hibridi, ən aşağı nəticəni isə ADYR/SONMEZ (1,47
q.) hibridi göstərmişdir.
Tədqiq edilən hibridlərdə 1000-dənin kütləsi 2 kombinasiyada standart Aran sortundan 1,6-6
q. az, 2-də standartla eyni, qalanlarında isə standart sortdan 0,4-9,6 q. çox olmuşdur. Göründüyü
kimi 1000-dənin kütləsi göstəricisinə görə də hibridlər bir-birindən fərqlənmişlər, bu göstərici
34-49,6 q. arasında dəyişmişdir, məlum olmuşdur ki, 1000-dənin kütləsinə görə ən yüksək
göstərici (49,6 q.), ilə GONDVANA/DEMIR kombinasiyası. ən aşağı göstərici (34 q.) ilə
T154/KRISTADORA kombinasiyası fərqlənmişdir.
Analizlərin nəticələrinə görə seçilmiş hibrid xətlər seleksiya proqramına daxil edilmiş və
sınaqları davam etdirilir.
ƏDƏBİYYAT
1.
Güləhmədov Ə.N., Şəkuri B.Q. «Azərbaycanın torpaqlarında mikroelementlər və onların
bitkiçilikdə faydası» Azərbaycan Dövlət Nəşriyyatı, Bakı-1970, 66s.
2.
Məmmədova S.Z. , Cəfərov A.B. «Torbağın münbitlik xassələri» "Elm" nəşriyyatı, Bakı-
2005, 193s.
3.
Babayev M.P., Cəfərova Ç.M. , Həsənov V.H. «Azərbaycan torpaqlarının müasir təsnifatı»
"Elm" nəşriyyatı, Bakı-2006, 360s.
4.
Musayev Ə.C., Hüseynov H.S. , Məmmədov Z.A. «Dənli-taxıl bitkilərinin seleksiyası
sahəsində tədqiqat işlərinə dair tarla təcrübələrinin metodikası» “Müəllim” nəşriyyatı, Bakı-
2008, 88s. 3
5.
Musayev Ə.C., Abdullayev A.M. «Yumşaq buğdanın növdaxili F
1
hibridlərində təsərrüfat
qiymətli əlamətlərin irsi xüsusiyyətləri» 2000-1-2, Azərbaycan Aqrar Elmi s.- 28
6. Musayev Ə.C., Mahmudov F.Ş., Mehdiyeva S.K., Qarayev P.S. «Payızlıq buğdanın intensiv
və məhsuldar yeni sortlarının yaradılmasında başlanğıc materialın əhəmiyyəti» Azərbaycan
Elmi Tədqiqat Əkinçilik İnstitutunun Elmi Əsərləri Məcmuəsi XXI cild, Bakı-2005, s.10
7.Peterson et all,1948; İnstructions for the Management and Reporting the results for the
FAWWON, 1995
Б.Б.Назаров
(Диссертант)
ИЗУЧЕНИЕ ЭЛЕМЕНТОВ ПРОДУКТИВНОСТИ У ИНТРОДУЦИРОВАННЫХ
ГИБРИДОВ ОЗИМОЙ МЯГКОЙ ПШЕНИЦЫ ВТОРОГО ПОКОЛЕНИЯ (F
2
) В
ОРОШАЕМЫХ УСЛОВИЯХ КАРАБАХСКОЙ НИЗМЕННОСТИ
26
T154/KRISTADORA
110
10,8
22,2
63,5
1,94
34,0
27
YUBILIEINAYA 100/ADYR
113
10,45
20,2
54,5
2,12
41,6
28
SONMEZ/PEHLIVAN
121
10,65
20,6
39,8
1,77
48,0
29
ADYR/SONMEZ
122
9,95
18,4
32,9
1,47
44,4
30
STARSHINA/SONMEZ
118
10,3
18,6
37,7
1,62
44,0
31
KROSHKA/ADYR
111
11,1
20,8
45,8
2,25
44,0
32
YUBILIEINAYA 100/TILEK
102
9,4
20,8
56,4
1,94
38,4
128
Научно- Исследовательский Институт Земледелия, Тертерский ЗОС
В статье приведены результаты однолетних исследований интродуцированных
гибридов второго поколения по элементам продуктивности. В частности выявлены
перспективные комбинации по отдельным элементам продуктивности, которые
эффективны для использования в качестве исходного материала в селекции мягкой
пшеницы. Выделенные линии включены в селекционную программу для дальнейшего
исследования.
Ключевые слова: селекция, гибрид, питомник, интродукция, трансгрессия
B.B. Nazarov
STUDYING OF PRODUCTIVITY PARAMETERS OF INTRODUCED HYBRIDS OF
WINTER BREAD WHEAT SECOND GENERATION (F
2
) IN IRRIGATED
CONDITIONS OF THE GARABAKH LOWLAND
Research Institute of Crop Husbandry, Terter RES
In article results of annual investigation of introduced hybrids of second generation on
productivity parameters have given. In particular advanced combinations on separate parameters
of productivity are revealed use as an initial material for bread wheat breeding. Selected lines
are included in breeding programs for the further research.
Key words: selection, hybrid, nursery, introduction, transgression
129
II. FİZİOLOGİYA VƏ BİOTEXNOLOGİYA
UOT 581.32
BƏZİ ƏRZAQ PAXLALI BİTKİLƏRİNİN ASSİMİLYASİYA SƏTHİNİN, YERÜSTÜ
QURU BİOKÜTLƏSİNİN VEGETASİYA ƏRZİNDƏ DƏYİŞMƏSİ VƏ QAZ
MÜBADİLƏSİ
R.S.MİRZƏYEV
Bilogiya üzrə fəlsəfə doktoru, dosent
L.Ə. ƏMİROV
Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, b.e.i
Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu, Sovxoz № 2,
Bakı, Azərbaycan, Tel.:5516130, 4974931
Bəzi noxud və mərcimək nümunələrində vegetasiya dövrü ərzində assimilyasiya səthinin
formalaşması, yerüstü quru biokütlənin toplanma dinamikası, yarpaq indeksi, noxud
nümunələrinin yarpaqlarında fotosintezin intensivliyi, ağızcıqların su keçiriciliyi, CO
2
-nin
hüceyrələrarası qatılığı və transpirasiyası tədqiq olunmuşdur.
Açar sözlər: noxud, mərcimək, assimilyasiya səthi, quru biokütlə, yarpaq indeksi,
fotosintez, transpirasiya
Ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatı məhsullarının
istehsalının artırılması və keyfiyyətinin yüksəldilməsi əsas rol oynayır. Müxtəlif torpaq iqlim şəraitinə
malik olan respublikamızın ayrı-ayrı bölgələri üçün perspektivli sayılan sort və nümunələrin seçilməsi və
yaradılması bu bölgələrdə məhsulun istehsalının artırılması və rentabelliyinin yüksəldilməsinə zəmin
yaradır. Ərzaq paxlalı bitkilərinin (noxud, mərci) quraqlığa nisbətən davamlı, növbəli əkinlərdə isə
qiymətli sələf bitkisi olması, həmçinin onların milli mətbəximizdə və başqa sahələrdə əvəzsiz rolu
oynaması bu bitkilərin əkin sahələrinin genişləndirilməsini tələb edir. Ərzaq paxlalı bitkiləri əsasən
cərgəarası becərilən bitkilər olduğundan mövcud aqrotexniki qaydalara əməl olunduqda sahələrdə alaq
bitkiləri əhəmiyyətli dərəcədə azalır, torpağın fitosanitar vəziyyəti yaxşılaşır, xəstəlik və zərərvericilərin
yayılması zəifləyir, kimyəvi mübarizə üsullarından az istifadə olunduğundan nəticədə ekoloji təmiz
məhsulun alınması və ətraf mühitin çirklənməməsi üçün əlverişli zəmin yaranır.
Respublikamızda noxud, mərci kimi paxlalı bitkilər əsasən dağətəyi və daglıq dəmyə zonalarda
becərildiyindən quraqlığa, şaxtaya, xəstəliklərə davamlı, hündür boylu məhsuldar və keyfiyyətli sortlara
üstünlük verilməlidir. Buna görə də paxlalı bitkilərin müxtəlif ekoloji-cografi mənşəyə malik olan
dünya kolleksiyası nümunələri və yerli nümunələr toplanaraq öyrənilməli, onların respublikamızın
müxtəlif bölgələrində ekoloji sınaqları keçirilərək üstün xüsusiyyətləri müəyyənləşdirilməli və seleksiya
yolu ilə hər bölgə üçün perspektivli, adaptiv xüsusiyyətli sortlar yaradılmalıdır. Bu məqsədlə İCARDA
beynəlxalq təşkilatından alınmış paxlalı bitkilərin dünya genofondu nümunələri və yerli nümunələr
öyrənilmişdir.
Məlumdur ki, optimal optiko-bioloji xüsusiyyətlərə malik olan əkinlərdə məhsuldarlıq daha yüksək
olur.
Bitkilər tərəfindən karbon qazının assimilyasiyasında və fotosintetik fəal şüaların udulmasında
əsas rolu assimilyasiya səthi oynayır. Becərilmə şəraitindən asılı olaraq ayrı-ayrı kənd təsərrüfati
bitkiləri üçün yarpaq indeksi böyük intervalda dəyişir: dənli və paxlalı bitkilər üçün 4-5m
2
/m
2
(3,4),
yem və tərəvəz bitkiləri üçün isə -5-8 m
2
/m
2
[1,8]. Buğda və basqa kənd təsərrüfatı bitkiləri ilə aparılan
Dostları ilə paylaş: |