Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Y.Ş.Şıxəliyev, İ.Ə. Qasımov, M. A.Şıxlinskaya



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix18.05.2018
ölçüsü0,54 Mb.
#44506
1   ...   17   18   19   20   21   22   23   24   25

47 

 

obturasiyası  və  xolestatik  sarılığın  inkişafı  ilə  nəticələn  xolestatik  pozğunluqlara 



gətirib  çıxarır.  Preparat  qara  ciyərdəki  fermentativ  prosesləri  sürətləndirir  və 

qlukokortikoidlərin,  esterogenlərin,  antikoaqulyantların,  vena  daxilinə    yeridilən 

kontrast  maddələrin  və  bir  sıra  antiretrovirus  preparatların  inaktivləşməsini 

tezləşdirir.  Rifampisin  və  izoniazidin  birlikdə  istifadəsi  sonuncunun  asetilləşməsini 

sürətləndirməklə hepatotoksiki reaksiyanın inkişafı  riskini artırır. 

Qara  ciyər  funksiyasının  pozulmasını  əks  etdirən  klinki  simptomlara  3  əsas 

sindrom  aidir; 

-

 



qara  ciyərin  böyüməsi  sindromu-  qara  ciyər  ölçülərinin,  kənarının  sərtliyinin 

artması; 

-

 

ürəkbulanma,  qusma,  qıcqırma,  bağırsaq  diskineziyası  ilə  müsayiət  olunan 



dispeptik sindrom; 

-

 



palpasiyada  sağ  qabırğaaltı  nahiyənin  ağrılı  olması,  frenikus  və  digər 

simptomların müsbət olması ilə xarakterizə olunan ağrı sindromu. 

Kliniki  simptomlarla  yanaşı  və  ya  daha  erkən  biokimyəvi  göstəricilərin 

dəyişməsi  də  qeyd edilir ki, bunlara: 

-

 

vərəm  əleyhinə  preparatların  hepotositlərə  toksiki  təsirinin  nəticəsində  qanda 



alanin  və  aspartattransaminaza,  laktatdehidrogenaza,  timol  sınağının    artması  ilə 

xarakterizə edilən sitolitik sindrom;  

-

 

lipoproteidlər,  xolesterin,  qammaqlutamintranspeptidaza,  qələvifosfataza, 



bilirubinin səviyyəsinin arması ilə müşaiət olunan xolestatik sindrom aiddir.  

 

 



Xolestatik  sindrom  çox  zaman  sitolitik  sindrom  ilə  yanaşı  inkişaf  edir. 

Medikomentoz    hepatit  və  xolestatik  sarılıq  zamanı  qara  ciyərdə  baş  verən  ağır 

zədələnmə  xolestatik  sindrom şəkilində özünü biruzə verir.   

Vərəm  əleyhinə  preparatların  yaratdığı  hepatotoksiki  təsir  nəticəsində 

biokimyəvi dəyişikliklər morfoloji dəyişikliklərə uyğun olur. Kəskin  medikomentoz  

hepatiti  olan  xəstələrin  qara  ciyərinin  bioptatında  qan  damarlarının  keçiriliciyinin 

artmasına, mərkəzi venaların genişlənməsinə , hepotositlərin atrofiyasına  və nekroza 

uğramasına,  qansızma  sahələrinə  rast  gəlinir.  İltihabı  reaksiyalar  limfoid,  makrofaq 

və  eozinofillərdən  ibarət    incə    infiltratin  əmələ  gəlməsi  ilə  xarakterizə    olunur. 

İnfiltratlar qara ciyər paycıqlarının mərkəzi və periportal traktında yaranır. Periportal 

traktda  limfomakrofaqal  reaksiya  zəif    ifadələnmiş  olur.  Xəstələrin  yarısında 

hüceyrədaxili xolestaz  müşahidə edilir. 

Qaraciyərin  transplantasiyası  imkanları  olmadığı  halda  qaraciyər  çatışmazlığı 

ölümə səbəb ola bilər. Vərəm özü də hepatitin yaranmasına səbəb ola bilər. Belə ki, 

miliar  formada  bu  daha  çox  müşahidə  olunur.  Yaşlı  insanlarda,  qadınlarda,  qida   



48 

 

mənimsəməsi    pozulmuş  insanlarda,  İİV-ə  yoluxmuşlarda  və  əvvəldən  qaraciyər 



xəstəliyi olmuş insanlarda qaraciyərin zədələnməsi riski daha yüksəkdir.  

Spesifik  dərmanlarla    müalicə  zamanı  qaraciyərin  müntəzəm  yoxlanılması 

tələb  olunur.  Müalicənin  ilk  aylarında  qan  zərdabında  cüzi  və  keçici  transaminaza 

artımını  müşahidə  etmək  olar.  Kliniki  əhəmiyyət  kəsb  edən  hepatitlərin    diaqnozu  

transaminazanın  və  ya  birbaşa  bilirubinin  artması  ilə  təsdiqlənir.  Müalicə  zamanı 

transminazanın cuzi artması yolveriləndir. Adətən, müalicə transaminzanın səviyyəsi 

normadan  3-4  dəfə  artandan  sonra  dayandırılır.    Transaminazanın  səviyyəsi 

normadan 5-10 dəfə artıqda Spesifik dərmanların  qəbulu dərhal dayandırılır və xəstə 

tələb  olunduqda  xəstəxanaya  göndərilir.  Transaminazanın  10  dəfədən  çox  artması 

nadir hallarda baş verir.  Belə hallarda  ölüm səviyyəsi yüksəkələrək 2-3% təşkil edir. 

Qaraciyərin kəskin çatışmazlığı zamanı isə letallıq səviyyəsi 90%-dən çoxdur. Klinik 

təzahürlü  hepatit  diaqnozu  təsdiq  edildikdən  sonra  Spesifik  dərmanların    və  digər 

hepatotoksik  dərmanların  qəbulu  dərhal  dayandırılmalı,  hepatitin  əmələ  gəlməsinin 

digər səbəbləri   aydınlaşdırılmalıdır.    

Transaminazaların  səviyyəsi  normallaşdqdan  sonra  spesifik    terapiya  bərpa 

olunmalıdır.    Bu  halda  hər  3-4  gündən  bir  yeni  dərman  əlavə  olunur  və  hər  yeni 

preparatın  əlavəsindən  əvvəl  transaminazanın  səviyyəsi  yoxlanılır.  Hepatitə  səbəb 

olduğu ehtimal olunan preparat dayandırıla bilər. Bu halda onu daha az hepatotoksik 

dərmanlarla əvəz etməyə çalışmaq lazımdır. Müalicəni yenidən başlayarkən   hepatitə 

səbəb  olan  preparatları  ən  son  təyin  etmək  lazımdır.  Hepatitə  səbəb  olan  preparat   

xəstənin  müalicəsində  mühüm  əhəmiyyət  kəsb  etdiyi  zaman  onu  aşağı  dozalarda 

təyin etmək olar.  

Medikamentoz  hepatitin    kliniki  təzahürləri  zamanı  ilk  növbədə    standart 

hepatopretektorlar  təyin  edilir. Xəstənin  vəziyyətinin  ağırlıq dərəcəsidən  asılı olaraq 

müxtəlif prepartlardan istifadə  edilir. 

Ən effektli hepatoprotektor  essensialı hesab edilir. Bu hepatoprotektorun vena 

daxili  və  per  os  qəbulunu  növbələşdirmək  və  ya  yanaşı  təyini  mümkündür.  Karsil 

hepatositlərin strukturunu yaxşılaşdırır, qara ciyər  toxumasını regenrasiya edir. 

Müasir  dövrdə  yüksək    effektli  təsirə  malik    hepatoprotektor  reamberin  və 

remaksol  sayılır.  Reamberin  antihipoksik  və  antioksidant  təsirə  malik  olub  sərbəst 

radikalllrın  yaranmasını  ləngidir,  hüceyrələrin  energetik    potensialını  bərpa  etməklə 

aerob proseslərə müsbət təsir göstərir. Remaksol həmçinin hepatotprop preparat  olub 

hepatosidlərin enerji təminatını yaxşılaşdırır, bu hüceyrələrin membranında lipidlərin  

oksidləşməsi  prosesini  davamlı  edir,  antioksidant  müdafiə  funksiyası  daşıyan 

fermentlərin  aktivliyini  bərpa  edir. 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə