Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Y.Ş.Şıxəliyev, İ.Ə. Qasımov, M. A.Şıxlinskaya



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix18.05.2018
ölçüsü0,54 Mb.
#44506
1   2   3   4   5   6   7   8   9   ...   25

 

dərmanların  verilməsi  dayandırılmalı,  göstərilən  reaksiyalar  əleyhinə  müalicə 



tədbirləri  aparılmalı,  əsaslandırılmış  şəkildə  digər  antibakterial  dərmanlarla  əvəz 

olunmalıdır.  Stasionar  və  ambulator  şəraitində  dərmanlar  gündəlik,  nəzarət  altında 

qəbul  edilməlidir.  Müalicəni  xəstəliyin  erkən  başlanan  mərhələlərində  aparmaq 

lazımdır. Bu zaman müalicə effektliyi yüksək olur. Şübhəsiz, gecikmiş formada aşkar 

edilmiş  xəstələrə  uzun  müddət  müalicə  tələb  olunur.  Belə  xəstələrin  müalicəsində 

yüksək  effektlik  əldə  etmək  üçün  cərrahi  müdaxilədən  istifadə  edilməlidir.  Müalicə 

üçün  hər  xəstənin  fərdi  xüsusiyyətləri  nəzərə  alınmalı  və  müalicə  etaplı  şəkildə  

ambulator,  stasionar,  sanator  planlaşdırılmalıdır.  Müalicə  kompleks  şəkildə 

aparılmalıdır.  Kompleks  müalicənin  əsasını  spesifik  antibakterial  dərmanlar  təşkil 

etməklə yanaşı müalicə prosesində ikinci yeri patogenetik dərmanlar təşkil etməlidir.  



Birinci sıra dərmanlar 

İzoniazid  (H)  HİNT  -  (hidrozid  izonikatin  turşusu)  qrupuna  aiddir.  Vərəm 

mikobakteriyalarının    artmasına    güclü    bakteriosid    təsir    göstərir.    Preparat    100,  

300  mq-lıq  tabletlər  şəklində  buraxılır.  Gündəlik  qəbulu  hər  kiloqram  çəkiyə  5  mq 

hesabı ilə gün ərzində 600 mq, fasiləli qəbul zamanı isə 10 mq/kq hesabı ilə həftədə 

üç dəfə qəbul etməklə işlədilir. Preparat 10 %-li 5- ml vena daxilinə də işlədilə bilər. 

Müalicə  kursunun  müddəti  məhdudlaşmır.  Əzələ  daxilinə  izoniazidin  10%  məhlulu 

vərəmin  bütün  hallarında,  xüsusilə  də  mədə-bağırsaq  sistemində  xəstəliklər  olarkən, 

habelə  xəstə  dərman  müalicəsindən  yayınarkən  məsələhət  görülür.      Adətən  vena 

daxilinə  damcı  üsulu  ilə  yeridilir  (0,2%  məhlul  izoniazid  10-15  mq/kq).  İzoniazid 

inhalyasiya şəklində, endolümbal (2,5 mq/kq qədər), plevra daxilinə, kaverna daxilinə 

və qarın boşluğuna yeridilə bilər. Kaverna daxilinə yeridilərkən quru maddə yeridilir, 

çünki  preparatın  ekspozisiyasının  minimal  müddəti  1,5  saatdan  az  olmamalıdır.  

İzoniazid  mədə-bağırsaq  yollarından  yaxşı  sorulur,  toxumalara  keçir.  Qanda 

maksimal konsentrasiyası qəbuldan 2 saat sonra müşahidə olunur, tədricən İzoniazid 

bütün fizioloji mayelərə daxil ola bilir (plevral, assitik mayeyə və s.). Bu mayelərdə 

izoniazidin konsentrasiyası qanın plazmasındakının 1/3-ni təşkil edir. Bununla belə, 

meningit  zamanı  preparatın  keçiriciliyi  2  dəfə  artır.  İzoniazidin  qanda 

konsentrasiyasını  qanın  bakteriostatik  aktivliyinin  qiymətləndirilməsi  vasitəsilə 

müəyyənləşdirınək  olar.    HİNT  preparatları  böyrəklər  tərəfindən  24  saat  ərzində  

qeyri  -  aktiv  metobolitlər  kimi  xaric  olunurlar  (qəbul  olunmuş  dozanın  50-75% 

hissəsi). Mikobakteriyaların izoniazidə həssaslığı müşahidə olunduqda preparat digər 

spesifik  dərmanlarla  kombinasiya  şəklində  müalicənin  hər  iki  etapında  (intensiv  və 

davamedici)  tətbiq  edilir.  Bu  preparat  yalnız  mikobakteriyalara  qarşı  yüksək 

bakteriosid aktivliyə malikdir. İzoniazid birinci  sıra preparatlara aid olduğundan  və 

vərəm  xəstələrinin  müalicəsində  daha  çox  istifadə  olunduğundan  bu  preparatların  



 

toksiki təsiri geniş öyrənilmişdir.  İzoniazid orqanizimdə hidroliz və asetilləşmə yolu 



ilə  inaktivləşir.  Hidrolizə  uğrayaraq  preparat  böyrəklər  vasitəsi  ilə  xaric  edilir. 

Asetiləşmə  prosesi  qara  ciyərdə  baş  verir.  Hepotositlərdə  qlutamin  azaldıqda 

monoasetilhidrozin  toplanır  və  özünün  toksiki  təsirini  göstərir.    İzoniazidi  vena 

daxilinə  yeridərkən,  preparat  xəstəlik  ocağına  onun  qaraciyərdə  asetilləşməsindən 

əvvəl  çatır,  bu  da  böyük  kliniki  effekt  verir.  Preparatın  vena  daxili  yeridilməsi 

izoniazidin  inaktivləşməsində  asetilləşmənin  payını  artırır,    bu  da  preparatın  qara 

ciyərə toksiki təsirini gücləndirir.  

HİNT-in  standart  dozaları  zəif  asetilləşmə  prosesi  olan  şəxslərdə  bir  sıra 

hallarda  periferik  nevropatiya  yaradır.  Belə  ki,  preparat  piridoksin  metabolizminə 

təsir  göstərir.  Beləliklə,  praktiki  olaraq  yaxşı  olar  ki,  izoniazid  qəbul  edən  bütün 

xəstələrə  asetilləşmə  tiplərinin  müəyyən  olunmasına  çalışmaqdansa,  yüksək  dozada 

piridoksin təyin olunsun.  

İzoniazid yeganə preparatdır ki, onu birincili və ikincili kimyəvi profilaktikada  

vərəmə  yoluxmuşlara  və  vərəmli  xəstələrlə  kontaktda  olan  insanlara  başqa 

preparatların  iştirakı  olmadan  sutkada  5  mq/kq  dozada  təyin  edirlər.  Avropa 

ölkələrində  kimyəvi  profilaktika  məqsədilə  izoniazid  rifampisinlə kombinasiyada  və 

yaxud da davamlılığı olmayan preparatlardan biri ilə aparılır.  

İzoniazidin fəsadları yaxşı öyrənilmişdir və bunları bilmək çox vacibdir. Sinir 

sisteminə  xüsusi  aqressiv  təsir  göstərən  vərəm  əleyhinə  dərmanlardan  ən  əsası 

izoniazidi    göstərmək  olar.  HİNT  preparatlarının  dozasının  artırılması,  izoniazidin 

düzgün  dozalanmaması  mərkəzi  və  periferik  sinir  sisteminin  toksiki  zədələnməsinə 

səbəb  olur  (periferik  nevropatiya,  toksiki  ensefalopatiya,  zəhərlənmə  halları. 

ürəkbulanma, görmə  sinirinin  nevriti, nitqin, tənəffüsün  pozulması, stupor, koma  və 

çətinliklə  aradan  qaldırıla  bilən  əzələ  qıcolmaları  və  yayılmış  qıcolmalar, 

intoksikasion  psixoz,  hissiyatın  pozulması,  dəridə  səpkilər,  ginekomastiya  və  s.). 

İzoniazidin vena daxili təyini, xüsusilə də böyük dozaların yeridilməsi 51 %-ə qədər 

fəsadları  artıra bilir  və  sinir  sistemi  və  ürək-damar  sistemi  reaksiyalarının artmasına 

səbəb olur. Ürək-qan damar sisteminə əsasən HİNT  preparatları, xüsusən  izoniazid 

toksiki  təsir  göstərir.  Kliniki  olaraq  bu  özünü  ürək  nahiyyəsində  ağrılar,  arterial 

təzyiqin  yüksəlməsi,  taxikardiya,  EKQ-da  miokardda  distrofik  dəyişikliklər  kimi 

büruzə  verir.  Birbaşa  olaraq  vərəm  əleyhinə  preparatların  ürəyə  təsiri  haqqında 

məlumatlar  yoxdur.  Lakin,  məlumdur  ki,  bu  preparatlar  artıq  yaranmış  ürək 

patologiyasını dərinləşdirə bilir. Belə ki,  kardiotoksiki reaksiyalar xəstələrin    15% 

hissəsində     müşahidə olunur. Əgər vaxtında reanimasiya işləri görülməsə, xəstə ölə 

bilər. Belə hallarda tənəffüsə nəzarət etməli və ehtiyac olarsa, xəstənin ağciyərlərini 

xüsusi  ventilyasiyaya  keçirmək  lazımdır.  Qıcolmaları  aradan  qaldırmaq  üçün  vena 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə