Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Y.Ş.Şıxəliyev, İ.Ə. Qasımov, M. A.Şıxlinskaya



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə25/25
tarix18.05.2018
ölçüsü0,54 Mb.
#44506
1   ...   17   18   19   20   21   22   23   24   25

51 

 

dəfə). Pirazinamid alan hiperurikemiya və podaqraya səciyyəvi olan artritli xəstələrdə 



allopurinolun  istifadəsi  az  təsirli  olduğu  üçün  tövsiyə  olunmur.    Tərkibində  purin 

əsaslarının  səviyyəsi  yüksək  olan  qida  məhsullarının  qəbulunun  azaldılması 

profilaktik tədbir sayılır.  

Sinir  sisteminin  zədələnməsi.  Spesifik    dərmanlarla  müalicə  zamanı  sinir 

sisteminin zədələnməsi tez-tez baş verir. Onların bir qismi yüngül keçir, digəriləri isə 

tədricən  əmələ  gəlir  və  müalicə  olunmur.    Belə  zədələnmələrə  eşitmənin  itməsi,  

periferik  sinirlerin  zədələnməsi,    qıcolmalar  depressiya  və  digər  psixi  pozğunluqlar,  

baş ağrıları, psixoz  aid edilir.  

Eşitmənin  zədələnməsi  -  əsasən  streptomisin,  kanamisin,  amikasin, 

kapreomisin qəbulundan sonra baş verir. Bu  VIII cüt kəllə-beyin sinirin zədələnməsi 

ilə əlaqədardır.  Bu eşitmənin pozulmasına və qulaqlarda küyün yaranmasına  səbəb 

olur.  Yüksək  tezlikli  küy  adətən  eşitmənin  itirilməsi  ilə  nəticələnir.  Bununla  yanaşı  

nistaqm, ataksiya, tarazlığın itirilməsi kimi vestibulyar simptomlar da müşahidə oluna 

bilər.  Bu  adətən  toplam  böyük  doza  aminoqlikozidlər  və  ya  kapreomisin  alan 

xəstələrdə  müşahidə  olunur.  Klaritromisin    də  ototoksik  təsirə  malikdir.  Böyrək  

çatmamazlığı  olan  xəstələrdə  furosemidın  qəbulu  aminoqlikozidlərin  ototoksik 

təsirini  gücləndirə  bilər.  Eşitmə  pozğunluğu  geridönməzdir.  Lakin  eşitmə 

pozğunluğuna  səbəb  olan  dərmanın  qəbulunun  dayandırılması  ilə  qarşısını  almaq 

mümkündür. Mikobakteriyaların spesifik dərmanlara yüksək davamlılığı zamanı  ağır 

vərəm xəstələrində eşitmənin pozulmasına baxmayaraq inyeksion terapiyanın davam 

etdirilməsi əsas ola bilər. Belə hallarda aminoqlikozidlərdən kapreomisinin istifadəsi 

məqsədə  uyğundur  (MBT-nın  ona  qarşı  həssaslığı  saxlanıldığı  halda).  Eləcə  də, 

inyeksion  preparatların  həftədə  üç  dəfə  və  ya  daha  aşağı  dozada  verilməsi   

məqsədyönlüdür.    Ototoksiki  reaksiyalarının  korreksiyasında  qeyri-spesifik  ototrop  

sitoprotektor, suksinat  tərkibli  antihipoksant  sitoflavin  müsbət  rol  oynayır. 

Zədələnmiş orqan və toxumalarda maddələr mübadiləsinin  yaxşılaşması üçün 

anabolik    təsirli    preparatların    istifadəsi  mümkündür.    Vitamin  B

5

-in  təyini  vərəm 



əleyhinə preparatların ototoksiki fəsadlarının qarşısını alır.  

Periferik sinirlərin zədələnməsi. Periferik sinir sisteminin zədələnməsi ən çox   

aminoqlikozidlər,  izoniazid,  tiamidlər,  ftorxinolonlar,  sikloserin,  etambutol, 

delemanid,  bedaqulin  və  linolazidin    qəbulu  zamanı  baş  verir.  Şəkərli  diabet,  İİV, 

alkoqolizm,  hipotireoz,  digər  dərman  vasitələrinin  qəbulu  (difenin,  amiadaron, 

dapson,  bəzi  xərçəng  əleyhinə  dərmanlar),  həmçinin  B  qrup  vitaminlərin  və  fol 

turşusunun çatışmazlığı periferik neyropatiyalara səbəbi ola bilər. Sinir keçiriciliyinin 

pozulması nəticəsində baş vermiş  neyropatiyaları klinik əlamətlər əsasında müəyyən 

etmək  olar.    Neyropatiyanın  simptomlarına    aşağı  ətraflarda  müşahidə  olunan 




52 

 

hissiyatın pozulması (keyimə, iynə batma, yanma, ağrı hissi, isti-soyuq hissiyyatının 



itirilməsi) eləcə də, yerimənin pozulması, zəifləmə, vətər reflekslərinin zəifləməsi və 

ya  olmaması  aiddir.  Bəzən  yuxarı  ətraflarda  və  bədənin  digər  hissələrində  də 

həssaslıq pozğunluqları  müşahidə oluna bilər.  

Vərəm  dərmanları  ilə  müalicə  zamanı  piridoksinin  biotransformasiyası 

pozulur. Odur ki, vərəm əleyhinə dərmanlardan  izioniazid mərkəzi və periferik sinir 

sistemində  bir sıra pozğunluqlar əmələ gəlir. Bunun qarşısını almaq   üçün müalicə 

zamanı    vitamin  B

6

-  piridoksin  istifadə  olunmalıdır.  İzoniazidin  yaratdığı  



neyrotoksiki təsirinin  korreksiyası göstərilən sxem üzrə aparılır: -  vena  daxilinə 4,0 

qr piridoksin hidroxlorid yeridilir, ardınca per os 30 dəq fasilələrlə 1,0 qr təyin edilir. 

Piridoksin  hidroxloridin  daxilə  qəbul  edilən  dozası  izoniazidin  sutkalıq  dozasına 

çatdırılmalıdır.  Vitaminoterapiyanın  aparılması  xroniki  alkoqolizm  və  şəkərli 

diabetdən  əziyyət  çəkən  xəstələrdə  xüsusilə  vacibdir.  Vitamin  B

6

  izoniazid 



pirazinamid, PAST, etionamidin neqativ təsirinin qarşısını alır. 

Piridoksinin  profilaktik  təyinindən  başqa,  xəstələrdə  vitamin  çatışmazlığının 

qarşısını  almaq  məqsədilə  vitaminlərlə  zəngin  qidalanma  da  təmin  edilməlidir. 

Periferik  neyropatiya  diaqnozu  qoyulduqda  onun  mümkün  olan  digər  səbəblərini 

yadda saxlamaq lazımdır.  

Neyropatiyanın  simptomatik  müalicəsinə  fızioterapiya  və  triqliserid  

antidepressantlar  (əks  göstəriş  olmadığı  halda)  aiddir.  Antidepressantların  qəbulu 

kiçik dozalardan başlayır, məsələn, 25 mq amitriptilin yatmazdan  əvvəl, müalicənin 

nəticəsini  ən  azı  bir  həftə  gözləmək  lazımdır.  Effekt  olmadığı  halda  dozanı 

yatmazdan əvvəl 75 mq-a qədər artırmaq lazımdır. Trisiklik antidepressantların təsiri 

olmadığı halda qabapentin təsirli ola bilər (400 - 1200 mq gündə üç dəfə). Spesifik 

dərmanların    parenteral  qəbulu  zamanı  trisiklik  antidepressantların  təyinindən  əvvəl 

elektrolitlərin səviyyəsini də nəzarətdə saxlamaq lazımdır.  Müalicə zamanı MBT-nin 

kapreomisinə  qarşı  həssaslığı  qorunduğu  halda    bu  preparatın  işlədilməsi  önəmlidir. 

Kimyəvi  terapiya  rejimi  əhəmiyyətli  dərəcədə  pozulmadıqda  səbəbkar  dərmanın 

sxemadan çıxarılması məsləhətdir.  



Qıcolmalar – mərkəzi sinir sisteminin vərəmlə zədələnmələri zamanı və eləcə 

də,  spesifik  dərmanlardan    sikloserinin,  izoniazidin,  ftorxinolonların  və  imipenin 

qəbulu  nəticəsində  baş  verə  bilər.  Hipokaliemiya,  elektrolit  tarazlığının  pozulması, 

hipoksemiya, alkoqol abstinensiyası sindromu, bəzi dərmanların istifadəsi (penisillin, 

triqliserid  preparatlar),  uremiya  və  qaraciyər  funksiyasının  pozulması  və  s.  

qıcolmaya  səbəb  ola  bilər.  Qıcolma  baş  beyinin  patoloji  elektrik  aktivliyinin 

təzahürüdür. Diaqnoz klinik göstəricilər əsasında elektroensefaloqrafıya aparılmadan 

qoyulur.  Klinik  simptomlara      huşun  itirilməsi,  əzələlərin  zəifliyi  və  ya  qeyri-iradi 




53 

 

qıcolmalar, sidiyin və nəcisin saxlanılmaması, tutmadan sonra huşun pozulması və ya 



yuxululuq  aiddir.  Diaqnoz  qoyulduqdan  sonra  qıcolmaların  səbəblərini  müəyyən 

etmək lazımdır.      

Epilepsiyaya  qarşı  dərman  vasitələrini  qəbul  edən  xəstələrdə  tutmaların 

profılaktikası məqsədi ilə müalicədən əvvəl - piridoksinin təyini (150-200 mq/gündə) 

və  eləcə  də,  bütün  müalicə  kursu  boyu  qan  zərdabında  preparatın  konsentrasiyasına 

nəzarət  lazımdır.    Bəzi    tutmalar  vərəm  əleyhinə  dərmanların    (izoniazid,  sikloserin 

və ftorxinolonlar) qarşılıqlı təsir yaratması ilə əlaqədardır.   

Qıcolmanın digər səbəblər istisna edildikdə tutmalar baş verdikdə  epilepsiyaya 

qarşı  terapiyanı  başlamaq  lazımdır.  Şübhə  edilən  spesifik  dərmanlar  müalicə 

rejiminin  əsas  komponenti  deyilsə,  onun  qəbulunun  dayandırılması  və  digər 

preparatın  təyini  tələb  olunur.  Şübhə  edilən  spesifik  dərmanların  qəbulunun 

dayandırılması  qeyri mümkün  olduğu  halda,  onun istifadəsini xəstənin  epilepsiyaya 

qarşı preparatların qəbulu fonunda vəziyyət  sabitləşdikdən sonra bərpa etmək olar.  

Terapiyaya  adətən  qıcolmalara  qarşı  prepartlardan  biri  ilə  aparılır:  məsələn  

benzobarbital (benzonal) - 0,1-0,2 q gündə 3 dəfə yeməkdən sonra; bariant - valproy 

turşusu, yemək zamanı və ya dərhal sonra 0,3-0,6 q gündə, sonra 1-2 həftə ərzində 

dozanın  0,9  -  1,5  q-dək  artırılması  ilə.  Qıcolmalara  qarşı  belə  müalicə  vərəmin 

müalicəsinin bütün kursu zamanı davam etdirilməlidir. Müalicə kursu başa çatdıqdan 

sonra  epilepsiayaya  qarşı  terapiyanı  dayandırmaq  olar.  Qıcolmalar    davam  etdikdə  

səbəbkar  dərmanın  qəbulu  dayandırılmalıdır.    Piridoksinin  gündəlik  dozasının 

maksimuma  çatdırılması  (200  mq)  lazımdır.  Qıcolmaya  səbəb  olan  dərman 

kombinasiyada  əsas  sayıldığı  halda  onun  aşağı  dozada  qəbulu  mümkündür.  

Anamnezində qıcolma tutmaları olan xəstələr vərəmin müalicəsi zamanı yüksək risk 

qrupu sayılırlar.   

Qıcolma  əleyhinə  aparılan  terapiyaya  baş  beyni,  dili  və  tənəffüs  yollarını 

travmadan  qoruyan  əsas  vasitədir.  Yaranan  bu  əlavə  təsiri  təcili  aradan  qaldırmaq 

üçün oksigen terapiyası, qıcolma əleyhinə preparatların vena  daxili və ya əzələ daxili  

yeridilməsi  lazımdır.  Qıcolma    zamanı  bu  əlavə  təsiri  yaradan  kimyəvi  preparatın  

qəbulu təcili  dayandırılmalıdır. 

Depressiya və digər psixi pozğunluqlar. Depressiya - fərdin normal fizioloji 

və funksionlar fəaliyyətini məhdudlaşdıran müxtəlif simptomlarla səciyyələnir  ki, bu 

simptomlara kefsizlik, ətrafa marağın itməsi, gücsüzlük, nitq, düşünmə, hərəkət kimi 

psixomotor  reaksiyaların  zəifləməsi,  yuxunun  və  iştahanın  pozulması,  günahkarlıq, 

əlacsızlıq  və  ümüdsizlik  hissinin  yaranması,  fikrin  cəmləşdirilməsi  qabiliyyətinin 

itirilməsi aiddir. Psixotik simptomlar və özünə qəst fikirləri də mümkündür. Xəstəlik 

adətən, iki və daha çox həftə qalan simptomlara diqqəti cəlb edir. 



54 

 

Sikloserin, 



izoniazid, 

ftorxinolon, 

etionamid, 

imipenen 

və  

amoksisillin/klavulan  turşusunun  qəbulu  zamanı  xəstələrin  əhval-ruhiyyəsi  dəyişə 



bilər,  lakin  depressiya  ilk  növbədə  sikloserinin  qəbulu  ilə  əlaqələndirilir.  Sosial-

iqtisadi  şərait  (yoxsulluq,  sosial  təcrid  olunrna,  ailədə  zorakılıq  və  s.)  və  xroniki 

xəstəliklər də depresiyaya səbəb ola bilər. Psixososial amillər hipotireoz, alkohol və 

narkotik  asılılıq  (o  cümlədən  benzodiazepinlərin  qəbulu)  da  depressiyaya  səbəb  ola 

bilər. Ona görə də,  depressiya zamanı xəstənin müalicə yollarının müəyyən edilməsi 

zamanı  depressiyaya  təkan  verən  digər  amillər,  o  cümlədən,  psixososial  amillərin  

müəyyən  edilməsi  vacibdir.    Ənənəvi  psixoterapiya  üsullarından  istifadə  etmək 

lazımdır, o cümlədən, dəstək qrupları, tibb işçilərinin intensiv müşahidəsi və xəstənin 

ailə üzvlərinin dəstək zamanı əsas rol  oynayır. Hallusinasiya və aqressiya yarandıqda 

təcili  olaraq    əzələ  və  ya  venadaxili  halloperidol  yeridilməli,  göstəriş    olduqda,  bu 

terapiyanı hər saat təkrarlamaq lazımdır.   Həyəcan yarandıqda benzodiazepin təyin 

edilir.  Belə  əlavə  təsirlər  olan  xəstələrin  psixoterapiyası    bütün  vərəm  əleyhinə 

aparılan  müalicə  kursunda  vacibdir.  Bu  simptomlar,  adətən  ötüb  keçən  xarakter 

daşıyır.   

 Xəstədə  kəskin  aqressivliklə  və  ətrafdakıların  təhlükəsizliyinə  təhlükə 

yarandıqda,  suisid  meylləri  əmələ  gəldikdə,  xəstənin  müşahidəsinə  psixiatr  cəlb 

olunmalı  və  xəstənin  psixiatrik  stasionara  yerləşdirilməsi  məsələsi  nəzərdən 

keçirilməlidir.  Davamlı  depressiya  səbəbindən  vərəm  əleyhinə  dərman  vasitələrinin 

qəbulunun  dayandırılması  nadir  halda  gündəmə  gəlir.    Müalicə  önü  depresiyanın 

olmasına  şübhə  yarandığı  halda  spesifik  dərmanların  təyini  haqqında  düşünmək 

lazımdır.  Psixiki pozğunluqlar psixoz  şəkilində müşahidə olunur.  

Spesifik dərmanlardan sikloserin izoniazid, ftorxinolonlar və  tiamidlər psixoza 

da  səbəb  ola  bilər.    Psixozlar  psixi  proseslərin  pozulmasını  və  ya  ətraf  reallıqla 

əlaqənin  itirilməsini  əks  etdirən  simptomlarla  təzahür  edir.  Eşitmə  və  görmə 

halusinasiyaları, paranoya, katatoniya, sayıqlama və davranış pozuntuları psixozların 

əsas  simptomlarındandır.  Tibb  işçiləri  psixotik  vəziyyətləri  müəyyən  etməyə  qadir 

olmalıdır, çünki ilkin mərhələlərdə psixozlar daha rahat müalicə olunur.  

 Psixotik  əlamətlərə  sosial  və  psixoloji  problemlər,  hipotireoz  eləcə  də  digər 

preparatların  (benzodiazepin  bəzi  antidepressantlar)  yanaşı  təsiri,  narkotiklərin 

istifadəsi və alkoqoldan sui istifadə səbəb ola  bilər.  

Piridoksinin  profilaktik  qəbulu  spesifik  dərmanların  yanaşı  təsirlərindən  olan 

nevrotik  və  psixotik  əlamətlər  riskini  azaldır.  Sikloserin  qəbul  edənlər  üçün 

piridoksinin adi dozası gündə 150 mq təşkil edir.  

Psixoz  diaqnozu  müəyyən  edildikdən  sonra  spesifik  dərmanların    təsirindən 

başqa ona səbəb olan digər amilləri də aydınlaşdırmaq lazımdır. Psixiatrın məsləhəti 



55 

 

və  gündəlik,  daimi  nəzarət,  suisid  əhval-ruhiyyəsi  və  ətrafdakılara  qarşı  zorakılıq 



meylləri  kimi  qabarıq  simptomları  olan  xəstələrin  isə  xəstəxanaya  yerləşdirmə 

məsələsini  həll  etmək  lazımdır.  Psixozun  müalicəsinə  ən  ilk  simptomlar  əmələ 

gələndə  başlamaq  lazımdır.  Bu  zaman  ilkin  olaraq  vena  daxili  1-5  mq  haloperidol 

sonra daxilə yeməkdən yarım saat əvvəl və ya parenteral verilir. İlkin gündəlik doza- 

0,5-5 mq 2-3 dəfəyə, sonra tələb olunan terapevtik təsirin əldə edilməsi üçün dozanın 

tədricən  0,5-2  mq  artırmaqla  (davamlı  formalarda  2-4  mq  artırılması),    maksimal 

gündəlik doza - 100 mq, orta  gündəlik doza - 10-15 mq olmaqla təyin edilir. Müalicə 

zamanı neyroleptiklərdən istifadə olunmalıdır.  Psixoz əleyhinə dərmanlara klozapin, 

tioridazin (sonapaks),   aminazin də aiddir. Psixoza şübhə olduqda səbəbkar dərmanın 

dozasının azaldılması və ya dayandırılması mümkündür.  

İlkin  sabitləşmə  dövründə  sikloserin  qəbulu  dayandırılmalı  və  psixoz 

əlamətləri itəndən sonra aşağı dozalarla bərpa edilməlidir. Bəzi xəstələr pisxozu pis 

keçirdiklərinə  görə  sikloserini  təkrar  qəbulu  mümkün  olmur.  Belə  hallarda  müalicə 

sxeminə digər spesifik dərmanların daxilməsi lazımdır. Simptomlar kəsildikdən sonra 

psixozun  müalicəsini  dayandırmaq  olar.  Sikloserinin  qəbulu  davam  etdiriləcəkdirsə, 

bəzi xəstələrə vərəmin  müalicə kursu boyu antipsixotik preparatların verilməsi tələb 

olunacaq. Belə hallarda psixozun müalicəsi    vərəmin müalicəsi başa çatdıqdan sonra 

dayandırıla bilər.  



Baş  ağrıları.  Lokal  və  yayılmış  baş  ağrıları  spesifik  dərmanlarla  terapiyanın 

ilk ayları zamanı baş verir. Psixi və sosial problemlər baş ağrılarının əmələ gəlməsinə 

təkan  verir.  Tərkibində  sikloserin  olan  sxemilərin  istifadəsi  zamanı,  terapiyanın 

əvvəlində əmələ gələn baş ağrısının, yuxu pozğunluqlarının qarşısının alınması üçün, 

ilkin olaraq dərmanlar aşağı dozalarda (250-500 mq) təyin olunur, sonra tədricən bir-

iki həftə ərzində tam terapevtik dozaya qədər artırılır.  

Adi  baş  ağrıları  qeyri-steroid  iltihab  əleyhinə  dərman  vasitələri  ilə  müalicə 

olunur. Onların qeyri-effektivliyi zamanı isə trisiklik antidepressantlar və ya kombinə 

edilmiş  dərman  vasitələrindən  kodein  əlavələri  ilə  iltihab  əleyhinə  dərmanlar  təyin 

olunur.   



Dəridə  qaşınma.    Spesifik  dərmanlarla  müalicə  zamanı  dəri  qaşınmalarına 

kifayət qədər tez-tez rast gəlinir. Onlar əsasən təhlükəli deyil, yüngül keçirilir, lakin 

xəstələk  hərdən  əziyyətli  və  hətta  təhlükəli  də  ola  bilər.  Elektrolit  tarazlığının 

pozulması və periferik sinirlərin zədələnməsi dəri qaşınmaları  şəkilində özünü biruzə 

verir.  Ona  görə  də    dəri  qaşınmaları  zamanı  bunu  nəzərə  almaq  lazımdır.    Dəri 

qaşınmaları şəkilində baş verən əlavə  təsirlərin yüngünlləşdirilməsinin əsas yolu ona 

səbəb  olan  preparatın  dozasının  azaldılması  və  sonralar  dozanın  tədricən  bərpa 

edilməsidir.   




56 

 

QİÇS-ə assosiasiya olunmuş vərəmli xəstələrində    vərəmin proqrevsivləşməsi   



ilə  əlaqədar  əlavə  reaksiyaların  yaranması  problemi  daha  qabarıq  şəkildə  müşahidə 

olunur.  Vərəm  və  QİÇS    olan  xəstələrdə  bir  qayda  olaraq,  əlverişli  olmayan  virus 

hepatiti  (əasasən  hepatit  C  və  ya    hepatit  B+C),  visseral  kandidoz  və    digər 

xəstəliklərlə  səciyyələnən  komorbid  fona  təsadüf  edilir.  Bu  isə  antiretrovirus  və 

vərəm  əleyhinə  terapiya  yanaşı  aparıldıqda  xüsusən  vərəm  preparatlarının  yaratdığı 

əlavə  təsirlərin    daha  sürətlə  inkişafına  səbəb  olur.  Vərəm  və  QİÇS  olan  xəstələrin 

38.9  %  hissəsində  vərəm  əleyhinə  preparatların  yaratdığı  əlavə  təsirlərin    arasında  

ototoksiki  ağırlaşma müşahidə olunur.   Müasir tədqiqatlar  göstərirk ki, bu zaman 

aparılan    antivirus  terapiyası  erkən  dövrlərdə      immunitetin  bərpasına  və  vərəm 

infeksiyasının  gedişini  zəiflətsə    də    yanaşı  toksiki  reaksiyaların  inkişaf    riskini  

artırır. 

   


 

 



57 

 

Mündəricat  



Vərəm əleyhinə dərmanların qısa xarakteristikası...................................................... 

3-32 

Birinci sıra dərmanlar..................................................................................................... 

5-15 

izoniazid......................................................................................................................... 



rifampisin........................................................................................................................ 

Rifabutin............................................................................................................................ 



11 

etambutol........................................................................................................................ 

12 

pirazinamid..................................................................................................................... 



13 

İnyeksion vərəm əleyhinə dərmanlar............................................................................ 

15-19 

Streptomisin...................................................................................................................... 

15 

Kanamisin sulfat………………………………………………………........................... 



17 

Kapreomisin…………………………………………………………………………… 

18 

Ftorxinolonlar…….…………………………………………………………………. 

19-25 

Ofloksasin………………………………………………………………...................... 

20 

Siprofloksasin………………………………………………………………………… 



21 

Lelvofloksasin………………………………………………………………………… 

22 

Moksifloksasin…………………………………………………………....................... 



23 

Ikinci sıra vərəm əleyhinə dərmanlar........................................................................ 

25-28 

Etionamid………………………………………………………………....................... 

25 

Protionamid…………………………………………………………………………… 



26 

Sikloserin……………………………………………………………………………... 

26 

PAST…………………………………………………………………………………. 



27 

Dərmana davamlı vərəmin müalicəsində istifadə olunan yeni  preparatlar.......... 

28-32 

Revomisin…………………………………………………………………………….. 

29 

Linezolid……………………………………………………………………………… 



29 

Klofazemin…………………………………………………………………………… 

29 

Amoksisillin/Klavulanat……………………………………………………………… 



29 

İmipenem/Cilastin və Meropenem……………………………………………………. 

30 

Klaritromisin.................................................................................................................. 



30 

Bedaquilin...................................................................................................................... 

31 

Delamanid...................................................................................................................... 



32 

Vərəm əleyhinə dərmanların  əlavə təsirlərinin aradan qaldırılması........................ 

32-56 

Dərman vasitələrinin əlavə təsirinin formaları..............................................................

 

32-39 


Elektrolid mübadiləsinin pozulması.............................................................................. 

40 


Hipotireoz...................................................................................................................... 

44 


Qastrit və ya mədə-bağırsaq sisteminin çatmamazlıqları.............................................. 

44 


Qaraciyər zədələnmələri................................................................................................ 

46 


Böyrəklərin zədələnməsi............................................................................................... 

49 


Sümük-əzələ sistemi tərəfindən simptomlar.................................................................. 

50 


Sinir sisteminin zədələnməsi......................................................................................... 

51 


Eşitmənin zədələnməsi.................................................................................................. 

51 


Periferik sinirlərin zədələnməsi..................................................................................... 

51 



58 

 

 



Qıcolmalar..................................................................................................................... 

52 


Depressiya və digər psixi pozğunluqlar......................................................................... 

53 


Baş ağrıları..................................................................................................................... 

55 


Dəridə qaşınma.............................................................................................................. 

55 


Mündəricat..................................................................................................................... 

57-58 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə