Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Y.Ş.Şıxəliyev, İ.Ə. Qasımov, M. A.Şıxlinskaya



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix18.05.2018
ölçüsü0,54 Mb.
#44506
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

39 

 

dəfəyə bölünərək verilir. Əksər hallarda  yanaşı təsirləri aradan qaldırmaq üçün əlavə 



dərmanlardan  istifadə olunur, qidalanma ilə bağlı məsləhətlər verilir.   

Vərəm  əleyhinə  dərmanların  əlavə  təsirlərinin  profilaktikası  xəstə  stasionar  

müalicəyə daxil olduğu gündən başlamalıdır. Bu vərəm infeksiyasının müxtəlif orqan 

və toxumalarda  yaratdığı  toksiki  fəsadların  təsirini  azaltmaqla yanaşı  eyni  zamanda,  

vərəm  preparatlarının  yaratdığı  toksiki  reaksiyaların    yaranma  riskini  minimuma 

endirir. 

Etambutolun oftolmaloji  əlavə  təsirinin profilaktikası üçün vitamin  A  təyin 

edilir.  

Vitamin  A,  həmçinin  surfaktantın  bərpasına    kömək  edir.  Vitamin  C 

böyrəküstü  vəzlərin  qabıq  maddəsinin  fəaliyyətini  stimulə  edir,  antioksidant  təsir 

göstərir,  qara  ciyərin  dezintoksikasion  fəaliyyətini  artırmaqla  hepatositlərin 

strukturunu yaxşılaşdırır.  

Vərəm  xəstəliyinin  bütün  formalarında  C  vitamininin    hipovitaminozuna  rast 

gəlinir.  Antibakterial  müalicə  fonunda  bu  daha  da  azalır.  Vitamin  C  təyin  olunması 

oksidləşmə  prosesini  yaxşılaşdırır.    Streptomisin,  kanamisin,  izoniazid  və  PAST-la 

müalicə zamanı desensibilizə təsirə malikdir.  

Tiamin - B

1

 vitamini –izoniazid, etionamid, kanamisin, streptomisinlə müalicə 



zamanı profilaktik təyin olunmalıdır.  

Geniş  spekterli  antibiotiklərdən  streptomisin,  kanamisin,  floromisin,  

rifampisin  bağırsaqlarda dizbakterioz yaratdığı üçün vitamin B

12

 sintezi pozulduğuna 



görə müalicə müddətində bu çatmamazlıq aradan qaldırılmalıdır. 

  Etionamidin təyini zamanı pellaqroid sindromunu  aradan qaldırmaq üçün  PP 

vitamininin – nikotin turşusunun təyini  vacibdir.  

Antioksidantlar  hepatoprotektiv  təsir  göstərir.  Lipidlərin  oksidləşməsi  

sistemində  yaranmış  pozğunluqları  aradan  qaldırır.  Hipoksik    proseslərin  lipidlərin 

oksidləşməsinə təsirinin fəsadlarının  qarşısını alır.  

Müşahidələr  göstərir  ki,  əlavə  təsirlər  bir  sıra  həyatı  problemlər,  o  cümlədən 

ailə münasibətləri  və iş prosesi zəminində psixoemosional pozğunluqlar nəticəsində 

baş  verir.  Belə  hallarda  xəstələrə  tibb  işçiləri,  iş  yoldaşları  və  yaxınları  tərəfindən 

dəstək tələb olunur.   

Yanaşı təsirlərin aşağıdakı formaları mövcuddur: 

-

 



elektrolit  mübadiləsinin pozulması, hipotirioz, qastrit, dispepsiya, sümük əzələ 

sistemi  tərəfindən  simptomlar,  qara  ciyərin  zədələnməsi,  böyrəklərin  zədələnməsi, 

eşitmənin  pozulması,  periferik  sinirlərin  zədələnməsi,  depresiya,  psixoz,  qıcolma 

tutmaları, allergik və fərdi dözülməzlik və s.  




40 

 

Elektrolit  mübadiləsinin pozulması. Ən çox inyeksion preparatların (S, Km, 

Am,  Cm,  imipenin,  delamanid,  bedaquilin,)  qəbulu  zamanı  baş  verir.  Elektrolitlərin 

səviyyəsi adətən milli ekvivalentlərlə (mekv/l) və ya qramla ölçülür. Qan zərdabında 

kaliumun  və  maqneziumun  mülayim  azalması  şəkilində  meydana  çıxır.  Pozuntu 

dərinləşdikcə  xəstələrdə  yorğunluq,  əzələ  ağrıları,  qıcolmalar,  ayaqlarda  zəiflik, 

psixiki qeyri-stabillik, yanma, qaşınma və hətta huşun pozulması baş verir. Daha ağır 

formalarda tetaniya, iflic, həyat üçün təhlükəli aritmiya yaranır. Ona görə də, qusma 

və  ya  ishal  nəticəsində  maye  itirən  və  eləcə  də  ineksiya  şəkilində  vərəm  əleyhinə 

dərman  alan  xəstələrə  mütəmadi  elektrolitlərin  səviyyəsinin  yoxlanılması  vacibdir. 

Elektrolidlərin itirilməsi ən çox kapreomisin qəbul edən xəstələrdə müşahidə olunur. 

Kalium  və  maqneziumun  qan  zərdabında  səviyyəsinin  aşağı  olması  onların 

toxumalardakı itmiş səviyyəsindən qat-qat azdır.  

Hipokaliemiya  (kaliumun  qan  zərdabında  səviyyəsinin  3.5-5.0  mekv/l-dən  az 

olması), hipomaqniemiya (maqneziumun qan zərdabında səviyyəsinin 1.5 mekv/l-dən 

az olması) ən çox  aminoqlükozidlərin qəbulu zamanı baş verir və ishal-qusma, ürək 

aritmiyası ilə nəticələnir. Belə hallarda təcili olaraq qusma və ishalın qarşısı alınmalı, 

ürək  aritmiyasını  törədən  səbəb  aradan  qaldırılmalı,  səbəbkar  dərman  preparatları 

dayandırılmalıdır.  Elektrolit defisiti əleyhinə dərman preparatları ilk növbədə daxilə 

qəbul edilməlidir. Belə ki, yüngül hallarda kalium və  maqnezium tərkibli dərmanlar 

daxilə qəbul olunur. Hipokaliemiya yalnız maqnezium defisiti aradan götürüldükdən 

sonra  müalicə  olunur.  Elektrolidlərin  bərpasına  başlamazdan  əvvəl  böyrəklərin 

normal  fəaliyyət  göstərməsinə  əmin    olmaq  lazımdır.  Böyrək  çatmamazlığı  olan 

xəstələrdə  elektrolitlərin  defisitini  aradan  qaldırmaq  üçün  maqnezium  preparatlarını 

peroral    və  ya  venadaxili    təyin  etmək  olar.  Asparkam,  panangin  və  kalium  orotat 

aşağı dozalı olduğu üçün bu məqsədə uyğun deyil. Kalium  pəhriz və ya tərkibində 

kalium  duzları  olan  (kalium-normin,  rehidron)  peroral  dərman  vasitələri  ilə  təmin 

edilə bilər.   

Venadaxili  preparatların  təyin  edilməsi  xəstədə  mədə-bağırsaq  pozuntuları  və 

ya  kalium  defisitinin  yüksək  olduğu  zaman  tövsiyyə  olunur.  Infuziya  vasitəsi  ilə 

defisitin  aradan  götürülməsi  zamanı  qanda  elektrolitlərin  kəskin  artması  riski  var. 

Venadaxili  üsul  seçildikdə  gündəlik  doza  bir  neçə  yerə  bölünməli,  ürək  ritminə  və 

qan təzyiqinə nəzarət edərək elektrolitlər mümkün qədər yavaş yeridilməlidir.  

Aminoqlikozidlər  və  kapreomisinin  təsiri  nəticəsində  küllü  miqdarda  kalium 

itirildiyi zaman kaliumu qoruyan diuretiklər (spironolakton, triampur və ya amilorid) 

yardımçı  terapiya  kimi  istifadə  edilə  bilər.  Kalium  preparatlarının  və  kaliumu 

qoruyan  diuretiklərin  eyni  zamanda  təyini  hiperkaliemiya  riskini  yaratdığı  üçün 

ehtiyyatlı olmaq lazımdır.  




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə