Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Y.Ş.Şıxəliyev, İ.Ə. Qasımov, M. A.Şıxlinskaya



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix18.05.2018
ölçüsü0,54 Mb.
#44506
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

33 

 

dünyada  ölümə  səbəb  olan  ürək-damar,  onkoloji  xəstəliklərdən,  travmadan  və  digər 



ağır  xəstəliklərdən  sonra  5-ci  yeri  dərman  preparatlarının    əlavə  təsirləri  tutur. 

Hospitalizə edilmiş xəstələrin  10-30 % hissəsində, ambulator  şəraitdə müalicə alan 

xəstələrin  40  %  hissəsində,  dərmanların  əlavə  təsirləri  müşahidə  olunur.  Ambulator 

müalicə olunanların   6-16 %  hissəsi  yardım üçün  təkrarən hospitalizasiya olunurlar.  

Əlavə təsirlər birincili  və ikincili  olmaqla  iki qrupa bölünürlər.   

Dərman preparatının bilavasitə xəstənin orqanizminə təsiri nəticəsində yaranan 

əlavə  təsirlər  birinci  qrupa  aiddir  (iltihab  əleyhinə  istifadə  olunan  steroid  dərman 

preparatlarının yaratdığı mədə xorası).  

İkinci qrup əlavə təsirlərə dərman preparatlarının birbaşa  istifadəsi ilə əlaqəsi 

olmayan  təsirlər  aiddir  (antibiotiklərin  istifadəsi  zamanı  bağırsağın  normal 

mikroflorasının zəiflənməsi nəticəsində inkişaf edən dizbakterioz və s.).  

Vərəmli  xəstələrin  müalicəsində  müasir  kimyəvi  terapiya  aparıcı  yer  tutur.  

Multirezistent 

və 


polirezistent 

vərəmin 


müalicəsində 

işlədilən  dərman 

preparatlarından     yaranan  əlavə  təsirlər günü-gündən artmaqdadır.  

Vərəmin  etiotrop   terapiyası  zamanı  əlavə  təsirlərin  rastgəlmə  tezliyi  müxtəlif 

müəlliflərin göstəricilərinə əsasən 13-17%  dən 60-65 % arasında  dəyişir. 

Əlavə təsirlər müxtəlifdir. Onların əksəriyyəti əhəmiyyət kəsb etmir, tez keçir 

və  dərman  vasitəsinin  istifadəsinin  dayandırılmasını  tələb  etmir.  Digər  hallarda  baş 

verən əlavə təsirlər  dərman vasitəsinin istifadəsinin dayandırılmasını tələb edir ki, bu 

da əsas müalicə kursunun effektivliyini əhəmiyyətli dərəcədə azaldır.  Nadir hallarda 

əlavə  təsirlər  ölümlə  nəticələnir  (vərəm  əleyhinə  antibiotiklərin  törətdiyi  anafilaktik 

şok, rifampisinin vena daxili yeridilməsi nəticəsində inkişaf edən böyrək, qara ciyər 

çatışmamazlığı və s.) və ya pasientin   ömürlük əlilliyinə  səbəb olur (streptomisinin 

istifadəsi nəticəsində yaranan karlıq, xroniki dərman hepatitləri və s.)). 

Hələ  1969-cu  ildə  Y.K.Kupçinskas  dərmanların  əlavə  təsirlərini  5  qrupa 

bölmüşdür ki, bunlara: 

-

 



tez baş verən və zəif gedişli allergik reaksiyalar; 

-

 



bir neçə preparatın təyini nəticəsində baş verən toksiki metobolik reaksiyalar; 

-

 



dərmana davamlığın yaranması ilə baş verən infeksion ağırlaşmalar;  

-

 



neyrogen ağırlaşmalar; 

-

 



dərmanın kəsilmə sindromu aiddir.   

Sonralar  dərmanların  əks  təsirləri  allergik  reaksiyalar,  dərmanların  ikincili 

təsiri,  idiosinkrizasiya,  dərmanların  qəbulunun  qeyri-mümkünlüyü  və  dərman 

dozasının yüksəldilməsi şəkilində qruplaşdırılmışdır.  

Praktiki ftiziatriyada  daha sadə, lakin əlverişli olan təsnifata görə əlavə təsirlər  

3 qrupa bölünürlər:  allergik, toksiki və toksiki-allergik.  




34 

 

Allergik  mənşəli  əlavə  təsirləri  toksiki  təsirlərə  nisbətən  daha  çox  təsadüf  



edilir    və  istənilən  preparatın  yeridilməsi  zamanı  yarana  bilir.        Dərman 

preparatlarının  allergik  təsiri  onların  daxilə  qəbulu  zamanı    daha  az  ehtimal  edilir. 

Allergiya  riski  preparatların  əzələ  daxili  yeridilməsi  zamanı  artır,  vena  daxili 

yeridilməsi  zamanı  isə  yüksək  səviyyəyə    çatır.    Dərmanlara  qarşı  yaranan  allergik 

reaksiyalar  onların dozalarının sutkalıq və ya bir dəfəlik yeridilməsindən asılı deyil. 

Allergik reaksiyalar əsasən müalicə kursunun erkən mərhələsində - müalicənin   1-3 

ayı  ərzində baş verir. 

Dərman  preparatlarının  törətdiyi  allergik  reaksiyalar  özünü  müxtəlif  şəkildə 

göstərə bilir.  Bu reaksiyaların son illər daha az rast gələn formalarına  anofilaktik şok,  

dermatitlər,  anqionevrotik    ödemlər  aiddir.    Allergik  reaksiyanın  ən  sadə  forması   

dəridə səpkilər və dəri qaşınması sayılır. Vərəm əleyhinə dərmanlardan streptomisin, 

kanamisin, ftorxinolonlar və.s  daha çox allergik  reaksiyalar törədirlər. Eyni preparat 

patogenezinə görə müxtəlif allergik reaksiyalar yarada bilər.  

Vərəm 


əleyhinə  antibiotiklər  eksofolliativ  dermatitin,  məxmərəyin, 

anqionevrotik ödemin, çox formalı eksudativ eritemanın, makulopapulyoz dermatitin,  

eozinofiliyanın,  anafilaktik  sokun,  dərman  qızdırmasının,  plevritlərin  inkişafına, 

bronx-ağ  ciyər  sisteminin  zədələnməsinə  səbəb  ola  bilər.  Belə  ki,  HİNT  qrup 

preparatları, xüsusən  izoniazidin qəbulu zamanı tez-tez baş verən yanaşı təsirlərə - 

hepatit,  periferik    nevropatiya,  eksofolliativ  və  makulopopulyoz  dermatitin, 

yuxululuq,  halsızlıq,  nadir  rast  gələn    yanaşı  təsirlərinə      trombositopeniyanın, 

aqranulositozun,  dərman  qızdırmasının,    psixozun,  ginekomastiyanın,      vaskulitin 

yaranmasını aid etmək olar.   

Rifampisinin qəbulu zamanı  tez –tez baş verən   yanaşı təsirlərə - qastroenterit 

(qarın  ağrıları,  ürək  bulanma,  qusma),  trombositopenik  purpura,  hepatit 

(transaminazaların səviyyəsinin artması), yayılmış dəri reaksiyaları, sidiyin, tərin və 

göz  yaşlarının  qırmızı  rəngə  boyanması,  nadir  rast  gəlinən  yanaşı  təsirlərə  isə 

osteomalyasiya,  psevdomembranoz  kolit,  kəskin  qaraciyər  çatışmazlığı,  hemolitik 

anemiya,  sarılıq,  yuxululuq,  halsızlıq    və  s.  aiddir.    Beləliklə,  rifampisinin  qəbulu 

zamanı  baş  verən  əlavə  təsirlər  6  qrupa  bölünür  ki,  bunlara:  dəri  əlamətləri  (dəridə 

yanğı, səpki, qaşınma, gözdə qızartı, göz yaşı axması);  abdominal əlamətlər (qarında 

ağrılar,  ürəkbulanma,  qusma,  ishal  və  s.);  qrip  əlamətləri  (tutma  şəkilli  üşütmələr, 

sümük  ağrıları,  zəiflik,  baş  ağrısı  və  s.);  təsadüfən  baş  verən  respirator  əlamətlər 

(təngnəfəslik, kollaps, şok və s.); purpura (hemolitik anemiya, şok, böyrək çatmazlığı 

və s.); qan zərdabında transaminazanın yüksəlməsi, hepatitlər və s. aiddir.  

Pirazinamid    qəbulu  zamanı  tez-tez  baş  verən  yanaşı  təsirlərə  artralgiya, 

hepatit,  hiperurikemiya,  qastroenterit,  nadir  rast  gəlinən  yanaşı  təsirlərə  isə  dəri 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə