Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Y.Ş.Şıxəliyev, İ.Ə. Qasımov, M. A.Şıxlinskaya



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix18.05.2018
ölçüsü0,54 Mb.
#44506
1   ...   17   18   19   20   21   22   23   24   25

49 

 

Rifampisinin  uzunmüddətli  qəbulu  zamanı  qısa  kurslarla  (10-14)  öd  qovucu 



preparatların istifadəsi lazımdır. Medikamentoz hepatitin klinikasında ağrı sindromu 

olarkən  onların  təyini  antispastik  dərmanlarla  yanaşı  olmalıdır.  Qara  ciyərin  ağır 

toksiki zədələnmələri zamanı   qlükokortikosteroidlərin   təyini göstərişdir. 

Vərəm əleyhinə preparatlar yalnız insulyar aparatı deyil, digər endokrin vəzlərə 

də toksiki təsir edə bilirlər. Etionamidin, PAST-ın  antitiroid təsiri haqqında məlumat 

mövcuddur.    Kişilərdə  ginekomastiya,  qadınlarda  menstrual  tsiklin  pozulması 

izoniazid, etionamid  qəbulunda müşahidə edilir. 

Xəstələrin  əksər  hissəsində  kimyəvi  terapiyanın  altıncı  ayında  vitamin 

mübadiləsində  nəzərə  çarpacaq  dəyişikliklər  müşahidə  olunur.  Bağırsaqlarda  baş 

verən    dəyişikliklər  nəticəsində  vitamin  çatmamazlığı,  əsasən    B  qrup  vitaminlərin 

bakterial  sintezi  və  sorulması  prosesi    kəskin  şəkildə    pozulur.    Vitamin 

mübadiləsinin  pozulması  sinir  sistemi  tərəfindən  astenovegetativ  sindrom, 

ensefalopatiya  şəklində  özünü  biruzə  verir.  Həmçinin  miokardin,  qara  ciyərin 

funksional fəaliyyətinin dəyişikliyini yarada bilir.  

 Spesifik  dərmanlardan  rifampisin,  pirazinamid  əsasən  etambutol  və 

levofloksasin  ilə    kombinə  edildikdə  mədəaltı  vəzin  funksional  fəaliyyətinin  həm 

ekskretor  zonasının,  həm  də  insulyar  aparatının   pozulması  baş  verə  bilir.  Ağ  ciyər 

vərəmi  olan  xəstələrdə  yanaşı  “şəkərli  diabet”  xəstəliyi  varsa  yuxarıda  göstərilən 

preparatlar və eləcə də  nadir  hallarda izoniazid, mədəaltı vəzin  fəaliyyətində olan 

dəyişikliyi daha da dərinləşdirir. Nəticədə diabet xəstəliyi ağırlaşır. 



Böyrəklərin  zədələnməsi.  Vərəm  əleyhinə  preparatların  əksəriyyəti  sidiklə 

xaric olur ki, bu da onların nefrotoksiki təsirinə səbəb ola bilir. Spesifik dərmanlardan 

kəskin  böyrək  çatışmazlığına  səbəb  ola  bilən  preparatlara-  streptomisin,  amikasin, 

kanamisin,    kapreomisin  və  bedaqulin  aiddir.    Nadir  hallarda  rifampisin,  PAST  

böyrəklərə nefrotoksiki təsir göstərir.  

Böyrək  çatışmazlığı    qeyri-steroid  iltihab  əleyhinə  dərman  vasitələrindən,  

sulfanilamid,  diuretiklərdən  də  yarana  bilər.  Bəzi  yanaşı  xəstəliklər,  o  cümlədən  

sepsis, vaskulitlər   və  şəkərli  diabet   böyrək  çatışmazlığına   səbəb  ola bilər.  Böyrək 

çatışmazlığı ehtimalı yaşlı insanlarda, xüsusən, ağır yanaşı xəstəlikləri olan xəstələrdə 

tez-tez  rast  gəlinir.  Böyrəklərin  zədələnməsinin  yüngül    əlamətləri  spesifik  müalicə 

üçün    təhlükəli  sayılmır.    Zədələnmələrə  xas  olan  ağır    əlamətlərə      oliquriya  və  ya 

anuriya, şişkinlik, anasarka, təngnəfəslik, və eyni zamanda, psixikanın və davranışın 

dəyişməsi, huşun pozulması (yuxululuq, huşun qarışıq olması) və ya serozitlər aiddir. 

Spesifik  preparatlarla  müalicə  fonunda  mikrohematuriyanın,  albuminuriyanın 

yaranması,  böyrəklərin  yumaqcıq,  kanal  və  ekstramedulyar  aparatının  morfoloji 

dəyişikliyi ilə əlaqəli funksional fəaliyyətinin  nəzərə çarpacaq dərəcədə pozulduğunu  




50 

 

göstərir.  Yumaqcıq  filtrasiyasının  zəifləməsi  azot  ifrazı  funksiyasını  pozur. 



Böyrəklərin  qatılaşdırma    funksiyasının  azalması    nəticəsində        dərin, bəzən  geriyə 

dönməyən  dəyişikliklər    baş  verə  bilir.  Nefrotoksikliyin  müəyyən  edilməsinin  ən 

yaxşı üsulu kreatininin qan  zərdabında    təyini  sayılır.  Bu  zaman  əldə olunan nəticə 

ilkin  nəticə  ilə  müqayisə  olunmalıdır.  Buna  görə  də  hər  ay  kreatinin  müayinəsinin 

təyin  edilməsi  tövsiyə  olunur.  Kreatinin  səviyyəsinin  təyini    spesifik  dərmanların  

parenteral  yolla  qəbulu  zamanı  simptomsuz  nefrotoksik  təsiri    müəyyən  etməyə 

imkan verir.   

Böyrək çatışmazlığını əlavə maye qəbulu və ya parenteral yolla   qəbul edilən 

dərmanların    dayandırılması    yolu  ilə  aradan  qaldırmaq  olar.  Kreatinin  klirensi 

əsasında  müalicədən  əvvəl  böyrək  çatışmazlığı    müəyyən  edilmiş  xəstələrdə  vərəm 

əleyhinə  dərmanların  dozaları    müəyyənləşdirilməlidir.  Böyrək    çatışmamazlığının 

ağır nəticələri turşu-qələvi və elektrolit balansının pozulması ilə müşahidə olunduğu 

üçün  kreatininin    və    sidik  cövhərinin  səviyyəsinin    biokimyəvi  yolla  müayinəsi  

aşkarlanması lazımdır.  Kretinin və sidik cövhərinin səviyyəsinin cüzi artması zamanı 

parenteral  terapiyanı  davam  etdirmək  olar.  Toksik  təsirin  azaldılması  üçün  dozanı 

azaltmaq  və  preparatın  daxil  edilməsi  intervalını  artırmaq  olar.    Böyrək 

çatışmazlığının  bəzi  hallarında  inyeksion  dərman  vasitəsinin  həftədə  üç  dəfə 

verilməsinə keçmək olar.  

Ağır    böyrək  çatışmazlığı  zamanı  parenteral  müalicəni  tam  dayandırmaq  və 

xəstənin  xəstəxana  şəraitində  müalicəsinin  davam  etdirməsi  məsələsini  həll  etmək 

lazımdır. Belə hallarda mütəxəssis nefroloqun məsləhəti vacibdir.     

Rifampisin  qəbulu  zamanı  sidiyin  qırmızı  və  ya  qəhvəyi  rəng  alması  tez-tez 

müşahidə  olunur.  Xəstələrə  belə  əlamətlərin  ola  biləcəyi  haqqında  əvvəlcədən 

məlumat vermək lazımdır. Belə hallarda dozaların uyğunlaşdırılması tələb olunmur.  



Sümük-əzələ  sistemi  tərəfindən simptomlar.  Vərəm xəstələrinin müalicənin 

ilk  aylarında  pirazinamidin,  ftorxinolonların  və  tiamidlərin  yanaşı  təsiri  kimi  keçici 

artralgiyalar, artritlər və əzələ ağrıları müşahidə olunur. Z və Cm-lə müalicə zamanı 

xəstələrin  25%-də  artralgiya  və  mialgiya  ola  bilər.  Bu  əlamətlər  adətən  iltihab 

əleyhinə dərman vasitələri ilə azaldıla və sonralar tam aradan qaldırıla  bilər.  

Müalicə  başlandıqdan  bir  neçə  ay  sonra  bəzi  oynaqlarda  davamlı  oynaq  və 

əzələ  simptomları  əmələ  gəlir.  Podaqra  və  oynaqların  degenerativ  xəstəlikləri  eyni 

simptomlara malik ola bilər. Simptomlar müşahidə olunmadığı zaman hiperurikemiya 

müalicə  kursunun  dəyişdirilməsi  üçün  əsas  deyil  və  spesifik  dərmanların  qəbulu 

dayandırıldıqdan sonra əlamətlər aradan qalxır. Əsas müalicə vasitəsi iltihab əleyhinə 

dərmanların  qəbuludur  (indometasin  50  mq  gündə  3  dəfə,  sonra  25  mq;  və  ya 

ibuprofen 400-800 mq gündə 3 dəfə; və ya naproksen 750 mq sonra 250 mq gündə 3 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə