Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Y.Ş.Şıxəliyev, İ.Ə. Qasımov, M. A.Şıxlinskaya



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix18.05.2018
ölçüsü0,54 Mb.
#44506
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

37 

 

“toplanma  effekti”  vacibdir.  Vərəmin  multirezistent  və  polirezistent    formalarının 



müalicəsində  istifadə  olunan  rezerv  preparatlar  daha  uzun  müddətli  təyin  edildiyi 

üçün daha çox toksiki təsir göstərirlər.  

Sözsüz,  vərəm  əleyhinə  dərmanların  qəbulu  zamanı  toksiki  və  allergik 

reaksiyaların  birgə  müşahidə    olunması  da  mümkündür.    Ədəbiyyatdan  bəllidir  ki,  

allergik  reaksiyalar  toksiki  reaksiyalardan  bir  qədər  əvvəl  başlayır.    Sözsüz,  qara 

ciyər, böyrək, ürək-damar  və sinir sistemində patologiya müşahidə olunan xəstələrdə  

hər  iki  reaksiya  müalicənin  erkən  dövrlərində  müşahidə  oluna  bilir.  Bu  baxımdan 

xəstələrin    kliniki-biokimyəvi  müayinələrinin  nəticələrinin  vaxtaşırı  izlənilməsi  və 

baş  vermiş  dəyişikliklərin  aradan  qaldırılması    müalicənin  əsas  prinsiplərindən 

sayılır.  Baş vermiş hər hansı bir əlavə təsir dərhal aradan qaldırılmalıdır.  

Periferik  və  vegetativ  sinir  sistemi,  qanda  müxtəlif  toksiki  maddələrin 

toplanmasına  həssascasına  reaksiya  verir.  Bu  baxımdan  əlavə  təsirlərin  12-24%-ni 

nevroloji dəyişikliklər təşkil edir. Sinir sisteminə xüsusi aqressiv təsir göstərən vərəm 

əleyhinə  dərmanlardan  hidrozit  izonikotin  turşusunu-izoniazidi,    sikloserini, 

tioaçetazonu göstərmək olar.  İzoniazidin vena daxili təyini preparatın sinir sisteminə 

neqativ  təsirini  daha  da    artırır.    HİNT    qrupu  preparatları  ilə  yanaşı  etionamid, 

sikloserin,  təsadüfi  hallarda  etambutol  və  streptomisin  sinir  sistemində  eyforiya, 

yuxusuzluq,  baş  ağrısı,  bəzən  qısa  müddətli  şüurun  itməsi,  qıcolmalar,  psixoz  kimi 

arzu olunmayan hallar yaradır. Etambutolun qəbulu zamanı depressiya baş verə bilər. 

Neyrotoksiki  fəsadların  xarakteri  və  ağırlıq  dərəcəsi      xəstələrin  emosional 

ləbilliyindən,  onlarda  sinir  sistemi  xəstəliklərinin  olmasından,    alkoqolizm  kimi 

yanaşı faktorların olmasından  çox  aslıdır.  

Görmə orqanının zədələnməsi  ən çox etambutolun təyini zamanı təsadüf etdiyi 

üçün  13 yaşına kimi uşaqlara bu preparatın təyini əks göstərişdir. Yaşlı pasientlərdə 

rəng  seçmə  qabiliyyəti,      xüsusən    yaşıl  və  qırmızı  rənglərin  seçilməsi,    görmə 

sahəsinin daralması, bəzi hallarda, görmə itiliyinin zəifləməsi, görmə sinirinin nevriti, 

kataraktanın  yaranması  və  inkişafı  kimi  əlavə  təsirlər  yarana  bilər.  Nəzərə  almaq 

lazımdır  ki,  etambutol bu preparat üçün depo-hüceyrə  rolunu  oynayan  eritrositlərdə 

toplanır.  Bu  səbəbdən  preparatın  qəbulunu  kəsdikdən  sonra  da  onun  patoloji  təsiri 

davam edə bilər. Etionamid və izoniazidin görmə sinirinə patolji təsir etməsi  halları 

da mümkündür.   

 Vərəm  əleyhinə  antibiotiklər  baş  beyinin    VIII    cüt  sinirinə  toksiki  təsir 

edərək, eşitmənin və vestibulyar aparatın patologiyasına səbəb ola bilir. Streptomisin 

ən  çox  eşitmə  aparatına  mənfi  təsir  göstərir  (daxili  qulağın  endolimfasında 

streptomisinin  miqdarı  periferik  qana  nisbətən  50-100  dəfə  çox  olur).  Kanamisin 

əsasən  vestibulyar  aparatın  patologiyasını  yaradır.  Bu  preparatların  eyni  vaxtda 




38 

 

yaratdığı  oto  və  nefrotoksiki  təsiri  antibiotiklərin  orqanizimdə    kumulyasiyası 



nəticəsində baş verir ki, bu da  VIII cüt baş beyin sinirinə neqativ təsiri dərinləşdirir.  

Eşitmə  qabiliyyətinin  pozulmasının  ilk  vaxtlarında  preparatıların  istifadəsi 

kəsilməlidir. Belə ki, müalicənin həmin preparatla  davamı  tam karlığa gətirib çıxara 

bilər. 


Ədəbiyyatdan belə məlum olur ki, birinci sıra preparatlar fəqərəarası disklərdə 

distrofik dəyişikliklər yarada bilir. 

Ürək-qan damar sisteminə əsasən HİNT preparatları, xüsusən  izoniazid toksiki 

təsir göstərir. Ürəyə həmçinin streptomisin və kanamisin arzu olunmaz təsir edə bilir. 

Kliniki  olaraq  bu  özünü  ürək  nahiyyəsində  ağrılar,  arterial  təzyiqin  yüksəlməsi, 

taxikardiya,  EKQ-da  miokardda  distrofik  dəyişikliklər  kimi  biruzə  verir.    Birbaşa 

olaraq vərəm əleyhinə preparatların ürəyə təsiri haqqında məlumatlar yoxdur. Lakin, 

məlumdur ki, bu preparatlar artıq yaranmış ürək patologiyasını dərinləşdirə bilir. Belə 

ki,  kardiotoksiki  reaksiyalar  xəstələrin  15%  hissəsində  müşahidə  olunur.  

Multirezistent  və  geniş  dərmana  davamlı  xəstələrin  müalicəsində  istifadə  olunan  

aktivliyi  müəyyənləşdirilən  dərmanlar    qanın  plazmasını  metobolik  balansını 

pozduğu üçün ürəyin fəaliyyətinə mənfi təsir edə bilir. Belə preparatlara delamanid, 

bedaqulin    aiddir.  Dərmanların  qəbulu  zamanı    elektrokardioqrafiyada  QT 

intervalının yüksəlməsi ciddi aritmiyalar yaradır və ölümlə nəticələnir.   

Vərəm  əleyhinə  preparatlar  tənəffüs  orqanlarında  da    toksiki  zədələnmələr 

törədə  bilərlər.  Əksər  hallarda  əlavə  təsiri  spesifik  prosesin  fəallaşmasından  

fərqləndirmək  mümkün  olmur.  Antibakterial  preparatlar  alveolyar  makrofoqların 

aktivliyini  28  dəfə,  interstisial  makrofaqların  aktivliyini  4  dəfə  azaldır.  Həmçinin, 

rifampisinin  ağ  ciyər  hüceyrələrinə  toksiki  təsiri  haqqında  məlumat  vardır.  Bu 

preparat  limfosit  və  alveolyar  makrofoqlar  arasında  təması    pozur.  Vərəm  

xəstələrində izoniazid ağ ciyər kapillyarlarının rezistentliyini azaldaraq qanhayxırma 

və ya ağ ciyər qanaxması kimi ağırlaşmalara səbəb olur. 

Aparılan  təhlildən  belə  bir  nəticəyə  gəlmək  olur  ki,  spesifik  dərmanların  hər 

biri  ayrılıqda  yanaşı  təsirlər  törədir.  Dərmanların  kombinasiya  şəkilində  işlədilməsi 

zamanı  isə  bu  təsirlər  birləşərək  daha  ciddi  şəkil  alırlar.  Əksər  hallarda  yanaşı 

təsirlərin səviyyəsi dərmanların dozasından asılıdır. Yanaşı təsirlərin qarşısını almaq 

üçün    müalicə  başlanan  andan  profilaktik  tədbirlər  aparılmalıdır.  Yanaşı  təsir  baş 

verdikdə  onun  hansı  preparatdan  olduğunu,  preparatın  qəbul  edilən  dozasının 

düzgünlüyü,  yanaşı  təsirin  ağırlıq  dərəcəsi  müəyyənləşdirilməlidir.  Yüngül  yanaşı 

təsirlər zamanı preparatın dozası azaldılmalı, lazım gələrsə qəbulu dayandırılmalıdır. 

Adətən belə hallarda dərmanlar aşağı dozadan başlayaraq təyin edilir,  sonra isə doza 

tövsiyyə olunan səviyyyə qədər artırılır. Bəzən dərmanların gündəlik dozası  bir neçə 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə