Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Y.Ş.Şıxəliyev, İ.Ə. Qasımov, M. A.Şıxlinskaya



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix18.05.2018
ölçüsü0,54 Mb.
#44506
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

29 

 

vasitələrinə  qarşı  davamlılıq    müşahidə  olunduqda    adekvat  müalicə  sxemasının  



tətbiqi zamanı  istifadə olunur.  Bu dərmanlara  Makrolidlər - Rovomisin, Linezolid, 

Klofazemin,  Amoksisillin  /  Klavulanat,  İmipenem,  Klaritromisin,  Bedaquilin, 

Delamanid və s.  aiddir.  

 

Makrolidlər    müxtəlif  növ    mikobakteriyalarda    antibakterial  aktivliyə  malik 



preparatlardır.  Makrolidlərin təsirinin effektliyi  toxumanın pH –dan asılıdır. Belə ki 

,  preparatlar  neytral    və  qələvi  mühitdə  effektli  təsir  göstərirlər.    Bu  isə  preparatın 

makrofaqların daxilində mikobakteriyalara təsir etdiyini göstərir.   

Rovomisin  -  makrolidlər    içərisində      təhlükəsiz    preparat  sayılır.    Sübut 

olunmuşdur ki, bu preparat  vərəmin müalicəsi zamanı  yanaşı infeksiyanın qarşısının 

alınmasına  xidmət  edir.    Sutkalıq  dozası  3.0    ml  olmaqla  gündə  2-3  dəfə  5-10  gün 

ərzində müalicə aparılır.  Yeganə makrolid preparatdır ki, hamiləlik zamanı istifadə 

etmək mümkündür.  

Linezolid (Lzd) – mikobakteriyaya bakteriosid təsir göstərir. Çox hallarda çox 

dərmana  davamlı    vərəmin    müalicəsində  əsas  preparat  kimi    istifadə  olunur. 

Preparatın    qəbulu  zamanı  əlavə  təsirlərinə  mielosupresiya  (anemiya,  leykopeniya, 

trombositopeniya),  periferik  neyropatiya  və    laktoasidoz    aiddir.    Ədəbiyyatdan 

məlumdur  ki,    linezolid  qəbulu  zamanı  periferik  neyropatiya  və  görmə  sinirinin 

zədələnməsi halları  müşahidə oluna bilir.  Hətta multirezistent və polirezistent vərəm 

xəstələrinin bu preparatla müalicəsi zamanı görmənin  tam itməsi hallarına da təsadüf 

edilməsi mümkündür. Hemoqlobinin səviyyəsi 8 q/l-dən az, trombositlərin səviyyəsi 

50000  mm

3

  –dan  az  olduqda  preparatın  qəbulu  məsləhət  olunmur.  Preparat  10 



yaşından aşağı uşaqlara 10 mq/kq dozada  sutkada iki dəfə olmaq şərti ilə, 10 yaşdan 

böyük  uşaqlara  sutkada    300  mq  (600  mq  –dan  çox  olmamaq  şərti  ilə)  təyin  oluna 

bilər.  Yaşlı xəstələrə gündəlik doza 600 mq təşkil edir. Ciddi əks təsir əlamətləri baş 

verdikdə  doza  300 mq-a qədər azaldılır.   

 Klofazemin (Cfz) – təsir mexanizması tam tədqiq edilməsə də bəzi ölkələrdə 

vərəmin müalicəsində tətbiq olunur.  Preparatın qəbulu zamanı  əlavə təsirlərə - işığa 

həssaslıq, 

dəri 


piqmentasiyasının 

pozulması, 

mədə-bağırsaq 

sisteminin   

pozğunluğuna dair əlamətlər,  elektrokardiqrafiyada  QT dişinin  uzanması  müşahidə 

olunur. Klofamizinin    tətbiqi  zamanı  dermatit şəklində  yaranan  allergik  reaksiyalara 

daha çox təsadüf edilir. Gündəlik doza 2-3 mq/kq  bir  dəfəyə qəbul olunur.   

 Amoksisillin/Klavulanat  (Amx/Clv)    Beynəlxalq  adı  amoxicillin  clavulanik  

acid adlanır.  Hər bir tabletkanın tərkibində trihidrat şəklində 875 mq amoksisillin və  

125  mq    kalium  duzu  şəkilində  klavula  turşusu  (7:1  nisbətində)  vardır.    Preparat 

əsasən  vərəm  zamanı  prosesə  qoşulmuş  ikincili  infeksiyanın    ləğv    edilməsinə  

köməklik    göstərir.  Amoksiklavın  təyininə    uşaqlarda  və  böyüklərdə  aşağıdakı 




30 

 

infeksiyaların olması   göstərişdir:    təyin olunmuş kəskin bakterial sinusit;   kəskin 



orta otit; düzgün təyin olunmuş  xroniki bronxitin kəskinləşməsi;  xəstəxanadan kənar 

pnevmoniya;  sistit;    pielonefrit;      dəri  və  yumşaq  toxumaların  infeksiyaları,  o 

cümlədən  dərialtı  toxumanın  iltihabı,  heyvanların  dişləməsi  nəticəsində  yaraların 

əmələ gəlməsi;  dişin yayılmış fleqmona ilə müşayiət olunan ağır absesi; sümük və 

oynaq infeksiyaları, o cümlədən osteomielit.  

 

Hamiləlik  zamanı  və qara ciyər çatmamazlığı əlamətləri  müşahidə olunarkən 



preparatın istifadə edilməsi  arzu edilməzdir.   

 

 Çəkisi 40 kq –dan yüksək olan uşaqlara  və yaşlılara sutkada  2 dəfə  qəbulu  



zamanı    1750  mq  amoksisillin    və  250  mq  klavulan  turşusu,  3  dəfəyə  qəbulda  isə 

2625  mq  amoksisillin  və  375  mq  klavulan  turşusu  verilir.    Bədən  çəkisi  40  kq-dan 

aşağı olan uşaqlara  sutkada  amoksisillin  1000-2800 mq, klavulan isə 145-400 mq 

səviyyəsində təyin olunur.  

 

Preparatın  qəbulu  zamanı      tez-tez  rast  gəlinən  arzu  olunmaz  reaksiyalara:- 



diareya,  ürəkbulanma  və  qusma,  dəri  və  selikli  qişaların    kandidozu,  qan  və  limfa 

sistemində 

pozğunluqlar 

(leykopeniya, 

neytropeniya, 

trombositopeniya, 

aqranulositoz,  hemolitik  anemiya,  qanaxma  müddətinin  və  protrombin  müddətinin 

uzanması), immun sistemdə pozğunluqlar (angionevrotik ödem, anafilaksiya, allergik 

vaskulit),  sinir  sistemində  pozğunluqlar  (baş  gicəllənmə,  baş  ağrısı,  hiperreaktivlik, 

qıcolmalar),  qara  ciyər  və  ödcıxarıcı  yollarda  pozğunluqlar  (hepatit,  xolestatik 

sarılıq), allergik reaksiyalar və s. aiddir.   

İmipenem/Cilastin  və  Meropenem.  Karpopenemlər    (imipenem  və 

meropenem)  vərəm əleyhinə aktivliyə  malik olan və   cuzi  kliniki effektlik yarada 

bilən  dərman  vasitəsidir.    Mərkəzi  sinir  sisteminin  xəstəlikləri  olan  uşaq  və 

yeniyetmələrdə  meropenemdən    istifadəyə    üstünlük  verilir.  Belə  ki,    bu  preparatın 

qəbulu zamanı qıcolma tutmaları az müşahidə olunur.  Imipenem proksimal  böyrək 

yumaqcıqlarında    dipeptidazanın  təsirindən    tez  parçalandığından  o    dipeptidaza 

inqibitoru  olan silastinlə  birgə istehsal olunur.  Meropenem  böyrək dipeptidazasının 

təsirinə  davamlı  olduğundan    çialistin  ilə  birgə    istifadə  olunmur.  Hər  iki  preparata  

tablet şəklində istehsal olunan cilastin əlavə olunduqda effektlik yüksəlir.  Böyüklər 

üçün normal doza  gündə 875/125  mq 2 dəfəyə və ya  500/125 mq  gündə 3 dəfəyə 

təyin olunur.  

 

Klaritromisin  (Clr)  (dromilid,  klasid).  Bu  preparat    bakteremiya  zamanı  

tətbiq olunur.  Mikobakterium aviumla və QİÇS xəstələrdə  sutkada 1 qr olmaqla  2 

dəfəyə  6 və daha çox ay tətbiq olunur.  Hətta  klaritromisin  monoterapiya şəklində 

tətbiq olunarkən  mikobakteriya ifrazının dayanmasına səbəb olur.  




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə