Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Y.Ş.Şıxəliyev, İ.Ə. Qasımov, M. A.Şıxlinskaya



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix18.05.2018
ölçüsü0,54 Mb.
#44506
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

27 

 

ərzində 1,0 q (0,25 x 4) qəbul edə bilir. Yaşı 60-dan  yuxarı və çəkisi 50 kq-dan az 



olan  xəstələr  üçün  preparatın  dozası  0,5  qramdır.  Preparat  mərkəzi  sinir  sisteminə 

toksiki  təsir  edir.  Xəstələrdə  baş  ağrısı,  yuxusuzluq,  bəzən  əksinə  yuxululuq, 

yaddaşın  pozulması  və  s.  hallar  müşahidə  olunur.    Cərrahi  əməliyyatlardan  öncə 

preparatın təyin edilməsi  məsləhət deyil. Bütün bunları nəzərə alaraq sinir  - psixiki 

pozğunluqlara  malik  xəstələrə  preparatın  təyin  edilməsi  zamanı  ehtiyatlı  olmaq 

lazımdır.  



    

PAST  (PAS)  (para-aminosalisilat  natrium)  preparatın  bakteriostatik  aktivliyi 

əsas  spesifik  qrupa  aid  olan  dərmanlardan  izoniazidə  və  streptomisinə  nisbətən 

zəifdir. Sutkalıq dozası 9-12 qramdır (3-4 q x 2-3 dəfə gün ərzində). PAST yeməkdən 

sonra süd və ya qələvi mineral sularla içilməlidir. Mədə - bağırsaq traktında dispeptik 

əlamətlərin  qarşısını  almaq  üçün  düzgün  qida  rejiminin  tətbiq  edilməsi  vacibdir 

(qidanın günün eyni vaxtında qəbulu, qidanın gündə 3 dəfə qəbulu, həddindən artıq 

qida  qəbul  etməmək  və  s.).  Preparatın  qəbulu  çətinlik  törətdikdə  sutkalıq  dozanı  6 

qrama  endirmək  olar.  Dərmanın  qəbulu  üçün  əks  göstəriş  mədə  və  12  -  barmaq 

bağırsağın xora xəstəliyi, qastrit, qara ciyər xəstəlikləri (hepatit, qara ciyərin sirrozu), 

nefrit, amilaidoz, qalxanvari vəzin hipofunksiyası və s. sayılır.  

   PAST vena daxilinə 3% 300-400 ml məhlul şəklində (100 ml məhlulla 0,5 q 

stabilizator  -  ranqalit  əlavə  edilməklə)  təyin  edilə  bilir  (dəqiqədə  30-40  damcı  2-3 

saat  müddətində).  Eyni  zamanda,  hətta  vena  daxilinə  5%  izoniazid  və  0,5-1  q 

streptomisin,  kalsi  xlor  duzu  da  yeridilə  bilər.  Məhlulu  hazırlamaq  üçün  apirogen 

distillə  edilmiş  sudan  istifadə  edilir.  Sterilizasiyadan  sonra  məhlul  şəffaf,  rəngsiz, 

iysiz  olmalıdır.  Preparat  vena  daxilinə  ehtiyatla  köçürülməlidir.  Manipulyasiyadan 

sonra  xəstə  1-2  saat  sakit  uzanmalıdır.  Manipulyasiya  zamanı  xəstədə  toksiko-

allergik  reaksiyalar  müşahidə  oluna  bilər.  Hətta,  anafilaktik  şok  baş  verə  bilər.   

PAST-ın  vena  daxilinə  təyini  flebit  və  tromboflebit  xəstəliklərində,  qanın 

laxtalanması  yüksək  olduqda,  dərmanlara  qarşı  allergiya  müşahidə  edildikdə, 

hamiləlik  zamanı,  ürək-damar  xəstəliklərində  (hipertoniya,  yayılmış  ateroskleroz, 

ürək-damar çatmamazlığının dekompensasiya fazasında), qara ciyərin və ya böyrəyin 

xəstəliklərində  (nefrit,  sirroz),  ağ  ciyər  qanaxmalarında,  epilepsiya,  miksedema 

xəstəliklərində  əks  göstərişdir.  Vərəm  əleyhinə  preparatların  peroral  təyini    ağız 

boşluğunun və mədə-bağırsaq  sisteminin  selikli qişasının zədələnməsinə səbəb ola 

bilir.  PAST-ın  Na  duzu  xlorid  turşusunu  neytrallaşdırır.  Bu  zaman  mədənin  selikli 

qişasını  qıcıqlandıran təmiz PAST- ı su yaranır. PAST-ın uzun müddətli və düzgün 

olmayan    şəraitdə  saxlanılması    zamanı  meta-aminofenol  qarışığının  yaranması  baş 

verir ki,     bu da selikli qişanın  əlavə zədələnməsinə gətirib çıxarır. Əlavə təsirlər, 

əsasən iştahanın pozulması,  ağızda    metal  dadının  yaranması,  ürəkbulanma,  qusma, 




28 

 

diareya, mədə sekresiyasının dəyişilməsi ilə özünü biruzə verir. Xəstələrin yarısında 



kimyəvı  terapiyanın  4-5-ci  ayında  dizbakterioz  yaranır.  Vitamin,  xüsusən      B  qrup 

vitaminlərinin mübadiləsi əsaslı  sürətdə  pozulur. Spesifik dərmanlardan rifampisin, 

pirazinamid əsasən etambutol və levofloksasin ilə  kombinə edildikdə mədəaltı vəzin 

funksional  fəaliyyətinin  həm  ekskretor  zonasının,  həm  də  insulyar  aparatının  

pozulması  baş  verə  bilir.  Ağ  ciyər  vərəmi  olan  xəstələrdə  yanaşı  “şəkərli  diabet” 

xəstəliyi varsa, yuxarıda göstərilən preparatlar və eləcə də  nadir  hallarda izoniazid, 

mədəaltı  vəzin    fəaliyyətində  olan  dəyişikliyi  daha  da  dərinləşdirir.  Nəticədə  diabet 

xəstəliyi ağırlaşır. 

Vərəm  əleyhinə  preparatların  əksəriyyəti  sidiklə  xaric  olur  ki,  bu  da  onların 

nefrotoksiki  təsirinə  səbəb  ola  bilir.  Böyrəklərə  streptomisin,  kanamisin,  rifampisin, 

nadir  hallarda  PAST  toksiki  təsir  göstərir.  Bu  preparatlarla  müalicə  fonunda 

mikrohematuriyanın,  albuminuriyanın  yaranması,  böyrəklərin  yumaqcıq,  kanal  və 

ekstramedulyar  aparatının  morfoloji  dəyişikliyi  ilə  əlaqəli  funksional  fəaliyyətinin  

nəzərə çarpacaq dərəcədə pozulduğunu  göstərir. Yumaqcıq filtrasiyasının zəifləməsi 

azot  ifrazı  funksiyasını  pozur.  Böyrəklərin  qatılaşdırma    funksiyasının  azalması  

nəticəsində dərin, bəzən geriyə dönməyən dəyişikliklər  baş verə bilir.   

Vərəm  əleyhinə  preparatlar  yalnız  insulyar  aparatı  deyil,  digər  endokrin 

vəzilərə də toksiki təsir edə bilirlər. Etionamidin, PAST-ın  antitiroid təsiri haqqında 

məlumat  mövcuddur.  Kişilərdə  ginekomastiya,  qadınlarda  menstrual  tsiklin 

pozulması izoniazid, etionamid  qəbulunda müşahidə edilir. 

Xəstələrin  əksər  hissəsində  kimyəvi  terapiyanın  altıncı  ayında  vitamin 

mübadiləsində  nəzərə  çarpacaq  dəyişikliklər  müşahidə  olunur.  Bağırsaqlarda  baş 

verən    dəyişikliklər  nəticəsində  vitamin  çatmazlığı,  əsasən    B  qrup  vitaminlərin 

bakterial  sintezi  və  sorulması  prosesi    kəskin  şəkildə    pozulur.    Vitamin 

mübadiləsinin  pozulması  sinir  sistemi  tərəfindən  astenovegetativ  sindrom, 

ensefalopatiya  şəklində  özünü  biruzə  verir.  Həmçinin  miokardın,  qara  ciyərin 

funksional fəaliyyətinin dəyişikliyini yarada bilir.   

PAST rifampisinin sorulmasının  qarşısını alır.  Ona görə də, 8 saat intervalla 

təyin olunmalıdır.  PAST aminoqlükozidlərin antibakterial təsirini azaldır.  Eləcə də, 

B

12



 vitamininin  mənimsənilməsini  55%  halda  zəiflədir.    PAST-ın qəbulu  diqoksinin 

qanda 40% enməsinə səbəb olur.  

 

Dərmana davamlı vərəmin müalicəsində istifadə olunan yeni  preparatlar 

Dərmana    davamlı    vərəmin  müalicəsində  effektivliyi  və  eləcə  də    uzun 

müddətli qəbulu zamanı təhlükəsizliyinə dair məhdud  məlumat olan vərəm əleyhinə 

dərman  vasitələri  bu  qrupa  aiddir.    Bu  dərmanlar  1-4-cü  qrupa  daxil  olan  dərman 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə