Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Y.Ş.Şıxəliyev, İ.Ə. Qasımov, M. A.Şıxlinskaya



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix18.05.2018
ölçüsü0,54 Mb.
#44506
1   2   3   4   5   6   7   8   9   10   ...   25

15 

 

azaldılması,  qaraciyərin  və  böyrəklərin  funksiyasına  nəzarət  olunması  məsləhətdir.  



Uşaqlara  normada  10-20  mq/kq  təyin  olunur.  Ümumdünya  Səhiyyə  Təşkilatının 

ekspertləri hamilə qadınlara da pirazinamidin qəbulunu məsləhət bilirlər. Pirazinamid 

ana  südünə  çox  az  miqdarda  keçir.  Eksperimentdə  kanserogen  təsiri  aşkar 

olunmamışdır.    Pirazinamidin    metionin,  siankobolamin  və  qlükoza  ilə  birgə  təyini  

onun toksiki təsirini azaldır.   

 

  Vərəm əleyhinə inyeksion dərmanlar 



 

Streptomisin  (sulfat)    -  aminoqlikozid  olub,  geniş  spekterli  antibiotikdir, 

parenteral  -  əzələ  daxilinə  vurulduqda  çox  asan  şəkildə  toxuma  arası  mayeyə 

sorularaq  bakteriosid  təsirini  göstərir.  Preparat  toz  şəklində  500  mq  və  1000  mq 

dozada flakonlarda buraxılır, 2-8°C rejimində saxlanılır.  15 mq/kq hesabı ilə hər gün 

əzələ  daxilinə  gündə  bir  dəfə  vurulur.  Bunun  üçün  preparat  2-3  ml  steril  fizioloji 

məhlulda  və  ya  distillə  edilmiş  suda  həll  edilir.  Xəstələr  ağrı  hiss  etdikdə  və  ya 

onların  ağrılara  dözümlüyü  az  olduqda  0,25  %-  0,5  %  novokain  məhlulunda 

streptomisin həll edilir və vurulur. Eyni zamanda, streptomisini inhalyasiyada traxeya 

daxilinə qəbul etmək olar (bu şərtlə ki, hiperhəssaslıq və yaxud da allergiya olmasın). 

Bu 15 rnkq/kq hesabı ilə sutkada 1 dəfə və yaxud vərəmli xəstələr üçün həftədə 2-3 

dəfə  yeridilir.  Streptomisin,  adətən,  xəstələrə  səhər  saat  11  radələrində  vurulur. 

Streptomisin  3-4  ay  müddətə  qəbul  oluna  bilər.  Preparatın  flakonu  açıldıqdan  sonra 

streptomisinin  aktivliyi  otaq  temperaturunda  1  saata  qədər,  soyuducuda  isə  14  günə 

qədər  qala  bilər.  Uşaq  və  yeniyetmələrdə  streptomisin  sutkada  15-20  mq/kq  təyin 

olunur,  ancaq  uşaqlara  0,5  qr  və  yeniyetmələrə  0,75  qr  təyin  etmək  olar.  Ağrılı 

inyeksiya  oldugu  üçün  və  eşitmə  sinirində  pozğunluq  yaratmasına  görə  13  yaşına 

qədər uşaqlara streptomisinin tətbiqi məsləhət deyil.      

Kliniki  müayinələr  zamanı  in  vitro  streptomisin  vərəm  mikobakteriyalarına 

qarşı yüksək aktivlik göstərir. Digər aminoqlükozidlər kimi streptomisin qram mənfi 

floraya  daha    aktiv  təsir  edir.  Preparat  iltihabı  prosesin  aktiv  fazasına  yaxşı  təsir 

göstərir  və  infiltrasiyanı aradan  götürür. İnkapsulyasiyaya  uğramış  proseslərdə təyin 

etmək  lazım  deyil.  Belə  ki,  toxumalann  sklerozlaşmasını  stimulə  edən  antibiotikdir. 

Streptomisinin  hüceyrə  divarından  keçmə  qabiliyyəti  yoxdur,  beyin  qişalarından  və 

plevradan  keçə  bilmir.    Sürətlə  çoxalan  mikobakteriyalara  qarşı  aktivdir,  xüsusilə 

hüceyrə  xaricində  yerləşən  əksər  toxumaların  hüceyrəxarici  komponentlərinə  daxil 

ola bilir, vərəm kavernasında bakteriosid konsentrasiya səviyyəsinə qalxa bilir.   

Preparat praktiki olaraq mədə-bağırsaq yollarından sorulmur, ona görə də bunu 

əzələ daxilinə yeridirlər, inyeksiyadan 1 saat sonra qanda konsentrasiyası maksimum 




16 

 

həddə çatır. Preparatın xeyli hissəsi plevra mayesinə və ağciyərdəki boşluqlara düşür. 



Streptomisinin  kazeoz  ocaqlara  keçməsi  çox  azdır.  Bundan  başqa,  inkişaf  etmiş 

ağciyər toxumasının fibrozunda preparat az perspektivli sayılır. Haram ilik mayesinə 

preparat  az  miqdarda  düşür,  ancaq  burada  iltihabı  proses  yarandıqca,  yəni  beyin 

qişalarının iltihabı inkişaf etdikcə, onun da konsentrasiyası arta bilir. Streptomisinin 

80%-ə qədəri 24 saat ərzində sidiklə dəyişməmiş halda xaric olunur.   

Streptomisinin  fəsadları  8-27%-ə  qədərdir.  Bəzi  hallarda  inyeksiyadan  sonra 

ağız ətrafında hissiyatın zəifləməsi və paresteziya əlamətləri ola bilər. Streptomisin, 

əsas  etibarilə,  8-ci  beyin  kəllə  sinirini  zədələyir,  yəni  ototoksiki  təsiri  var.  Allergik 

reaksiyalar  -  səpgi,  hərarət,  anafilaktik  şok  törədə  bilir.  Uzun  müddətli  qəbul 

edilərkən immuniteti zəiflədir. Böyrək çatışmazlığı zamanı preparat ehtiyatla istifadə 

olunmalıdır.  Allergik  reaksiyalar  baş  verərkən  (xüsusilə  müalicənin  birinci  günləri) 

preparatı tədricən dayandırmaq lazımdır. Sonralar desensibilizasiya ola bilər. Allergik 

reaksiyalardan  eksfoliativ  dermatit,  qurdeşənəyi,  angionevrotik  ödem,  çox  formalı 

ekssudativ  eritema,  makulopapulyoz  dermatit,  zərdab  xəstəliyi  və  hətta  plevranın 

orqanospesifik  zədələnməsi  baş  verə  bilər.  Nadir  hallarda  hemolitik  və  aplastik 

anemiya,  aqranulositoz,  trombositopeniya  və  lüqoid  (qurd  eşənəyinə  bənzər) 

reaksiyalar  kimi  fəsadlar  aşkar  olunur.  Streptomisin  parenximatoz  orqanlara  təsir 

edərək  qaraciyər  və  böyrəklər  tərəfindən  toksiki  reaksiyalar  əmələ  gətirə  bilər. 

Nefrotoksikliyinə  görə  streptomisin  o  biri  tuberkulostatiklərdən  seçilir.  Streptomisin 

təyin  edildikdən  əvvəl  xəstədə  audiometriya  aparılmalı  və  böyrəklərin  filtrasiya 

funksiyası 

öyrənilməlidir. 

Nefrotoksik 

təsirlər 

zamanı 

sidikdə 


zülal, 

mikrohematuriya,  qanda  azot  qalıqlarının  yüksəlməsi  və  s.    müşahidə  olunur.  Bu 

zaman  da  preparatın  dayandırılması  vacibdir.  Streptomisini  digər  nefrotoksiki 

dərmanlarla birlikdə təyin etmək olmaz. 

Uzun müddətli qəbulu zamanı ağciyərlərin torlu fibrozunun  inkişafı hesabına  

xarici  tənəffüsün  funksiyası  zəifləyə  bilər.  Belə  məlumatlar  var  ki,  streptomisinin 

uzun müddət qəbulu zamanı orqanizmdə vitaminlərin, xüsusilə riboflavin və nikotin 

turşusunun  miqdarı  azalır.  Yadda  saxlamaq  lazımdır  ki,  streptomisin  sülfatın 

tərkibində  metabisulfit  natrium  vardır  ki,  bu  da  anafilaktik  və  astmavari  vəziyyət 

yarada bilir. Əgər dozanın artıq olması hesabına zəhərlənmə baş verərsə, hemodializ 

və  simptomatik  müalicə  aparmaq  lazımdır.  Spesifik  antidotu  və    bütün  toksiki 

təsirlərinə qarşı hər hansı bir maddə yoxdur.   

Streptomisin  sinir  sistemində  eyforiya,  yuxusuzluq,  baş  ağrısı,  bəzən  qısa 

müddətli şüurun itməsi, qıcolmalar, psixoz kimi arzu olunmayan hallar yaradır.  Bəzi 

hallarda,  ürək-damar  sistemi  xəstələrində  preparatın  qəbulu  zamanı  döş  qəfəsində 

ağrılar müşahidə olunur. Ürək-qan damar sisteminə əsasən streptomisin arzu olunmaz 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə