Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Y.Ş.Şıxəliyev, İ.Ə. Qasımov, M. A.Şıxlinskaya



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix18.05.2018
ölçüsü0,54 Mb.
#44506
1   2   3   4   5   6   7   8   9   ...   25

13 

 

sonra müalicə dövründə hər ay ərzində 1 dəfə görmənin itiliyi və görmək qabiliyyəti 



təkrari yoxlanmalıdır. Xüsusən, binokulyar görmə yoxlanmalıdır, çünki bəzən proses 

birtərəfli ola bilər  

Dərman  qəbulu  zamanı  baş  ağrıları,  paresteziyalar,  keçib  gedən  dispeptik 

pozğunluqlar  9,5%  hallarda  müşahidə  olunur.  Etambutolu  qəbul  edərkən  podaqra 

kəskinləşə  bilər,  belə  ki,  preparat  uratların  böyrək  klirensini  azaldır.  Anafilaktik 

reaksiyalar  və  periferik  sinirlərin  nevriti  də  müşahidə  ola  bilər.  Etambutolun  qəbulu 

zamanı  müalicənin  başlanğıcında  baş  gicəllənməsi,  bronxospastik  reaksiyalar  da 

müşahidə olunur, öskürək və bəlğəm arta bilər.  

Etambutolun  təyini  zamanı  eritrositlərin  hemolizi,  dəridə  səpkilər  kimi  əlavə 

təsirlər  baş  verir,  dispeptik  əlamətlər  müşahidə  olunur.  Bəzi  hallarda  etambutol  və 

streptomisin  birgə  qəbulu  zamanı  sinir  sistemində  eyforiya,  yuxusuzluq,  baş  ağrısı, 

qısa  müddətli  şüurun  itməsi,  qıcolmalar,  psixoz,    depressiya  kimi  arzu  olunmayan 

hallar baş verə bilər. Neyrotoksiki fəsadların xarakteri və ağırlıq dərəcəsi   xəstələrin 

emosional ləbilliyindən, onlarda sinir sistemi xəstəliklərinin olmasından,  alkoqolizm 

kimi yanaşı faktorların olmasından  çox  aslıdır.   

Etambutolun  etionamidlə  qəbulu  tövsiyyə  olunmur,  çünki  onların  farmokoloji 

antoqonizm  var.    Ümumilikdə    etambutolun  neyrotoksik  preparatlarla  qəbulu 

məsləhət deyil.  



Pirazinamid  (Z)  –  (Pyrazinamidum)  pirazinkarbon  turşusunun  amididir, 

sintetik tuberkulostatikdir, Mikobakteriyalara qarşı zəif bakteriostatik təsirə malik, az 

toksiki preparatdır. Böyük dozada bakterisid təsirə malikdir, in vitro və in vivo təsdiq 

olunmuşdur  ki,  zəif  turş  mühitdə  aktivlik  göstərir.  Vərəm  mikobakteriyalarında 

birincili  davamlıq  bu  preparata  qarşı  nadir  hallarda  aşkar  olunur.  Pirazinamidlə 

monoterapiya zamanı tez bir zamanda davamlıq yaranır.   

Pirazinamid  hüceyrədaxili  və  hüceyrəxarici  vərəm  mikobakteriyalarına  qarşı 

effektlidir.  Preparat  inkapsulyasiya  olunmuş  ocaqlara  yaxşı  keçir  və  aktivliyini  turş 

mühitdə, kazeoz kütlələrdə və kəskin iltihabı ocaqlarda dəyişmir.   

Pirazinamid mədə-bağırsaq sistemində tez sorulur və orqanizmin bütün toxuma 

və  mayelərinə  daxil  olur.  Meningit  zamanı  haram  iliyi  mayesində  konsentrasiyası 

qandakı  qədər  olur.  Qaraciyərin  və  böyrəklərin  funksiyası  normal  olan  xəstələrdə 

pirazinamidin  yarım  parçalanma  dövrü  10  saata  qədər  çəkir.  Bu  orqanların 

funksiyaları  pozulduqda  isə  yarım  xaricolma  artır.  Metabolizm,  əsas  etibarilə, 

qaraciyərdə  gedir.  Orada  pirazinamid  əsas  metabolit  olan  pirazin  turşusuna  qədər 

hidrolizə  uğrayır,  70%-ə  qədər  metabolizm  məhsulları  24  saat  ərzində  sidiklə  xaric 

olur.  Preparat  xəstəliyin  kəskin  mərhələsində  birinci  iki  ay  müddətində  yüksək  təsir 

edir  və  gələcəkdə  xəstəliyin  residivinin  baş  verməsinin  qarşısını  alır.  Pirazinamid 




14 

 

qəbulu  zamanı  bazu  oynağında  artralgiya  və  mialgiya  müşahidə  olunur.  Oynaq 



sindromu, ən çox   dərmanın gündəlik qəbulu zamanı müşahidə olunur, fasiləli qəbul 

zamanı isə tək-tək hallarda müşahidə oluna bilər. Podaqradan fərqli olaraq bu zaman 

həm  iri,  həm  də  xırda  oynaqlar  zədələnir.  Əsas  fəsadlardan  biri  hiperurikemiya 

sayılır. Hiperurikemiya - pirazinamidin əsas metaboliti olan pirazinkarbon turşusunun 

(sidik turşusunun) böyrək kanallarında sekresiyasının qarşısının alınması ilə bağlıdır.  

Simptomatik  müalicə  asetilsalisil  turşusu  ilə  yetərli  olur  və  pirazinamidin 

müalicəsini  dayandırmaq  çox  nadir  hallarda  baş  verir.  Hiperurikemiyanı  həm  də 

kortikotropinin  təyinatı ilə  azaltmaq  olar.  Pirazinamidin  hepatotoksiki təsirinin  2%-i 

keçmir  və  bu  preparatın  dozasından  asılıdır.  Buna  baxmayaraq  preparatın 

hepatotoksik  təsiri  nəzərə  alınmalıdır.  Pirazinamid  təyin  olunandan  əvvəl  qan 

zərdabında  sidik  turşusunun  konsentrasiyası,  qaraciyərin  funksiyaları  öyrənilir. 

Müalicə  əsnasında  hər  ay  qanda  aminotransferazanın  (ALT,  AST),  bilirubinin 

fraksiyaları, QQT, sidikdə urobilinin miqdarı, eləcə də timol sınagı yoxlanılmalıdır. 

Preparatın  qəbulu  zamanı  tez-tez  müşahidə  olunan    artralgiya,  hepatit, 

hiperurikemiya,  qastroenterit  kimi  ağırlaşmalarla  yanaşı  nadir  rast  gəlinən 

ağırlaşmalar  -  dəri  reaksiyaları,  sideroblastik  anemiya,  diabetin  ağırlaşması, 

böyrəklərin zədələnməsi, mioqlobinuriya ilə rabdimioliz  da mümkündür.  

Preparatın  qəbulu  zamanı  allergik  reaksiya  da  müşahidə  olunur.  Dərman 

qızdırması, dizuriya baş verir.  Bəzi xəstələrdə qanda şəkərin miqdarı artır. Odur ki, 

preparat  şəkərli  diabetli  xəstələrə  bir  qədər  ehtiyatla  təyin  olunmalıdır.  Tək-tək 

hallarda  periferik  qanda  trombositopeniya,  eritroidli  hiperplaziya,  sidoroplastik 

anemiya, 

eritrositlərin 

vakuolizasiyası 

və 

qanın 


zərdabında 

dəmirin 


konsentrasiyasının  artması  hallarına  rast  gəlinir.  Əvvəlki  illərdə  pirazinamidin 

toksikliyi  haqqında  fikirlər,  yəqin  ki,  preparatın  etionamid  və  sikloserinlə  uzun 

müddət birgə qəbulu ilə bağlı olmuşdur.  Dozadan artıq qəbul olunma və zəhərlənmə 

zamanı  pirazinamid  üçün  spesifik  antidod  olmadığı  üçün  mədə  təcili  yuyulmalı, 

qaraciyərin  funksiyası  nəzarətdə  saxlanmalı  və  simptomatik  müalicə  aparılmalıdır,  

bu zaman  hemodializ effektli metod sayılır.    

Preparat  tabletkalarda  400,  500  və  700  mq  şəklində  buraxılır.  Yaşlılar  üçün 

sutkalıq doza 1,5-2 qr (25-30 mq/k:q) olmaqla hər gün: 50 mq/kq olmaqla həftədə 3 

dəfə; həftədə 1 dəfə 90 mq/kq-dir (ancaq sutkada 3 qramdan artıq olmamaq şərtilə). 

Adətən,  doza  2-3  qəbula  bölünür.  Son  zamanlar  dərmanın  birdəfəlik  sutka  ərzində 

qəbul  olunması  məqsədəuyğun  sayılır.  Preparatın  səhər  saat  10-da  yeməkdən  sonra 

qəbul  olunması  tövsiyə  olunur.  Pirazinamid  başqa  preparatlarla  birlikdə  2-6  ay 

müddətində  və  daha  çox  qəbul  oluna  bilər.  QİÇS-ə  yoluxmuş  xəstələrdə  preparatın 

qəbulu    daha  uzun  müddət  tövsiyə  olunur.  Xəstələrə  65  yaşdan  başlayaraq  dozanın 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə