Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Y.Ş.Şıxəliyev, İ.Ə. Qasımov, M. A.Şıxlinskaya



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix18.05.2018
ölçüsü0,54 Mb.
#44506
1   2   3   4   5   6   7   8   9   ...   25

 

daxilinə qısa təsirli barbituratlar və yaxud piridoksin (1 ml 5% məhlul əzələ daxilinə), 



və  tiamin  (1  ml  5%  əzələ  daxilinə),  az-az  hallarda  isə  qlütamin  turşusu,  seduksen 

təyin olunur.  

Qanda şəkərin və elektrolitlərin miqdarı və turş-qələvi vəziyyəti öyrənilməlidir. 

Yumaqcıq  filtrasiyası  hemodializin  aparılması  üçün  öyrənilməlidir.  Həblərlə 

zəhərlənmə  baş  veribsə,  preparatın  qəbuIundan  sonra  yaxın  saatlarda  mədənin 

yuyulması müsbət nəticə verir.  

Bəzi hallarda hepatit baş verə bilər. İzoniazid, eksofolliativ və makulopopulyoz 

dermatitin,  trombositopeniyanın,  aqranulositozun,  dərman  qızdırmasının,  vaskulitin 

yaranmasına  səbəb  ola  bilir.  Vərəm    xəstələrində  izoniazid  ağ  ciyər  kapilyarlarının 

rezistentliyini azaldaraq qanhayxırma və ya ağ ciyər qanaxması kimi ağırlaşmalara da 

səbəb olur.  

Tək-tək  hallarda  izoniazidlə  kimyəvi  profılaktika  zamanı  ağır  hərarət 

reaksiyaları müşahidə olunmuşdur. Metabolik asidozun aşkar olunması zamanı təcili 

bikarbonat  natriumun  birdəfəlik  və  yaxud  da  təkrarı,  pH  və  natriumun 

konsentrasiyasına  nəzarət  etməklə  yeridilməsi  məsləhətdir.  Əvvəlcə  astmatik 

diuretiklərin  verilməsi  bir  neçə  saat  davam  edir  və  sonra  qəbul  və  xaric  olunan 

mayeyə nəzarət olunur.  

HİNT  preparatları  10  mq/kq-dan  artıq  hamilə  qadınlarda,  ürəyin  işemiyası 

zamanı,  hipertoniya  xəstəliyinin  II-III  mərhələlərində,  ağciyər-ürək  çatışmazlığının 

III  dərəcəsində,  bronxial  astmada,  psoriaz  və  ekzemanın  kəskinləşmə  mərhələsində, 

xroniki  böyrək  çatışmamazlığında,  kəskin  hepatitdə  və  qaraciyərin  sirrozunda  əks 

göstərişdir.  Rusiya  Federasiyasının    Səhiyyə  Nazirliyinin  vərəm  xəstələrinin 

müalicəsi  üzrə    1998-ci  il  tarixli    dövlət    standartlarına  uyğun  olaraq  izoniazid  alan 

xəstələrə    piridoksin  (vitamin  B

6

)  sutka  ərzində  60-100  mq  mütləq  şəkildə  təyin 



olunur.    Beynəlxalq  tövsiyyələrə  əsasən  sutkada    0.3  mq  Izoniazid    qəbul  edən 

xəstələrdə  hipovitaminoz, disproteinemiya yoxdursa, spirtli  içki  qəbul etmirsə  B6 

vitamini təyin olunmur, lakin fasiləli terapiyada sutkada izoniazidin 15 mq/kq qəbulu 

zamanı  vitamin  B

6

  10  mq    təyin  olunur.  Izoniazidin  PASK  –la  birgə  qəbulu 



izoniazidə   rezistentliyi ləngidir,  qanda konsentrasiyasını yüksəldir.  Streptomisinlə 

birgə  qəbulu  isə  hər  ikisinin  sidiklə  ixracını  zəiflədir,  qanda  konsentrasiyasını 

yüksəldir,  neyrotoksiki  təsiri  artırır.  Glükokortikokosteriodlər  izoniazidin  qanda 

konsentrasiyasını zəiflədir, terapevtik effekti azaldır.  Izoniazid antidepresantların və 

barbituratların təsirini yüksəldir.  Izoniazidlə birgə spirtli içkilərin qəbulu hepatitlərin 

yaranma  riskini  yüksəldir.    İzoniazidin  sulfonilamidlərlə  birgə  qəbulu  birincinin 

mənfi  təsirini  yüksəldir.  Ona  görə  də  izoniazidin  qəbul  dozası  azaldılmalıdır.  

Izoniazidin hipoqlikemik  preparatlarla birgə  qəbulu onun effektliyini  azaldır.   




 

Metazid, ftivazid, solüzid, lorusan da HİNT preparatlarına aiddir.  



 

Ftivazid  –  izonikatinoil  –hidrozon-  vanilin-  suda  həll  olunmayıb,  mədə-

bağırsaq  traktından  ləng  sorulur.    Onun  aktiv  maddəsinin    bakteriositatik 

konsentrasiyası qanda nisbətən az müşahidə olunur. Dərmanın molekulunun yarısını 

bakteriostatik təsirə malik olmayan  vanilin təşkil edir.  

Ftivazidin  bir  hissəsinin  bağırsaqda  sorulmadığını  nəzərə  alsaq,  1  qr  ftivazid 

0.3qr izoniazidə ekvivalent olur. Ftivazidin sutkalıq dozası 1-1.5 qr olub, 2-3 dəfəyə 

qəbul edilir. Qanda onun yüksək konsentrasiyası qəbuldan 2 - 6 saat sonra müşahidə 

olunur. Lakin bu, izoniazidin müvafiq konsentrasiyasından 2 dəfə az olur. Ona görə 

də, güclü inoaktivator kimi izoniaziddən istifadə məqsədyönlüdür.  

Metazid-  molekulunda  –hidrozid  –izonikatin  turşusunu  2  molekulu  metil 

qrupu  ilə  birləşmişdir.  Başqa  sözlə,    Ftivaziddən  fərqli  olaraq  qeyri-aktiv 

bakteriostatik hissə yoxdur. O Ftivazidə nisbətən aktivdir. Suda həll olunur və əksər 

hallarda  mədə-bağırsaq  sistemindən  çox  pis  sorulur.  Ona  görə  də  o,  izoniazidə 

nisbətən  artıq  dozada  sutkada  1.0  qr  təyin  edilir  (0.5x2).  Sutkalıq  dozanı  bir  dəfəyə 

qəbul etmək olar.  



Solyuzid    -  həll  olan    izonikotinoil  –hidrazonun dietil ammonium  duzu. Suda 

həll  olan  iznoiazidlə  müqayisədə  üstünlüyə  malik  deyil.  Ampulalarda  steril  şəkildə 

istehsal  edildiyi  üçün  dərmandan  izoniazidin  yeridilməsinə  ehtiyyac  duyulduqda 

istifadə  edilə  bilər.  Preparat  0.5%  məhlul  şəkildə  1  ml  və  2  ml-lik  ampulalarda 

istifadəyə  verilir.  Solyuziddən  funksiya  edici    fistulaların  yuyulmasında,  uşaqlıq 

boynuna  yeridilməsində,  kazeoz-limfa  vəzilərinə  yeridilməsində,  sidik  axarlarının 

yuyulmasında, onurğa-beyin kanalına yeridilməsində, irinli serozid və peritanitlərdə 

və  s.  istifadə  edilir.  Xüsusən  solyuziddən  spesifik  endobronxitlərdə  aerozol  şəkildə 

istifadə olunur (3-4 ml 5 %-li məhlul). Endobronxial və introtraxeal  şəkildə 2-3 ml 

5%-li məhlul işlədilir. Eyniylə yuxarıda  göstərilən proseslərdə izoniazidin 5 % li  və 

10 %-li məhlulundan da istifadə etmək olar.  

Lorusan  –izonikotinoil  –hidrozonun  analoqu  olub,  ftivaziddən  az  fərqlənir.  

Lorusan  sutkada  0.3qr-dan  gündə  3  dəfəyə  qəbul  edilir.    Bu  preparat  izoniazid 

qəbuluna çətinlik olduqda, fəsadlar baş verdikdə çox effektli təsir göstərir. Izoniazid 

və onun analoqlarının bir-biri ilə kombinasiya edilməsi yol verilməzdir. Çünki, onda 

əks reaksiyaların baş vermə ehtimalı artır. Bu qrup dərmanlar residiv əleyhinə  yalnız 

tabletka şəkilində  çəki və sutkalıq doza nəzərə alınaraq təyin edilir.   



Rifampisin (R) – vərəm əleyhinə güclü bakteriosid preparat sayılır. Rifampisin 

kapsulalarda  150  və  300  mq,  tabletlərdə  450·600  mq  və  vena  daxili  yeritmək  üçün 

300  mq  ampulalarda  quru  maddə  kimi  buraxılır.  Uşaqlar  üçün  flakonlarda  2%·li  50 

ml  (20  mq/ml)  sirop  buraxılır.    Vərəm  xəstəliyinin  müalicəsi  zamanı  sutkada  9-10 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə