Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Y.Ş.Şıxəliyev, İ.Ə. Qasımov, M. A.Şıxlinskaya



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix18.05.2018
ölçüsü0,54 Mb.
#44506
1   2   3   4   5   6   7   8   9   ...   25

 

mq/kq təyin olunur. Adətən, sutkada 450-600 mq birdəfəlik, yeməkdən 30-60 dəqiqə 



əvvəl  (yaxud  da  2  saat  səhər  yeməyindən  sonra)  qəbul  olunur.  Böyrək  çatışmazlığı 

zamanı  600  mq-a  qədər  olan  dozada  korreksiyaya  ehtiyac  yoxdur.  Rifampisin  vena 

daxilinə yeridilərkən inyeksiya olunan gün hazırlanır. Preparat 10 ml steril suda həll 

olunur,  inyeksiya  üçün  əldə  olunmuş  məhlul  1  ml-də  60  mq  olur  və  24  saata  qədər 

otaq  temperaturunda  saxlanıla  bilər.  İnfuziyadan  dərhal  əvvəl  onu  100  ml  0,9%-  li 

Natri  xlorda  həll  edirlər,  infuziyanın  köçürülmə  müddəti  30  dəqiqə  olur.  Göstərilən 

doza  (0,3-  0,45-  0,6  mq)  5  %-li  qlükoza  məhlulunda  həll  edilərək  vena  daxilinə 

yeridilə bilər. Həledicinin miqdarı 500 ml olduqda isə infuziyanın müddəti 3 saatdır.  

Bu  məhlullar  qəbul  olunmaq  üçün  4  saat  ərzində  yararlıdır.  Bundan  sonrakı  dövrdə 

antibiotikin  çökməsi  (presipitasiya)  başlaya  bilər.  Yağlı  yemək  rifampisinin  qanda 

konsentrasiyasını  aşağı  salır.  Rifampisin  hər  gün  və  yaxud  da  həftədə  3  dəfə  qəbul 

oluna  bilər.  Preparat  ancaq  izoniazid  və  digər  vərəm  əleyhinə  tuberkulostatiklərlə 

birlikdə  istifadə  olunur.  Qəbul  olunma  müddəti  məhdudlaşmır  -  6-9  ay  ola  bilər. 

Daxilə  ac qarına qəbul etdikdən sonra dərman mədə - bağırsaq sistemindən sorularaq 

toxumaarası  mayelərdə  həll  olub  toxumalara  yayılır.    Yeməklə  birlikdə  qəbul 

olunarkən  isə,  əksinə,  zəif  sorulur.  Əgər  preparat  ac  qarına  qəbul  olunursa, 

konsentrasiyası  2  saat  sonra,  yeməkdən  sonra  qəbul  olunursa  4  saat  sonra 

maksimuma çatır. Absorbsiyadan sonra rifampisin sürətlə öddə yığılır və 6 saat sonra 

bütün  qəbul  olunmuş  doza  toplanır,  asetilləşmiş  formada  öddə  yığılır.  Metabolit 

rifampisin antibakterial aktivliyini saxlayır.  

Rifampisin  60-90%  halda  zülalla  birləşir.  Lipidlərdə  həll  olunur.  Birləşməmiş 

preparatın böyük bir hissəsi ionizasiyaya uğramır, ona görə də toxumalarda bərabər 

formada  çox  rahat  yayılır,  xeyli  hissəsi  haram  iliyinin  mayesinə  daxil  olur. 

Rifampisin  ağciyər  toxumalarında  yığılma  qabiliyyətinə  malikdir  və  uzun  müddət 

kavernalarda  konsentrasiyanı  saxlaya  bilir  (0,45  qr  preparatın  qəbulundan  12  saat 

sonra  kaverna  divarında  miqdarı  1,8  mkq/ml-ə  çatır).  İntensiv  şəkildə  preparatın 

seliyə, sidiyə, göz yaşına keçməsi onların rəngini qırmızı rəngə çevirir, rəngləyir (göz 

kontakt  linzalarını  keçib  getməyən  qırmızı  rəngə  boyaya  bilər).    Vena  daxilinə 

yeridərkən  (300-600  mq  30  dəqiqə  ərzində)  onun  konsentrasiyası  plazmada  9-17 

mkq/ml-ə  çatır.  Təkrar  qəbul  olunarkən  rifampisinin  xaric  olma  sürəti  artır  (yarım 

xaric  olma  dövrü  2,5  saata  qədər  azalır).  Preparatın  bakteriostatik  aktivliyi    0,1-1,0 

mkq/ml-dir.  Preparat  15%-ə  qədər  dəyişi1məmiş  formada  sidiklə  xaric  olur. 

Preparatın  qəbulu dayandırıldıqdan  sonra öddə və sidikdə 60  saata qədər onu aşkar 

etmək olar. Preparatın qəbuluna 15 gün fasilə verildikdə  dərmana davamlıq tez baş 

verir.    



10 

 

Preparat  yaxşı  qəbul  olunur.  Bəzən  bağırsaq  pozğunluqları  müşahidə  olunur. 



Qanda  bilirubinin,    transaminazanın  miqdarı  yüksəlir.  Bəzən  xəstələrdə  toksiki 

hepatit  inkişaf  edə  bilər.  Preparatın  qaraciyərdə  və  öddə  konsentrasiyası  toksiki 

hepatitin  yaranma  ehtimalını  artırır.  Odur  ki,  mütəmadi  olaraq  qanın  biokimyəvi 

analizlərinə  nəzarət  etmək  lazımdır,  yəni  qaraciyərin  funksiyası  yoxlanılmalıdır. 

Transaminazalann səviyyəsi və öd piqmentləri mübadiləsi zamanı, qaraciyər tərəfdən 

azacıq  reaksiyanın  olması  rifampisinin  müalicəsinin  dayandırılmasına  əsas  vermir. 

Məlumdur  ki,  antibiotik  qaraciyər  tərəfindən  bilirubinin  tutub  saxlanmasına  imkan 

yaradır və onun xaric olmasını pozur. Ona görə də müalicənin başlanğıcının 2-3-cü 

həftəsində  plazmada  birləşmiş  və  sərbəst  bilirubinin  konsentrasiyasının  artmasına 

səbəb ola bilər. Ədəbiyyatda  cəmi  bir  neçə  halda ölümlə  nəticələnən  medikamentoz 

hepatitin  yaranması  məlumdur.  Hipoalbuminemiya  birləşməmiş  rifampisinin 

miqdarının  artması  hesabına  qaraciyərin  zədələnməsi  riskini  artırır.  Son  illər 

rifampisinin  törətdiyi  immunoallergik  fəsadlar  haqqında  daha  çox  məlumat  əldə 

edilmişdir.  Bu  zaman  yaranan  allergiyanın  klinikası  daha  müxtəlif  olur.  Xəstələrdə 

hərarətin  yüksəlməsi,  zökəm,  oynaqlarda  ağrılar,  psevdoqrippoz  hal,  mədə-bağırsaq 

sistemində və ağ ciyərlərdə baş verən patoloji dəyişikliklər müşahidə olunur. Yuxarı 

tənəffüs  yollarının  iltihabının  və    qripin  müalicəsi  effektsiz  olur.  Eyni  zamanda, 

göstərilən  hallar  rifampisin  qəbulunu  kəsdikdən  4-6  saat  sonra  ötüb  keçir. 

Rifampisinin  törətdiyi  allergik  reaksiyalara  nadir  hallarda    rast  gəlinən  

trombositopenik purpura və ya eritrositlərin immunoallergik hemolizini də göstərmək 

olar.    Belə  ağır  fəsadın    yaranmasını    qanda    antirifampisin  antitellərinin  yaranması 

ilə  əlaqələndirirlər.  Vərəm  əleyhinə  preparatlar  tənəffüs  orqanlarında  da    toksiki 

zədələnmələr  törədə  bilərlər.  Əksər  hallarda  əlavə  təsiri  spesifik  prosesin 

fəallaşmasından    fərqləndirmək  mümkün  olmur.  Antibakterial  preparatlar  alveolyar 

makrofoqların aktivliyini 28 dəfə, interstisial makrofaqların aktivliyini 4 dəfə azaldır. 

Həmçinin, rifampisinin ağ ciyər hüceyrələrinə toksiki təsiri haqqında məlumat vardır. 

Bu  preparat  limfosit  və  alveolyar  makrofoqlar  arasında  təması    pozur.  Vərəm  

xəstələrində rifampisin ağ ciyər kapillyarlarının rezistentliyini azaldaraq qanhayxırma 

və ya ağ ciyər qanaxması kimi ağırlaşmalara səbəb olur.  

Rifampisin böyrəklərdə və qismən öddə metabolizmə uğrayır və orqanizmdən 

xaric  edilir.  Öddə  toplanaraq  ödü  qatılaşdıra  bilir.  Bu  da  öd  çıxarıcı  yolların 

obturasiyası  və  xolestatik  sarılığın  inkişafı  ilə  nəticələn  xolestatik  pozğunluqlara 

gətirib  çıxarır.  Preparat  qara  ciyərdəki  fermentativ  prosesləri  sürətləndirir  və 

qlukokortikoidlərin,  esterogenlərin,  antikoaqulyantların,  vena  daxilinə    yeridilən 

kontrast  maddələrin  və  bir  sıra  antiretrovirus  preparatların  inaktivləşməsini 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə