sentyabrdan 30 dekabra qedər (1-6 noyabr payız tətilidir). II
yarım il 10 yanvardan 30 maya qədər (30 dekabrdan yanvann
10-
na qədər qış tətilidir).
Tədris planında humanitar, təbiət, riyaziyyat, əmək təlimi,
təsviri incəsənət, musiqi, bədən tərbiyəsi arasında dürüst əlaqə və
nisbət yaradılmışdır. Belə
id,
humanitar
fənlərə bütün dərs
saatlarının təqribən 40%, təbiət-riyaziyyat fənlərinə 32%, əmək
təliminə 15%, təsviri incəsənət, musiqi, bədən tərbiyəsinə isə
13% aynlır.
Tədris planı təhsilin məzmununu əks etdirən ən başlıca
sənəddir. Tədris planında tədris müəssisənin tipindən asılı olaraq
öyrədilən fənlər, onlann siniflər üzrə tədris ardıcıllığı, hər fənnə
verilən saatların miqdan əks olunur.
Hər bir tədris müəssisənin özünəməxsus tədris planı olur
və bunlar arasında müxtəliflik var. Lakin ümumi cəhətləri də
nəzərdən qaçırmaq olmaz (tədris planının əsas sənəd olması,
fənlərin adı, tədrisi, ardıcıllığı,
hər fənnə aynlan vaxt, təhsilin
müddəti və s.).
Tədris planı bir sıra xüsusiyyətlərə malikdir:
Birincisi,
tədris planı şəxsiyyətin hərtərəfli inkişafını təmin
edir. Ona görə də həmin planlarda istər təbiət- riyaziyyat, istərsə
də humanitar fənlərə eyni miqdarda saat yerilir.
^
İkincisi,
müxtəlif tipli məktəblər üçün tədris planının xüsusiyypti
təhsilin məzmunca vahidliyi və varisliyidir.
üçüncü xüsusiyyət
ondan ibarətdir ki,
tədris planlannda
ümumi, politexnik və peşə təhsili arasında qarşılıqlı əlaqə öz
əksini tapır. İ sinifdən XI sinfə kimi bütün fənlər paralel öyrənilir.
Tədris planına görə orta ümumtəhsil məktəbində təhsil müddəti
11 ildir.
Dördüncü xüsusiyyət,
tədris planlannda hər bir tədris
fənninin yeri, saatlann miqdan, ardıcıllığının
müəyyən
edilməsidir.
Tədris planında fənlər özünün elmi, tərbiyəvi və praktiki
əhəmiyyətinə görə müəyyən yer tutur.
Tədris planında ana dili və riyaziyyat bütün fənlərin
148
tədrisinin əsasını təşkil edir və onlann təliminə ən çox yer verilir.
Xüsusilə ibtidai siniflərdə dərs saatlannm əksəriyyəti ana dili və
riyaziyyat fənlərinin öyrədilməsinə sərf edilir.
Təhsil islahatı ilə bağlı tədris plamnda baş verən
dəyişikliklər iş sisteminin yenidən qurulmasını tələb edir. Ana
dilinə verilən saatlann artıniması əlifba təliminin bir ay tez başa
çatdınimasma imkan verir.
Rus dili və ətraf aləmlə tanışlıq fənlərinin tədris planından
çıxaniması, ana dili tədrisinin 2 saat artıniması
məqsədəuyğun
sayılır. Riyaziyyat üzrə həftəlik saatlann miqdan 5 saatdan 4 saata
endirilir.
I
siniflər aşağıdakı yeni tədris planı ilə fəaliyyət göstərir.
I
sinfin tədris plamnda fakültətiv, fərdi və qimp
məşğələləri də nəzərdə tutulur və bunlara 2 saat vaxt aynhr.
İbtidai siniflərdə ana dilinin, riyaziyyatın belə öyrənilməsi
yuxan siniflərdə ana dilinin elmi əsaslannm sistematik
keçilməsində,
şagirdlərə
coğrafiyadan,
tarixdən,
təbiətşünaslıqdan ibtidai
məlumatlann verilməsi botanika,
coğrafiya və tarix fənlərinin öyrənilməsinə şərait yaradır.
Şagirdlərin riyaziyyatdan aldıqlan biliklər fizikanın tədrisini
təmin edir və bu kursun müntəzəm keçilməsinə imkan verir.
Əsas məktəbin V sinfindən başlayaraq müntəzəm tədris
fənləri keçilir, biliklərin həcmi genişlənir, fənlərin sayı artır. Bir
sıra fənlər düz xətt, bəziləri isə konsentr proqramlan ilə öyrədilir.
Əgər fizika, kimya, biologiya konsentrlər üzrə keçirilərsə,
riyaziyyat düz xətlə keçilih Bu isə elmin daha möhkəm və şüurlu
mənimsənilməsinə zəmin yaradır.
Əvvəlki illərdə rus dilinin tədris olunduğunu nəzərə alaraq
həmin fənnin öyrənilməsi üçün saatlar, fakültətiv, fərdi və qrup
məşğələləri hesabına aynhr.
Seçmə fənlər
üzrə saatlar şagirdlərin maraq, meyl və
qabiliyyətləri nəzərə alınmaqla müvafiq fənlərə verilir və bu,
məktəbin səlahiyyətinə aid edilir.
Dostları ilə paylaş: