111
formalaşdırılması.Öyrənən tanış olur:-Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları
fənninin inkişafının aktual istiqamət və problemləri ilə;-Riyaziyyatın ibtidai kursunun
nəzəri əsasları fənninin yeri, rolu və mövqeyi ilə;-Riyaziyyatın ibtidai kursunun nəzəri
əsasları fənninin digər elmlərlə qarşılıqlı əlaqəsi ilə.
XIII. Tələbələrin fənn haqqında fikirlərinin öyrənilməsi:
Sillabus İbtidai təhsil və məktəbəqədər təlim kafedrasında müzakirə edilərək,
təsdiq edilmişdir ( 13 sentyabr 2017-ci il, protokol № 1).
112
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti
«Təsdiq edirəm:»
Tədrisin təşkili və təlim texnologiyaları
üzrə prorektor:_______________dos.İ.Əsgərov
“ ” 2017-ci il
Fənn sillabusu
İxtisasın şifri və adı: 050118, İbtidai sinif müəllimliyi
Fakültə: Humanitar
Kafedra: İbtidai təhsil və məktəbəqədər təlim
I. Fənn haqqında məlumat:
Fənnin adı: Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası-1. Proqram Azərbaycan
Dövlət pedaqoji Universitetinin Riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası
kafedrasında hazırlanmışdır. Proqram Pedaqoji Fakültə Elmi Şurasının 26 dekabr 2012-
ci il tarixli qərarı ilə çap olunmuşdur.
Kodu: İPF–B08
Tədris ili və semestri: III tədris ili, (2017/2018) Semestr: V
Tədris yükü: cəmi: 120 saat. Auditoriya saatı-45 (30 saat mühazirə, 15saat seminar)
Tədris forması: Əyani
Tədris dili: Azərbaycan dili
AKTS üzrə kredit: 4 kredit
Auditoriya № 406
Saat:
113
II. Müəllim haqqında məlumat:
Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Qasımov Rəşid Ataxan oğlu, baş müəllim
Məsləhət günləri və saatı: III gün saat 12
20
-13
55
.
E-mail ünvanı: resid5757@mail.ru
Kafedranın ünvanı: Lənkəran ş., LDU-nun 2 saylı korpusu, 5-ci mərtəbə otaq № 502
III. Tövsiyyə olunan dərslilklər və dərs vəsaitləri:
Əsas:
01.
S.S.Həmidov Məktəbin ibtidai siniflərində riyaziyyatın tədrisi metodikası. Bakı, ADPU,
02.
A.S. Adıgözəlov, İ.Q.Əhmədov İbtidai siniflərdə təlimin xüsusi metodikası. Bakı-2001
03.
S.S.Həmidov Məktəbin ibtidai siniflərində məsələ həllinin təlimi metodikası.Bakı, 2003,
04.
S.Səfərəliyev, Z.Məmmədov Riyaziyyatdan ibtidai sinif müəlliminə kömək (metodik
vəsait).Bakı, 2003, 176 səh.
05.
I-IV siniflərin riyaziyyat kurikulimu. Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn
kurikulumları B.“Təhsil”-2008, səh. 53-104.
06.
S.A.Feyziyev, N.D.Hacıyev, O.Q.Nəbiyev. Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları
məsələ və misallarda (nəzəri məlumatlar, həllər, göstərişlər). Bakı, Nərgiz nəşriyyatı,.
Əlavə:
01.
Z.Qaralov, Ə.Osmanov, V.Məmmədov, N.Abbasov 1-ci sinifdə riyaziyyat.
02.
Müəllimlər və valideynlər üçün. I hissə. B., “Elm”, 1999, 136 səh.
03.
Z.F.Kazımov, A.F.İsrafilova. Tənlik qurmaqla məsələlərin həlli metodikası. Bakı, 2009.
04.
Riyaziyyat-1. İbtidai siniflərin 1-ci sinfi üçün dərslik komplekti. Bakı, 2008.
05.
Riyaziyyat-2. İbtidai siniflərin 2-ci sinfi üçün dərslik komplekti. Bakı, 2009.
IV. Fənnin təsviri və məqsədi:İbtidai siniflərdə şagirdlərə verilən bilik ,bacarıq
və vərdişlər riyazi təhsilin sonrakı mərhələlərinin əsasın təşkil edir.Ona görə də ibtidai
məktəbdə riyaziyyat tədrisinin optimal təşkilinə nail olmaq müəllimdən nəinki yüksək
pedaqoji ustalıq,həm də riyazi anlayış və qaydaları praktik tələblər baxımından dərindən
başa düşməyi tələb edir.Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası-1 fənni tədris
prosesini həyatın tələblərinə, pratik reallığa uyğunlaşdırır.Müasir təhsil konsepsiyasında
şagirdlərin düşünmə və idrak fəaliyyətlərinin maksimum inkişaf etdirilməsi prinsipi irəli
sürülür.Gələcək ibtidai sinif müəlliminin riyaziyyatdan elmi-metodiki hazırlığına xidmət
edən bu fənndə riyaziyyatın ibtidai məktəb kursu tədrisi metodikasının əsas ideyaları və
istiqamətlərinin aşkar edilməsinə cəhd göstərmiş,riyaziyyat elminin pedaqoji
psixologiyasının,didaktikanın və riyaziyyatın tədrisi metodikasının son nailiyyətlərinə
114
qabaqcıl müəllimlərin iş təcrübəsinə və ümumilləşdirilmiş pedaqoji təcrübəyə istinad
edilmişdir.Fənnin tədrisi orta məktəbin ibtidai sinif müəllimləri üçün riyaziyyatdan
zəruri olan biliklərin həcmini müəyyən edir.Bütün bunlar fənnin tədrisinin ali
məktəblərin “İbtidai sinif müəllimliyi“ ixtisasınin tələbləri üçün vacib olduğunu təsdiq
edir.
V. Davamiyyətə verilən tələblər:Dərsdə davamiyyətə görə verilən maksimum
bal 10-dur. Balın miqdarı aşağıdakı kimi müəyyənləşdirilir.Tələbəyə semestr ərzində
fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda 10 bal verilir. Semestr ərzində fənnin
tədrisinə ayrılan saatların hər buraxılan 10%-nə görə verilən maksimum 10 baldan 1 bal
çıxılır. Fənn üzrə ayrılmış bütün saatların 25 ℅-dən çoxunda iştirak etməyən tələbə
həmin fəndən imtahana buraxılmır.
VI.Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir.
Bundan 50 balı tələbə semestr ərzində , 50 balı isə imtahanda toplayır. Semestr ərzində
toplanan 50 bala aşağıdakılar aiddir: 10 bal sərbəst işlərin tərtib olunmasına görə , 10
bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə,10 bal dərslərə davamiyyətinə
görə və 20 bal kollokviumların nəticələrinə görə. İmtahan biletinə bir qayda olaraq fənni
əhatə edən 5 sual daxil edilir.
Qiymət meyarları aşağıdakılardır:
10 bal-tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və
hərtərəflidir.
9 bal-tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdir və mövzunun
mətnini tam aça bilir.
8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
7 bal-tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri
əsaslandıra bilmir
6 bal-tələbənin cavabı əsasən düzgündür.
5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
4 bal-tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi
səhvlərə yol verir;
3 bal-tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandıra bilmir;
1-2 bal-tələbənin mövzudan qismən xəbəri var.
0 bal-suala cavab yoxdur.
Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olduqda onun imtahan balı
semester balı ilə toplanmır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester
ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.
Dostları ilə paylaş: |