121
7.
a) 1-ci boru hovuzu 8 saata doldurur. 2-ci boru isə hovuzu 10 saata boşaldır. Bu iki boru eyni
anda açılarsa, boş hovuz neçə saata dolar?
b) Verilmiş ədədi 10 % artırdılar. Sonra alınmış ədədi daha 10 % artırdılar. Son nəticədə
verilmiş ədəd əvvəlkinə nisbətən neçə faiz artmış oldu?
8.
a) 20 kq çəkisi olan qarpızın 99 %-i sudan ibarətdir. Qarpız bir az quruduqdan sonra su onun
çəkisinin 98 %-ni təşkil edərsə, onda qarpızın çəkisi neçə kq olar?
b) Şagird evi ilə məktəbi arasındakı yolun
5
2
-ni 10 dəqiqəyə gedir. Şagird həmin sürətlə
yolun qalan hissəsini neçə dəqiqəyə qət edər?
8.
a) Üzüm qurudulduqda öz çəkisinin 30 %-ni itirir. Satıcı kiloqramı 70 qəpik olan üzümü
neçə manata satsa, ziyan etməz?
b) 870 km–lik yolun bir hissəsi asfalt, qalan hissəsi isə torpaqdır. Avtomobilin asfalt yoldakı
sürəti 95 km/saat, torpaq yoldakı sürəti 75 km/saat-dır. Avtomobil bütün yola 10 saat vaxt
sərf etmişsə, asfalt yolun uzunluğunu tapın.
9.
a) Həyətdə dovşanlar və toyuqlar var. Onların ayaqlarının sayı 46, başlarının sayı isə 16-dır.
Həyətdə neçə dovşan var?
b) Eyni məntəqədən çıxan iki avtobusdan biri 40 dəqiqədən, digəri isə 50 dəqiqədən bir
çıxdığı məntəqəyə qayıdır. Hansı ən qısa vaxt müddətindən sonra onlar ilk dəfə çıxdıqları
məntəqədə görüşərlər?
10.
a) Günay gündə 6 saat, Aytən isə 8 saat işləyir. Onlar birlikdə 70 saat işləmişlər. Günay neçə
saat işləmişdir?
b) Kitabı vaxtında kitabxanaya qaytarmaq üçün şagird gündə 30 səhifə oxumalı idi. Ancaq o,
hər gün 10 səhifə az oxuyaraq, kitabı 5 gün gec qaytardı. Şagird kitabı kitabxanaya neçə gün
ərzində qaytarmalı idi?
11.
a) Avtobus bir şəhərdən digərinə 80 km/saat sürətlə getdikdə vaxtından 2 saat tez,
40 km/ saat sürətlə getdikdə isə 3 saat geç çatır. Şəhərlər arasındakı məsafə neçə km-dir?
b) Bir qoyunu şir 1 saatda, canavar 2 saatda, köpək isə 3 saatda yeyir. Bir qoyunu şir,
canavar və köpək birlikdə neçə saatda yeyərlər?
12.
a) Aralarındakı məsafə 140 km olan iki avtomobil uyğun olaraq 60 km/saat və 40 km/saat
sütətlə eyni zamanda və eyni istiqamətdə hərəkətə başladılar. Hərəkətə başladıqdan neçə saat
sonra onlar arasındakı məsafə 80 km olar?
b) Kapitan, öz komandasında neçə adam var, sualına cavab verdi ki, komandanın
5
2
hissəsi
növbədə,
7
2
hissəsi işdə,
4
1
hissəsi lazaretdə, 27 adam isə göz qabaöındadır; onun
komandasında neçə adam var?
13.
a) 20 %-li 30 kq şəkər məhlulu ilə 10 %-li 20 kq şəkər məhlulu qarışdırıldı. Alınan qarışığın
şəkərlilik faizini tapın.
b)Sürü ilə uçan qaza qarşıdan gələn bir qaz dedi: Salam, ey yüz qaz! Qabaqda gedən qaz ona
belə cavab verdi ki, biz yüz deyilik. Bir bizim qədər, bir bizim yarımız və dörddə birimiz
qədər, sən də bizimlə olsan biz yüz olarıq. Sürü ilə neçə qaz uçurdu?
122
14.
a) 50 %-li 40 litr spirt məhlulundan neçə litr su buxarlandırılarsa, 80%-li spirt məhlulu
alınar?
b) Böyük rus riyaziyyatçısı N.İ.Lobaçevski ömrünün
7
1
hissəsini Nijni-Novqorod
quberniyasında keçirmişdir. O, ömrünün
7
3
hissəsini Kazanda keçirdikdən sonra onun
həndəsə üzrə ilk kitabı meydana çıxdı.Böyük alim ömrünün son 27 ilini inadla işləyərək
qeyri-evklid həndəsəsini yaratdı. Laboçevski 1793-cü ildə anadan olmuçsa, həndəsənin
yaranma tarixi nə vaxt olmuşdur?
15.
a) Dörd qardaş televizor aldı. 1-ci qardaş qalan qardaşların birlikdə qoyduğu pulun
2
1
,
2-ci qardaş qalan qardaşların birlikdə qoyduğu pulun
3
1
, 3-cü qardaş qalan qardaşların
birlikdə qoyduğu pulun
4
1
hissəsini, 4-cü qardaş isə 45 manat 50 qəpik qoydu. Qardaşlar
televizoru neçəyə almışdır?
b) Satıçı 13 kq sədri və akulə düyüsünü 71 manata satdı. Akulə düyüsünün kiloqramını 2
manata və sədri düyüsünün kiloqramını isə 7 manata satdı. Hər düyüdən neçə kq satıldı?
16.
a) Qəfəsdə naməlum sayda qırqovul və dovşan vardır. Bu qəfəsə aşağıdan baxdıqda 94 ayaq,
üstdən baxdıqda isə 35 baş görünür. Qəfəsdə neçə qırqovul və dovşan vardır?
b) Dörd dülgər saray tikmək üçün işə qəbul olundular. Birinci dülgər sarayı təklikdə 1 ilə, 2-
ci dülgər 2 ilə, 3-cü dülgər 3 ilə, 4-cü dülgər isə 4 ilə tikə biləcəyini söylədi. Dülgərlər
birlikdə işə başlasalar sarayı nə qədər vaxta tikəcəklər?
17.
a) Hündürlüyü 62 dm olan divarın səthi ilə bir ilbiz sürünür. Bu ilbiz gündüz saat 12-də
divarın dibindən sürünməyə başlayaraq, hər gün gündüz saat 12-dən gecə saat 12-yə qədər
5
2
12
dm yuxarı qalxır və gecə saat 12-dən gündüz saat 12-yə qədər 9,3 dm aşağı sürüşürdü.
Bu ilbiz neçə vaxtdan sonra divarın yuxarısına çatar?
b) Ananın yaşı onun iki uşağının yaşları cəmindən 19 vahid çoxdur. 5 il əvvəl bu ananın yaşı
iki uşağının yaşlarının cəminin 4 mislinə bərabər idi. Bu gün büyük uşaq ən azı neçə
yaşındadır?
18.
a) 5 dəqiqədə 1300 metr qaçan it 150 metr məsafədən 2 dəqiqədə 500 metr qaçan dovşanı
görür və onun dalınca qaçmağa başlayır. Nə qədər vaxtdan sonra it dovşana çatacaqdır?
b) Üş dostun cüt-cüt yaşları cəmi 20, 25, 27-dir. 5 il sonra bu üç dostun yaşları cəmi neçə
olar?
19.
a) Qızıl, mis, qalay və dəmir ərintisindən hazırlanmış təcın kütləsi 60 kq-ir. Qızılla misin
birlikdə kütləsi tacın kütləsinin
3
2
hissəsi, qızılla qalayın birlikdə kütləsi tacın kütləsinin
4
3
hissəsi, qızılla dəmirin birlikdə kütləsi tacın kütləsinin
5
3
hissəsi qədərdir. Ayrılıqda hər
metalın kütləsi nə qədərdir?
b) Eyni gücə malik bir neçə nasosdan dördünün işi dayandırılır. Qalan nasosların gücünü 25
% artırsaq, iş eyni zamanda yerinə yetirilər. İşi neçə nasos davam etdirmişdir?
20.
a) Bir çəlləkdə olan spirtin miqdarının suya nisbəti 2:3, digərində 3:7 kimidir. Hər çəlləkdən
neçə vedrə götürmək lazımdır ki, alınan 12 vedrtəlik qarışıqda spirtin suya nisbəti 3:5 kimi
olsun.
Dostları ilə paylaş: |