123
b) Aytən bir işi 10 günə, Nərmin eyni işi 15 günə yerinə yetirir. Qızlar birlikdə 3 gün
işlədikdən sonra Almaz da onlara qoşulur. İki gün birlikdə işlədikdən sonra iş tamamilə
yerinə yetirilir. Bu işi Almaz təklikdə neçə günə bititər?
21.
a) Tərlan əlindəki şarları dostlarına 5-5 paylasa özündə 3 şar, 6-6 paylasa özündə 4 şar qalar.
Tərlanın şarlarının sayı üçrəqəmli ədəddirsə, onun ən azı neçə şarı var?
b) Motorlu qayıq A-dan B-yə qədər məsafəni çay axını ilə 3 sutkaya, B-dən A-ya qədər
məsafəni (axına qarşı) 4 sutkaya qət etmişdir. A-dan B-yə qədər məsafəni sal neçə sutkaya
qət edər?
22.
a) Bir işi Elşən 9 günə, Vüqar isə 15 günə yerinə yetirir. Bərabər 5 gün işlədikdən sonra
Elşən işi tərk etməli olur. Buna görə qalan işi Vüqar neçə gündə başa çatdırar?
b) Yağlılıq faizi 6 % olan 3 litr süd ilə yağlılıq faizi 3,5 % olan 2 litr süd qarşıdırılmışdır.
Alınan süd qarışığının yağlılıq faizini tapın.
23.
a) Uzunluğu 200 m olan bir qatar 1300 m uzunluğunda bir tunelə girir. Qatarın son
vaqonunun tunelə girişi və çıxışı arasında 30 saniyə keçir. Qatarın sürəti neçə km/saat-dır?
b) Murad bir işin
4
1
-ni 3 gündə, Cavid isə eyni işin
6
1
-ni 3 gündə yerinə yetirir. Onlar
birlikdə 6 gün işlədikdən sonra Murad işi buraxir. Cavid qalan işi neçə gündə bititər?
24.
a) Bir qayıq su aşağı iki körpü arasındakı məsafəni 6 saata, geriyə isə 8 saata g etmişdir. Su
aşağı buraxılan sal həmin yolu nə qədər vaxta gedər?
b) 300 q 50 %-li turşuya 100 q 30 %-li turşu qatışdırdıqda alınan qarışığın turşuluq faizini
tapın.
25.
a) Üç fəhlə bir işi görməli idi. Bunlardan 1-ci və 2-ci fəhlə birlikdə bu işi 6 günə, 1-ci və 3-
cü fəhlə 8 günə, 2-ci və 3-cü fəhlə isə 12 günə görür. Onlar üçü birlikdə bu işi neçə günə
görər?
b) Maşın iki şəhər arasındakı məsafənin birinci yarısını 45 km/saat sürətlə, ikinci yarısını isə
55 km/saat sürətlə getmişdir. Bu maşının bütün yoldakı orta sürətini tapın.
26.
a) İki qatar bərabər gol gedir. Bunlardan birici qatar bir saatda ikincidən orta hesabla 9 km
artıq gedir. Birinci qatar 10 saat, ikinci qatar isə 12 saat yolda olmuşsa, onların getdiyi yolun
uzunluğunu və hər birinin sürətini tapın.
b) Birinci fəhlə bir işi 12 gündə, ikinci fəhlə eyni işi 24 gündə görür. Onlar birlikdə işləsələr
bu işin
4
3
–ni neçə gün ərzində görərlər?
27
a) İkinci rəfdə birincidəkidən 16 ədəd az kitab var. Hər rəfdən 3 kitab götürdükdə birinci
rəfdə ikincidə olandan
2
3
dəfə çox kitab qalar. Hər rəfdə neçə kitab var?
b) Dəniz suyunun tərkibində 5 % duz var. 40 l dəniz suyunun üzərinə neçə litr şirin su əlavə
etmək lazımdır ki, alınan suyun duzluluğu 2 % olsun?
28
a) İki bağlamada 36 dəftər var. Birincidən iki dəftər götürüb, ikinciyə əlavə etdikdə,
birincidə 2 dəfə çox dəftər qalar. Hər bağlamada neçə kitab var?
b) 300 q 50 %-li turşuya 100 q 30 %-li turşu qatışdırdıqda alınan qarışığın turşuluq faizini
tapın.
29
a) Motorlu qayıq çayın axarı ilə 9 km, çayın axarına qarşı isə 8 km getdi. Qayıq çayın axarı
ilə yola axarına qarşı yoldan 15 dəqiqə az vaxt sərf etdi. Çayın axma sürəti saatda 2 km-dir.
Qayığın sakit sudakı sürətini tapın.
b) Yağlılıq faizi 6 % olan 3 litr süd ilə yağlılıq faizi 3,5 % olan 2 litr süd
qarışdırılmışdır.Alınan süd qarışığının yağlılıq faizini tapın.
30
a) İki şagirdin birlikdə 5,4 man. pulu vardı. Onların biri öz pulunun 0,75 hissəsini, o biri isə
0,8 hissəsini xərclədikdən sonra onların bərabər miqdarda pulu qaldı. Hər şagirdin nə qədər
124
pulu vardı?
b) İki traktorçu sahəni birlikdə 6 saata şumlamalı idi. Onlar birlikdə işləyərək biri sahənin
4
1
-ni, o biri isə
6
1
-ni şumladıqdan sonra birinci traktor xarab oldu. Qalan sahəni şumlamaq
üçün ikinci traktorçuya nə qədər vaxt lazımdır?
XI. Imtahan sualları
1
Riyaziyyatın tədrisi metodikası bir elm kimi.
2
RTM-nin məqsəd və vəzifələri.
3
RTM-nin elmi-tədqiqat metodları.
4
RTM-nin başqa elmlərlə əlaqəsi.
5
Tədris prosesində forma və məzmun.
6
Riyaziyyatın ibtidai məktəb kursu tədris fənni kimi.
7
I-IV siniflərdə riyaziyyat təliminin vəzifələri.
8
Riyaziyyatın ibtidai məktəb kursunun məzmunu və quruluşu.
9
I-IV siniflərdə riyaziyyat proqramı haqqında.
10
Riyaziyyatdan tədris proqramıtəhlilinin təxmini sxemi.
11
I-IV sinif üçün Riyaziyyat kurikulumu və ibtidai sinif riyaziyyatının əsas xüsusiyyətləri.
12
Riyaziyyat təliminin vasitələri.
13
I-IV siniflərin riyaziyyat dərsliklərivə tədris vəsaitləri.
14
İbtidai məktəbin riyaziyyat kursu üzrə əyanilik və əyani vasitələr.
15
Əyani vasitələrin təsnifi.
16
Riyaziyyat dərslərində əyaniliyin tətbiqi və ona verilən tələblər.
17
Riyaziyyat təlimində tətbiq olunan didaktik prinsiplər.
18
Riyaziyyat təlimində elmilik və müyəssərlik prinsipi.
19
Riyaziyyat təlimində tərbiyə prinsipi.
20
Riyaziyyat təlimində əyanilik prinsipi.
21
Riyaziyyat təlimində şüurluluq və fəallıq prinsipi.
22
Riyaziyyat təlimində biliklərin möhkəmliyi prinsipi.
Dostları ilə paylaş: |