Azərbaycan respublikasi döVLƏt neft şİRKƏTİ


PODRATÇININ ŞİRKƏTİ / ŞİRKƏTİN PODRATÇINI MƏLUMATLANDIRMASI



Yüklə 3,11 Mb.
səhifə30/40
tarix26.01.2018
ölçüsü3,11 Mb.
#22458
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

7. PODRATÇININ ŞİRKƏTİ / ŞİRKƏTİN PODRATÇINI MƏLUMATLANDIRMASI
7.1 PODRATÇI ŞİRKƏTİ MÜQAVİLƏDƏ çatışmayan, buraxılan, ziddiyyətli və ya ikimənalı olduğunu və ya tətbiq olunan hüquqa zidd olduğunu hesab etdiyi hər şeylə bağlı dərhal xəbərdar etməlidir. ŞİRKƏT bu deyilənlərə yenidən baxmalı və PODRATÇI İŞİN deyilənlərin təsirinə məruz qala biləcək hər hansı hissəsinə başlamadan əvvəl lazımi təlimatlar verməlidir. PODRATÇI hər hansı bu cür təlimat nəticəsində ləngiməyə və/və ya əlavə xərclərə məruz qaldığını göstərə bilərsə, ŞİRKƏT 11-ci Maddənin müddəalarına uyğun olaraq DƏYİŞİKLİK etməlidir.
7.2 Müqavilənin Sağlamlıq, Təhlükəsizlik və Ətraf mühit tələblərindən əlavə, PODRATÇI İŞİN yerinə yetirilməsi ilə əlaqədar baş verən hər hansı hadisələrlə bağlı ŞİRKƏTİ ləngimədən xəbərdar etməlidir. PODRATÇI, həmçinin, İŞİN və ya MÜQAVİLƏNİN yerinə yetirilməsinə təsir edə biləcək, baş verən hər hansı digər hadisələrlə də bağlı ŞİRKƏTİ xəbərdar etməlidir.
7.3 PODRATÇI ŞİRKƏTİ işin hər hansı təklif olunan və ya faktiki dayanması, istehsalat mübahisələri və ya İŞİN yerinə yetirilməsinə və ya tamamlanmasına təsir edən və ya təsir edə bilən digər məsələlər barədə dərhal xəbərdar etməlidir.
ŞİRKƏT tərəfindən tələb olnduqda, PODRATÇI həmçinin, minimal ödəniş tarifləri, müavinətlər, həvəsləndirmələr, iş saatları, ödənişsiz məzuniyyət müddətləri və iş vaxtından əlavə iş də daxil olmaqla, lakin təkcə bunlarla məhdudlaşmamaqla istehsalat münasibətləri ilə əlaqədar İŞLƏ bağlı digər məlumatları da ŞİRKƏTƏ verməlidir.
7.4 ŞİRKƏT PODRATÇIYA MÜQAVİLƏYƏ uyğun olaraq İŞİ düzgün yerinə yetirməsi üçün PODRATÇININ ŞİRKƏTDƏN əsaslı olaraq tələb etdiyi, İŞƏ aidiyyatı olan bütün məlumatları ləngimədən verməlidir.
8. TAPŞIRIQ VƏ SUBPODRATÇILIQ


    1. Tapşırıq




  1. ŞİRKƏTİN MÜQAVİLƏNİ və ya onun bir hissəsini və ya MÜQAVİLƏDƏKİ hər hansı fayda və mənafeyini ŞİRKƏTİN ORTAĞINA və ya FİLİALINA vermək səlahiyyəti vardır. Bundan əlavə, ŞİRKƏT yuxarıda qeyd edilənləri PODRATÇININ (razılığın verilməsindən ağlabatan səbəb olmadan imtinanın və ya verilməsinin ləngidilməsinin yolverilməz olması şərti ilə) əvvəlcədən verilmiş razılığına əsasən, hər hansı bir üçüncü şəxsə də verə bilər.




  1. PODRATÇI öhdəsinə götürür ki, yuxarıda qeyd edilənlərin verilməsi zamanı, o, gecikmədən MÜQAVİLƏDƏKİ mənafeyini rəsmi şəkildə müvafiq tərəfə verəcək, və bu, həmin şəxsin ŞİRKƏTİN MÜQAVİLƏDƏ nəzərdə tutulan bütün öhdəliklərini yazılı şəkildə qəbul etməsindən sonra qüvvəyə minir.




  1. PODRATÇI nə MÜQAVİLƏNİ, nə onun hər hansı bir hissəsini, nə də ki, MÜQAVİLƏDƏKİ hər hansı faydasını və ya mənafeyini ŞİRKƏTİN (razılığın verilməsindən ağlabatan səbəb olmadan imtinanın və ya verilməsinin ləngidilməsinin yolverilməz olması şərti ilə) əvvəlcədən verilmiş razılığı olmadan, üçüncü şəxsə vermir.




    1. Subpodratçılıq

a) PODRATÇI İŞİ bütövlükdə subpodratçıya verə bilməz. PODRATÇI İŞİN hər hansı bir hissəsini, ŞİRKƏTİN əvvəlcədən verilmiş razılığı olmadan, subpodratçıya verə bilməz.




  1. MÜQAVİLƏDƏ bu barədə qeyd olub-olunmamasından asılı olmayaraq, SUBPODRAT müqaviləsi bağlamazdan əvvəl, ŞİRKƏT SUBPODRAT müqaviləsinin formasını, hansı SUBPODRATÇININ seçildiyini, İŞİN SUBPODRAT müqaviləsinə daxil olan hissəsini nəzərdən keçirmək üçün adekvat imkana malik olmalıdır.

ŞİRKƏTDƏN SUBPODRATÇIYA ödənilən məbləğin əvəzinin PODRATÇIYA ödənilməsi tələb edildiyi zaman, MÜQAVİLƏDƏ SUBPODRATÇININ haqqının ödənilməyi üçün nəzərdə tutulan bütün qaydalara riayət edilir və bu halda, ŞİRKƏTİN SUBPODRAT müqaviləsinin bütün müvafiq aspektlərini nəzərdən keçirmək səlahiyyəti vardır.




  1. Heç bir SUBPODRAT müqaviləsi ŞİRKƏTİN və ya ORTAQLARIN üzərinə hər hansı növ öhdəlik qoya bilməz. Bununla belə, PODRATÇI SUBPODRATÇININ SUBPODRAT müqaviləsinə tətbiq edildiyi dərəcədə MÜQAVİLƏNİN öhdəliklərinə və şərtlərinə riayət etməsini təmin etməlidir.

Hər bir SUBPODRAT müqaviləsində ŞİRKƏTİN MÜQAVİLƏYƏ və ya İŞƏ xitam verdiyi halda SUBPODRATÇININ SUBPODRAT müqaviləsini ŞİRKƏTƏ həvalə etmək hüququ açıq şəkildə təmin edilməlidir.




  1. PODRATÇI SUBPODRATÇININ bütün işləri, hərəkətləri, hərəkətsizlikləri və çatışmazlıqlarına görə elə məsuliyyət daşıyır ki, sanki bunlar PODRATÇININ işləri, hərəkətləri, hərəkətsizlikləri və çatışmazlıqlarıdır.


9. PODRATÇININ İŞÇİLƏRİ


    1. PODRATÇI İŞİN MÜQAVİLƏNİN müddəalarına uyğun olaraq icra edilməsi və başa çatdırılmasını təmin etmək üçün hər zaman kifayət qədər işçi ilə təmin etməyi öhdəsinə götürür.




    1. Bütün işçilər onlardan tələb edilən işi görmək üçün istehsalat praktikasına uyğun olaraq səriştəli, qabiliyyətli, bacarıqlı və təcrübəli olmalıdırlar. PODRATÇI bu işçilərin bütün müvafiq bacarıqlarını yoxlamalıdır.




    1. PODRATÇININ ƏSAS işçiləri MÜQAVİLƏDƏ müəyyən olunmuşdursa, onlar ŞİRKƏTİN əvvəlcədən verilmiş razılığı olmadan əvəz edilə bilməz. Hər hansı əvəz edən şəxs işi təhvil alanadək ağlabatan müddətdə əvəz ediləcək şəxslə işləməlidir.




    1. PODRATÇI vasitəçi işçilərin və ya İŞ ilə əlaqədar olaraq təmin etdiyi digər şəxslərin gördükləri hər hansı İŞƏ görə elə məsuliyyət daşıyır ki, sanki İŞ PODRATÇININ işçiləri tərəfindən görülmüşdür.




    1. PODRATÇI özünün və ya hər hansı SUBPODRATÇININ İŞİN icrası ilə məşğul olan bütün işçilərinin immiqrasiya qanunları da daxil olmaqla qüvvədə olan qanunlara əməl etmələrinə və tələb olunduğu halda MÜQAVİLƏ dövründə etibarlı iş icazəsinə malik olmalarına təminat verir. Tələb olunduğu zaman işçi İŞİN icrasına başlamazdan əvvəl bu cür iş icazələrinə aid məlumatlar ŞİRKƏTƏ təqdim edilməlidir.




    1. ŞİRKƏTİN İŞİN hansısa bir hissəsi ilə məşğul olan istənilən şəxsin




    1. öz vəzifələrini həyata keçirmək üçün kifayət qədər bacarığı olmadığını və ya səhlənkar olduğunu; və ya




    1. ŞİRKƏTİN maraqları ilə ziddiyyət təşkil edən və ya bu maraqlara ziyan vuran fəaliyyətlə məşğul olduğunu; və ya




    1. Müqavilənin müəyyən etdiyi Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit tələblərinə müvafiq təhlükəsizlik qaydalarına uyğun gəlmədiyini və ya davamlı olaraq sağlamlıq, təhlükəsizlik və ətraf mühitə zərər yetirə biləcək şəkildə davrandığını müəyyən etmək üçün ağlabatan səbəbləri vardırsa, o zaman, ŞİRKƏT bu cür şəxslərin İŞ SAHƏSİNDƏN kənarlaşdırılmasını PODRATÇIDAN tələb edə bilər.

Belə şəxslər dərhal İŞ SAHƏSİNDƏN kənarlaşdırılmalıdır. Yuxarıda vurğulanan səbəblərdən hər hansı birinə görə kənarlaşdırılan hər hansı şəxs ŞİRKƏTİN əvvəlcədən verilmiş razılığı olmadan yenidən İŞƏ və ya ŞİRKƏTİN hər hansı digər işlərinə cəlb edilə bilməz.


PODRATÇI 24 saat və ya ŞİRKƏT ilə razılaşaraq daha uzun müddət ərzində bu cür şəxslərin uyğun şəkildə əvəz edilməsini təmin edir.
10. QÜSURLU İCRA
10.1 ŞİRKƏT İŞİN və ya onun bir hissəsinin və ya yenidən görülmüş işin PODRATÇI tərəfindən MÜQAVİLƏYƏ uyğun olmayaraq görülmüş olduğunu aşkar etdikdə Müqavilədə və ona Əlavədə müəyyən olunmuş müddət ərzində qüsurun spesifik xüsusiyyəti və Müqavilənin hansı Maddəsində və Bölməsində müəyyən olunmuş öhdəliyin PODRATÇI tərəfindən yerinə yetirilmədiyini yazılı şəkildə bildirir.
10.2 Maddə 10.1-ə əsasən verilmiş bildirişdən dərhal sonra başlamaqla PODRATÇI öz xərcləri və riski hesabına İŞİN MÜQAVİLƏYƏ uyğun icra edilməmiş hissəsini yenidən icra edir.
10.3 PODRATÇININ yuxarıda qeyd olunan 10.2-ci Maddə ilə müəyyən olunmuş öhdəliyinə baxmayaraq, ŞİRKƏT öz seçimi əsasında İŞİN PODRATÇI tərəfindən MÜQAVİLƏYƏ uyğun icra edilməmiş və ya Maddə 10.2-yə əsasən yenidən icra edilməmiş və ŞİRKƏT tərəfindən Maddə 10.1-ə uyğun olaraq barəsində PODRATÇIYA bildiriş verilmiş hissəsinin icarsına üçüncü tərəfi cəlb edə bilər. ŞİRKƏT bu seçimdən istifadə etmək niyyəti barədə PODRATÇIYA bildiriş verir. Bu seçimdən istifadə olunma halında Maddə 10.2 tətbiq olunmur və PODRATÇI Maddə 10.2-yə əsasən icra etməkdə olduğu hər hansı işi dərhal saxlayır.
10.4 ŞİRKƏT Maddə 10.3-ə əsasən üçüncü tərəfi cəlb etdikdə, PODRATÇI, ŞİRKƏT tərəfindən birbaşa olaraq İŞİN müvafiq hissəsinin PODRATÇI tərəfindən qüsurlu icrası və ya yenidən icrası nəticəsində çəkilən (İŞİN müvafiq hissəsinin üçüncü tərəf tərəfindən yenidən icrasına çəkilən məcmu xərclər də daxil olmaqla) ağlabatan əlavə xərclərə görə məsuliyyət daşıyır.
10.5 Bu maddə 10-nun digər müddəalarına baxmayaraq, ŞİRKƏT, PODRATÇININ bu cür icra və ya yenidən icranı lazımi şəkildə yerinə yetirə bilməsi üçün tələb olunduğunu hesab etdiyi, Şirkətin Ümumi Öhdəlikləri adlı müvafiq müddəalarında sadalanan hər hansı xidmətləri və/və ya materialları öz hesabına təmin edir.
10.6 PODRATÇI təchiz edilmiş hər hansı material və ya avadanlıqlardakı hər hansı material və ya keyfiyyət xarakterli qüsurun 10.1-ci Maddə ilə müəyyən olunmuş müvafiq vaxt ərzində aradan qaldırılmasına görə məsuliyyət daşıyır. Bununla belə, PODRATÇI aşağıdakılara görə məsuliyyət daşımır:


    1. bu cür material və avadanlığın gündəlik saxlanma xərcləri; və ya




    1. aşağıdakılardan irəli gələn qüsurların aradan qaldırılması xərcləri:



        1. ŞİRKƏT tərəfindən qeyri-düzgün işlədilmə; və ya




        1. PODRATÇININ TEXNİKİ MƏLUMATA əsaslanan ağlabatan hərəkətləri;




        1. Faktiki əməliyyat şəraitinin MÜQAVİLƏDƏ və ya ona edilmiş DƏYİŞİKLİKLƏRDƏ müəyyən olunmuş şəraitdən fərqli olması; və ya



        1. ŞİRKƏT tərəfindən təchiz edilmiş materiallar və avadanlıqda PODRATÇI tərəfindən ağlabatan şəkildə aşkar edilə bilinməyən qüsurlar.



11. DƏYİŞİKLİKLƏR
11.1 ŞİRKƏTİN istənilən vaxt PODRATÇIYA İŞƏ PODRATÇININ imkan və resursları çərçivəsində olan hər hansı dəyişikliklər etməklə bağlı təlimatlar vermək hüququ vardır. PODRATÇI dərhal təlimat verildiyi kimi hərəkət etməlidir.
11.2 Hər hansı dəyişiklik nəticəsində MÜQAVİLƏNİN DƏYƏRİNƏ edilmiş hər hansı düzəliş MÜQAVİLƏ ilə müəyyən olunmuş müvafiq tariflər və qiymətlər əsasında, bu cür müvafiq tariflər və qiymətlər olmadıqda isə ədalətli şəkildə hesablanır.
12. FORS MAJOR
12.1 Nə ŞİRKƏT, nə də PODRATÇI MÜQAVİLƏNİN şərtlərinin yerinə yetirilmənin ləngidilməsi və ya ona müvəqqəti maneçilik aşağıda sadalanmış, barəsində bu 12-ci Maddəyə uyğun olaraq bildirilmiş və təsirə məruz qalan tərəfin nəzarətindən kənar və onun nöqsan və ya etinasızlığı olmadan baş vermiş və ağlabatan səviyyədə çalışmasına baxmayaraq həmin tərəfin qarşısını ala bilmədiyi fors major hallar səbəbi ilə baş verdiyi halda məsuliyyət daşımırlar.

12.2 Bu MÜQAVİLƏNİN məqsədləri üçün yalnız aşağıdakı hallar fors major hesab olunur:





  1. İğtişaş, müharibə, işğal, xarici düşmənlərin hərəkətləri, hərbi əməliyyatlar (elan edilmiş və ya edilməmiş müharibə çərçivəsində), terrorçuluq aktları, vətəndaş müharibəsi, üsyan, inqilab, hərbi və ya qəsbkar qüvvələrin qiyamı;




  1. Ionlaşdırıcı şüalanmalar və ya nüvə yanacağının və ya daxili nüvə yanmasından qalan hər hansı nüvə tullantılarının, radioaktiv, zəhərli, partlayıcı və ya partlayıcı nüvə birləşmələrinin radiasiyası və ya onların nüvə komponentlərinin digər təhlükəli nəticələrinin səbəb olduğu çirklənmə;




  1. Səs və ya ultra-səs sürəti ilə hərəkət edən hava gəmisi və ya digər hava cihazlarının səbəb olduğu təzyiq dalğaları;




  1. Sərtliyindən asılı olmayaraq hava şəraiti istisna olmaqla , zəlzələ, daşqın, yanğın, vulkan partlayışı və/və ya digər təbii fiziki fəlakətlər;




  1. Milli və ya regional səviyyəli tətillər və ya milli və ya regional səviyyədə sənaye mübahisələri, və ya təsirə məruz qalmış tərəfin, onun subpodratçılarının və ya təchizatçılarının işə götürmüş olmadıqları işçilərin, lakin MALLARIN əhəmiyyətli hissəsinə təsir edən tətilləri;




  1. Dəniz və aviasiyada bədbəxt hadisələr;




  1. Hət hansı ümumi və ya yerli qanunlara, aktlara, fərmanlara və ya digər normativ hüquqi aktlara, və ya hər hansı yerli və ya digər hakimiyyət orqanlarının nizamnamə və ya sərəncamlarına dəyişikliklər və ya hər hansı bu cür qanunların, aktların, fərmanların, digər normativ hüquqi aktların, nizamnamə və ya sərəncamların qəbulu.

12.3 Fors major halı baş verdikdə, MÜQAVİLƏNİN icrasında ləngiyən və ya ləngimək ehtimalı olan tərəf vəziyyəti təfsilatlı şəkildə təsvir etməklə gecikmədən digər tərəfə məlumat verir və problemi aradan qaldırmaq üçün ləngimədən bütün ağlabatan tədbirləri həyata keçirir.


12.4 MÜQAVİLƏDƏ aydın şəkildə başqa qayda müəyyən edilməmişdirsə, fors major hadisənin baş verməsi ilə əlaqədar hər hansı formada heç bir ödəmə həyata keçirilmir.
12.5 Maddə 12.3-ə uyğun olaraq fors major halı barədə məlumat aldıqdan sonra, ŞİRKƏT və PODRATÇI bu halın hər hansı təsirlərini minimuma endirmək məqsədilə atılacaq addımlar barədə razılaşmaq üçün ləngimədən görüşməlidirlər.
13. DAYANDIRMA
13.1 ŞİRKƏTİN aşağıda göstərilən səbəblərə görə, PODRATÇIYA bildiriş verməklə İŞİN və ya onun bildirişdə göstərilən bir hissəsinin icrasını dayandırmaq hüququ vardır:


  1. Maddə 13.3-ə əsasən, PODRATÇI qüsura yol verdikdə; və ya




  1. dayandırılma İŞİN lazımi qaydada icra olunması və İŞİN və ya insanların təhlükəsizliyi üçün vacib olduğu halda; və ya




  1. ŞİRKƏTİN mənafeyinə uyğun gəldikdə.

13.2 Hər hansı belə bir bildiriş aldıqdan sonra, PODRATÇI başqa cür təlimat almamışdırsa:




  1. bildirişdə qeyd edilən İŞİ və ya onun bir hissəsini bildirişdə qeyd edilən tarixdə və ölçüdə dayandırır, və




  1. ŞİRKƏTİN tələb etdiyi şəkildə İŞİ qoruyur və mühafizə edir.

13.3 PODRATÇI qüsur buraxdığı zaman və ŞİRKƏT İŞİN və ya onun bir hissəsinin icrasının dayandırılması barədə bildiriş tərtib etməzdən əvvəl, PODRATÇIYA nöqsanları təfsilatlı şəkildə izah edən bildiriş göndərir. Əgər PODRATÇI belə bir bildirişi aldıqdan sonra nöqsanları aradan qaldırmaq üçün tədbirlər görmür və sonradan bunları davam etdirmirsə ŞİRKƏT Maddə 13.1-in şərtlərinə uyğun olaraq dayandırma barədə bildiriş tərtib edə bilər.




    • Əgər İŞ PODRATÇININ qüsuru nəticəsində dayandırılmayıbsa, PODRATÇIYA Muzd adlanan maddəsinin müvafiq müddəalarına əsasən və ya bu cür müddəalar olmadıqda isə Maddə 11-ə uyğun olaraq əvəzi ödənilir.




    • Əgər İŞ PODRATÇININ qüsuru nəticəsində dayandırılıbsa, ŞİRKƏTİN bununla bağlı çəkdiyi bütün əlavə xərclər PODRATÇIDAN geri alınır.




    • ŞİRKƏT bildiriş göndərməklə PODRATÇIYA İŞİ müəyyən olunmuş qaydada yeniləmək barədə təlimat verə bilər.




    • İŞİN dayandırılması zamanı, ŞİRKƏT və PODRATÇI işin dayandırıldığı müddət ərzində qarşılıqlı şəkildə məqbul hesab edilən tədbirləri nəzərdən keçirmək üçün yeddi gündən çox olmayan fasilələrlə görüşür.




    • Əgər PODRATÇININ qüsuru səbəbindən baş verməyən İŞİN dayandırılma müddəti 14 gündən artıq olarsa, PODRATÇI bildiriş göndərməklə ŞİRKƏTDƏN dayandırılma barədə bildirişin alındığı tarixdən sonrakı 14 gün ərzində İŞİN və ya onun dayandırılan hissəsinin davam etdirilməsinə icazə verməsini istə bilər. Əgər deyilən 14 gün ərzində ŞİRKƏT PODRATÇIYA belə bir icazə verməzsə, PODRATÇI İŞİN dayandırılmasını aşağıdakılardan biri olaraq qəbul edə bilər:




  1. dayandırma işin bir hissəsinə təsir edirsə, Maddə 11-ə uyğun olaraq bu hissəsin buraxılması kimi; və ya




  1. dayandırma işin hamısına təsir edirsə, Maddə 24.1 (a)-ya uyğun olaraq İŞİN xitamı kimi.


14. MUZD (MÜQAVİLƏ QİYMƏTİ) VƏ ÖDƏNİŞ ŞƏRTLƏRİ
14.1 ŞİRKƏT İŞİN icrası və tamamlanması üçün PODRATÇIYA bu Müqaviləyə əlavə olunmuş Ödəniş Cədvəlinə əsasən və bu Maddədə müəyyən olunan vaxtda və qaydada _________Muzd ödəyir və ya ödənilməsinə şərait yaradır.
14.2 ŞİRKƏTİN MÜQAVİLƏ ilə müəyyən olunan öhdəliyini öz hesabına icra etməsi aydın şəkildə ifadə edilməzsə, PODRATÇININ MÜQAVİLƏYƏ əsasən təchiz etməli olduğu bütün şeylər və icra etməli olduğu işlər burada qeyd edilən tarif və məbləğə daxil olunmuş hesab edilir. Məhdudiyyət olmadan 10-cu Maddəyə əsasən PODRATÇININ bütün öhdəlikləri PODRATÇI tərəfindən onun öz xərcləri hesabına icra edilir.
14.3 PODRATÇI hər təqvim ayı bitdikdən sonrakı otuz (30) gün ərzində ŞİRKƏTƏ hesab faktura təqdim edir.
İŞİN bütünlüklə tamamlanmasından sonra PODRATÇININ ŞİRKƏT tərəfindən hesab fakturanın qəbulu üçün son tarixi kimi müəyyən olunmuş vaxtdan sonra qəbul edilmiş hər hansı hesab faktura qarşılığında hər hansı ödəniş almaq hüququ yoxdur.


    1. MÜQAVİLƏYƏ əsasən ödəniləcək məbləğə Əlavə Dəyər Vergisi daxil olduqda, bu cür verginin düzgün məbləği hesab fakturada ayrıca bir şey kimi göstərilir. Əlavə Dəyər Vergisi müvafiq şəkildə MÜQAVİLƏNİN DƏYƏRİNƏ əlavə olunur.




    1. Hər bir hesab fakturada hər bir başlığı ilə müəyyən olunmuş məbləğlər ayrı-ayrılıqda göstərilməlidir və ŞİRKƏTİN Müqavilə Arayış Nömrəsi, Başlığı və MÜQAVİLƏ ilə müəyyən oluna bilən digər təfərruatlara istinad edilməlidir.

Hər bir hesab faktura Müqavilədə müəyyən edilmiş ünvana göndərilir.




    1. Düzgün hazırlanmış və qəbul oluna bilən hesab fakturanın ŞİRKƏT tərəfindən Maddə 17.6-də göstərilmiş ünvanda qəbul edilməsindən sonra otuz (30) gün ərzində ŞİRKƏT daxili (və ya xarici) valyutalarla həyata keçirilən ödənişlərdə ŞİRKƏT müvafiq məbləği müvafiq valyuta ilə PODRATÇININ MÜQAVİLƏDƏ müəyyənləşdirilən və ya başqa formada bildirilmiş bank hesabına hesab fakturalar üzrə ödəniş etməlidir




    1. Əgər ŞİRKƏT hesab fakturada göstərilən məbləği bütövlükdə və ya qismən mübahisələndirirsə və ya həmin hesab faktura hər hansı baxımdan qeyri-düzgün hazırlanmış və ya təqdim edilmişdirsə ŞİRKƏT mübahisənin səbəbləri barədə PODRATÇINI xəbərdar etməli və PODRATÇIDAN bütövlükdə həmin hesab faktura və ya onun qəbul edilməyən hissəsi ilə bağlı kredit sənədi verməsini istəməlidir. Bu cür kredit sənədi verildikdən sonra ŞİRKƏT mübahisəli hesab fakturanın mübahisəsiz hissəsinə gərə ödənişi həyata keçirmək öhdəliyi daşıyır.

Tərəflər arasında MÜQAVİLƏ ilə bağlı hər hansı digər mübahisə mövcuddursa, ŞİRKƏT MÜQAVİLƏ əsasında ödənilməli, lakin mübahisəli olan məbləğin ödənilməsini saxlaya bilər. ŞİRKƏT nə hər hansı başqa müqavilələr əsasında PODRATÇIYA ödəməli olduğu məbləği bu MÜQAVİLƏ üzrə mübahisəyə, nə də bu MÜQAVİLƏ əsasında ödəməli olduğu məbləği başqa müqavilələr üzrə mübahisələrə qarşı istifadə edə bilməz.


Hər hansı mübahisənin həll olunması ilə PODRATÇI ödənilməli olan məbləğdə hesab faktura təqdim edir və ŞİRKƏT Maddə 14.4 və Maddə 14.7-un müddəalarına uyğun olaraq müvafiq ödənişi edir.


    1. Nə ayrıca bir hesab fakturanın təqdim edilməsi, nə də ödənilməsi və ya ödənilməməsi mübahisəni həll etmir, kompromis əsasında yeni qarşılıqlı razılaşma yaratmır və əvvəlki hesabın bərpasına səbəb olmur və ya tərəflərin hüquqlarından imtinaya gətirib çıxarmır və ya hüquqlarına təsir etmir.

ŞİRKƏT aşağıdakı halların hamısında və ya hər hansı birində əvvəl ödənilmiş hər hansı məbləğə düzəliş edə və ya dəyişə bilər:




  1. hər hansı belə məbləğ düzgün olmamışdır; və ya




  1. hər hansı belə məbləğ düzgün olaraq PODRATÇIYA ödənilməli deyildir; və ya




  1. Əvəzinin ödənilmiş olduğu hər hansı iş MÜQAVİLƏNİN şərtlərinə uyğun deyil.




    1. Əgər ŞİRKƏT istənilən vaxt MÜQAVİLƏNİN müddəalarına əsasən PODRATÇIDAN tuta biləcəyi xərcləri çəkərsə, ŞİRKƏT bu cür xərclərin ödənməsi üçün PODRATÇIYA həmişə o şərtlə hesab faktura verə bilər ki, ŞİRKƏT bu cür xərclərin məbləğini MÜQAVİLƏYƏ əsasən PODRATÇIYA ödəməli olduğu və ya ödəməli ola biləcəyi hər hansı məbləğdən çıxa bilsin.

PODRATÇI bu cür çıxılmadan sonrakı cari məbləği ŞİRKƏTƏ hesab fakturanı aldıqdan sonra otuz (30) gün müddətində ödəməlidir.




    1. Maddə 14.10-un məqsədləri üçün, MÜQAVİLƏNİN bir tərəfinin çəkdiyi hər hansı xərci digər tərəfdən tutmaq hüququ olduğu halda bu xərclərin məbləğinə bütün iddiaların, itkilərin, zərərlərin, məxariclərin, ödəmələrin, xərclərin (üçüncü şəxslərə ödənilən məbləğlər də daxil olmaqla), idarəetmə xərclərinin və birbaşa sözügedən məslə ilə bağlı çəkilən və heç bir gəlir elementi olmayan digər xərclərin məbləğləri aiddir.


15. VERGİLƏR
15.1 PODRATÇI Maddə 18-in şərtlərinə uyğun olaraq aşağıdakı öhdəliklər daşıyır:


  1. Azərbaycan Respublikasının vergi və digər qanunvericiliyinə uyğun olaraq əmək haqqı, maaş, gəlir və ya xərclər və PODRATÇI tərəfindən işə götürülən şəxslərə birbaşa və ya dolayı ödənilən digər muzdlara əsasən hesablanmasından asılı olmayaraq PODRATÇININ cavabdeh olduğu bütün vergilər, rüsumlar, xərclər və təzminatlar (həmçinin onların üzərinə əlavə edilmiş hər hanası faiz və cərimələr); və




  1. MÜQAVİLƏNİN tətbiqi nəticəsində meydana çıxan, Azərbaycan Respublikası ərazisində əmələ gələn, indi toplanan və ya bundan sonra toplanacaq, Azərbaycan Respublikası və ya digər yerin müvafiq dövlət orqanının təyin etdiyi, PODRATÇININ cavabdeh olduğu, gəlir, xeyir, şirkət vergiləri və kapital artımı, dövriyyə və əlavə dəyər vergisi daxil olmaqla, lakin bununla məhdudlaşmayan bütün vergilər, rüsumlar, xərclər və təzminatlar (həmçinin onların üzərinə əlavə edilmiş hər hansı faiz və cərimələr);; və




  1. əmək haqqı, maaş, gəlir və ya xərclər və PODRATÇI tərəfindən işə götürülən şəxslərə və ya MÜQAVİLƏ ilə bağlı PODRATÇIYA xidmət göstərən digər şəxslərə birbaşa və ya dolayı ödənilən digər muzdlara əsasən hesablanmasından asılı olmayaraq mənfəət vergisi, sığorta, işçi vergiləri, xərclər, sosial müdafiə xərcləri, təzminatlar da daxil olmaqla, lakin bununla məhdudlaşmayan, hesabdan çıxarış etmək və tələb edilən məbləği Azərbaycan Respublikası və ya digər ölkənin müvafiq dövlət orqanına göndərməklə bağlı öhdəliklərinə əməl etmək və buna bənzər öhdəliyin SUBPODRATÇILARIN və ya onlar tərəfindən işə götürülən şəxslərin və ya MÜQAVİLƏ ilə bağlı onlara xidmət göstərən şəxslərin üzərinə qoyulması; və




  1. hər hansı bir SUBPODRATÇININ və ya işə götürülən və ya MÜQAVİLƏ ilə bağlı xidmət göstərən digər şəxslərin Maddə 15-ə riayət edəcəklərinə təminat verilməsinə görə məsuliyyət daşıyır.




    1. PODRATÇI ŞİRKƏTİ MÜQAVİLƏYƏ əsasən həyata keçirilən fəaliyyətlə bağlı olan bütün məlumatlarla ŞİRKƏTİN Azərbaycan Respublikası və ya digər ölkənin müvafiq dövlət orqanının bu məlumatlar üçün nəzərdə tutulan qanuni tələblərinə əməl edə bilməsi üçün zəruri olan qaydada təmin edir.

15.3 PODRATÇI ŞİRKƏTİ bu Maddədə nəzərdə tutulan bütün rüsumlardan, cərimələrdən, təzminatlardan və vergilərdən və Azərbaycan Respublikası müvafiq dövlət orqanının MÜQAVİLƏ ilə əlaqədar olaraq PODRATÇI QRUPUNUN üzərinə qoyduğu faiz və cərimələrdən və bunlarla bağlı meydana çıxan bütün xərclərdən qoruyur, müdafiə edir, bunları ödəyir və ŞİRKƏTİN zərərsizliyini təmin edir.


15.6 Əgər ŞİRKƏT bu Maddədə nəzərdə tutulan rüsum, cərimə, təzminat və verginin və\və ya PODRATÇI, hər hansı bir SUBPODRATÇI, onların FİLİALLARI və ya PODRATÇI və ya hər hansı bir SUBPODRATÇI tərəfindən işə götürülmüş şəxs və ya MÜQAVİLƏ ilə əlaqədar olaraq PODRATÇI və ya hər hansı bir SUBPODRATÇIYA xidmət göstərən şəxsin üzərinə qoyulmuş faiz və cərimələrin ödənilməsini tələb edən bildiriş alarsa, ŞİRKƏT dərhal PODRATÇIYA bu barədə məlumat verir, hansı ki, öz növbəsində bu ödənişə qarşı etibarlı iddia irəli sürmək məqsədilə bütün ağlabatan cəhdləri etmək üçün ŞİRKƏT ilə birlikdə çalışacaq. ŞİRKƏTDƏN bu cür ödənişin edilməsi qəti olaraq tələb edildikdə, ŞİRKƏT bu məbləği və bununla əlaqədar meydana çıxan xərcləri PODRATÇIDAN geri ala bilər və PODRATÇI ŞİRKƏTDƏN yazılı bildiriş aldıqdan sonrakı 14 gün ərzində bu məbləği ödəyir və ya ŞİRKƏTİN səlahiyyəti vardır ki, bu məbləği PODRATÇIYA ödənilməli olan və ya gələcəkdə ödənilməli ola biləcək məbləğdən çıxsın.


    1. Bu Maddəyə əsasən ŞİRKƏTİN PODRATÇIDAN geri ala bildiyi vergi və digər şeylər istisna olmaqla, ŞİRKƏT PODRATÇINI bu Maddədə nəzərdə tutulan bütün rüsumlardan, cərimələrdən, təzminatlardan və vergilərdən və Azərbaycan Respublikasının müvafiq dövlət orqanının MÜQAVİLƏ ilə əlaqədar olaraq ŞİRKƏTİN üzərinə qoyduğu faiz və cərimələrdən və bunlarla bağlı meydana çıxan bütün xərclərdən qoruyur, müdafiə edir, bunları ödəyir və PODRATÇININ zərərsizliyini təmin edir.


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə