Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan diLLƏr universiteti



Yüklə 303,02 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix19.12.2023
ölçüsü303,02 Kb.
#152666
1   2   3   4
4. Mehbaliyeva Hökümə ,B23-117. Monqol yürüşləri və onlara qarşı mübarizə (1)

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Monqol yürüşləri və onlara qarşı mübarizə 
Monqolların Azərbaycana I yürüşü. 
1220-1223-cü illəri əhatə edən və 
kəşfiyyat xarakteri daşıyan birinci yürüşə 30 minlik qoşuna malik Cəbə və Subatay 
başçılıq etmişdi. Tarixçi İbn əl-Əsir yazırdı: «monqollar Azərbaycan və Aran 
vilayətlərinə gəlib, bir ildən də az bir müddətdə onları misli görünməmiş surətdə 
dağıtdılar, əhalisinin çoxunu qırdılar. Dərbəndə və Şirvana gedərək o tərəfdəki 
şəhərləri aldılar və oranın padşahı yaşayan qaladan başqa heç bir yer salamat 
qalmadı.» Bu yazı yürüşün ümumi şəkildə təsviridir, ancaq monqollar elə birinci 
yürüşdə də xalqımızın ciddi müqaviməti ilə qarşılaşmışdı. Hökmdar Atabəy Özbək 
qaçıb gizlənsə də, ayrı-ayrı şəhərlərin və vilayətlərin əhalisi silahlanaraq 
işğalçılarla savaşa girməkdən çəkinmirdilər. 1221-ci ildə monqollar Təbrizə üç 
dəfə basqın etsələr də, əhalinin ciddi müqaviməti ilə rastlaşdıqlarından və şəhəri 
tuta bilmədiklərindən paltar və ərzaqdan ibarət bac almaqla kifayətləndilər. 
Aran hakiminin 
köməyilə 
gürcü 
Baqratuni 
çarlığının 
60 
minlik 
qoşununu məğlubiyyətə uğratdılar. Monqollara tabe olmayan Marağa şəhərini 
mühasirəyə alıb, ələ keçirdilər və əhalisini qırdılar. Sərabı tutub qarət etdikdən 
sonra Naxçıvan və Beyləqana saldırdılar. 1221- ci ildə Ərdəbili tutub böyük 
qırğın törətdilər və şəhərin böyük hissəsini dağıtdılar. Beyləqan əhalisi ilə 
sülh danışığına gedən nümayəndəni əhali öldürdükdən sonra monqol-tatarlar 1221-
ci ilin ramazan ayında şəhəri çətinliklə də olsa, ələ keçirdilər. Qılıncı sıyınb qoca, 
uşaq, qadın-hamısını qırdılar. Tarixi qaynaqlara görə monqollar, hətta hamilə 
qadınların qannlarını yarıb çağalarını öldürürdülər. İbn əl-Əsirin yazdığına görə 
"şəhərin əhalisinin kökünü kəsdilər." 
O dövrdə Aran vilayətinin anası-mərkəzi olan Gəncəyə yürüdülər, ancaq 
şəhərin əhalisinin çoxluğunu, gürcülərlə olan savaşda mərdlik və 
şücaət göstərdiklərini, şəhərin müdafiəsinin möhkəmliyini bildikləri üçün oraya 
yaxın gedə bilmədilər. Adam göndərib, gəncəlilərdən pul və paltar tələb 
etdilər. İstədiklərini alaraq rədd olub getdilər. Şirvan Dərbəndinə getmək 
istəyən monqol-tatarlar 
əvvəlcə 
Şamaxı 
şəhərini 
mühasirəyə 
aldılar. 
Monqollar ümumiyyətlə, 
şəhərlərin 
mühasirəsi 
zamanı 
divardeşən 


maşınlardan, mancanaqlardan və xüsusi nərdivanlardan istifadə edirdilər. Şamaxı 
əhalisi mühasirə şəraitində qəhrəmanlıqla savaşdı. Qaynaqlara görə, Şamaxı 
əhalisi demişdi: “Qılınca sarılmaq lazımdır. Bizə qılıncdan başqa qurtuluş yoxdur, 
səbr etmək və şərəflə ölmək hər şeydən yaxşıdır". Mühasirə daraldıqca, 
şəhərin müqaviməti zəiflədi. Şəhəri alan monqollar çoxlu mal, pul qarət etdilər 
və burada da əhalinin kökünü kəsdilər. 1222-ci ildə Şirvanşahla danışığa 
gedib, onun göndərdiyi nümayəndələrlə çox güclü müdafiə sisteminə malik olan 
Dərbənd şəhərinin yanından keçdilər və Şimali Qafqaz düzənliyinə çıxdılar. 1223-
cü ildə rusları əzdilər və bulqar türklərindən yaxşı bir zərbə alıb vətənlərinə geri 
döndülər. Birinci yürüş kəşfiyyat xarakteri daşısa da, Azərbaycanda kənd 
təsərrüfatına, sənətkarlığa, ticarətə, şəhər həyatına, bütövlükdə iqtisadiyyata və 
mədəniyyətə böyük ziyan vurdu və ölkəmizin müdafiə gücünü daha da zəiflətdi. 
Bundan istifadə edən qıpçaqlar 1223-cü ildə Dərbənddən keçərək 
Azərbaycana soxulub Şirvan bölgəsini qarət etdilər. Hiylə yolu ilə Gəncəyə girib 
əhalini soyub taladılar. Eldənizlərdən əlini üzmüş Azərbaycan əhalisi birləşərək 
qıpçaqları Azərbaycandan qovdular. Ölkəmizin düşdüyü ağır vəziyyətdən 
bəhrələnən gürcülər də 1225-ci ildə torpağımıza soxulub, əhalimizə divan tutdular. 
1225-ci ildə Vətənimiz daha bir fəlakət ilə üzləşdi. Monqolların yürüşünə tab 
gətirməyən Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin öz ölkəsini monqollara 
buraxıb Azərbaycana gəldi. İbn əl-Əsirin sözləri ilə deyilsə, Azərbaycan və Aran 
kimi dünyanın ən zəngin torpaqları ixtiyannda olsa da, “ölkəsini müdafiə etməkdə 
Allahın yaratdıqlarından ən acizi və bacarıqsızı olan” Atabəy Özbək Cəlaləddinin 
yürüşü qarşısında Təbrizdən Gəncəyə, sonra Əlincə qalasına qaçdı və orada da 
öldü. Nəticədə 1225-ci ildə Azərbaycanda Eldənizlər sülaləsinin hakimiyyətinə son 
qoyuldu. Cəlaləddin əvvəlcə Marağa şəhərini tutdu. Təbriz şəhərinin əhalisi yeddi 
gün qəhrəmanlıqla vuruşsa da, 1225-ci ilin iyulun 25-də Cəlaləddin şəhəri ələ 
keçirtdi. Təbrizdən sonra Cəlaləddin Dvində 60 minlik qüvvə toplayaraq Arana 
soxulmağa çalışan gürcülərə ağır zərbə vurdu. Gürcülər 20 min döyüşçü itirdilər. 
Bunun ardınca Cəlaləddinin hərbi qüvvələri Gəncə, Beyləqan və Şəmkiri ələ 
keçirib Tiflisə daxil oldular. Şirvanşahlar ildə 100 min dinar xərac vermək şərti 


ilə Cəlaləddindən vassal asılılığını qəbul etdilər. Yaxşı sərkərdə, amansız 
hökmdar və pis idarəçi olan Cəlaləddin Azərbaycanda abadlıq işləri aparacağı 
haqda vədini yerinə yetirmədi, əksinə Azərbaycanda və ona qonşu ölkələrdə 
xalqı soyub talamağa yönəlmiş vergi sistemi yaratdı. Açıq qarət siyasətindən 
bezmiş Təbriz əhalisi ayağa qalxıb üsyan qaldırdı. Bütün Azərbaycam 
Cəlaləddinə qarşı xalq hərəkatı bürüdü. 1231-ci ildə Gəncə üsyanı bu hərəkatın 
zirvəsi oldu. Cəlaləddin çox böyük çətinliklə olsa da, üsyanı yatırdı. Üsyanın 
başçısı usta Bəndər ələ keçirilərək amansızlıqla tikə-tikə doğrandı. 
Cəlaləddinin Azərbaycandakı hərbi-siyasi fəaliyyətinin yeganə müsbət cəhəti 
Azərbaycanı və Şərqi Anadoludakı türk müsəlman əhalisini hədəfə alan və böyük 
qətliamlara səbəb olan gürcü təhlükəsini ortadan qaldırması hesab edilə bilər. 
Cəlaləddin gürcülərin əsas hərbi qüvvəsi olan 50 minlik qıpçaq birliyini öz 
himayəsinə aldı və nəticədə gürcülər bütün gücünü itirdilər. 
Buna baxmayaraq özünü monqolların banşmaz düşməni kimi göstərən 
Cəlaləddin 
bölgədə 
olan 
hərbi-siyasi 
qüvvələri 
monqollara 
qarşı 
birləşdirmək əvəzinə, onlan daha da zəiflətdi. Bunun nəticəsində bölgədə 
monqolların ikinci yürüşünün qarşısını ala biləcək hər hansı bir güc qalmadı. 

Yüklə 303,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə