Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan diLLƏr universiteti



Yüklə 303,02 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix19.12.2023
ölçüsü303,02 Kb.
#152666
1   2   3   4
4. Mehbaliyeva Hökümə ,B23-117. Monqol yürüşləri və onlara qarşı mübarizə (1)

Monqolların üçüncü yürüşü.
Azərbaycan Hülakü dövlətinin mərkəzi kimu 
Böyük Monqol xaqanı Münkə xan Orta Şərq ölkələrində möhkəmlənmək və 
monqol istilasını tamamlamaq üçün qardaşı Hülakü xanı böyük ordu ilə yürüşə 
yolladı. Hülakü xan 1256-cı ildə Azərbaycan və Aranı ələ keçirdi. 1258-ci ildə 
Təbrizdən yürüşə çıxaraq Bağdadı tutdu və Xəlifə Mötəsimi qılıncdan keçirərək 
Abbasi xilafətinin varlığına son qoydu. Hülakü xan Amudərya çayından Aralıq 
dənizinə, İran körfəzindən Dərbəndədək böyük ərazini qılınc gücünə öz 
hakimiyyəti altında birləşdirərək beşinci monqol ulusunu-Hülakülər dövlətini 
yaratdı. Hülakü dövlətinin əsas mərkəzi -metropoliyası Azərbaycan idi. Dövlətin 
yarandığı 1258-ci ildə ilk paytaxtı Marağa, 1259-cu ildə Azərbaycanın baş şəhəri 
Təbriz olmuşdur. Hülakü elxanlarının sarayı, dövlətin inzibati, hərbi-siyasi 
idarəetmə orqanları, xəzinəsi və vergi idarələri Təbrizdə yerləşirdi. Hülakülərin 
yay iqamətgahı Qarabağda, qış iqamətgahı isə Muğanda idi. Maraqlıdır ki, 
Səlcuqlular dönəmində türk dövlətlərində rəsmi dil ərəb və fars dilləri idisə
Hülakülər dövründə türk dili dövlət dili mövqeyini qazanmışdı. O dövrdə yaşamış 
görkəmli alimimiz Məhəmməd Naxçıvani yazırdı ki, Hülakülər dövlətində mühüm 
sənədlər türk, ərəb və fars dillərində yazılırdı və fərmanlar azərbaycanlılara türk 
dilində çatdırılırdı. Təsadüfi deyil ki, XIII-XIV əsrlərdə Azərbaycanın və onun 
şimal hissəsi olan Aranın əhalisinin böyük çoxluğu türklərdən ibarət idi. XIII 
əsr mənbələrində 
təkcə 
Aranda 
yüz 
min 
türk 
atlısının 
olduğu 
bildirilmişdir, Azərbaycanın görkəmli alimi Nəsrəddin Tusi Hülakü xanın baş 
məsləhətçisi, Hülakü xanın oğlu Abaqa xanın vəziri olmuş və hər iki elxanın 
dövründə ölkəmizin idarə edilməsi işlərinə güclü şəkildə təsir göstərmişdi. 
Güclü və mərkəzləşmiş idarə orqanları yarada bilən Hülakü xan köçəri 
əyanlara arxalanırdı, hərbi-siyasi idarələri və vilayətləri şahzadələrə və 


tanınmış əmirlərə tapşırmışdı. Oturaq əhalini ağır vergi sisteminə cəlb edən Hülakü 
xan yerli 
Azərbaycan əyanlarını sıxışdırmağa çalışırdı. Abaqa xanın 
hakimiyyətinin (1265-1282) sonlarında köçəri əyanların hakimiyyət uğrunda 
mübarizəsi və daxili çəkişmələr Arqun xanın ölümündən (1291) sonra daha da 
gücləndi. 1295-ci ildə Qarabağda Hülakülər dövlətinin başçısı elan edilən Qazan 
xan (1295-1304) köçəri əyanların üsyan və çıxışlarını yatıraraq mərkəzi 
hakimiyyəti gücləndirdi. 
Qazan xanın qardaşı Sultan Olcaytunun dövründə (1304-1316) mərkəzi 
hakimiyyət xeyli möhkəmləndirilsə də, on iki yaşlı Əbu Səidin dövründə (1316-
1335) əslində dövlətin idarəsi baş əmir Çobanın ixtiyarına keçdi. 
1343-cü ildə Hülakülər dövlətində hakimiyyətə gəlmiş Çobani Məlik Əşrəfin 
dövründə xalqımız tam bir zülm və dəhşətli qorxu içində yaşamağa məhkum 
edilmişdi. Tarixçi Əbubəkr əl Qütbi əl Əhərinin Çobani nəslinin Vətənimiz 
Azərbaycana gətirdiyi bəlalar haqqında yazdıqları oxuyanları dəhşətə gətirir. 
Tarixçi yazırdı: “1344-cü il: Çobanilər Təbrizə gəldilər və zülmün əsasını 
qoydular, 1345-ci il: Məlik Əşrəf Təbrizə gəlib oturdu və zülm bayrağını göylərə 
qaldırdı, 1346-cı il: ölkədə üç şey bol idi: zülm, bahalıq və vəba… Məlik Əşrəf 
100 min ac qurdu Azərbaycan və Aranın canına saldı. Onlar istədiklərini etdilər. 
Əhali cana doydu və Vətənini tərk edib qonşu ölkələrə səpələndi.” Mənbələrdə 
Məlik Əşrəfin Azərbaycandan 400 dəvə və min qatır yükünə bərabər sərvət 
toplaması və on yeddi yerdə xəzinə saxlaması haqqında məlumatlar vardır. 
Hülakü dövləti yaranandan sonra Çingiz xanın vəsiyyətini əsas gətirən Qızıl 
Orda dövləti onlardan qoparılmış Azərbaycan kimi zəngin ölkənin itirilməsi ilə heç 
cürə barışa bilmirdilər. Çingiz xanın oğlu Cuciyə məxsus dördüncü ulusun-Qızıl 
Ordanın ərazisinin bir hissəsinin qoparılaraq beşinci ulusa-Hülakü dövlətinə 
çevrilməsi bu iki nəhəng güc arasında bir əsrə qədər davam edən müharibəyə səbəb 
oldu və aparılan savaşlar Azərbaycana böyük fəlakətlər gətirdi. Şəhərlərimiz, 
kəndlərimiz dağıdılıb qarət edilir və əhalimiz qınlırdı. Qızıl Ordanın 1263, 
1265,1288-1290, 1335-ci il yürüşləri ona uğur gətirmədi. Çobani Məlik Əşrəfin 
Hülakü ulusunu çapıb-talaması və soyğunçuluq siyasəti ölkəmizi hərbi-siyasi və 


iqtisadi cəhətdən tamamilə gücdən salmışdı. Məlik Əşrəfin zülmündən baş götürüb 
Qızıl Ordaya qaçmış din xadimi Bərdəli Mövlana Məhiyəddm Saray Bərkə 
şəhərində məsciddə vaizlik edirdi. Qızıl Orda hökmdarı Canı bəyin məscidə 
gəlməsindən istifadə edən Mövlana Çobani Məlik Əşrəfin Azərbaycan xalqına 
etdiyi zülmdən elə danışdı ki, böyük hökmdar Cam bəy ağlamaqdan özünü saxlaya 
bilmədi və dərhal qoşun hazırlamağı əmr etdi. Canı bəy Azərbaycema gələndə. 
Şirvanşah qoşunu da ona qoşuldu. 1357-ci ildə Təbrizə daxil olan 
müttəfiqlər Azərbaycanda Çobani ağalığına son qoydular və Hülakü dövləti 
tarixin səhnəsindən silindi. Bu hadisə Azərbaycanın şimalında Şirvanşahların 
müstəqilləşməsinə şərait yaratdı. Hülakü dövlət sistemində Şirvanşahlar öz 
titullarını saxlasalar da, bu formal xarakter daşıyırdı. Çünki mərkəzi hökumət 
onların səlahiyyətlərini o dərəcədə məhdudlaşdırmışdı ki, Şirvan əhalisindən 
vergiləri belə, monqol baskakları toplayırdı. 


NƏTİCƏ 
Monqolların Azərbaycana ilk yürüşləri kəşfiyyat xarakteri daşıyırdı. Lakin bu 
yürüşlər Azərbaycanda siyasi pərakəndəliyin hökm sürdüyünü bir daha sübut etdi. 
Düşmənə qarşı yekdilliklə mübarizə aparılmaması monqolların qələbəsini təmin 
etdi. Monqolların ilk yürüşləri Azərbaycanın ictimai-iqtisadi , siyasi və mədəni 
həyatına böyük zərbə vurdu. Monqolların keçdikləri ərazidə mədəniyyət abidələri, 
ticarət yolları dağıdıldı, kənd təsərrüfatı talan edildi, əkin yerləri tapdalandı, 
yanğınlar törədildi, mal-qara sürülüb aparıldı. İqtisadi vəsiyasi qudrətini itirmiş 
Atabəylər dövləti ölkədə vəziyyəti nizama salmaq iqtidarında deyildi. 
Azərbaycanda yaranmış ağır vəziyyət yeni istilaçıların həmlələri üçün imkan 
yaratdı. 1223-cü ildə qıpçaq dəstələri Şimali Qafqaz çöllərindən keçərək Dərbəndə 
gəldilər və buradan Azərbaycana soxuldular. Şirvanda qarətçilik edən qıpçaqlar 
Arrana gəlib Qəbələ və Gəncəyə tərəf irəlilədilər. Qəbələ şəhəri qıpçaqların 
yürüşündən böyük zərər çəkdi. Qıpçaqlar Gəncə hakimi ilə danışıqlar apardılar, 
onun nüfuz dairəsində olan ərazidə yaşamalarına razılıq istədilər və buna nail 
oldular. Azərbaycanın ağır vəziyyətindən istifadə edən gürcü feodalları 1225-ci 
ildə Gəncəyə hücum etdilər, Gəncə qarət edildi. 
Monqolların II yürüşdə məqsədi işğal etdikləri ərazilərdə, əsasən 
Azərbaycanda və ona qonşu olan ərazilərdə möhkəmlənmək idi. Onlar 
Monqolustana qayıtmadılar və tutduqları ərazilərdə, o cümlədən Cənubi Qafqazda 
məskunlaşdılar. Azərbaycan və Cənubi Qafqaz ərazisi 1239-1256-cı illərdə Böyük 
Monqol imperatorluğunun buradakı canişinləri tərəfindən idarə olundu. Monqol 
əyanlarının Azərbaycanda həyata keçirdiyi siyasətin əsas mahiyyəti yerli 
feodalların-vassalların köçmə monqol əyanlarından asılılığını getdikcə artırmaq 
idi. Köçmənlərin bir qismi yerli feodallarla ittifaqa üstünlük verirdilərsə, başqaları 
onlara heç bir hüququn verilməməsinin tərəfdarı idi. 
Hülakü xan bu yürüşlərdən sonra yeni dövlətin əsasını qoydu.Bu dövlət 
tarixdə Hülakülər və Elxanilər adı tanınır.Azərbaycan imperiyanın əsas vilayəti 
sayılırdı.Hülakülərin paytaxtı olan Marağa,Təbriz,Sultaniyə şəhərləri bu 
məmləkətdə yerləşirdi. 


ƏDƏBİYYAT SİYAHISI 
1.
Z.M. Bünyadov və Y.B.Yusifov "Azərbaycan Tarixi" Bakı-2009 
2.
Azərbaycan tarixi. Yeddi cilddə. III cild, Bakı,2007. 
3.
Süleyman Əliyarlı "Azərbaycan Tarixi" 
4.
İqrar Əliyev "Azərbaycan Tarixi" Bakı-1993 
5.
Mahmud İsmayıl "Azərbaycan Tarixi" Bakı-1997 
6.
"Azərbaycan Sovet Ensiklopediyası" (VII cild) Bakı, 1981 
 
 

Yüklə 303,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə