Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan diLLƏr universiteti


Monqolların ikinci yürüsü və Azərbaycanın işğalı



Yüklə 303,02 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix19.12.2023
ölçüsü303,02 Kb.
#152666
1   2   3   4
4. Mehbaliyeva Hökümə ,B23-117. Monqol yürüşləri və onlara qarşı mübarizə (1)

Monqolların ikinci yürüsü və Azərbaycanın işğalı. 
1231-ci ildə monqol 
qoşunları yenidən Azərbaycana soxuldular. Onlar bu dəfə ölkənin içərilərinə doğru 
irəliləməyə tələsmirdilər. Monqollar Marağa və Təbrizi tutandan dörd il sonra 
Azərbaycanın şimal torpaqlarına hücum etdilər. Gəncə şəhərini mühasirəyə aldılar. 
Gəncəlilər düşmənə ciddi müqavimət göstərilsədə monqollar şəhəri ələ keçirib onu 
dağıtdılar. Əhaliyə amansız divan tutdular. Şəhər xarabaya çevrildi. O, 4 il belə 
qaldı. Daha sonra monqollar Azərbaycanın zəbt edilməsini başa çatdırdılar. 
Beləliklə, monqolların Azərbaycanı zəbt etməsi üçün onlara 8 il vaxt lazım oldu. 
Monqollar bu müddətdə Gürcüstanı və Ermənistanı da tutdular və bu üç ölkəni bir 
canişinlikdə birləşdirərək, bu canişinliyin başına iri monqol feodalını qoydular. Bir 
qədər sonra monqollar bütün ətraf əraziləri zəbt edib böyük Hülakilər dövlətini 
yaratdılar. Azərbaycanda monqol əsarəti dövrü başladı. Azərbaycanı zəbt edərkən 
monqollar Gəncə, Şamaxı, Beyləqan, Ərdəbil və s. şəhərləri viran etdilər. Bərdə 


şəhəri isə o vaxtdan bəri bir daha dirçəlmədi, kiçik yaşayış məntəqəsinə çevrildi. 
K.Marks monqol qoşunlarının ayaqlarının dəydiyi yerlərin xarabazara çevrilməsi 
barəsində yazmışdır. "İncəsənət, zəngin kitabxanalar, gözəl saraylar və məscidlər, 
hər şeyi yerlə-yeksan etdilər". Monqol əsarəti dövründə ölkənin təsərrüfatı pisləşdi. 
Torpaqların xeyli hissəsi uzun illər əkilməmiş qaldı, sənətkarlıq və ticarətə ciddi 
ziyan dəydi. Əsasən maldarlıqla məşğul olan monqollar ən yaxşı torpaqları, o 
cümlədən Kür-Araz ovalıqlarını ələ keçirərək otlaqlara çevirdilər. 
Azərbaycan xalqı monqol əsarətinə qarşı daim mübarizə aparmışdır. Çox vaxt 
feodal zülmündən cana doymuş kəndlilər silahlı dəstələr düzəldir, monqol 
feodallarının mülklərinə basqınlar edir, onları öldürməkdən də çəkinmirdilər. 
Bəzən bu mübarizə yerli feodallar da qoşulur, kəndli dəstələrinə başçılıq edirdilər. 
Monqol zülmünün ilk illərində Qarabağda böyük üsyan oldu. Bu üsyana yerli 
hakim Həsən Cəlal başçılıq edirdi. Bir qədər sonra Şirvanda da böyük çıxışlar baş 
verdi. Şəhər zəhmətkeşləri, sənətkarlar da bu çıxışlarda iştirak edirdilər. Belə 
çıxışlardan biri Təbriz şəhərində oldu. Bütün bu çıxışların çox ciddi xarakterli 
olmalarına baxmayaraq üsyançılar yaxşı silahlanmış, sayca daha çox olan 
qoşunlara ciddi müqavimət göstərə bilməyərək məğlubiyyətə düçar olurdu. 
Monqolların Azərbaycana gəlməsi oturaq yerli əhalinin həyat tərzinə və ilk 
növbədə kənd təsərrüfatının və əkinçiliyin inkişafına mənfi təsir göstərdi. 
Monqolların ilk yürüşləri Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatına 
kəskin zərbə vurdu. Ölkədə feodal pərakəndəliyi daha da artdı. Monqolların 
keçdikləri ərazidə mədəniyyət abidələri, ticarət yolları dağıdıldı, əkin yerləri 
tapdalandı, xırmanlar yandırıldı. Monqollar ilk anlardan başlayaraq becərilən 
torpaqları zəbt edib otlaqlara çevirdilər. Muğanda çağırılmış qurultayda Ön Qafqaz 
ərazisi 110 nəfər monqol noyonu arasıında bölündü. Sərkərdə Molor noyon 
Şəmkirin və ətraf ərazinin hakimi oldu. Monqollar əhalinin mal-qarasını, xüsusilə 
atlarını güclə alıb öz ilxılarına qatdılar. İş o yerə çatdı ki, adamlar son heyvanlarını 
verib canlarını qurtarmalı oldu. Monqolların iqtisadi siyasəti əkin sahələrinin 
azalmasına və son nəticədə kəndlilərin həyat səviyyəsinin aşağı düşməsinə səbəb 
oldu, kənd təsərrüfatı məhsullarının həcmi kəskin şəkildə aşağı düşdü. Monqol 


köçərilərinin mütəmadi olaraq bir yerdən digərinə köçmələri yararlı əkin 
sahələrinin mal-qaranın və ilxıların ayaqları altında qalıb xarab olmasına səbəb 
olurdu. Monqollar kəndlilərin özlərini də ya məhv edir, ya da əsir tutub apararaq 
onlardan mal-qaranın otarılmasında və ov mərasimlərində istifadə edirdilər. Bu isə 
Azərbaycanda kənd təsərrüfatının inkişafına ciddi maneə törədirdi. 

Yüklə 303,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə