Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz türkləRİNİn məNƏVİ MƏDƏNİYYƏt leksikasi


Qaqauz türkcәsindә doğumla bağlı adət və mərasimlərin adlandırılması



Yüklə 311,65 Kb.
səhifə19/40
tarix08.06.2023
ölçüsü311,65 Kb.
#116136
1   ...   15   16   17   18   19   20   21   22   ...   40
oğuz qrupu türk dillərində maddi mədəniyyət leksikası

2.2.2. Qaqauz türkcәsindә doğumla bağlı adət və mərasimlərin adlandırılması


Qaqauz türklərində qadının hamiləlik vəziyyəti müxtəlif adlarla adlanmışdır. Bunlardan ən geniş şəkildə işlənən adlara “yüklü”, “iki canlı”, “dolu”, “öyle” və rus dilindən keçən “beremennaya” kimi sözləri nümunə göstərə bilərik. Qaqauz dilinin bəzi dialektlərində hamiləlik zamanı bədənin formasını dəyişməsiylə əlaqədar ana olmağa hazırlaşan qadınları “şişmiş”,“ön eteği kısalmış” kimi də adlandırırlar [160, s.26]. Bu dildə doğumla bağlı bir sıra leksik vahidlər intensiv işlənmə tezliyinə malikdir: “babu” (uşağın dünyaya gəlməsinə kömək edən qadın), “ard babusu” (babunun köməkçisi), “luusa”(dünyaya yeni uşaq gətirən ana), “Lufisnitsa”,“Luşnitsa”,“Urisnitsa”, “Lohusacı”, “Bet karısı” (pis ruh) [254, s.29], “ayazma” (otağın təmizlənməsi mərasimi) [254, s.25], “dolaşmaa”(göz aydınlığı mərasimi), “kaniska”(çörək və toyuq saçısı) [253, s.35] və s. Qaqauz türklərindəuşağın dünyaya gəlməsi ilə bağlı keçirilən mərasimlərdən ilki “küçük pita” adlanır. Bu mərasim müəyyən bölgələrdə müxtəlif cür adlanmışdır: “tütüçka”,“sabantuy”,“kadeni” və son zamanlarda daha geniş şəkildə işlənən “rodinı” və “aldamaç”. Folklorşünasların qeydlərinə əsasən, qaqauz türklərində “küçük pita” və “kadeni” kəlmələrinin daha çox işləndiyini görmək olur. Mərasimin adındakı “pita” sözü bolqar dilindən keçmişdir və“çörək” mənasını ifadə edir [249, s.28]. “Elleri yıkama” mərasimi uşağın təmizlənməsi ilə bağlı keçirilir [190, s.36]. Qonşu Moldava türklərində də bu adət geniş formada həyata keçirilir və “rodinul rodiş” adlanır. “Aldamaç” adlanan mərasimdə isə uşağın dünyaya gəlmə xəbərini eşitdikdən sonra uşağın atası qonşulara şərab paylayır və bununla da Allaha şükr etdiyini ifadə edir [160, s.55]. Qaqauz türklərində uşağa ad qoyulması mərasimlərlə həyata keçirilir. Əsas adı uşağın vaftiz anası, “su adı”nı isə Papaz qoyur. Uşağın “su adı” təqvimdə hansı “əziz-müqəddəs”in doğum gününə təsadüf edirsə, onun adı qoyulur. Bu mərasimdən sonra isə “böyük pita”, “ponuda” və “paramoni” adlanan mərasim keçirilir. “Ponuda” kəlməsi də bolqar dilindən alınmadır və “iki qolun qucaqlayacağı qədər böyük çörək” mənasını bildirir [249, s.28]. Vulkaneºti, Tülü kəndində, Çeºməkənddə geniº ºəkildə iºlənən “paramoni” sözünə isə bu kəndlərdən başqa nə digər qaqauzlarda, nə də bolqarlarda rast gəlinmir [160, s.61]. Bu mərasim sanki “kiçik pita” nın davamı kimi səciyyələndirilir və yalnız qadınlar iştirak edirlər. Bu mərasimləri bir-birindən fərqləndirən əsas əlamət gələn qonaqların sayıdır. Xalq arasında bu mərasimə “karı konuşkası” (qadın ziyafəti) da deyilir [160, s.63]. “Böyük pita” mərasiminin bir hissəsi sayılan, amma müasir dövrdə unudulan “kundağa basma” mərasimi də keçmişdə qaqauzlar arasında geniş yayılmışdır [249, s.27]. “Kumatriya” (vaftiz olma) mərasimi də pita mərasimləri kimi uşağın cəmiyyətə tanınması səciyyəsi daşıyır və uşağın vaftiz edildiyi gün keçirilir. Qaqauzların yaşadığı ərazilərin bir qismində “kumatriya” mərasimi rus dilində olan “kreşçeniye” sözünün qaqauz dilinə uyğunlaşdırılmış “kreşteni” adı ilə adlandırılır [160, s.64]. Bu mərasimdə də ən çox qadınlar iştirak edirlər. Evlilik zamanı gəlinlə bəyə sağdışlıq edən qadın və kişi sonra uşaq doğulan zaman uşağın “vaftiz babası” və “vaftiz anası” və ya “nuna” olurlar. Papaz “nuna”dan uşağı alıb dualar oxuyar, 3 dəfə çılpaq formada su olan qazana salıb çıxardar, uşağın boynuna xaç taxar və “miru” adlanan müqəddəs yağ ilə alnına xaç çəkər. Əgər uşaq oğlandırsa, onu mehraba çıxardır, qızı isə ikonlara aparır. Beləliklə də, vaftiz olma/ kumatriyamərasimi bitmiş sayılır [160, s.65]. Kumatriyadan sonra “mirudan çıkarmaa”(“kumatriya” mərasimində uşağın alnına çəkilmiş miru yağının yuyulması) mərasimi keçirilir [160, s.69]. 1960-1980-ci illərdə Sovet hakimiyyəti qaqauzların qədim adətlərini qadağan etdikdən sonra qaqauz türklərində doğumla bağlı bir sıra yeni adət və mərasimlər yarandı. Bu yeni doğumla bağlı mərasimlərin məqsədi yeni insanın doğuluşunu keçmişin qalıqlarından təmizləmək, dini mərasimləri qaqauzların həyat tərzindən silmək idi. Bunlara “oktyabrinı”, “zvezdinı”, “krasnıe krestinı”, “proletarskiye krestinı” və s misal göstərmək olar. Bunlardan ən geniş yayılanı “oktyabrinı”dır [233, s.53]. Bu mərasimin ən yadda qalan hissəsi uşağın adına “bəbək ağaacı” əkməkdir. Əgər bu ağac yaxşı bitərsə, bol meyvə verərsə, uşağın da gələcəkdə bol ruzili olacağına, işlərinin daima yolunda gedəcəyinə inanırlar. Qaqauz türklərində uşaqla bağlı bir sıra adətlər var ki, onları qadınlar yerinə yetirirlər. “Altı ay”mərasimində ana altı aylıq körpəsini üç dəfə yanan ocağın başına fırlayıb “bu qırmızı şərab kimi qırmızı yanaqlı olasan” deyərək uşağa bir az şərab içirir və beləliklə də, mərasim başa çatır [160, s.74]. “Yaşı” mərasimi uşağın bir yaşında keçirilir. Uşaq yaşını doldurduğu gün ana uşağın üzünü soyuq su ilə yuyar, qulaqlarını su ilə isladıb sonra isə çəkir. Bu mərasimdə “yaş kolacı”deyilən çörək bişirirlər. Mərasimin sonunda ana bu çörəyi bölüb gələnlərə paylayır və uşağın saçı kəsilir. Uşağın ilk addım atması ilə bağlı mərasimə “kösteeni kesmek” adlanır. “Strijba” və ya “kırkın” mərasimində uşağın saçı dibindən kəsilir. Bu mərasim oğlan uşaqları üç yaşını bitirəndə həyata keçirilir [160, s.75]. Qaqauzlar inanırlar ki, hələ yeriməyən uşağın ayaqları bir-birinə bağlı olur. Addım atan zaman bu ipi qırmış olur. Bu mərasimdə uşağın adına “adım pita/ çöraa” bişirilir.
Qaqauz türklərində doğumla bağlı yerinə yetirilən mərasim, adət-ənənə, ritual və ayinlərin böyük bir qismi xristian dini ilə bağlıdır. Həmin mərasim və adətləri adlandıran terminlərin əksəriyyəti də bolqar, moldav və slavyan dillərindən keçmişdir. Bəzi mərasimlərin kökü xristianlıqla deyil, qədim türk ənənələrinə bağlıdır.



Yüklə 311,65 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə