Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz türkləRİNİn məNƏVİ MƏDƏNİYYƏt leksikasi



Yüklə 311,65 Kb.
səhifə30/40
tarix08.06.2023
ölçüsü311,65 Kb.
#116136
1   ...   26   27   28   29   30   31   32   33   ...   40
oğuz qrupu türk dillərində maddi mədəniyyət leksikası

Doğuşla bağlı: “bozgunluk”, “halsislik”, “gebelik”, “loğusalık”, “diylik”, “siçanlık”, “urbalık” (Türk.), “çağaluk”, “övlatlık”, “yuvluk” (türkm.), “ahiretlik” (Bolqar.türk), “sünnetlik” (Kərkük türkm.), “kalennık”, “ yüklük” (gəbəlik) (qaqauz.) [144, s.284]və s.
Yasla bağlı: “cumalıx”, “adnalıx” (Azərb.), “helaklık”, “kepenlik”, “kırklık”, “köpünlik”, “mazarlık” (türkm.), “ölümnük” (kəfən) “perşembelik”, “kefenlik”(Qaq) [144, s.127], “canlık”(cənazə günü bişirilən halva) (Türk.) [186, s.59], “yasanaqlıq” (İraq türkm.) və s.
Dini inancla bağlı: “Allaahlık” (qurban), “günnük”(kilsədə işlənən iy), “ikonalık” (ikona qoyulan yer), “kabulluk” (Allah rizası) (qaqauz.) [241, s.256], “kapırlık”, “pirlik”, “ruhanılık”, “takvalık”(türkm.), “bengilik”(başlanğıcı və sonu olmayan varlıq),“atalık”, “babalık” (qaqauz.) [270, s.449], “yağışlık”(qurbanlıq) (Türk.), “nazarlıq” (türkm.), “kirvəlik” (Azərb.), “mürşidlik, “müridlik” , “müftilik”,“nəbilik”, “paklıq”, “peyğəmbərlik”, “ruhanilik”, “hənəfilik” [87, s.57-88]” və s;Bayramla bağlı: “nauruzduk”(Azərb.)və s.
-sız4 səkilçisibu və ya digər keyfiyyətin həmin əşyada, danışılan subyektdə olmadığını əks etdirən sifətlər yaradır. Bəzi dilçilər bu morfemlə yaranan sözləri privativ (inkar mənalı)sifətlər adlandırır, yakut və şor dilini çıxmaqla bütün türk dillərində məhsuldar şəkildə işləndiyini qeyd edirlər [85, s.162]. Oğuz qrupu türk dillərində mənəvi mədəniyyət leksikasının yaranmasında bu şəkilçidən , demək olar ki, az istifadə olunmuşdur: Doğuşla bağlı: “zürriyetsiz”, “sonsuz” (uşağı olmayan qadın) (Azərb.); Dinlə bağlı: “Allahsız//Allaasız”, “kademsiz”(qaqauz.) [144, s.117], “acalsız” (türkm), “imansız” (Azərb.), “ölümsüz”, “düğünsüz” (Türk.) və s.: “Düğünsüz ev olur, ölümsüz ev olmaz” [187,95].
-çılıq4şəkilçisi münasibət, meyil bildirən isimlər düzəldir. Dilçilikdə bu morfemlə bağlı fərqli fikirlər yaranmışdır. Bəzi dilçilər -çı və -lıq şəkilçilərindən yarandığını, bəziləri isə müstəqil morfem olduğunu vurğulayırlar. F. Zeynalov qırğız dilində işlənən “qırğızçılıq”, Azərbaycan dilində işlənən “nigarançılıq”, “mehribançılıq” kimi sözlərdə şəkilçinin ayrılmadığını, vahid morfem olduğunu qeyd edir [104, s.83]. Toyla bağlı: elçilik” mənasında“diləkçilik”(Azərbaycanın Cənub-qərb bölgələrində) [3, s.54]; “minnətçilik” [3, s.65], “dünürçülük” (Türk), “gudaçılık”, “savçılık” (türkm.); “barmaqçılıq”, “bayramçılıx//k”, “ayağçılıq”, “cehizçilik” (Azərb.); Yasla bağlı: “gırgınçılık”, “mozarçılık”, “gonamçılık” (türkm) [151, s.221]; Dinlə bağlı: “bağşıçılık”, “porhançılık”, “savçılık” ,“yadaçılık (türkm) [151, s.649], “müsəlmançılıq” [87, s.58]” və s.
-ma2 türk dillərində omonim səciyyəsi daşıyır. Bu şəkilçi həm feildən hal-vəziyyət, münasibət, keyfiyyət mənaları ifadə edən isim, həm də feildən sifət yaradır.-ma,-me şəkilçisi qədim türkcədə çox az şəkildə işlənmiş, daha çox sifət yaratmışdır”[143, s.53]. Q. Kazımov -ma//-mə-nin yeni, müstəqil şəkilçi olmadığını, -maq məsdər şəkilçisinin son samitinin düşməsi nəticəsində yarandığını söyləyir [52, s.55]: “gəlmə”, “diləmə”// “diləmək”; “salma” (kişi elçiliyi), “tapşırma”(gəlinin əlinin bəyin əlinə tapşırmaq) (Azərb. dialektlərində); “doldurma”, “homukma”, “hallaşma”, “tökme”, “alazlama”, “göçürme”, “çevirme” (dini inancla bağlı), “umma//humma”, “aşerme” (doğuşla bağlı) (Türk.), “qaytarma” (türkm.), “Ayazma”(oxunmuş müqəddəs su) (qaqauz), “kavrama” (türkm.) və s.: “Ta ki, Gülşahı diləyə şah içün” [10, s.135]; Doğuşla bağlı: “yedileme” (türkm.); Mahnı və rəqs adları: “Süzmə”, “Atlama”, “Kəsmə” (Azərb.) və s.
-ma//me+lik- feildən isim və sifət düzəldən–ma şəkilçisi ilə adlardan isim və sifət yaradan morfemin birləşməsindən yaranmışdır. Bu tematik qrupa daxil olan sözlərin yaranmasında aktiv formada işlənməmişdir. Toyla bağlı: “indirmelik”, “söyletmelik” (Türk.),“evlənməlik” (toy evinə göndərilən hədiyyə) (Azərb.); Yasla bağlı: “gömülmelik”(Türk.) [187, s. 65]və s.
-la+ma: Toyla bağlı: “quyruxlama”, “bağlama”, “deyikləmə”, “nişanlama”, “bəlləmə”, “adaxlama”, “cehizləmə”, “duyuxlama”, “elçiləmə”, “kəmərləmə”, “toqqalama”, “qurşağlama”, “qıfıllama”, “nikahlama” (Azərb.), “anıhlama” (tərəkəmə.), “duaklama” (duvaq örtünmə); Doğuşla bağlı: “yerikleme”(Türk.) [174, s.59], “yezikleme” (Türkm.); Yasla bağlı: “kəfənləmə” (Azərb.) [6, s.408]; Mahnı və rəqs adları: “dörtleme” (türk.), “gözəlləmə” (Azərb.) və s.

Yüklə 311,65 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə