Azərbaycan respublikasi əlyazması hüququnda



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə14/31
tarix11.09.2023
ölçüsü1,95 Mb.
#121629
1   ...   10   11   12   13   14   15   16   17   ...   31
Avtoreferat - Hediyye Xelilova (azerb)

Dördüncü fəsildə 
Abşeron yarımadasının sənaye müəssisələri 
ərazisindəki su hövzələrinin və dib çöküntülərinin çirklənməsi üzrə apa-
rdığımız tədqiqatların nəticələri təqdim olunur. Tədqiqatlar əsasında 
Abşeron gölləri və yarımadanı əhatə edən şelf zonasında su sistemləri-
nin ekoloji vəziyyəti təhlil olunub qiymətləndirilir [42, 45, 52].
Su hövzələrinin çirklənməsi üzrə ilkin tədqiqatlar Zığ-Hövsan 
zonasında dənizin sahil suları və yaxın ərazilərdəki səth sularını əhatə 


25
edir. Su nümunələrində ilk növbədə onların biokimyəvi və mikrobiolo-
ji xassələrinin öyrənilməsi üzrə laboratoriya analizləri aparılmışdır. 
Alınmış nəticələrin təhlili həmin suların sənaye və məişət tullantı sula-
rının qarışığı olduğunu göstərir. Zığ gölündən götürülmüş su nümunə-
ləri kimyəvi çirkləndiricilərlə zəngin olduğu üçün OKT çox yüksəkdir 
və gölün suyu sənaye çirkab suları kateqoriyasına aid edilir [48]. 
Tədqiqatlar nəticəsində bəzi səth suları nümunələrində, dənizin 
sahil suları və onların dib çöküntülərində neft karbohidrogenlərinin 
ümumi miqdarının (ÜNK), PAK-in və fenolların yüksək miqdarı qey-
də alınmışdır (cədvəl 6) [15]. 
Cədvəl 6 
 
Səth suları nümunələrində çirkləndiricilərin miqdarı
Nümunələr 
Karbohidrogenlər, mkq/l 
ÜNK
2-6 həlq. 
PAK
ABŞ ƏM-
MA 16 PAK
NFD 
Fenollar 
PKQ 

128.5 
1.45 
0.10 
1.30 
0.09 
95.4 

53580 
1096 
36.56 
1019 
0.83 
40422 

6023 
98.9 
3.12 
89.17 
0.40 
4990 

1796 
4.8 
0.86 
0.74 
0.06 
1659 

4756 
176 
3.18 
166.4 
1.40 
4078 

20.9 
0.41 
0.07 
0.28 
0.63 
1.7 

68.2 
0.42 
0.05 
0.35 
0.79 
24.3 

5749 
184.9 
4.91 
166.4 
0.94 
5030 

1890 
62.1 
3.53 
53.7 
<0.05 
1511 
10 
333.1 
21.7 
1.50 
21.0 
0.59 
37.5 
YVH 
0.05 
0.001 
Cədvəl 6-dan göründüyü kimi, tədqiqatlar zamanı ərazinin səth 
sularından götürülmüş nümunələrdə karbohidrogenlərin yüksək miq-
darda olması, bəzi nümunələrdə isə 16 prioritet PAK-in ümumi miq-
darının yol verilən qatılıq həddini xeyli aşması aşkar edilmişdir. 
PAK-lə çirklənmə dərəcəsinin öyrənilməsi neftlə çirklənmiş su nü-
munələrində naftalin, flüoren, fenantren, piren, flüorantin, xrizen və 
benzo(a) piren kimi zərərli PAK-in miqdarının 1,3-20690,0 nq∕l ara-
sında dəyişdiyini göstərmişdir. 
Abşeron yarımadasında ətraf mühitin ekoloji durumu əlaqəli və 
qarşılıqlı təsirdə olan bir sistem kimi tədqiq edilib qiymətləndirilər-


26
kən Xəzər dənizində ekosistemin çirklənmə dərəcəsi mütləq nəzərə 
alınmalıdır. Dəniz suyu və dib çöküntülərində neft karbohidrogenlə-
rinin analizi bütün nümunələrdə onların ümumi miqdarının YVH-dən 
3-20 dəfə artıq olduğunu göstərir (cədvəl 7). 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə