Azərbaycan respublikasi əlyazması hüququnda


İŞİN ÜMUMİ XARAKTERİSTİKASI



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə2/31
tarix11.09.2023
ölçüsü1,95 Mb.
#121629
1   2   3   4   5   6   7   8   9   ...   31
Avtoreferat - Hediyye Xelilova (azerb)

İŞİN ÜMUMİ XARAKTERİSTİKASI 
 
Mövzunun aktuallığı və işlənmə dərəcəsi.
Müasir şəraitdə 
ekoloji vəziyyət gündən-günə həm qlobal, həm də regional miqyasda 
kəskinləşir. Bəşəriyyət ekosistemin dayanıqlı inkişafı üçün səmərəli 
yollar axtarmaq məcburiyyətindədir
.
Son illərdə ətraf mühitin zərərli kimyəvi maddələrlə çirklənmə-
sinin başlıca mənbələri olan sənaye müəssisələri və nəqliyyat infrast-
rukturunun intensiv inkişafı ciddi ekoloji problemlər yaratmışdır. Təbii 
mühitə külli miqdarda tullantıların atılması iqlim dəyişikliyi, turşu ya-
ğışları və ozon qatının tükənməsi kimi global problemlərin yaranması-
na, ekosistemin poliaromatik karbohidrogenlər, ağır metallar, radio-
nuklidlər və digər zərərli maddələrlə çirklənməsinə gətirib çıxarmışdır.
Təbii sərvətlərin ətraf mühitə zərər vermədən səmərəli istifadəsi 
Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edir. Karbohidrogen mən-
bələrinin işlənməsi Azərbaycan iqtisadiyyatının əsasını təşkil edir. Mə-
lumdur ki, neft və neft məhsulları ətraf mühitin əsas çirkləndiricilərin-
dən hesab olunurlar. Neft-qaz hasilatı, emalı və daşınması proseslərinin 
ayrı-ayrı mərhələləri müəyyən miqdarda xammal itkisi ilə müşayiət olu-
nur. Respublikanın enerji ehtiyatlarının və sənaye potensialının bö-
yük hissəsinin yerləşdiyi Abşeron yarımadasında yaranmış ekoloji 
vəziyyət xüsusilə təhlükəlidir. Uzun illərdir yarımadanın təbii mühiti 
ölkənin iki böyük sənaye şəhəri – Bakı və Sumqayıtın sənaye, nəq-
liyyat və məişət tullantılarının təsiri altındadır. 
Bu gün Abşeronda ekosistemin hər üç komponenti – torpaq, su 
və atmosfer havası – zərərli kimyəvi maddələrlə çirklənərək ərazidə 
landşaftların ciddi şəkildə dəyişməsinə, əhalidə müxtəlif xəstəliklərin 
yaranmasına səbəb olmuşdur.
1994-cü ildə ARDNŞ və dünyanın aparıcı neft şirkətləri arasın-
da “Əsrin Müqaviləsi” imzalandıqdan sonra, quruda və Xəzərin 
Azərbaycan sektorunda neft-qaz yataqları daha intensiv şəkildə işlən-
məyə başladı. Quruda neft hasilatının 60%-nin və ölkənin sənaye po-
tensialının 70%-dən çoxunun Absheron yarımadasının payına düşdü-
yünü nəzərə alsaq, burada ekoloji vəziyyətin nə dərəcədə kəskin ol-
duğunu təsəvvür etmək çətin deyil.


4
İki yüz ilə yaxın müddətdə neft-qaz yataqlarının işlənməsi nəti-
cəsində çirklənməyə məruz qalan torpaqların yararsız hala düşməsi 
ilə yanaşı, ətraf ərazilərdə çoxsaylı texnogen ekoloji sistemlər yaran-
mışdır. 
Burada Böyükşor, Masazır, Zığ, Hocahəsən və Qanlıgöl kimi 
böyük göllər daxil olmaqla, 200-dən çox təbii və antropogen mənşəli 
sututarlar mövcuddur. Torpaqlarda toplanan çirkləndiricilər göllərə, 
səth və qrunt sularına nüfuz edirlər.
Abşeron yarımadasında ekosistemin vəziyyətini təhlil edərkən 
Xəzər dənizinə ətraf mühitin çirklənməsinin təsirini nəzərə almamaq 
mümkün deyil. Abşeronun ayrılmaz bir hissəsi olan Xəzər dənizi 
bölgədəki geoloji, iqlim, hidroloji və antropogen faktorların təsirinə 
məruz qalan təbii ekosistemdir. Xəzərin ekoloji vəziyyəti yerli və 
sərhədarası çirklənmə prosesləri ilə təyin olunur. Xəzərə tökülən çay-
lar (Volga, Kür və s.) tərəfindən gətirilən çirkləndiricilər bu unikal 
qapalı su hövzəsinin çirkləndiricilərinin 46,7 %-ni təşkil edir.
Yuxarıda qeyd olunanları və çirklənmə mənbələrinin xüsusiy-
yətlərini nəzərə aldıqda, Abşeron yarımadasında ətraf mühitin hərtə-
rəfli tədqiqi, ekosistemin komponentlərinə antropogen təsirin qiymət-
ləndirilməsi və qarşısının alınması üçün ekoloji və iqtisadi cəhətdən 
səmərəli üsulların işlənib tətbiq olunması kimi aktual problem qarşı-
ya çıxır. 
Problemin aktuallığı Azərbaycan Respublikası Prezidentinin 
2006-cı il 28 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 
Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-
2010-cu illər üçün Kompleks Tədbirlər Planı”, 2012-ci il 29 dekabr 
tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” 
İnkişaf Konsepsiyası və Azərbaycan Hökuməti tərəfindən qəbul 
edilmiş digər sənədlərdə də öz əksini tapmışdır.
1, 2

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə