Azərbaycan respublikasi əlyazması hüququnda


Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix11.09.2023
ölçüsü1,95 Mb.
#121629
1   2   3   4   5   6   7   8   9   10   ...   31
Avtoreferat - Hediyye Xelilova (azerb)

Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı.
Beynəl-
xalq Ekoenergetika Akademiyası 
İşin həçmi və quruluşu. 
Dissertasiya işi girişdən, I, II, III, IV, 
V və VI fəsil daxil olmaqla 6 fəsildən, nəticələrdən və ədəbiyyat si-
yahısından ibarətdir. Dissertasiyaya daxil olan 93 cədvəl, 49 şəkil, 
ədəbiyyat siyahısı və əlavələr istisna edilməklə, onun həcmi üç yüz 
otuz doqquz min doqquz yüz qırx doqquz - 339949 (o cümlədən giriş 
23449, I fəsil 84664, II fəsil 19940, III fəsil 47367, IV fəsil 59040,
V fəsil 39052 və VI fəsil 67467) işarəni əhatə edir. 
 
İŞİN MƏZMUNU
 
Giriş hissədə 
dissertasiyanın həsr olunduğu problemin aktual-
lığı əsaslandırılmış, tədqiqatın məqsəd və istiqamətləri, elmi yenilik-
ləri və praktiki əhəmiyyəti verilmişdir. 
Birinci fəsildə 
Abşeron yarımadasının coğrafi mövqeyi, təbii 
mühiti, iqlim xüsusiyyətləri və neftqaz sənayesinin inkişaf tarixi haq-
qında ümumi məlumat verilir, ekoloji problemlərin yaranmasına təsir 
edən amillər göstərilir. Neftqaz, neftkimya və kimya sənayesinin tul-
lantıları yarımadada ətraf mühitin başlıca çirklənmə mənbələri kimi 
xarakterizə olunurlar. Azərbaycan müstəqillik əldə etdikdən sonra öl-
kənin həyatında baş vermiş dəyişikliklərin Abşeron yarımadasının 
ekoloji vəziyyətinə təsiri və ətraf mühitin yaxşılaşdırılması ilə əlaqədar 
həyata keçirilən tədbirlər qeyd olunur.
Birinci fəslin əsas hissəsini ətraf mühitin zərərli çirkləndiricilə-
ri, onların başlıca mənbələri, ekosistemə mənfi təsiri və qarşısının 
alınması sahəsində yerli və xarici alimlər tərəfindən aparılmış işlərin 
təhlili təşkil edir. Bu fəsildə, eyni zamanda, Abşeronda ekosistemin 
əsas çirklənmə mənbələri xarakterizə olunur. Həmin mənbələrdən ət-
raf mühitə atılan tullantıların tərkibi, onlarda şəraitdən asılı olaraq 
baş verə biləcək dəyişikliklər və ekosistem üçün potensial təhlükəli-
lik dərəcələri təhlil olunur. Karbohidrogen yataqlarının işlənməsi, 
neft və qaz hasilatı zamanı ətraf mühitə düşən təbii və antropogen 
çirkləndiricilərin təsnifatı verilir (şək. 1). 


11

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə