Azərbaycan respublikasi əlyazması hüququnda


Tədqiqatın obyekti və predmeti



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix11.09.2023
ölçüsü1,95 Mb.
#121629
1   2   3   4   5   6   7   8   9   ...   31
Avtoreferat - Hediyye Xelilova (azerb)

Tədqiqatın obyekti və predmeti. 
Tədqiqat obyektlərinə, əsasən, 
neftqazçıxarma idarələri və sənaye müəssisələrinin yerləşdiyi, həmçinin 
nəqliyyat və məişət-təsərrüfat tullantıları ilə çirklənmiş ərazilər daxildir. 
1
Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-
2010-cu illər üçün Kompleks Tədbirlər Planı. Bakı: 2006, (4.7-ci bənd).
2
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, Bakı: 2012, 39 c.


5
Dissertasiya işində ekosistemin üç əsas komponenti – hava, torpaq və su 
hövzələrinin çirklənməsi üzrə tədqiqatlar aparılmışdır. 
Dissertasiya işinin məqsədi və vəzifələri. 
Abşeron yarımada-
sında atmosferin, su hövzələrinin və torpaqların zərərli tullantılarla 
çirklənməsinin tədqiqi, ekosistemin komponentlərinə mənfi təsirlər 
nəzərə alınmaqla ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi, ət-
raf mühitə antropogen təsirin qarşısının alınması üçün səmərəli üsul-
ların işlənib hazırlanması. 
Bu məqsədə nail olmaq üçün aşağıdakı istiqamətlərdə tədqiqat 
işləri aparılmışdır: 
1.
Abşeron yarımadasında atmosferin, su hövzələrinin və tor-
paqların müxtəlif antropogen mənbələrdən ətraf mühitə atılan zərərli 
maddələrlə çirklənmə səviyyəsinin müəyyən olunması, çirklənmənin 
onların fiziki-kimyəvi xassələrinə və təbii keyfiyyətlərinə təsirinin 
qiymətləndirilməsi;
 
2.
Neftqazçıxarma idarələrinin fəaliyyət göstərdiyi ərazilərdə 
torpaq və səth sularının ekoloji vəziyyətini əks etdirən elektron mə-
lumat bazasının yaradılması və elektron çirklənmə xəritələrinin işlə-
nib hazırlanması;
 
3.
Çirklənmiş ərazilərdə neft karbohidrogenləri və ağır metalla-
rın akkumulyasiyası və miqrasiyasının tədqiqi. Zənginləşmə faktoru 
(ZF), geo-akkumulyasiya indeksi (I
geo.
) və ekoloji risk indeksinin 
(RI) hesablanması vasitəsilə tədqiq olunan ərazilərdə torpaqların və 
suların dib çöküntülərinin ağır metallarla çirklənmə dərəcəsinin mü-
əyyən olunması və bununla əlaqədar yaranmış potensial ekoloji ris-
kin qiymətləndirilməsi;
 
4.
Tsiklopentadienin xətti oliqomeri əsasında hazırlanmış ad-
sorbentdən istifadə etməklə neftlə çirklənmiş suların təmizlənməsi 
üçün yeni usulun işlənməsi və prosesin optimal rejimlərinin müəy-
yən olunması üçün reqressiya modelinin qurulması;
 
5.
Titan-dioksidin (TiO
2
) müxtəlif ölçülü hissəciklərinin istifa-
dəsinə əsaslanan fotokataliz üsulunun tətbiqi ilə neft, neft məhsulları 
və digər üzvi birləşmələrlə çirklənmiş suların və torpaqların təmiz-
lənməsinin tədqiqi; 
6.
Neft sənayesinin tullantılarından istifadə etməklə Abşeronun 


6
daş karxanalarında tozlanmanın qarşısının alınması və proses zamanı 
alınan məhsulun kənd təsərrüfatında gübrə kimi istifadəsi üçün sə-
mərəli üsulun işlənməsi;
 
7. Abşeronda ənənəvi yanacağın yanmasından ətraf mühitə atı-
lan tullantıların azaldılması məqsədilə günəş enerji sistemlərinin la-
yihələndirilməsi və tətbiqi üçün Bakı şəhərinin illik günəş radiasiya-
sı modelinın işlənməsi.

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə