Azərbaycan respublikasi əlyazması hüququnda



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə4/31
tarix11.09.2023
ölçüsü1,95 Mb.
#121629
1   2   3   4   5   6   7   8   9   ...   31
Avtoreferat - Hediyye Xelilova (azerb)

Tədqiqat metodları. 
Dissertasiya işi üzrə tədqiqatlar müasir 
üsul və standartlara uyğun olaraq yerinə yetirilmişdir. Analizlər qaz 
xromatoqrafı alov-ionlaşma detektoru (GC-FİD), qaz xromatoqrafı- 
mass spektrometr (GC-MS), induktiv əlaqəli plazmalı optik emissiya 
spektrometri (İCP-OES), qamma-spektormetr və radiometr cihazların-
da, eyni zamanda atom flüoresensiya, termoqrafiya və gravimetriya 
üsulları ilə aparılmışdr. Elektron məlumat bazasının və çirklənmə xəri-
tələrinin hazırlanmasında peyk naviqasiya sistemindən, MS Word, MS 
Excel və ArcView kompyuter proqramlarından istifadə edilmişdir.
3, 4 
Müdafiəyə çıxarılan əsas müddəalar. 
Abşeron yarımadasında 
ətraf mühitin çirklənməsinin kompleks şəkildə tədqiq olunub qiymət-
ləndirilmiş, ekosistemə antropogen təsirin qarşısının alınması üsulları 
işlənib hazırlanmışdır, o cümlədən: 
-
müxtəlif antropogen mənbələrin təsirinə məruz qalan ərazilərdə 
zərərli maddələrlə çirklənmənin hava, torpaq və su hövzələrinin təbii 
keyfiyyətlərinə və fiziki-kimyəvi xassələrinə təsiri öyrənilmişdir. 
-
neft sənaye müəssisələrinin fəaliyyət göstərdiyi sahələrdə tor-
paq və səth sularının ümumi neft karbohidrogenləri, poliaromatlk 
karbohidrogenlər və fenollar kimi zərərli kimyəvi birləşmələrlə çirk-
lənməsi öyrənilmiş, tədqiq olunan ərazilərdə onların ən kiçikdən ən 
yüksək miqdarına kimi müxtəlif çirklənmə dərəcələrini əks etdirən 
elektron xəritələrin işlənib hazırlanmışdır.
-
neft karbohidrogenləri və ağır metalların ekosistemdə miqra-
siyası və akkumulyasiyası tədqiq edilmişdir. Müxtəlif çirklənmə 
3
American Public Health Association, Standard methods for the examination of 
water & wastewater. 21st edition, APHA, Washington, 2005.
4
Test Methods
 for 
Evaluating Solid Waste, Physical/Chemical Methods, EPA. 
Final Update IV to the 3
rd
Edition: 2007.


7
indekslərinin hesablanması ilə ağır metallarla çirklənmənin potensial 
ekoloji riski qiymətləndirilmişdir.
-
TiO

katalizatorunun istifadəsilə neft və digər üzvi maddələrlə 
çirklənmiş sənaye suları və torpaqların fotokataliz üsulu ilə təmizlən-
məsi tədqiq edilmiş, prosesin müxtəlif parametrlər, o cümlədən çirk-
lənmə dərəcəsi, katalizatorun ölçüsü və miqdarı, işıq şüasının inten-
sivliyi və şüalanma müddətindən asılılığı tədqiq olunub optimal şəra-
itləri müəyyən edilmişdir. 
-
tsiklopentadienin xətti oliqomerindən hazırlanmış adsorbentin 
tətbiqi ilə neftlə çirklənmiş suların təmizlənməsi şəraitləri öyrənilmiş 
və optimal şəraitin müəyyən edilməsi üçün reqressiya modeli qurul-
muşdur. 
- neft sənayesinin tullantılarından istifadə etməklə Abşeronda 
fəaliyyət göstərən daş karxanalarından ətraf mühitə yayılan tozlan-
manın qarşısının alınması üçün yeni üsul işlənib tətbiq olunmuşdur.

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə