Azərbaycan respublikasi əlyazması hüququnda


Tədqiqatın əsas elmi yenilikləri



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix11.09.2023
ölçüsü1,95 Mb.
#121629
1   2   3   4   5   6   7   8   9   ...   31
Avtoreferat - Hediyye Xelilova (azerb)

 
Tədqiqatın əsas elmi yenilikləri: 
1. İlk dəfə Abşeron yarımadasında ətraf mühitin çirklənməsi 
sistemli yanaşma əsasında tədqiq edilmiş və qiymətləndirilmişdir. 
2. Abşeronun neftqazçıxarma idarələri ərazilərində torpaq və 
səth sularının ekoloji vəziyyətini əks etdirən elektron məlumat bazası 
yaradılmış, peyk naviqasiya sistemi və müasir kompyuter proqram-
larının tətbiqi ilə torpaq və suların zərərli kimyəvi maddələr, o cüm-
lədən neft, poliaromatik karbohidrogenlər, fenollar və ağır metallarla 
çirklənməsinin elektron xəritələri işlənib hazırlanmışdır. 
3. Tsiklopentadienin xətti oliqomerindən hazırlanmış adsorben-
tin tətbiqi ilə neftlə çirklənmiş suların təmizlənməsi üçün yeni üsul 
işlənmişdir.
4. Nano ölçülüTiO

katalizatorunun istifadəsinə əsaslanan foto-
kataliz üsulu vasitəsilə neft, neft məhsulları və digər üzvi birləşmə-
lərlə çirklənmiş sənaye suları və torpaqların təmizlənməsi tədqiq 
edilmişdir.
5. Neft sənayesinin tullantılarından istifadə etməklə Abşeron 
yarımadasında fəaliyyət göstərən daş karxanalarından ətrafa yayılan 
tozun tutulması və proses zamanı alınan qarışığın kənd təsərrüfatında 
gübrə kimi istifadəsi üçün səmərəli üsul işlənib hazırlanmışdır. 


8
6. Neft karbohidrogenləri və ağır metalların ekosistemdə 
miqrasiyası və akkumulyasiyası tədqiq edilmiş, ilk dəfə zənginləşmə 
faktoru (ZF), geo-akkumulyasiya indeksi (I
geo.
) və potensial risk (RI) 
indekslərinin hesablanması əsasında müxtəlif antropogen mənbələrin 
təsirinə məruz qalan ərazilərdə torpaq və dib çöküntülərinin Hg, Pb, 
As, Zn, Cu, Cd və Cr kimi toksik metallarla çirklənməsinin potensial 
ekoloji riski qiymətləndirilmişdir. 
Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti:
1. Dissertasiyada təklif olunan: neftlə çirklənmiş suların ad-
sorbsiya üsulu ilə təmizlənməsi və daş karxanalarında tozlanmanın 
qarşısının alınması üçün tullantıların istifadəsinə əsaslanan yeni me-
todlar, neft məhsulları və digər üzvi maddələrlə çirklənmiş torpaq və 
suların təmizlənməsi üçün nano ölçülü TiO
2
-in istifadəsinə əsaslanan 
fotokataliz üsulu ətraf mühitin zərərli tullantılardan təmizlənməsi 
baxımından böyük praktiki əhəmiyyətə malikdir.
2. Abşeronun mühüm təbii göllərinin, o cümlədən Böyükşor
Hocahəsən, Bülbülə, Zığ və Qırmizi göllər sisteminin ekoloji durumu 
ətraflı tədqiq olunmuş və qiymətləndirilmişdir. Nəticələrin həmin göl-
lərin bərpası, qurudulması və təmizlənməsi proseslərində istifadə olun-
ması nəzərdə tutulur.
3. Abşeronda atmosfer havasının çirklənməsinin tədqiqi ilə at-
mosferə atılan tullantıların təbii və antropogen mənbələrinin təsnifatı 
verilmiş, atmosferin çirklənməsi nəticəsində təbii mühitdə baş verən 
dəyişikliklər və onun ekosistemin komponentlərinə təsiri qiymətlən-
dirilmişdir. Neft və digər sənaye müəssisələrindən, eləcə də nəqliy-
yatdan, atmosferə atılan zərərli maddələrin tərkibi və miqdarı müəy-
yən olunmuşdur.
4. Dissertasiyada günəş enerji sistemləri üçün verilən reqressi-
ya modeli Abşeronda günəş enerjisinin istifadəsi ilə ənənəvi yanaca-
ğın yanmasından ətraf mühitə atılan tullantıların azaldılmasında və 
neftlə çirklənmiş torpaqların fotokataliz üsulu ilə təmizlənməsində 
əhəmiyyətli rol oynaya bilər.
Dissertasiyanın nəticələri Abşeron yarımadasında ekoloji 
tədbirlərin planlaşdırılması və həyata keçirilməsi, həmçinin təbii 
sərvətlərin qorunması, səmərəli istifadəsi və antropogen amillərin 


9
ekosistemə mənfi təsirinin proqnozlaşdırılması üçün təfsilatlı elmi 
bazadır. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə