Azərbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi



Yüklə 496,99 Kb.
səhifə1/7
tarix02.10.2017
ölçüsü496,99 Kb.
  1   2   3   4   5   6   7

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN KOLLEGİYASI

QƏRAR

 

№ 3-1



 

Bakı şəhəri                                                                                   “17” noyabr 2011-ci il

 

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təklif olunan “Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə



 

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin dördüncü abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təklif olunan “Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” təsdiq edilsin (əlavə olunur).



2. Kadrlarla iş və hüquq şöbəsinə (N. Şükürlüyə) tapşırılsın ki, yuxarıda qeyd edilən hüquqi aktın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Ümumi şöbəyə (B. Əliyevə) tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə çatdırılmasını təmin etsin.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2009-cu il 10 mart tarixli 4 nömrəli kollegiya qərarının 1-ci hissəsi və 2010-cu il 20 iyul tarixli 4-2 nömrəli kollegiya qərarı ləğv edilsin.

5 Bu Qərarın icrasına nəzarət nazir müavini N. Məmmədova həvalə edilsin.

 

 

Nazir                                                                            Fizuli Ələkbərov



 

 

 



Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi Kollegiyasının

qərarı № 3-1

“17” noyabr 2011-ci il

  Nazir

______________Fizuli Ələkbərov


 

Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu

vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası

 

GİRİŞ

 

“Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” (bundan sonra “VTİSK” adlandırılacaq) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.



VTİSK mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq mədəni-maarif, turizm müəssisələrində qulluqçu vəzifələrinin (rəhbərlər, mütəxəssislər) əməyinin ödəniş dərəcəsinin müəyyən edilməsi üçün tətbiq edilir.

VTİSK mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin tarif-ixtisas xüsusiyyətlərini özündə əks etdirir.

VTİSK-də hər bir vəzifənin tarif-ixtisas xüsusiyyətləri 3 bölmədən ibarətdir:

 - “Əmək funksiyası” bölməsində bu vəzifəni tutan işçinin görməli olduğu işlərin həcmi və məzmunu;

- “Bilməlidir” bölməsində işçinin qanunvericilik aktlarını və digər normativ hüquqi sənədləri, eləcə də yerinə yetirilən işin üsul və vasitələrini bilməsi kimi tələblər;

- “Ödəniş dərəcələrinə ixtisas tələbləri” bölməsində işçinin xüsusi hazırlıq səviyyəsi, ixtisas və əmək stajına olan tələblər öz əksini tapmışdır.

VTİSK qulluqçu vəzifələrini tutan işçilərin əsas vəzifələrini, hüquq və məsuliyyətini əks etdirən vəzifə təlimatlarının hazırlanmasında, kadrların seçilməsi və yerləşdirilməsində, ixtisaslarından asılı olaraq onların məşğulluğunun səmərəli təmin edilməsinə nəzarətin həyata keçirilməsində, qulluqçuların attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ hüquqi akt olaraq tətbiq edilir.

VTİSK-də rəhbərlərin və müvafiq hallarda mütəxəssislərin əməyinin ödəniş dərəcələri həmin müəssisənin qrupundan asılı olaraq müəyyənləşdirilir. Mədəni-maarif, turizm müəssisələrinin rəhbərlərinin və müvafiq halda mütəxəssislərinin əməyinin ödəniş qrupları aşağıdakı göstəricilər üzrə müəyyən edilir:[1]



- kitabxanalar (mərkəzləşdirilmiş kitabxana sistemləri)

Rəhbərlərin və müvafiq halda mütəxəssislərininəməyinin ödəniş qrupları [2]

Göstəricilər

I

Milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən; oxucularının və istifadəçilərinin orta illik sayı 45 min nəfərdən, kitab və digər informasiya daşıyıcılarının verilişi 550 min nüsxədən çox olan

II

Oxucuların və istifadəçilərinin orta illik sayı 30 mindən 45 min nəfərədək, kitab və digər informasiya daşıyıcılarının verilişi 400 mindən 550 min nüsxəyədək olan

III

Oxucuların və istifadəçilərinin orta illik sayı 20 mindən 30 min nəfərədək, kitab və digər informasiya daşıyıcılarının verilişi 200 mindən 400 min nüsxəyədək olan

IV

Oxucuların və istifadəçilərinin orta illik sayı //çıxarılıb// 20 min nəfərədək, kitab və digər informasiya daşıyıcılarının verilişi 200 min nüsxəyədək olan [3]

- klublar, mədəniyyət evləri (sarayları)

Rəhbərlərin və müvafiq halda mütəxəssislərininəməyinin ödəniş qrupları

Göstəricilər

I

Tamaşa zalında oturacaq yerlərin sayı 500-dən, bədii özfəaliyyət kollektivləri dərnəklərin sayı 5-dən çox olan, maraq klubları və həvəskar birliklərinin sayı 4 və daha çox olan, “xalq” adını daşıyan kollektivi (kollektivləri) olan, ödənişli dərnəklərinin sayı 5 və daha çox olan

II

Tamaşa zalında oturacaq yerlərin sayı 250-dən 500-dək olan, bədii özfəaliyyət kollektivləri dərnəklərinin sayı 4 və ya 5, maraq klubları və həvəskar birliklərin sayı 3, ödənişli dərnəklərinin sayı 4 olan

III

Tamaşa zalında oturacaq yerlərin sayı 100-dən 250-dək olan, bədii özfəaliyyət kollektivləri dərnəklərin sayı 3, maraq klubları və həvəskar birliklərin sayı 2, ödənişli dərnəklərin sayı 3 olan

IV

Tamaşa zalında oturacaq yerlərin sayı 100-dən az, bədii özfəaliyyət kollektivləri dərnəklərin sayı 2, maraq klubları və həvəskar birliklərin sayı 1, ödənişli dərnəklərin sayı 2 və bu göstəricilərdən az olan

- tarix-diyarşünaslıq muzeyləri

Rəhbərlərin və müvafiq halda mütəxəssislərininəməyinin ödəniş qrupları

 

Göstəricilər

I

İl ərzində muzeyə gələnlərin sayı 50 min nəfərdən, əsas fondunun eksponatlarının sayı 25 min vahiddən çox olan

II

İl ərzində muzeyə gələnlərin sayı 30 mindən 50 min nəfərədək, əsas fondunun eksponatlarının sayı 4 mindən 25 min vahidədək olan

III

İl ərzində muzeyə gələnlərin sayı 30 minədək, əsas fondunun eksponatlarının sayı 4 min vahidədək olan

- bədii muzeylər

Rəhbərlərin və müvafiq halda mütəxəssislərininəməyinin ödəniş qrupları

 

Göstəricilər

I

İl ərzində muzeyə gələnlərin sayı 50 min nəfərdən, əsas fondunun eksponatlarının sayı 4 min vahiddən çox olan

II

İl ərzində muzeyə gələnlərin sayı 20 min nəfərdən 50 min nəfərədək, əsas fondunun eksponatlarının sayı 2 mindən 4 min vahidədək olan

III

İl ərzində muzeyə gələnlərin sayı 15 mindən 20 min nəfərədək, əsas fondunun eksponatlarının sayı mindən 2 min vahidədək olan

IV

İl ərzində muzeyə gələnlərin sayı 15 min nəfərədək, əsas fondunun eksponatlarının sayı min vahidədək olan

- ədəbiyyat, xatirə muzeyləri və muzey tipli digər müəssisələr

Rəhbərlərin və müvafiq halda mütəxəssislərininəməyinin ödəniş qrupları

 

Göstəricilər

I

İl ərzində muzeyə gələnlərin sayı 10 min nəfərdən, əsas fondun eksponatlarının sayı 3 min vahiddən çox olan

II

İl ərzində muzeyə gələnlərin sayı 5 min nəfərdən 10 min nəfərədək, əsas fondunun eksponatlarının sayı 2 mindən 3 min vahidədək olan

III

İl ərzində muzeyə gələnlərin sayı 3 mindən 5 min nəfərədək, əsas fondunun eksponatlarının sayı 1 mindən 2 min vahidədək olan

IV

İl ərzində muzeyə gələnlərin sayı 3 min nəfərədək, əsas fondun eksponatlarının sayı 1 min vahidədək olan

- mədəniyyət və istirahət parkları

Rəhbərlərin və müvafiq halda mütəxəssislərininəməyinin ödəniş qrupları

 

Göstəricilər

I

Ümumi sahəsi 5 hektardan, idman qurğuları və meydançalarının sayı 4-dən, attraksionlarının sayı 5-dən, oyun avtomatlarının sayı 10-dan çox olan

II

Ümumi sahəsi 4—5 hektar, idman qurğuları və meydançalarının sayı 3—4, attraksionlarının sayı 3—5, oyun avtomatlarının sayı 7—10 olan

III

Ümumi sahəsi 3 hektaradək, idman qurğuları və meydançaları 3-dək, attraksionlarının sayı 2-dək, oyun avtomatlarının sayı 7-dək olan

- heyvanat parkları

Rəhbərlərin və müvafiq halda mütəxəssislərininəməyinin ödəniş qrupları

Göstəricilər

I

İl ərzində heyvanat parkına gələnlərin sayı 100 min nəfərdən, saxlanılan heyvanat növlərinin sayı 150-dən çox olan

II

İl ərzində heyvanat parkına gələnlərin sayı 100 min nəfərədək, saxlanılan heyvanat növlərinin sayı 150-dək olan

- attraksionlar

Rəhbərlərin və müvafiq halda mütəxəssislərininəməyinin ödəniş qrupları

Göstəricilər

I

Mürəkkəb, mexanikləşdirilmiş attraksionları olan

II

Sadə attraksionları olan

- mehmanxanalar

Rəhbərlərin və müvafiq halda mütəxəssislərininəməyinin ödəniş qrupları

Göstəricilər

I

İl ərzində xidmət göstərilən müştərilərin sayı 14 min nəfərdən çox olan

II

İl ərzində xidmət göstərilən müştərilərin sayı 7 min nəfərdən 14 min nəfərədək olan

III

İl ərzində xidmət göstərilən müştərilərin sayı 2800 nəfərdən 7 min nəfərədək olan

IV

İl ərzində xidmət göstərilən müştərilərin sayı 2800 nəfərədək olan

- turizm agentlikləri, turizm müəssisələri

Rəhbərlərin və müvafiq halda mütəxəssislərininəməyinin ödəniş qrupları

Göstəricilər

I

İl ərzində xidmət göstərilən turistlərin sayı 1000 nəfərdən çox olan

II

İl ərzində xidmət göstərilən turistlərin sayı 500 nəfərdən 1000 nəfərədək olan

III

İl ərzində xidmət göstərilən turistlərin sayı 150 nəfərdən 500 nəfərədək olan

IV

İl ərzində xidmət göstərilən turistlərin sayı 150 nəfərədək olan

 

Dövlət mədəni-maarif, turizm müəssisələrinin rəhbərlərinin əməyinin ödəniş qruplarının müəyyənləşdirilməsi həmin müəssisələrin müraciəti əsasında onların fəaliyyətinin nəticəsi nəzərə alınmaqla bilavasitə tabe olduqları yuxarı idarəetmə orqanları tərəfindən həyata keçirilir. Mədəni-maarif, turizm müəssisələrinin ödəniş qrupları son 3 ilin hesabat göstəricilərinə əsasən ən azı ildə bir dəfə müəyyən edilir. Bu zaman müəssisə müvafiq qrupa həmin qrup üzrə müəyyən edilmiş bütün göstəricilər olduqda aid edilir. Göstəricilərindən ən azı biri müvafiq qrupun göstəricisindən aşağı olan müəssisələrin ödəniş qrupu bir qrup aşağı, lakin ən aşağı qrupdan az olmamaqla müəyyənləşdirilir. Filialları olan mədəni-maarif, turizm müəssisələrinin ödəniş qrupları müəyyənləşdirilərkən filialların göstəriciləri də nəzərə alınır.

Mədəni-maarif və turizm müəssisələrində çalışan, VTİSK-də müvafiq vəzifələrin ixtisas tələblərində müəyyən edilmiş ixtisas təhsili olmayan qeyri-ixtisas təhsilli //çıxarılıb// mütəxəssislərin əməyinin ödəniş dərəcəsi bir dərəcə aşağı müəyyən edilir. [4]

İxtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirmiş rəhbər və mütəxəssis kateqoriyasına aid edilən vəzifələrdə çalışan işçilərin əməyinin ödəniş dərəcəsi bununla əlaqədar ixtisas tələblərində müvafiq tələb nəzərdə tutulmadıqda, müvafiq vəzifə üçün müəyyən edilmiş dərəcələr diapazonu çərçivəsində uyğun dərəcədən bir dərəcə yuxarı müəyyən edilir.

Uşaq musiqi (incəsənət, rəssamlıq, muğam və s.) məktəblərində struktur bölməyə (şöbəyə, sektora, seksiyaya və s.) rəhbərlik edən mütəxəssisin əməyinin ödəniş dərəcəsi mütəxəssis vəzifəsi üçün müəyyən edilmiş əməyin ödəniş dərəcəsindən bir dərəcə yuxan müəyyən edilir.

Rəhbərin müavininin aylıq vəzifə maaşı müvafiq rəhbərin aylıq vəzifə maaşından 10-20 faiz aşağı məbləğdə müəyyən edilir.

Dövlət mədəni-maarif, turizm müəssisələrinin ödəniş qrupu göstəriciləri müəyyən qrup göstəricilərinə tam uyğun gəlməzsə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həmin müəssisələrin dünyəvi, elmi-kütləvi, geniş və səmərəli iş fəaliyyəti nəzərə alınaraq onların ödəniş qrupu bir qrup yuxarı müəyyənləşdirilir.

Respublikanın paytaxtında yerləşən, respublika miqyasında elmi-metodiki mərkəz hesab edilən, ödəniş qrupu göstəriciləri III qrup ödəniş göstəricilərindən aşağı olan muzey və muzey tipli müəssisələr III qrupa aid edilirlər.

Fəaliyyət sahələri uyğunluq təşkil edən digər müəssisələrin ödəniş qrupları müvafiq mədəni-maarif, turizm müəssisələrinin ödəniş qrupu göstəricilərinə əsasən müəyyən edilir.

VTİSK-də böyük və aparıcı mütəxəssislər və rəhbərlərin müavinlərinin tarif-ixtisas xüsusiyyətləri öz əksini tapmamışdır. Bu vəzifələr üzrə əmək funksiyası, biliyə və ixtisasa olan tələblər onlara uyğun gələn müvafiq vəzifələr əsasında müəyyən edilir.

“Böyük” vəzifə adı işçi öz vəzifəsindən başqa ona tabe olan icraçıya rəhbərlik etdikdə verilir.

“Aparıcı” vəzifə adı mütəxəssisə o zaman verilir ki, mütəxəssis müəssisənin və ya onun struktur bölməsinin işini müəyyən bir sahədə istiqamətləndirsin və həmin bölmənin işçilərinə metodiki rəhbərlik etsin.

Əmək müqaviləsinin (kontraktının) şərtlərində müəyyən edildikdə və ya işçilərin attestasiya komissiyasının təklifi ilə ixtisas tələblərində müəyyən edilmiş xüsusi hazırlığı və ya əmək stajı olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımı praktiki təcrübəsi olan işçilər attestasiya komissiyasının təklifi ilə xüsusi hazırlığı və əmək stajı olan işçilər kimi tutduqları vəzifəyə təyin edilirlər.

 

Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin

adı və ödəniş dərəcələri diapazonu [5]

 


Sıra

-si



Vəzifələr

Ödəniş

dərəcələri diapazonu

Səhifə

1

2

3

4

 

1. Rəhbərlər

 

 

1

Kitabxana direktoru (müdiri); Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru (müdiri)

 

13-19

 

11

2

Muzey direktoru; Muzey tipli müəssisənin direktoru

13-19

12

3

Mehmanxana müdiri

15-18

13

4

Turizm agentliyinin direktoru; Turizm müəssisəsinin direktoru

15-18

15

5

Turizm informasiya mərkəzinin direktoru

16; 17

17

6

Mədəni-maarif müəssisəsinin direktorunun iqtisadi məsələlər üzrə müavini - baş mühasibi; Turizm müəssisəsinin direktorunun iqtisadi məsələlər üzrə müavini - baş mühasibi

 

-

 

18

7

Uşaq musiqi (incəsənət, rəssamlıq, muğam və s.) məktəbinin direktoru;

Xoreoqrafiya məktəbinin direktoru

 

13-17

17; 18

 

20

8

Heyvanat parkının direktoru

15-17

21

9

Rayon (şəhər, qəsəbə, kənd) mədəniyyət evinin (sarayının) direktoru (müdiri); Mərkəzi klubun (kənd klubunun) direktoru (müdiri):

a) rayon (şəhər) mədəniyyət evində (sarayında), mərkəzi klubda

b) qəsəbə, kənd mədəniyyət evində və kənd klubunda

 

 

13-17

 

12-15


 

 

22



10

Baş fond mühafizəçisi

12-17

23

11

Mədəniyyət və istirahət parkının direktoru

13-16

24

12

Kitabxana filialının müdiri; Mərkəzləşdirilmiş kitabxana sisteminin filialının müdiri

 

11-16

 

25

13

Muzey filialının müdiri

11-16

26

14

Kitabxananın şöbə müdiri; Kitabxananın bölmə müdiri

11-16

27

15

Muzeyin şöbə müdiri

11-16

28

16

Kitabxananın elmi katibi

11-16

29

17

Muzeyin elmi katibi; Heyvanat parkının elmi katibi

12-16

30

18

Klubun (mədəniyyət evinin (sarayının), mədəniyyət və istirahət parkının, mədəni-maarif müəssisəsinin) bədii rəhbəri

 

11-15

 

32

19

Bərpaçı emalatxanasının müdiri

11-15

33

20

Heyvanat parkının şöbə (bölmə) müdiri

11-15

34

21

Heyvanat parkının baytarlıq laboratoriyasının müdiri

11-15

35

22

Sistem inzibatçısı

10-15

36

23

Baş kitabxanaçı

10-15

36

24

Baş biblioqraf

10-15

37

25

Mədəniyyət evinin (sarayının, mərkəzi klubun, mədəni-maarif müəssisəsinin) şöbə (bölmə) müdiri:

  a) əsas şöbələrdə (bölmələrdə)

  b) köməkçi şöbələrdə (bölmələrdə)


 

 

10-14



9-13

 

38

26

Attraksion müdiri

11-12

39

27

Bədii-tərtibat emalatxanasının müdiri

9-12

40

28

Oxu zalının müdiri

9-11

41

29

Rəqs gecəsinin sərəncamçısı; Diskoteka aparıcısı; Diskotekanın musiqi hissəsinin rəhbəri

 

8-9

 

41

30

Dərnək rəhbəri; Həvəskar birliyin rəhbəri; Maraq dairəsi üzrə klub rəhbəri

 

7-9

 

41

31

Mehmanxana administratoru

6-9

42

 

2. Mütəxəssislər

 

 

32

Uşaq musiqi (incəsənət, rəssamlıq, muğam və s.)məktəbinin müəllimi (konsertmeysteri); Xoreoqrafiya məktəbinin müəllimi(konsertmeysteri)

 

 

9-15



 

 

43



33

Rejissor (dirijor, baletmeyster, xormeyster)

10-13

45

34

Quruluşçu rəssam

10-13

46

35

Bərpaçı-rəssam

9-13

47

36

Elektron kitabxananın proqramçısı

9-13

48

37

Mədəni-maarif işləri üzrə metodist

6-13

48

38

Kitabxanaçı

6-13

50

39

Biblioqraf

6-13

52

40

Multimedia mütəxəssisi; Multimedia resursları üzrə mütəxəssis

6-13

52

41

İnformasiya texnologiyaları üzrə mütəxəssis;

Kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssis

6-13

53

42

Müşayiətçi

7-12

53

43

Mədəni-maarif müəssisəsinin redaktoru

7-13

54

44

Beynəlxalq əlaqələr üzrə tərcüməçi-redaktor

11-13

56

45

Bələdçi; ekskursiyaçı

6-12

57

46

Heyvanat parklarının baytar həkimi

7-10

58

47

Mədəni-kütləvi tədbirlər üzrə təşkilatçı

7-9

59

48

Turist gəzintiləri üzrə bələdçi

7-9

59

49

Muzey baxıcısı; Muzey nəzarətçisi; Abidə mühafizəçisi

5-8

61

50

Rejissor (dirijor, baletmeyster, xormeyster) köməkçisi

5-6

62

51

Turist gəzintiləri üçün sifarişlərin qəbulu üzrə agent

4-5

62

52

Porter

3-4

63

 

: system -> files -> legislation
legislation -> Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında
legislation -> Sosial müavinətlərin məbləğinin artırılması haqqında
legislation -> Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun q ə r a r I
legislation -> Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında
legislation -> Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında
legislation -> Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısının təsdiq edilməsi haqqında
legislation -> Qərara alıram: Aşağıdakı şəxslər inzibati-iqtisadi məhkəmələrin hakimləri təyin edilsinlər: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi
legislation -> Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə
legislation -> Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə
legislation -> Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə